Genişləndirilmiş sığorta təminatı. 6.1. Aşağıdakı risklər nəticəsində xxxx xxxxx və zərərlərə əlavə sığorta haqqı müqabilində və sığorta şəhadətnaməsində qeyd olunmaqla təminat verilə bilər. 6.1.1. Azərbaycan Respublikasının sərhədlərindən kənarda meydana gələn ziyan və zərərlər; 6.1.2. Tətil, iğtişaş, xalq hərəkatları və bunların qarşısının alınması və ya yatırılması məqsədilə keçirilən inzibati və ya bu kimi hər hansı digər tədbirlər nəticəsində dəyən ziyan və zərərlər. 6.1.3. Hər hansı təbii fəlakətlər nəticəsində dəyən ziyan və zərərlər. 6.1.4. Nəqliyyat vasitəsi hadisə baş verdiyi və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində hər hansı gəlir əldə etmək məqsədilə və ya ictimai nəqliyyat vasitəsi (taksi və ya avtobus) kimi istifadə olunarkən baş verən ziyan və zərərlər. 6.1.5. Avtonəqliyyat vasitəsində müvafiq qaydalara əməl etməklə və daşınmasına qanunla icazə verilən partlayıcı, tez alovlanan və yandırıcı maddələrin daşınması zamanı avtonəqliyyat vasitəsinə dəyən ziyan və zərərlər. 6.1.6. Müsabiqə və ya yarışlarda iştirakı və ya məşq və ya təlim zamanı avtonəqliyyat vasitəsinə dəyən ziyan və zərərlər. 6.1.7. Sığorta şəhadətnaməsində göstərilən avtonəqliyyat vasitəsinə sonradan quraşdırılmış və həmin avtonəqliyyat vasitəsinin istehsal komplektinə daxil olmayan hər cür səs, telefon, görüntü cihazları və digər aksessuarlara dəyən ziyan və zərərlər.
Appears in 4 contracts
Samples: Avtonəqliyyat Vasitələrinin Tam Sığortası Qaydaları, Kasko Sığortası Qaydaları, Avtonəqliyyat Vasitələrinin Tam Sığortası Qaydaları