Beynəlxalq əməkdaşlıq sahəsində ümumi prinsiplər və tədbirlər. 1. Tərəflər, cinayət işləri üzrə beynəlxalq əməkdaşlıq haqqında tətbiq edilən beynəlxalq sənədlərin və ya ümumi tətbiq edilən və ya qarşılıqlı qəbul edilmiş qanunvericilik əsasında əldə edilmiş razılaşmaların müddəalarına uyğun olaraq, habelə bu Konvensiyaya uyğun olaraq tövsif edilən cinayətlərə dair istintaqın və araşdırmaların keçirilməsində öz daxili hüququna uyğun olaraq mümkün qədər geniş şəkildə bir-biri ilə əməkdaşlıq edirlər.