Konvensiyaya qoşulma. 1. Konvensiya qüvvəyə mindikdən sonra, Avropa Şurasının Nazirlər Komitəsi Konvensiya Tərəfləri ilə məsləhətləşmələr apararaq Avropa Şurası Nizamnaməsinin 20.d maddəsində nəzərdə tutulan səs çoxluğu və Nazirlər Komitəsinin işində iştirak etmәyә hüququ xxxx Razılığa gələn Tərəflərin nümayəndələrinin yekdil səs verməsi ilə qəbul edilmiş qərar əsasında Avropa Birliyinə, habelə Avropa Şurasının üzvü olmayan və onun işlənib hazırlanmasında iştirak etməyən istənilən dövlətə bu Konvensiyaya qoşulmağı təklif edə bilər.