Məhdudiyyətlər Nümunə Maddələri

Məhdudiyyətlər. Şirkətin razılığı ilə və/və ya qüvvədə xxxx qanunvericiliklə aydın şəkildə yol verilən hallar istisna olmaqla, siz: (1) Platformanı, o cümlədən istifadəçi hesabınızı modifikasiya etməyəcəyinizə, uyğunlaşdırmayacağınıza, təkmilləşdirməyəcəyinizə, dəyişdirməyəcəyinizə və ya onun əsasında törəmə məhsul yaratmayacağınıza (özü və təqdim etdiyi xidmətlər barədə məlumatların əlavə edilməsi istisna); (2) Platformanı və ya onun istənilən tərkib hissəsinivə ya elementini Platforma ilə nəzərdə tutulmayan digər proqram təminatı, məlumat bazası və ya xidmətlərlə birgə istifadə etməyəcəyinizə və ya birləşdirməyəcəyinizə; (3) İstifadəçi hesabınızı istənilən üçüncü tərəfə hər xxxx xxx əsasla təqdim etməyəcəyinizə, paylamayacağınıza, satmayacağınıza və ya digər şəkildə ötürməyəcəyinizə; (4) Platformadan xidmət bürosu kimi istifadə etməyəcəyinizə; (5) Platformanın texnologiyasını açmayacağınıza, mənbə kodunu araşdırmağa çalışmayacağınıza, təhlil etməyəcəyinizə və ya digər şəkildə Platformanın mənbə kodunun və ya strukturunun əldə olunmasına, yaxud Platformanın şifrəsinin açılmasına cəhd göstərməyəcəyinizə; (6) Platformanın işinə istənilən şəkildə müdaxilə etməyəcəyinizə; (7) Platformaya girişi tənzimləyən və ya nəzarət edən hissədə istənilən elektron müdafiə tədbirlərindən boyun qaçırmayacağınıza və ya boyun qaçırmağa cəhd etməyəcəyinizə; (8) Platformadakı məlumatların sistematik olaraq yüklənilməsi və saxlanılması yolu ilə məlumat bazası yaratmayacağınıza; (9) bilavasitə bizim tərəfimizdən öncədən verilmiş yazılı razılıq olmadan Platformanın aşkar edilməsi, indeksləşdirilməsi, axtarılması və məlumat toplanılması, yaxud istənilən şəkildə araşdırılması üçün və yaxud Platformanın naviqasiya strukturunun və ya təqdimatının təkrar yaradılması və ya bunlardan yan keçilməsi üçün hər hansı bir robotdan, spayderdən, sayt axtarış/aşkarlama proqramlarından, yaxud digər mexaniki və ya avtomatik qurğulardan istifadə etməyəcəyinizə; (10) Platformaya çıxışla və ya onun istifadəsilə bağlı bütün tətbiq olunan qanunvericiliyin, qayda və təlimatların müddəalarını pozmayacağınıza və üçüncü tərəflərin də sadalan bəndləri pozmasına yol verməyəcəyinizə dair razılıq bildirirsiniz. Sizin Platforma ilə bağlı və ya Platformada qarşınıza çıxan müəllif hüquqlarına və ya digər əqli mülkiyyət hüquqlarına dair istənilən bildirişi silməyə, dəyişməyə və ya gizlətməyə hüququnuz yoxdur.
Məhdudiyyətlər. (a) 7-ci maddəyə uyğun olaraq Tərəflərdən hər xxxxx xxxx tərəfindən təqdim edilən ləğvetmə və ya qabaqcadan ödəmə barədə bildiriş dəyişilməz hesab edilir və orada bu Müqavilədə digər şərt müəyyən olunmadığı halda, müvafiq ləğvetmənin və ödənişin qabaqcadan həyata keçirilməsi tarixi və ya tarixləri və müvafiq ləğvetmənin və qabaqcadan həyata keçirilməli xxxx ödənişin məbləği göstərilməlidir.
Məhdudiyyətlər. Bu Anlaşma Memorandumu üzrə Tərəflər arasında əməkdaşlıq Tərəflərin milli qanunvericiliyi ilə məhdudlaşır. Bəzi layihələrlə bağlı başqa cür müəyyənləşdirilmədiyi təqdirdə, Tərəflər büdcə resurslarına uyğun olaraq hərəkət edəcəklər.
Məhdudiyyətlər. Yuxarıda göstərilən 3-cü Bölmədə oduğu kimi verilən aşağıdakı məhduduyyətlərə məruz qalır:
Məhdudiyyətlər. Podratçı tərəflərin bu Sazişdən irəli gələn hüquq və öhdəliklərinin hər hansı şəkildə başqasına verilməsinə, ipotekasına, girov qoyulmasına və ya hər cür yüklənməsinə yalnız bu 24.2 bəndində nəzərdə tutulmuş şərtlərlə yol verilir. 24.2 bəndinin müddəalarını pozmaqla həyata keçirilən hər hansı verilmə ləğv edilir və hüquqi qüvvəyə malik olmur. Bu 24-cü Maddənin məqsədləri baxımından Digər Podratçı tərəfin idarə strukturunun dəyişməsi (bunun Digər Podratçı tərəfin Əsas xxx şirkətinin daxili yenidən təşkil və ya birləşməsi üçün edildiyi hallar istisna olmaqla) bu Sazişin şərtlərinə görə hüquq və öhdəliklərin verilməsi sayılır. Bir Podratçı tərəfin b ütün iştirak payı faizini verdiyi hallardan savayı digər hallarda ARDNŞ-nin razılığı olmadan Tərəflərin heç biri başqasına öz iştirak payının beş (5) faizdən az hissəsini vermir.

Related to Məhdudiyyətlər

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Yekun müddəalar Maddə 15

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;