KREDİTİN VƏ FAİZLƏRİN HESABLANMASI, QAYTARILMASI QAYDALARI Nümunə Maddələri

KREDİTİN VƏ FAİZLƏRİN HESABLANMASI, QAYTARILMASI QAYDALARI. 5.7.1. Kreditin və kreditdən istifadəyə görə faizlərin və əsas borcun «Borcalan» tərəfindən «Bank»a qaytarılmasının dövriliyi tərəflər arasında bu müqavilə ilə müəyyən olunur.
KREDİTİN VƏ FAİZLƏRİN HESABLANMASI, QAYTARILMASI QAYDALARI. 17.1. Kreditin və kreditdən istifadəyə görə faizlərin və əsas borcun “Müştəri” tərəfindən “Bank”a qaytarılmasının dövriliyi bu müqavilə ilə müəyyən olunur. Müştəri bu müqavilə üzrə ödənişləri kredit xəttindən nağd və ya nağdsız istifadə etdiyi tarixdən asılı olmayaraq hər növbəti ayın kreditin verildiyi ayın müvafiq günü ilə eyni günündən başlayaraq sonrakı 10 (on) gün müddətində ödəməlidir, bura 10-cu gün də daxildir və bu müddət “ödəmə müddəti” adlanır. Ödəmə müddəti ərzində “Müştəri”yə SMS və/və ya mobil əlavə vasitəsilə həmin ödəmə müddəti üçün ödənilməli borc məbləği barədə məlumat göndərilə bilər. Əgər “Müştəri” taksit borcunu ödəmə müddəti ərzində ödəməsə, ödəmə müddətindən sonra onun aylıq taksit borcu adi kredit xətti borcu kimi nəzərə alınacaq və ödəmə müddətindən sonrakı dövr üçün kreditin illik faiz dərəcəsi ilə hesablama aparılacaq. Kredit xətti üzrə ödəmə müddətində faizlər illik faiz dərəcəsinə uyğun hesablanır və aylıq ödəniş məbləğinə azı aşağıdakılar daxildir: • kredit xətti üzrə taksit borcuna aid edilməyən əsas borcun istifadə edilmiş minimum 5 (beş) xxxxx. Həmin məbləğdən taksit borcuna aid edilməyən əsas borcun istifadə edilmiş hissəsi üçün ödəmə müddətinə hesablanmış faizlər Bank tərəfindən avtomatik çıxılır; • xxxx ay üzrə ödənilməli taksit borcu (varsa); • aylıq xidmət haqqı (varsa); • nağdlaşma komissiyası (varsa). Kredit xəttindən nağdsız istifadə etdikdə ödəmə müddətində illik faiz dərəcəsi ilə hesablama aparılmır və bu güzəşt müddəti sayılır. Yəni, nağdsız istifadəyə ödəmə müddətində güzəşt tətbiq edilir və bu “Müştəri”nin əsas borc qalığında əks olunur.

Related to KREDİTİN VƏ FAİZLƏRİN HESABLANMASI, QAYTARILMASI QAYDALARI

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Yekun müddəalar Maddə 15

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;