Hasilat başlanandan sonra Fors-major halların Nümunə Maddələri

Hasilat başlanandan sonra Fors-major halların. Əgər İşlənmə və Hasilat dövrü ərzində hər hansı bir vaxtda Podratçı Fors-major halının mövcudluğunu elan etmişdirsə və əgər bu cür Fors-major halı sonra bir-birinin ardınca gələn azı doxsan (90) gün ərzində mövcud olmaqda davam edirsə və həmin Fors-major halı Azərbaycan Respublikası daxilində hər hansı hadisələr və ya hər hansı Hökumət orqanının hər hansı fəaliyyəti nəticəsində əmələ gəlmişsə və bu Fors-major halı nəticəsində Podratçı bu Sazişdə nəzərdə tutulan Karbohidrogenləri çıxara bilmirsə, Podratçı və ARDNŞ yuxarıda göstərilmiş doxsan (90) gün müddəti sona çatdıqdan sonra on beş (15) gün ərzində görüşüb hasilatı davam etdirməyin ən yaxşı yollarını müzakirə edirlər. Əgər sonrakı doxsan (90) gün ərzində qənaətbəxş razılıq əldə edilməsə, Fors-major halının mövcud olduğu dövrdə ARDNŞ və onun Ortaq şirkəti məsuliyyəti öz üzərinə götürərək öz vəsaiti hesabına, Podratçı Fors- major halının başa çatdığın elan edənədək, lazım gələrsə, Subpodratçıları cəlb etməklə bu Saziş üzrə əməliyyatlar aparmaq və Karbohidrogenlər hasilatını davam etdirmək hüququna malikdir, Podratçının ixtiyarı var ki, bundan sonra bu Saziş üzrə Karbohidrogenlər hasilatının tam məsuliyyətini öz üzərinə götürsün. ARDNŞ-nin və ya onun Ortaq şirkətinin ixtiyarı var ki, Məsrəflərin əvəzinin ödənilməsi mexanizminə uyğun olaraq özünün müstəqim məsrəflərinin əvəzini ödətsin və Fors-major halı dövründə çatdırılmış bütün Karbohidrogenlər həcminə görə Neft-qaz əməliyyatları Hesabına Fors-major halı başlananadək Satış məntəqələrində istifadə edilmiş dünya qiymətləri ilə kreditləşdirsin.

Related to Hasilat başlanandan sonra Fors-major halların

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Yekun müddəalar Maddə 15