Bəyanatlar Nümunə Maddələri

Bəyanatlar. İstənilən dövlət imzalayarkən və ya ratifikasiya fərmanını, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən bəyan edə bilər ki, o, 5-ci maddəyə əsasən xarici dövlət vəzifəli şəxslərinin 9-cu maddəyə əsasən beynəlxalq təşkilatların vəzifəli şəxslərinin və ya 11-ci maddəyə əsasən beynəlxalq məhkəmələrin hakimlərinin və vəzifəli şəxslərinin aktiv və ya passiv rüşvətlə ələ alınmasını cinayət hüquqpozması kimi yalnız vəzifəli şəxsin və ya hakimin öz vəzifəsinə zidd olaraq hərəkət etdiyi və ya hərəkətlərdən çəkindiyi həcmdə tövsif edəcəkdir.
Bəyanatlar. 1. Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur).*