Faktorinq Nümunə Maddələri

Faktorinq. 15.1. Müştəri Üçüncü şəxslərə (Bundan sonra Borclu adlandırılacaq) qarşı xxxx pul tələbini Banka güzəşt edir, Bank isə güzəşt edilmiş pul tələbinin müqabilində Müştəriyə pul vəsaiti verməklə onu maliyyələşdirir. Banka güzəşt edilən pul tələbinin miqdarı Müştəri tərəfindən Banka təqdim edilən müraciətdə əks olunan məbləğdən ibarət olacaq, güzəşt edilən pul tələbinin maliyyələşdirilən hissəsi, valyutası, illik faiz dərəcəsi, qüvvədə olma müddəti və s. Spesifik şərtlər isə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Razılaşmada göstəriləcəkdir.
Faktorinq. 1. Faktorinq müqaviləsinə əsasən Bank üçüncü şəxs (borclu) barəsində Müştərinin üçüncü şəxsə (borcluya) mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına Müştəriyə pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, Müştəri isə bu pul tələbini Banka güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür.

Related to Faktorinq

  • Yekun müddəalar Maddə 15

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri: