01U/21 saylı ÜMUMİ OFERTA
01U/21 xxxxx ÜMUMİ OFERTA
(bank xidmətlərinə dair)
Bakı şəhəri “_28_”_12_ 2021-ci il
Oferent - “Bank” adlandırılacaq, 14 dekabr 2010-cu il tarixli 73 xxxxx lisenziya və Nizamnamə əsasında fəaliyyət göstərən “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408-ci və 409-cu maddələrinə əsasən bank xidmətlərini özündə cəmləşdirən ümumi ofertanı rezident və qeyri-rezident fiziki şəxslərə təqdim edir. Qeyri-rezident fiziki şəxslərə bu ofertanın kredit xətti və nağd kreditə dair müddəaları və bölmələri şamil edilmir.
ƏSAS ANLAYIŞLAR:
Aksept - ofertanı tam və qeyd-şərtsiz qəbul etməsi barədə müştərinin ərizəsi;
FİN – fərdi identifikasiya nömrəsi (vətəndaşların şəxsiyyət vəsiqəsi üzrə);
Analoq imza – imza edənlə şəxsi açar vasitəsi ilə əlaqələndirilmiş elektron şəkildə imza atma imkanı yaradan unikal məlumatlar başa düşülür.
Analoq imza Bank və “Müştəri” arasında qarşılıqlı razılaşdırılmış bütün əməliyyatların (müqavilələrin, məktubların, hesab üzrə sərəncamların, tapşırıqların, etirazların və sair imzalanması da daxil olmaqla) imzalanması üçün Bank tərəfindən “Müştəri”yə SMS və ya mobil əlavə vasitəsilə təqdim edilmiş, həmçinin bunlarla məhdudlaşmayaraq aşağıda qeyd olunan imzanın digər analoqları da daxil olmaqla “Müştəri”nin şəxsi imzasının alternativi xxxx və eyni hüquqi nəticələrə gətirən imzadır. Analoq imza, həmçinin “Müştəri”nin identifikasiyası üçün bir vasitə və bank alətidir və Müştərinin kağız üzərində təqdim etdiyi fiziki imza ilə eyni hüquqi qüvvəyə malikdir.
Xxxx Xxxx – Müvafiq dövlət orqanı tərəfindən təqdim edilmiş mobil nömrə üzərindən eyniləşdirilməyə imkan verən elektron imzadır. Asan İmza müştərinin fiziki olaraq kağız üzərində imzası ilə eyni hüquqi qüvvəyə malikdir.
Gücləndirilmiş elektron imza – imza sahibinin nəzarəti altında xxxx elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza;
Avtorizasiya – kartdan istifadə edilməklə əməliyyatların aparılması üçün emitentdən və ya onun xidmət olunduğu kart təşkilatından icazənin alınması;
Bank – 14 dekabr 2010-cu il tarixli, 73 xxxxx lisenziya və Nizamnamə əsasında fəaliyyət göstərən “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti, VÖEN: 1300017201.
Bankın rəsmi internet səhifəsi – xxxxxxx.xx (bundan sonra “sayt”)
Bank sirri - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqları, habelə müştəri haqqında məlumatları, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatları, bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri barədə məlumatlar;
Bank krediti (bundan sonra “kredit”) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquqlar da kredit anlayışına daxildir;
Bank hesabı – Müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil xxxx pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş hesab;
Bank əmanəti (depozit) – müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə
tutan Bankın balansında aparılan xxxx, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir;
Bank xidməti – bu müqavilə ilə təqdim edilən aşağıdakı xidmətlər: Bank hesabları üzrə xidmətlər;
• İnternet və mobil bankçılıq xidmətləri (elektron bankçılıq); Kredit (kredit xətti);
• Ödəniş kartı üzrə xidmətlər.
Öhdəlik – Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
Texniki overdraft – kart hesabında xxxx pul vəsaiti kartdan istifadə etməklə aparılan əməliyyatlar üçün kifayət etmədikdə, həmin əməliyyatların icrası üçün tələb olunan vəsaitin çatışmayan hissəsinin Bank tərəfindən ödənilməsi;
Ödəniş kartı – nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş aləti;
Əməliyyat günü – Bankın daxili qaydaları ilə müəyyən edilmiş iş günü ərzində müştərilərə xidmət göstərilən müddətdir;
Pul köçürmələri – ödəyici və/və ya vəsait alanın adına bank hesabı açılmadan nağd pulun vəsait alanın xeyrinə köçürülməsi əməliyyatı;
Açar kart - ödəniş kartı olaraq “Unibank” KB ASC-nin ATM-lərində kart sahibinin xxxxxx xxxx bütün fərdi və bank sirri məlumatlarına daxil olma (giriş) və əməliyyat aparmağa imkan verən alət - açar kartdan istifadə etməklə kart sahibi xxxxxx xxxx bütün hesablarına sərəncam verir, nağdlaşdırma və köçürmə əməliyyatları edir və digər bütün növ bank əməliyyatlarını həyata keçirə bilir. Açar kartdan istifadəyə görə məsuliyyət müştərinin üzərindədir.
Elektron bankçılıq – məsafədən, internet vasitəsilə bağlantıdan istifadə etməklə mobil cihazlar və ya “sayt” üzərindən, onlayn (7/24 iş rejimi) rejimində bank xidmətlərinin istifadəsi;
Tariflər – xidmətin göstərilməsi üçün müəyyən edilmiş haqq. Tariflər “sayt”da, mobil əlavədə yerləşdirilmişdir və bu ofertanın tərkib hissəsi hesab edilir.
Bərkidilmiş hesab – müştərinin seçimi ilə hər əməliyyat üçün istifadə edəcəyi və ödəniş kartının bağlı olduğu bank hesabı. Bu hesab iki formatda seçilmək imkanına malikdir: daimi və müvəqqəti. Hər ikisi eyni anda seçilə bilər və bu zaman hesabla əməliyyatlar zamanı müvəqqəti hesab əsas götürülür. Müvəqqəti hesabın seçilmə dövrü mobil tətbiqdə müəyyənləşdirilir.
1. ÜMUMİ MÜDDƏALAR
Bu oferta (gələcəkdə həm müqavilə, həm də oferta kimi təsvir oluna bilər) üzrə Müştəriyə fərqli valyutalarda bir neçə hesablar açıla bilər (VISA karta bağlı AZN, USD, EUR, GBP valyutasında, Mastercard-a bağlı AZN, USD, EUR valyutasında), bir və ya bir neçə ödəniş kartı (sonradan “kart”) təqdim edilə bilər. Bankın texniki imkanları nəzərə alınmaqla, gələcəkdə Müştəri tərəfindən internet bankçılıq və ya mobil əlavə vasitəsilə müxtəlif bank hesabları açıla bilər. Müştəri tərəfindən hər bir karta xxxxx xxxx bank hesabları fərqli müəyyən edilə bilər.
Bu oferta üzrə Müştəri Banka məxsus mobil əlavə üzərindən və ya istənilən filiala yaxınlaşmaqla karta bağlı bir daimi bərkidilmiş hesab seçir. Bank tərəfindən xidmət aktivləşdirildikdən sonra Müştəriyə mobil əlavə vasitəsilə və ya mümkün xxxx digər elektron üsullarla (bundan sonra “elektron üsul”) məlumat verildikdən sonra Müştəri Banka məxsus mobil əlavə və ya istənilən filiala yaxınlaşmaqla əlavə olaraq bir müvəqqəti bərkidilmiş hesab seçə bilər. Daha sonra, Müştəri, fərqli valyutadan istifadə etmək istədikdə mobil əlavə üzərindən hesabı manual (əlavədə “valyutanı dəyiş” funksiyasını seçməklə) olaraq dəyişərək əməliyyatlar edə bilər. Yalnız mobil tətbiqdə nəzərdə tutulan əməliyyatlardan Bank tərəfindən texniki imkanlar yaradıldıqda digər elektron üsulla istifadə edilə bilər. Müştəri kartdan debet, kredit/kredit xətti, əmək haqqı kartı kimi istifadə etmək hüququ əldə edir. Həmçinin, kart müştəriyə nağd qaydada rəsmiləşdirilən kredit vəsaitinin əldə edilməsi üçün bir alət kimi (yəni POS/ATM terminaldan nağdlaşdırmaqla) istifadə hüququ verir. Kartı ancaq debet kart kimi əldə edən müştəri mobil tətbiq vasitəsilə kredit üçün müraciət edərsə,
“Azərbaycan Kredit Bürosu” MMC-dən və Asan-Finans dövlət portalından Müştəri haqqında xxxx bütün məlumatların Bank tərəfindən sorğu edilməsinə və məlumatların ötürülməsinə dair müvafiq sənədləri analoq imza vasitəsilə təsdiq edir. Bu oferta ilə Müştəriyə təqdim edilən kart əmanət üçün hesablanan faiz gəlirlərinin əldə edilməsi üçün istifadə edilə bilər.
Bu oferta üzrə Müştəri ilə Bank arasında bütün münasibətlər yazılı qayda ilə yanaşı, internet, elektron poçt ünvanı, SMS və/və ya mobil əlavə vasitəsilə də tənzimlənə bilər. Tərəflər razılaşırlar ki, internet, elektron poçt ünvanı, SMS və/və ya mobil əlavə vasitəsilə və bu müqavilədə nəzərdə tutulmuş istənilən digər qaydada təqdim edilən və təsdiq edilənlər onların həqiqi imzasının analoqudur.
Bu oferta 25 (iyirmi beş) il müddətinə Bank və Müştəri arasındakı münasibətləri əhatə edir. Bu müddət ərzində Bank elektron üsulla və ofertanın şərtlərinə uyğun dəfələrlə kredit verə və bu oferta ilə müəyyən olunmuş digər bank xidmətlərini təqdim edə bilər.
Müştəri, bu müqavilənin qüvvədə olduğu müddət ərzində istənilən vaxt Azərbaycan Kredit Bürosundan və Asan-Finans dövlət portalından Müştəri haqqında xxxx bütün məlumatların Bank tərəfindən sorğu edilməsinə və məlumatların ötürülməsinə, həmçinin beynəlxalq kart təşkilatlarının (VISA, Mastercard və s.) təqdim etdiyi xidmətlərə qoşulmaq və həmin xidmətlərdən istifadə etmək məqsədilə ona aid zəruri məlumatların ötürülməsinə əvvəlcədən öz razılığını bildirir və bu razılığını birtərəfli qaydada xxxx götürə bilməz.
Müştəri bu müqavilə üzrə ona təqdim edilmiş ödəniş kartından debet kartı kimi istifadə edə bilər. Ödəniş kartının xxxx hesabındakı şəxsi vəsaitlərin gündəlik qalığına tariflərə uyğun faiz dərəcəsi ilə faiz hesablanır və hər təqvim ayının sonuncu iş günü Müştərinin istifadəsindəki xxxxxx xxxx hesabına köçürülür.
Bank, bu ofertaya və Müştəri ilə ayrıca bağlanan və bu ofertanın şərtləri tətbiq edilən müqavilələrə birtərəfli qaydada dəyişiklik edə bilər və bu ofertanı və həmin müqavilələri Müştəriyə münasibətdə birtərəfli qaydada ləğv edə bilər.
Bu müqavilə üzrə gələcəkdə Müştərinin Xxxxxx qeydiyyatda xxxx mobil nömrəsinə SMS vasitəsilə və ya Müştərinin Banka bildirdiyi elektron poçt ünvanına, həmçinin mobil bankçılıq vasitəsilə və ya mümkün xxxx digər formada Bank tərəfindən istənilən məzmunda yeniliklər, dəyişikliklər, yeni məhsullar barədə məlumatlar, kredit barədə təkliflər, kredit borcu üzrə məlumat, öhdəliklərin icrası, o cümlədən bank qarşısında icra edilməmiş öhdəlikləri barədə bildiriş, reklam xarakterli məlumatlar göndərilə bilər.
I. BÖLMƏ BANK HESABLARI
2. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
2.1. Bank aşağıdakı vəzifələri daşıyır:
2.1.1. Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktlarına və Bankın qaydalarına uyğun olaraq təqdim edilən sənədlər əsasında müvafiq valyutalarda hesab açmaq; 2.1.2. Müştəriyə hesablaşma-xxxxx xidmətləri göstərmək:
- Müştərinin hesablarına daxil xxxx pul vəsaitini növbəti iş günündən gec olmayaraq (qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə qanunvericiliyə müvafiq olaraq əlavə sənədlərin təqdim olunmasının tələb olunduğu hallar istisna olmaqla) hesablara mədaxil etmək və müştərinin müraciətinə əsasən bu barədə Müştəriyə məlumat vermək;
- Müştərinin təqdim etdiyi ödəniş sənədlərini Banka daxil olduğu günün ertəsi iş günündən gec olmayaraq icra etmək;
- Müştəriyə xxxxx xidmətləri göstərmək (digital bankçılıq qaydasında fəaliyyət göstərən Bankın kassa xidmətləri göstərməyən filialları istisna olmaqla); - Müştərinin hesabından çıxarışları ona təqdim etmək;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq müştərinin hesab üzrə verdiyi digər sərəncamlarını yerinə yetirmək;
2.1.3. Müştərinin hesabı ilə bağlı istənilən sorğu və məktubları qanunvericiliklə müəyyən olunmuş müddət ərzində cavablandırmaq;
2.1.4. Müştərinin hesabına daxil xxxx pul vəsaitlərini zərurət yarandıqda Bankın daxili mübadilə məzənnəsinə uyğun qaydada konvertasiya etmək və bununla bağlı komisyon haqlarını Müştərinin hesablarından akseptsiz qaydada silmək.
2.2. Bankın aşağıdakı hüquqları vardır:
2.2.1. Hesabın açılması üçün zəruri xxxx sənədlərlə yanaşı, qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə qanunvericiliyə zidd olmayan digər sənədlərin də təqdim edilməsini tələb etmək, hesabdan qeyri-leqal məqsədlər üçün istifadə edilməsi sübut edildikdə bu müqaviləni ləğv etmək və müştərinin hesabını bağlamaq;
2.2.2. Hesab(lar)xxx sahibkarlıq fəaliyyəti ilə bağlı istifadə edildikdə hesab(lar)ı birtərəfli qaydada bloklamaq/bağlamaq;
2.2.3. Hesab üzrə 1 (bir) il ərzində əməliyyat aparılmadığı, müştərinin hesabında saxlanılan pul vəsaitinin məbləği 6 (altı) ay ərzində 10 manatdan az olduqda Bank bu Müqaviləni birtərəfli qaydada ləğv edə və müştərinin hesabını bağlaya bilər.
2.2.4. Müştərinin Bank qarşısında borc və digər öhdəlikləri üzrə məbləğləri, Bank tərəfindən tətbiq olunan cərimələri, eləcə də, mövcud tariflər əsasında Müştəriyə göstərilmiş hər bir xidmət üzrə müvafiq komisyon haqqını, kredit prosedurlarına görə Bank tərəfindən təsdiq edilmiş komisyon haqlarını Müştərinin istənilən hesabından, o cümlədən digər valyutalardakı hesablarından Xxxxxx xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqqları tutulmaq şərtilə mübahisəsiz qaydada (Müştərinin sərəncamı olmadan) silmək. Müştəri, Bank və üçüncü şəxslə arasında bağlanan üçtərəfli əqdlərin icrasını təmin etmək məqsədilə Müştərinin hesabından akseptsiz qaydada (Müştərinin sərəncamı olmadan) pul vəsaitlərini silmək və ya digər müvafiq blok besaba köçürərək bloklaşdırmaq;
2.2.5. Birtərəfli qaydada mövcud tariflərdə və əməliyyatların aparılması qaydalarında dəyişiklik etmək və yeni tariflər (komissiyalar) müəyyən etmək hüququna malikdir. Tariflər “sayt”da yerləşdirilir və “Müştəri” bu tariflərlə bağlı dəyişiklikləri qəbul edir;
2.2.6. İnvestisiya xidməti, o cümlədən marja ticarəti xidməti göstərən şirkətlərlə Müştəri arasında bağlanan müqavilələr üzrə (marja ticarəti xidməti göstərən şirkətlərlə müştəri arasında belə müqavilə bağlandığı halda) Müştərinin öhdəliklərinin yerinə yetirilməsi məqsədilə zəruri məbləğdə pul vəsaitlərini hesabdan akseptsiz qaydada silmək və digər hesablara köçürmək;
2.2.7. Aşağıdakı hallardan biri və ya bir neçəsi baş verdikdə Müştərinin bütün bank hesablarından və digər bütün əsaslarla ona çatası vəsaitlərdən xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komission haqları tutulmaq şərtilə müvafiq vəsaiti akseptsiz qaydada silmək:
a) Üçüncü şəxslər və ya Bank tərəfindən yalnışlıqla mədaxil edilmiş pul vəsaitlərini;
b) Bankın bankomat, POS-terminal və digər sistemlərində, cihazlarında baş verən texniki nasazlıqlar nəticəsində Müştərinin bank hesabında ona məxsus olmayan pul vəsaitlərinin istifadə imkanı mümkün olduğu təqdirdə çıxarıldığı hallarda. Müəyyən texniki səbəblərə görə hesabda mövcud xxxx pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Texniki overdraft Bankla razılaşdırılmadan kartın balansında xxxx pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində Müştərinin Bank qarşısında yaranmış borсudur və Müştəri tərəfindən bu müqavilədə müəyyən olunmuş qaydada ödənilməsi təmin edilməlidir.
2.2.8. Hesab üzrə texniki overdraft yarandığı halda Müştəri Bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda Müştəri Bank qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə borc məbləği Bank tərəfindən Müştəriyə məxsus xxxx bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər.
a) Texniki overdraft baş verdiyi hallarda Müştərinin sərəncamı olmadan akseptsiz qaydada silmək üçün onun hesablarında pul olmadıqda və ya kifayət qədər olmadıqda yaranmış borc (texniki overdraft) Müştəriyə illik
30% hesablanmaqla 30 (otuz) təqvim günü müddətində qaytarılmalıdır;
b) Yaranmış borc (texniki overdraft) və ona hesablanmış faizlər bu Müqavilənin 2.2.8.-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulmuş müddət ərzində ödənilmədikdə ödənilməmiş borc gecikdirilmiş hesab edilir və həmin borca görə bu Müqavilənin 2.2.8-ci bəndinin “a” yarımbəndində göstərilən illik faiz dərəcəsi ikiqat məbləğdə hesablanır. Faizlərin hesablanması borc tam ödənilənə qədər davam edir;
c) Borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün Müştəri ödənilməli xxxx məbləğin 0,5 (sıfır xxx xxxx beş) %-i miqdarında Banka dəbbə pulu ödəyir;
ç) Texniki overdraft baş verdiyi hallarda yaranmış borc məbləği (texniki overdraft) və faizlər ödənilənə qədər Bank kartın fəaliyyətini (hesab üzrə əməliyyatları) dayandıra bilər və bununla əlaqədar Bankın çəkdiyi və ya çəkməli olduğu bütün xərclər Müştəri tərəfindən ödənilir.
2.3. Müştəri aşağıdakı vəzifələri daşıyır:
2.3.1. Hesabın açılması üçün zəruri xxxx sənədləri, eləcə də, qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə Bank tərəfindən qanunvericiliyə zidd olmayan digər sənədlər tələb edildikdə onları Banka təqdim etmək;
2.3.2. Hesab(lar)xxx sahibkarlıq fəaliyyəti ilə bağlı istifadə etməmək;
2.3.3. Qanunvericiliyə və Bankın daxili qaydalarına uyğun olaraq hesab üzrə nağd və nağdsız qaydada əməliyyatlar aparmaq;
2.3.4. Ödəniş sənədlərini Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ hüquqi xarakterli aktlarına uyğun tərtib edərək Banka təqdim etmək;
2.3.5. Bank tərəfindən hesaba səhvən köçürülmüş məbləğdən istifadə etməmək və Bankı dərhal məlumatlandırmaq. Xxxxxx səhv daxil edilmiş pul vəsaitlərini ən geci növbəti əməliyyat günündən gec olmayaraq xxxx qaytarmaq;
2.3.6. Müştəriyə nəzərdə tutulmuş hallarda fiziki şəxslərin özünüqiymətləndirmə formaları təqdim olunanda onları imzalamaq və lazım olunan sənədləri və/və ya məlumatları təqdim etmək;
2.3.7. Banka düzgün və təhrif olunmamış məlumatlar təqdim etmək. Bu Müqavilə üzrə öhdəliklərinin bu Müqavilə ilə tələb olunan qaydada icrasına təsir edə biləcək bütün şərait və hadisələr barədə, o cümlədən adı, soyadı, atasının adı, qeydiyyat və faktiki ünvanlarında, mobil nömrəsində və əvvəllər Banka təqdim edilmiş istənilən məlumatlarda və/və ya sənədlərdə baş verən dəyişikliklər barədə belə dəyişikliklər baş verdiyi tarixdən 3 (üç) iş günü ərzində Banka yazılı məlumat vermək. Müştəri tərəfindən məlumatların vaxtında verilməməsi nəticəsində yarana biləcək hər hansı mübahisəyə görə Bank məsuliyyət daşımır və Müştərinin ünvanına, mobil telefon nömrəsinə və ofertada razılaşdırılmış digər əlaqə vasitələrinə göndərilmiş məlumatlar bütün hallarda Müştəriyə göndərilmiş və ona rəsmi qaydada çatdırılmış hesab olunur.
2.3.8. Müştəri investisiya xidməti, o cümlədən marja ticarəti xidməti göstərən şirkətlərlə onun arasında bağlanan müqavilələr üzrə (marja ticarəti xidməti göstərən şirkətlərlə müştəri arasında belə müqavilə bağlandığı halda) öhdəliklərinin yerinə yetirilməsi məqsədilə hesaba daxil olacaq zəruri pul vəsaitlərinin
“Unicapital İnvestisiya Şirkəti” ASC-nin “Unibank” KB-da ABŞ dollarında xxxx xxxx hesabına köçürülməsi barədə Banka əvvəlcədən tapşırıq verir. Bank isə hesaba daxil olacaq zəruri pul vəsaitlərini daxil olduğu günün növbəti əməliyyat günündən gec olmayaraq akseptsiz qaydada silərək “Unicapital İnvestisiya Şirkəti” ASC-nin ABŞ dollarında xxxx xxxx hesabına daxil etməyi öz öhdəsinə götürür.
2.3.9. Tariflər “sayt”da yerləşdirilir və “Müştəri” “sayt”a mütəmadi şəkildə daxil olaraq onlarla xxxxx olmağı öhdəsinə götürür.
2.4. Müştərinin aşağıdakı hüquqları vardır:
2.4.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hesabdan istifadə etmək.
2.4.2. Lazımi dövr üçün Bankın Tariflərinə uyğun haqq ödəməklə hesabdan əlavə çıxarış, eləcə də, hesabdan vəsaitin silinməsinin düzgünlüyünü təsdiq edən sənədləri “Bank”xxx təqdim etməyi tələb etmək.
3. HESABIN FƏALİYYƏT REJİMİ
3.1. Müştəri öz hesabının müstəqil sərəncamçısıdır və bu hüququ Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslarla və hallarda məhdudlaşdırıla bilər.
3.2. Müştərinin xarici valyutada xxxx xxxxxx üzrə əməliyyatların aparılması zamanı Azərbaycan Respublikasında mövcud valyuta rejiminə riayət olunmalıdır.
3.3. Müştərinin hesabından silinmələrə əsas, qanunvericilikdə və bu ofertada nəzərdə tutulmuş hallar istisna olmaqla, onun təqdim etdiyi ödəniş sənədləridir.
3.4. Ödəniş sənədləri yazıldığı gündən (yazılma günü nəzərə alınmadan) sonra 3 (üç) iş günü ərzində Banka təqdim edilə bilər. Bu müddət bitdikdən sonra təqdim olunan ödəniş sənədləri icraya qəbul edilmir. Ödəniş sənədi poçt rabitəsi vasitəsi ilə Banka göndərildikdə müddət ödəniş sənədinin xxxxx verilmə tarixini göstərən poçtun ştampına əsasən müəyyən olunur.
3.5. Bankla Müştəri arasında hesabın kreditləşdirilməsi haqqında əlavə razılaşma yoxdursa, Bank Müştərinin hesabı üzrə əməliyyatları, hesabdakı qalıq çərçivəsində müəyyən olunmuş ardıcıllıq qaydasında aparır. Ödəniş sənədinin məbləği Müştərinin hesabındakı vəsait qalığından çoxdursa, Bank həmin ödəniş sənədini qanunvericiliklə müəyyən olunmuş ardıcıllıqla icra edir.
3.6. Müştəri üçün əməliyyat günü Bankın daxili iş rejimi qaydalarına uyğun olaraq müəyyən edilir.
3.7. Bankın daxili iş rejimi qaydalarına uyğun olaraq müəyyən edilmiş vaxtdan sonra daxil olmuş ödəniş sənədləri növbəti iş günündə icra edilir.
3.8. Hesabdan çıxarışlar və digər sənədlər Müştərinin özünə və yalnız müvafiq etibarnamə əsasında onun nümayəndəsinə verilir.
3.9. Qanunvericilik və Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərin pozulması ilə tərtib edilmiş, habelə qüsurlu ödəniş sənədləri qəbul edilmir.
3.10. Ödəniş sənədinin Banka icra üçün təqdim edilmə vaxtı keçdikdə, ödəniş sənədinin rekvizitlərində uyğunsuzluq olduqda, ödənişin təyinatı və əsası göstərilmədikdə, rəqəmlə və yazı ilə göstərilən məbləğlər arasında uyğunsuzluq olduqda, üzərində düzəliş və ya pozulmalar edildikdə, nüsxələr eyni olmadıqda, ödəniş sənədində və imza nümunələri vərəqəsində qeyd olunmuş imzalar arasında uyğunsuzluq olduqda, möhür olmadıqda və ya uyğun gəlmədikdə (imza və möhür nümunələri vərəqəsində nəzərdə tutulduğu halda) ödəniş sənədi qüsurlu sayılır və Bank tərəfindən icra üçün qəbul olunmur.
3.11. Tərəflər arasında əlavə saziş (razılaşma) olmadığı halda, hesabdakı qalıqlara Bank tərəfindən faiz ödənilmir.
3.12. Bu hesabdan Müştərinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar istifadə edilə bilməz. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar Müştərinin xeyrinə Banka pul vəsaiti daxil olduğu halda Müştərinin razılığı alınmadan həmin vəsait göndərən şəxsə ödənişin məbləğindən bank xidmət haqqı və Bankın çəkdiyi digər xərclər çıxılmaqla xxxx qaytarılır və ya “Müştəri”nin Xxxxxx sahibkarlıq fəaliyyəti ilə əlaqədar hesabı olarsa, məbləğ həmin hesaba köçürülür. Bankın, həmçinin bank xidmət haqqlarını və pul vəsaitinin göndərənə xxxx qaytarılması ilə bağlı çəkdiyi digər xərcləri Müştərinin bank hesablarından akseptsiz qaydada silmək hüququ vardır.
3.13. Bankın, Müştəri tərəfindən kartla edilən və Müştəridən xxxxx xxxx səbəblərdən baş tutmayan əməliyyatlarla bağlı çəkdiyi xərclərə görə Müştəridən komissiya tutmaq hüququ vardır. Komissiyanın məbləği barədə məlumatlar “sayt”da yerləşdirilir və “Müştəri” “sayt”a mütəmadi daxil olaraq onlarla xxxxx |
olur. |
3.14. İmza və möhür nümunələri vərəqəsində birinci və (və ya) ikinci imzaya malik iki və ya daha xxx şəxsin imzası qeyd olunduğu hallarda, həmin imzaların istifadəsi qaydası bu oferta və (və ya) müştərinin ərizəsi ilə müəyyən edilir.
3.15. Müqavilə ləğv edilərkən Bank, hesabdakı pul vəsaitinin qalığını Müştəriyə verir və ya Müştərinin göstərişi ilə onun müvafiq yazılı ərizəsinin alındığı gündən ən geci 7 (yeddi) təqvim günü keçənədək başqa hesaba köçürür. Hesabdakı pul vəsaitinin qalığı Müştəri tərəfindən xxxx alınmadıqda və ya vəsaitin köçürülməli olduğu yeni hesab Banka bildirilmədikdə, həmin vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesablarının uçotu aparılan hesaba köçürülür.
4. ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU, BANK VƏ ƏMANƏTÇİ
4.1. Bank 30 iyul 2007-ci il tarixindən Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra – “Fond”) iştirakçısı olaraq (21 xxxxx Şəhadətnamə) Xxxxx sığorta haqqı ödəyir (bu haqq Əmanətçidən tutulmur).
4.2. Bank tərəfindən Əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Xxxx tərəfindən sığortalanır. 4.3. Sığorta hadisəsi - Bankın məcburi ləğvi və ya müflis elan olunması, Bankın Əmanətçi qarşısında əmanət üzrə öhdəliklərinin yerinə yetirilməsinə məhkəmə tərəfindən moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və Bankın Əmanətçi qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilməsidir.
4.4. Sığorta hadisəsi baş verdikdə, Fond aşağıdakı kütləvi informasiya vasitəsilərində Əmanətçiyə kompensasiya ödənilməsi yeri və vaxtı haqqında elan verir: a) AzTV; b) İctimai TV; c) Azərbaycan qəzeti;
d) Respublika qəzeti; e) Xalq qəzeti; f) AzərTAc informasiya agentliyi; g) APA informasiya agentliyi.
4.5. Fonddan kompensasiya almaq üçün Əmanətçi kütləvi informasiya vasitələrində göstərilən yerə yazılı ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: a) Şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiqləyən digər sənəd;
b) Əmanət kitabçası və ya əmanəti təsdiqləyən digər sənəd;
c) Bank əmanəti müqaviləsi;
d) Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Xxxxx təqdim etməlidir.
Ərizənin verildiyi tarixdən etibarən 90 (doxsan) gün müddətində Xxxx tərəfindən Əmanətçiyə kompensasiya ödənilməlidir. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında elanı ilk dəfə dərc etdiyi gündən 5 (beş) il müddətində saxlanılır.
4.6. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir:
a) Bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;
b) cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər;
c) cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər;
d) üzərinə həbs qoyulmuş əmanətlər;
e) cəlb edildiyi günə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20- ci bəndinə uyğun olaraq müəyyən edilən həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər (qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi Mərkəzi Bankla razılaşdırılmaqla Fondun Himayəçilik
Şurası tərəfindən müəyyən edilir);
f) fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri;
g) fiziki şəxslərin bankın vəkalətli idarəetməsində xxxx pul vəsaitləri.
4.7. Fond sığorta hadisəsi baş verdikdə Əmanətçiyə əmanətin məbləğinin qanunvericiliklə nəzərdə tutulmuş həcmində kompensasiya ödəyir.
4.8. Fond kompensasiyanı milli valyutada xxxx əmanət üzrə manatla, ABŞ dollarında xxxx əmanət üzrə ABŞ dollarında, AVRO-da olan əmanət üzrə isə AVRO-da Əmanətçiyə ödəyir. Əmanət ABŞ dolları və ya AVRO-da olmadıqda kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Fond əmanət üzrə faizləri sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə Əmanətçiyə ödəyir.
4.9. Əmanətçinin Xxxxxx bir neçə əmanəti, yaxud həmin əmanətlər müxtəlif valyutalarda olduğu zaman Fond, həmin əmanətləri toplayır və bir əmanət kimi kompensasiya olunur. Əmanətçinin Fondun hər hansı digər iştirakçı bankında xxxx əmanətinə isə ayrıca əmanət kimi baxılır və kompensasiya ödənilir.
4.10. Fond kompensasiyanın ödənilməsi üçün səhv və ya yanlış məlumatlar təqdim etmiş, yaxud qanunsuz olaraq kompensasiya alınması üçün müraciət etmiş şəxslərə kompensasiya ödəməkdən imtina edir və ya ödənilmiş məbləğin xxxx qaytarılmasını tələb edir.
4.11. Bank Əmanətçinin yazılı və ya şifahi sorğularına cavab olaraq, Bankın sığorta sistemində iştirakı, qorunan əmanətlər və kompensasiyalar barədə Əmanətçiyə məlumat verir.
4.12. Əmanətçi aşağıda göstərilən ünvanda və ya əlaqə telefonları və elektron poçt vasitəsilə Fondla əlaqə saxlaya bilər: AZ1014, Bakı şəhəri, Bül-Bül prospekti 40; əlaqə tel: (00000) 000 00 00, 000 00 00, 000 00 00; Faks: (00000) 000 00 00; Qaynar xətt 941, email: xxxx@xxxx.xx, sayt: xxx.xxxx.xx
4.13. Faizləri “Əmanətlərin sığortalanması haqqında” AR Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində xxxx bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq Fondun iştirakçı bankları tərəfindən “Əmanətlərin tam sığortalanması haqqında” AR Qanununa əsasən tam sığortalanır.
II. BÖLMƏ ÖDƏNİŞ KARTLARI
5. ÜMUMİ MÜDDƏALAR
5.1. Bank “Müştəri”nin ödəniş kartına (bundan sonra “Kart” adlanacaq) xidmət göstərilməsini və karta bağlı xxxx xxxx hesab vasitəsilə hesablaşma-xxxxx əməliyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, Müştəri isə Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür.
5.1.1. Bu müqavilə üzrə əldə olunmuş ödəniş kartı açar kart kimi istifadə olunur. Müştərinin seçiminə əsasən açar funksiyası ləğv oluna bilər.
5.2. Bu ofertada və Bank tərəfindən bildirilən digər bütün şərtlər “sayt”da əks olunur.
5.3. Müştəriyə təqdim olunan kartın növündən asılı olaraq, xxxxxx xxxx hesabındakı gündəlik qalığına “sayt”da qeyd olunan illik faiz dərəcəsi ilə əlavə ödəniş hesablana bilər. Əlavə ödəniş hesablanarsa, ödəniş, hər təqvim ayının sonuncu iş günü Müştərinin Xxxxxx xxxx xxxx bank hesabına köçürülür. Müştərinin kartında xxxx şəxsi |
vəsaitinə hesablanacaq faiz dərəcəsi haqqında məlumat “sayt”da əks olunur. |
5.4. Kartdan nağdlaşdırmaya görə komissiya Bankın tariflərinə uyğun olaraq tənzimlənir.
5.5. Kartdan istifadə etməklə hesab üzrə əməliyyatların aparılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktları, həmçinin Bankın daxili qaydaları ilə müəyyən edilir.
5.6. Bank, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktlarına və Bankın daxili qaydalarına uyğun olaraq təqdim edilən sənədlər əsasında hesab açır və həmin hesabdan istifadə etmək üçün “Müştəri”yə kart verir.
5.7. Bankın müəyyən etdiyi bütün tariflər “sayt”da yerləşdirilir və “Müştəri” “sayt”a mütəmadi daxil olaraq onlarla xxxxx olur. “Müştəri” tərəfindən aparılan bütün əməliyyatlara görə komisyon haqqı “Bank” tərəfindən akseptsiz qaydada onun hesabından silinir.
5.8. “Müştəri”yə kart verilərkən müvafiq eyniləşdirmə (sistemdə kartın “Müştəri”yə aid olması) edildikdən sonra kartın ilk PİN-kodu “Bank” tərəfindən “Müştəri”yə SMS vasitəsilə “Müştəri”nin Xxxxxx qeydiyyatda xxxx mobil nömrəsinə göndərilir və ya PİN-kod Müştəri tərəfindən Xxxxxx xxxx POS-terminal, ATM və ya mobil əlavə vasitəsilə şəxsən təyin oluna bilər. PİN-kod “Müştəri”nin imzasının analoqu hesab olunur. “Müştəri” tərəfindən kartın və ya onun PİN-kodunun üçüncü şəxslərə verilməsi qadağandır, kart və PİN- kodla əlaqədar təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır. Kart üzrə aparılmış əməliyyatlar “Müştəri” tərəfindən aparılmış əməliyyatlar kimi qəbul olunur.
5.9. Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə Müştəri məsuliyyət daşıyır. 5.10. “Bank”, “Müştəri”yə əsas kartla yanaşı, onun yazılı ərizəsi əsasında (ərizənin imzanın digər analoqundan istifadə etməklə təqdim edilməsi daxil olmaqla) Bankın tariflərinə uyğun ödəniş edilməklə əlavə kart verə bilər. Əlavə kartlarla və ya kartlar üzərindəki məlumatları daxil etməklə aparılan bütün əməliyyatlar üzrə tam məsuliyyəti “Müştəri” daşıyır.
5.11. Müəyyən texniki səbəblərə görə hesabda mövcud xxxx pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda “Müştəri”nin “Bank” qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda “Müştəri” “Bank” qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə həmin tarixdən etibarən illik ( ) % məbləğində cərimə ödənişi hesablana bilər. Yaranmış borc və ona hesablanan cərimə faizləri müəyyən edilmiş müddətdə qaytarılmadıqda “Bank”, “Müştəri”ni xəbərdar etmədən kartla əməliyyatların aparılmasını dayandıra bilər. Hesab üzrə texniki overdraft yarandığı və ya “Müştəri”yə kredit xətti açıldığı təqdirdə yaranmış borc məbləği və hesablanmış cərimə faizləri, dəbbə pulu “Bank” tərəfindən “Müştəri”yə məxsus xxxx bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər. Bank müştərinin hesabını kreditləşdirə də bilər. Bu zaman Bankın tariflərində qeyd edilən şərtlər tətbiq olunur.
5.12. Bank kartın verilməsinə görə uyğun gördüyü hər cür təminatı “Müştəri”dən tələb etmək hüququna malikdir. “Müştəri” Bankın müəyyən etdiyi şərt və formalarda təminat verməyə borcludur. Bank mümkün ola bilən ziyanın qarşısını almaq üçün müəyyən etdiyi miqdarda sığorta depozitinin qoyulmasını tələb edə və sığorta depozitinin miqdarını birtərəfli qaydada dəyişdirə bilər. “Müştəri”nin Banka verdiyi sığorta depoziti kartdan istifadə nəticəsində yarana bilən borcların qaytarılması üçün nəzərdə tutulur.
5.13. Bu hesabdan “Müştəri”nin sahibkarlıq fəaliyyəti ilə əlaqədar istifadə edilə bilməz. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar “Müştəri”nin xeyrinə Banka pul vəsaiti daxil olduğu halda “Müştəri”nin razılığı alınmadan həmin vəsait göndərən şəxsə ödənişin məbləğindən və ya digər bank hesablarından xidmət haqqı və Bankın çəkdiyi digər xərclər çıxılmaqla xxxx qaytarılır və ya “Müştəri”nin Xxxxxx sahibkarlıq fəaliyyəti ilə əlaqədar hesabı olarsa, məbləğ həmin hesaba köçürülür.
5.14. Kartla əməliyyatların aparılması ilə əlaqədar “Müştəri”dən daxil xxxx şikayətlərə baxılarkən Bank əməkdaşları tərəfindən Xxxxxx saxlanılan sənədlərdən sübut kimi istifadə istifadə edilə bilər.
5.15. Kartın itirilməsi, oğurlanması və istifadəçinin iradəsinə zidd olaraq digər vasitələrlə sahibliyindən çıxması, onun sərəncamı olmadan digər vasitələrlə başqa şəxslər tərəfindən istifadə edilməsi hallarında kartın bloklaşdırılması məqsədilə “Müştəri” tərəfindən Bankın Məlumat Mərkəzinə (tel: + 00000 000) müraciət olunmalıdır. Kartın bloklaşdırılmasının digər üsul və vasitələri (SMS-banking, Mobil tətbiq və s.) haqqında müvafiq izahedici məlumatı “sayt”xxx əldə etmək mümkündür. Müştəri tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır.
5.16. Kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa, Bank bu problemlərə görə “Müştəri” qarşısında məsuliyyət daşımır. Mübahisə yarandıqda, kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış problemin Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədar olmadığı “Müştəri” tərəfindən sübut edilməyincə, həmin problemə görə Bankın məsuliyyəti istisna olunur.
5.17. Kartdan istifadə etməklə həyata keçirilən əməliyyatlar üzrə hesablaşmalar müvafiq yerli və ya beynəlxalq kart təşkilatlarının qaydalarına və bu ofertaya uyğun şəkildə aparılır.
5.18. “Müştəri”nin kart ilə apardığı nağd və ya nağdsız əməliyyatın valyutası kart hesabının valyutasından fərqləndiyi halda məbləğin konvertasiyası:
- Əməliyyat “Bank”ın xidmət etdiyi qurğularda (bankomat, POS-Terminal, online ticarət) baş tutduğu təqdirdə “Bank”ın tariflərində qeyd edilən məzənnə əsasında,
- Əməliyyat “Bank”ın xidmət etmədiyi qurğularda baş tutduğu təqdirdə isə həm “Bank”ın, həm Ekvayerin (mal, iş, xidmət təklif edən şəxsin müvəkkil bankı), həm də “Bank”la Ekvayer arasında iştirak edən Ödəniş Təşkilatının (maliyyə əməliyyatlarının və hesablaşmaların həyata keçməsini təmin edən sistem) müəyyən etdiyi məzənnə əsasında aparılır.
5.19. Kart vasitəsilə kart hesabının valyutasından fərqli valyutalarda aparılan əməliyyat zamanı məbləğin bloklaşdırıldığı və hesabdan silindiyi (ödəniş tələbinin bank sisteminə daxil olduğu tarix) tarixlərdə valyuta məzənnəsindəki mümkün dəyişikliklər nəticəsində hesabdan faktiki silinən məbləğ
bloklaşdırılmış məbləğlə eyni və ya fərqli ola bilər. Valyuta məzənnəsinin dəyişməsi nəticəsində yarana biləcək zərərə görə risk
“Müştəri”nin üzərinə düşür.
5.20. Bu oferta Müştərinin ərizəsi əsasında, onun xxxxx Xxxxxx, Bankın filial və şöbələrində gələcəkdə açılacaq hər hansı növ bank hesabı üçün, habelə hər hansı kart təqdim edilməsi və ona xidmət göstərilməsi üçün hüquqi əsas ola bilər, bir şərtlə ki, qanunvericilikdə nəzərdə tutulan məcburi tələblərə əməl olunsun və Bank tərəfindən ayrı qayda müəyyən edilməsin.
5.21. Ödəniş sistemləri üzərində nəzarət funksiyasını Azərbaycan Respublikasının Mərkəzi Bankı həyata keçirir (Tel.: 000 00 00, Faks: 493 55 41, e-mail xxxx@xxxx.xx)
5.22. Müştəri öz hesabının müstəqil sərəncamçısıdır.
5.23. Müştərinin xarici valyutada xxxx xxxxxx üzrə əməliyyatların aparılması zamanı Azərbaycan Respublikasında mövcud valyuta rejiminə riayət olunmalıdır.
5.24. Müştərinin hesabından silinmələrə əsas, qanunvericilikdə və bu ofertada nəzərdə tutulmuş hallar istisna olmaqla, onun təqdim etdiyi ödəniş sənədləridir.
5.25. Ödəniş sənədləri yazıldığı gündən (yazılma günü nəzərə alınmadan) sonra 3 (üç) iş günü ərzində Banka təqdim edilə bilər. Bu müddət bitdikdən sonra təqdim olunan ödəniş sənədləri icraya qəbul edilmir. Ödəniş sənədi poçt rabitəsi vasitəsi ilə Banka göndərildikdə müddət ödəniş sənədinin xxxxx verilmə tarixini göstərən poçtun ştampına əsasən müəyyən olunur.
5.26. Bankla Müştəri arasında hesabın kreditləşdirilməsi haqqında əlavə razılaşma yoxdursa, Bank Müştərinin hesabı üzrə əməliyyatları, hesabdakı qalıq çərçivəsində müəyyən olunmuş ardıcıllıq qaydasında aparır. Ödəniş sənədinin məbləği Müştərinin hesabındakı vəsait qalığından çoxdursa, Bank həmin ödəniş sənədini qanunvericiliklə müəyyən olunmuş ardıcıllıqla icra edir.
5.27. Müştəri üçün əməliyyat günü bankın daxili iş rejimi qaydalarına uyğun olaraq müəyyən edilir.
5.28. Bankın daxili iş rejimi qaydalarına uyğun olaraq müəyyən edilmiş vaxtdan sonra daxil olmuş ödəniş sənədləri növbəti iş günündə icra edilir.
5.29. Hesabdan çıxarışlar və digər sənədlər Müştərinin özünə və yalnız müvafiq etibarnamə əsasında onun nümayəndəsinə verilir. 5.30. Bank, internet şəbəkəsində Müştərinin kart ilə apardığı əməliyyatlara dair onun kart hesabından silinmələrə, kartdan PİN kodu daxil edilməsi ilə istifadə olunması nəticəsində vəsait silinməsinə, habelə kartla silinmiş vəsaitin ödənilməsinə görə heç bir məsuliyyət daşımır.
5.31. Məsuliyyətin ötürülməsi qaydasının (liability shift rule) tətbiq edilmədiyi ölkələrdə icra olunan əməliyyatlar zamanı yaranan fırıldaqçılıq hallarına görə Bank kart istifadəçisi qarşısında məsuliyyət daşımır. Bu kateqoriyaya aid ölkələrdə aparılan əməliyyatlar zamanı Bankın rəsmi saytında (xxxxxxx.xx) yerləşdirilmiş təhlükəsizlik qaydalarına riayət edilməlidir.
5.32. Qanunvericilik və Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərin pozulması ilə tərtib edilmiş, habelə qüsurlu ödəniş sənədləri qəbul edilmir.
5.33. Ödəniş sənədinin Banka icra üçün təqdim edilmə vaxtı keçdikdə, ödəniş sənədinin rekvizitlərində uyğunsuzluq olduqda, ödənişin təyinatı və əsası göstərilmədikdə, rəqəmlə və yazı ilə göstərilən məbləğlər arasında uyğunsuzluq olduqda, üzərində düzəliş və ya pozulmalar edildikdə, nüsxələr eyni olmadıqda, ödəniş sənədində və imza nümunələri vərəqəsində qeyd olunmuş imzalar arasında uyğunsuzluq olduqda, möhür olmadıqda və ya uyğun gəlmədikdə (imza və möhür nümunələri vərəqəsində nəzərdə tutulduğu halda) ödəniş sənədi qüsurlu sayılır və Bank tərəfindən icra üçün qəbul olunmur.
5.34. İmza və möhür nümunələri vərəqəsində birinci və (və ya) ikinci imzaya malik iki və ya daha xxx şəxsin imzası qeyd olunduğu hallarda, həmin imzaların istifadəsi qaydası bu oferta və (və ya) müştərinin ərizəsi ilə müəyyən edilir.
5.35. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Bank tərəfindən hesab üzrə birtərəfli qaydada əməliyyatların icrasının dayandırılması, bank hesablarındakı vəsaitlərin dondurulması, bank hesablarının bağlanması (ləğv edilməsi), kartla əməliyyatların aparılmasının məhdudlaşdırılması həyata keçirə bilər.
6. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
6.1. Bankın hüquqları:
6.1.1. Bank xidmətlərinə görə müəyyən edilmiş tariflərə birtərəfli qaydada dəyişiklik etmək və yeni tariflər (komissiyalar) müəyyən etmək;
6.1.2. Müəyyən edilmiş hallarda və qaydada ona ödənilməli xxxx pul vəsaitlərini (əsas borc, faiz, dəbbə pulu, xidmət haqqı və s.) Müştərinin bütün valyutada xxxx hesablarından və digər əsaslarla ona çatası vəsaitlərdən akseptsiz qaydada silmək;
6.1.3 Kartdan qeyri-qanuni məqsədlərlə istifadə etməsi, limitləri aşması, hesabında borcun yaranması və ya “Müştəri” tərəfindən şərtlərə əməl olunmadığı aşkar olunduğu hallarda kartdan istifadə edilməsini və hesab üzrə əməliyyatları dayandırmaq və kartı “imtinalar siyahısı”na yerləşdirmək, karta xidməti ləğv etmək hüququna malikdir.
6.1.4. Bankın tarifləri ilə müəyyən edilmiş hallarda karta nağdsız mədaxil edilmiş vəsaitlərdən xidmət haqqı tutula bilər. 6.1.5. Kartdan nağdlaşdırma zamanı Bankın tariflərinə uyğun komissiya tutula bilər.
6.1.6. Kart Bankın mülkiyyəti hesab edilir. “Bank”, hesabın təhlükəsizliyi və digər risklər baxımından birtərəfli qaydada “Müştəri”nin kartını bloklaşdırmaq və ya karta xidmət göstərilməsini dayandırmaq, kartın risk qrupunu (kart əməliyyatları üzrə müəyyən edilmiş məhdudiyyətlər qrupu) dəyişmək və kartın üzərində digər sərəncam vermək hüququna malikdir. Müştərinin ərizəsi əsasında Bankın tarifləri nəzərə alınmaqla müştəri tərəfindən müvafiq haqq ödənilərək kart yenisi ilə əvəz oluna bilər. Ödəniş təşkilatları ilə yaranan texniki problemlərlə əlaqədar Bank tərəfindən kart yenisi ilə əvəz edilə bilər.
6.1.7. Hesabın açılması üçün, zəruri xxxx sənədlərlə yanaşı, qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə qanunvericiliyə zidd olmayan digər sənədlərin də təqdim edilməsini tələb etmək, hesabdan qeyri-leqal məqsədlər üçün istifadə edilməsi sübut edildikdə hesabı birtərəfli qaydada bağlamaq;
6.1.8. Xxxxxx səhv daxil edilmiş pul vəsaitlərini ən geci növbəti əməliyyat günündən gec olmayaraq xxxx qaytarmaq. 6.1.9. Aşağıdakı hallardan biri və ya bir neçəsi baş verdikdə Bankın, Müştərinin bütün bank hesablarından və digər bütün əsaslarla ona çatası vəsaitlərdən xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komission haqları tutulmaq şərtilə akseptsiz qaydada silmək hüququna malikdir:
a) Üçüncü şəxslər və ya Bank tərəfindən yalnışlıqla mədaxil edilmiş pul vəsaitlərini;
b) Bankın bankomat, POS-terminal və digər sistemlərində, cihazlarında baş verən texniki nasazlıqlar nəticəsində Müştərinin bank hesabında ona məxsus olmayan pul vəsaitlərinin istifadə imkanı mümkün olduğu təqdirdə çıxarıldığı hallarda. Müəyyən texniki səbəblərə görə hesabda mövcud xxxx pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Texniki overdraft Bankla razılaşdırılmadan kartın balansında xxxx pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində Müştərinin Bank qarşısında yaranmış borсudur və Müştəri tərəfindən bu müqavilədə müəyyən olunmuş qaydada ödənilməsi təmin edilməlidir.
c) Kartla əməliyyatların aparılması zamanı Müştərinin kart hesabında kifayət qədər vəsait olmadığı hallarda həmin əməliyyatın baş tutması üçün Bank tərəfindən Müştəriyə imkan yaradıla bilər və bu hal overdraftı əhatə edir. Bu zaman həmin əməliyyatın aparılması nəticəsində Müştərinin Bank qarşısında yaranmış borcunun bu müqavilədə müəyyən olunmuş qaydada ödənilməsi təmin edilməlidir.
6.1.10. Bankın, Müştəri tərəfindən kartla edilən və Müştəridən xxxxx xxxx səbəblərdən baş tutmayan əməliyyatlara görə çəkdiyi xərclərlə bağlı Müştəridən komissiya tutmaqhüququ vardır. Komissiyanın məbləği barədə məlumatlar “sayt”da yerləşdirilir və “Müştəri” “sayt”a mütəmadi daxil olaraq onlarla xxxxx |
olur. |
6.2. Bankın vəzifələri:
6.2.1.Müştərinin hesabına daxil xxxx pul vəsaitlərini zərurət yarandıqda Bankın kommersiya məzənnəsinə uyğun qaydada konvertasiya etmək və bununla bağlı komisyon haqqlarını Müştərinin hesablarından akseptsiz qaydada silmək.
6.2.2. Müştəriyə hesablaşma-xxxxx xidmətləri göstərmək:
- Müştərinin hesablarına daxil xxxx pul vəsaitini növbəti iş günündən gec olmayaraq (qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində
istifadə cəhdlərindən qorunmaq məqsədilə qanunvericiliyə müvafiq olaraq əlavə sənədlərin təqdim olunmasının tələb olunduğu hallar istisna olmaqla) hesablara mədaxil etmək və müştərinin müraciətinə əsasən bu barədə Müştəriyə məlumat vermək;
- Müştərinin təqdim etdiyi ödəniş sənədlərini Banka daxil olduğu günün ertəsi iş günündən gec olmayaraq icra etmək;
- Müştəriyə xxxxx xidmətləri göstərmək (digital bankçılıq qaydasında fəaliyyət göstərən Bankın kassa xidmətləri göstərməyən filialları istisna olmaqla); - Müştərinin hesabından çıxarışları ona təqdim etmək;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq müştərinin hesab üzrə verdiyi digər sərəncamlarını yerinə yetirmək;
6.2.3. Müştərinin hesabı ilə bağlı istənilən sorğu və məktubları qanunvericiliklə müəyyən olunmuş müddət ərzində cavablandırmaq. 6.3. Müştərinin hüquqları:
6.3.1. Kart vasitəsilə mal, iş, xidmətlərə görə əməliyyatlar aparmaq, o cümlədən bankomat (ATM) və POS- terminaldan nağd vəsait əldə etmək;
6.3.2. Lazımi dövr üçün Bankın tariflərinə uyğun haqq ödəməklə hesabdan əlavə çıxarış, eləcə də, hesabdan vəsaitin silinməsinin düzgünlüyünü təsdiq edən sənədləri “Bank”xxx təqdim etməyi tələb etmək;
6.3.3. Bankın, Əmanətlərin Sığortalanması Fondunun iştirakçısı olması, əmanətlərin sığortalanması şərtləri, kompensasiya ödənilməsi şərtləri və qaydaları barədə yazılı və şifahi sorğu ilə Banka müraciət etmək və ondan yazılı məlumat almaq;
6.3.4. Kartdakı risk qruplarının dəyişdirilməsi üçün «Bank»a müraciət etmək. Bu xxxxx xxxx risk qrupu üzrə daha aşağı təhlükəsizlik tədbirləri nəzərdə tutularsa, onun nəticəsində yarana biləcək istənilən risklərə, o cümlədən maddi və qeyri-maddi risklərə görə Müştəri məsuliyyət daşıyır.
6.3.5. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hesabdan istifadə etməklə bağlı digər hüquqlar; 6.3.6. Müştəri plastik kartın PİN-kodunu mobil əlavə üzərindən, Bank filiallarındakı POS-terminal və “Unibank” KB ASC-yə məxsus xxxx bankomatlar vasitəsi ilə dəyişdirə bilər. PİN-kodunun dəyişdirilməsi müvafiq tariflər əsasında həyata keçirilir.
6.3.7. Kartın risk qrupu və əməliyyatların məhdudiyyətləri barədə “sayt”xxx məlumat əldə etmək.
6.4. Müştərinin vəzifələri:
6.4.1. Kart vasitəsilə bir qayda olaraq hesabda xxxx pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək. Texniki overdraft Bankla razılaşdırılmadan kartın balansında xxxx pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borсudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir.
6.4.2. Kartla əməliyyatların aparıla bilməsi üçün kart hesabını lazımi miqdarda pul vəsaiti ilə təmin etmək;
6.4.3. Hesabına daxil xxxx pul vəsaitlərini zərurət yarandıqda Bankın kommersiya məzənnəsinə uyğun qaydada Bank tərəfindən konvertasiya edilməsinə və bununla bağlı komisyon haqqlarının onun hesablarından akseptsiz qaydada silinməsinə əvvəlcədən öz razılığını bildirir.
6.4.4. Kartın itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görməlidir. Hesab üzrə əməliyyatların təhlükəsizlik tələblərinin pozulması, məlumatların üçüncü şəxslərə açıqlanması hallarında Müştəri məsuliyyət daşıyır.
6.4.5. Yeni kart verildiyi halda, xxxx xxxxxx verilməsi ilə bağlı bütün xərcləri ödəmək;
6.4.6. Hesabda xxxx pul vəsaitindən hər hansı qeyri-qanuni məqsəd, o cümlədən çirkli pulların yuyulması (qeyri-xxxxxx xxxxx əldə edilmiş gəlirlərin leqallaşdırılması) və terrorizmin maliyyələşdirilməsi üçün istifadə etməyəcəyinə təminat vermək və buna görə məsuliyyət daşımaq;
6.4.7. Təqdim edilmiş mobil və digər əlaqə nömrələrinin dəyişildiyi təqdirdə Banka 2 (iki) təqvim günü ərzində məlumat vermək. Məlumat verilmədiyi təqdirdə bütün növ əməliyyatlara (internet üzərindən online, beynəlxalq köçürmələr, POS terminal, ATM və digər) görə məsuliyyət Müştərinin üzərindədir.
6.4.8. Bank tərəfindən istənilən zaman “Müştəri”nin kartını bloklaşdırmaq və ya karta xidmət göstərilməsini dayandırmaq, birdəfəlik, gündəlik, həftəlik və aylıq əməliyyat limitlərini dəyişmək, kartın risk qrupunu dəyişmək və kartın üzərində digər sərəncam vermək, kredit limitində dəyişiklik etmək səlahiyyətlərinə razılığını bildirir.
6.4.9. Kartla bağlı məlumatları əldə etmək üçün “sayt”la mütəmadi olaraq xxxxx olmaq;
6.4.10. Hesabın açılması üçün zəruri xxxx sənədləri, eləcə də, qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə Bank tərəfindən qanunvericiliyə zidd olmayan digər sənədlər tələb edildikdə onları Banka təqdim etmək;
6.4.11. Qanunvericiliyə və Bankın daxili qaydalarına uyğun olaraq hesab üzrə nağd və nağdsız qaydada əməliyyatlar aparmaq;
6.4.12. Ödəniş sənədlərini Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ hüquqi xarakterli aktlarla uyğun tərtib edərək Banka təqdim etmək;
6.4.13. Bank tərəfindən hesaba səhvən köçürülmüş məbləğdən istifadə etməmək və Bankı dərhal məlumatlandırmaq. Xxxxxx səhv daxil edilmiş pul vəsaitlərini ən geci növbəti əməliyyat günündən gec olmayaraq xxxx qaytarmaq;
6.4.14. Bank tərəfindən tələb edildikdə Banka düzgün və təhrif olunmamış məlumatlar təqdim etmək. Müvafiq qaydada icrasına təsir edə biləcək bütün şərait və hadisələr barədə, o cümlədən adı, soyadı, atasının adı, qeydiyyat və faktiki ünvanlarında, mobil nömrəsində və əvvəllər Banka təqdim edilmiş məlumatlarda baş verən dəyişikliklər barədə belə dəyişikliklər baş verdiyi tarixdən 3 (üç) iş günü ərzində Banka yazılı məlumat vermək. Müştəri tərəfindən məlumatların vaxtında verilməməsi nəticəsində yarana biləcək hər hansı mübahisəyə görə Bank məsuliyyət daşımır və Müştərinin ünvanına, mobil telefon nömrəsinə və ofertada razılaşdırılmış digər əlaqə vasitələrinə göndərilmiş məlumatlar bütün hallarda Müştəriyə göndərilmiş və ona rəsmi qaydada çatdırılmış hesab olunur.
7. MÜBAHİSƏLƏRİN HƏLLİ VƏ PRETENZİYALAR
7.1. Tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
7.2. Müştəri hesab üzrə çıxarışda göstərilən əməliyyatlara, eləcə də əsassız silinmələrə etiraz etdikdə etiraz etdiyi əməliyyatın baş verdiyi tarixdən ( ) təqvim günü müddətində Banka yazılı qaydada pretenziya təqdim etməli və etirazını əsaslandırdığı halları pretenziyada göstərməlidir. Bu müddət ərzində pretenziya təqdim edilmədikdə və ya hesab üzrə çıxarışda göstərilən əməliyyatlara etirazın əsaslandırıldığı hallar pretenziyada göstərilmədikdə hesab üzrə çıxarışda göstərilən əməliyyatlar təsdiq olunmuş hesab edilir. 7.3. Göndərilmiş və ya təqdim olunmuş pretenziyalara cavab verilməsi müddəti onun alındığı tarixdən
( ) təqvim günü müəyyən edilir.
8. “SMS-BANKİNQ” XİDMƏTİNİN GÖSTƏRİLMƏSİ
8.1. Plastik kart vasitəsilə həyata keçirilən bütün əməliyyatlar və onların nəticəsində yaranan hesab qalığı barədə məlumatların əldə edilməsi üzrə xidmətlər Müştəriyə ödənişli olaraq Kart prosessinq mərkəzi vasitəsilə göstərilir. Bank bu xidmətdən istifadə etməyi Müştəriyə tövsiyyə edir və Müştəri “SMS-Bankinq” xidmətinə Banka müraciət etməklə istənilən vaxt qoşula bilər.
8.2. Bank bəyan edir ki, “SMS-Bankinq” xidmətinə qoşulmaq Müştəriyə onun plastik kartı vasitəsilə aparılan əməliyyatlar barədə məlumat əldə etmək və bununla da aparılmış əməliyyatın Müştərinin iradəsinə uyğun olub-olmadığını vaxtında müəyyənləşdirmək imkanı yaradır. Bank tərəfindən Müştəriyə ona məxsus hesablarla bağlı da bu xidmətdən istifadə hüququ verilə bilər.
III. BÖLMƏ ELEKTRON XİDMƏTLƏR GÖSTƏRİLMƏSİ
9. ANLAYIŞLAR
9.1. Mobil bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Qaydalar - şərtlərlə yanaşı Mobil bankçılıq vasitəsilə xidmət göstərilməsini tənzimləyən Mobil Bankçılıqda yerləşdirilən qaydalar;
9.2. İstifadəçi - Bankın müştərisi xxxx və Mobil Bankçılıqda qeydiyyatdan keçmiş fiziki şəxs;
9.3. Bank – “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar cəmiyyəti;
9.4. Mobil Bankçılıq – Paroldan və müəyyən olunmuş hallarda Asan imzadan istifadə etməklə internet vasitəsilə nəzərdə tutulmuş əməliyyatların aparılmasına və sənədlərin təsdiq edilməsinə imkan yaradan proqramdır. Proqrama çıxış istənilən mobil operatorların abonenti xxxx istifadəçilərə verilir.
9.5. Mobil telefon SİM-kartı – İstifadəçi tərəfindən Banka bildirilmiş Mobil bankçılığa və ya Mobil bankçılığa və Asan imzasına xxxxx xxxx hər hansı mobil operatorun sim kartıdır (nömrəsidir);
9.6. Xxxx Xxxx - Xxxxxxxxxxxxx şəxsi imzasının analoqu xxxx onun mobil telefon SİM-xxxxxxx xxxxx rəqəmsal imzadır. Asan İmza ilə istifadəçinin şəxsiyyəti təsdiq olunur və sənədlərə rəqəmsal imza qoyulur.
9.7. Parol - Mobil Bankçılıqda qeydiyyatdan keçməsi nəticəsində İstifadəçi tərəfindən yaranmış bu proqrama daxil olub, nəzərdə tutulmuş əməliyyatları və sənədləri təsdiq etmək üçün istifadə olunan, İstifadəçinin eyniləşdirilməsini təmin edən rəqəmlərin ardıcıl toplusudur. Əməliyyatların və sənədlərin təsdiq edilməsi zamanı parol İstifadəçinin imzasının analoqu kimi qəbul olunur. Parol ilə təsdiq olunmuş sənədlər kağız daşıyıcıda xxxx İstifadəçinin şəxsi imzası ilə təsdiq olunmuş sənədlərlə eyni hüquqi qüvvəyə malikdir; 9.8. Qeydiyyat yazısı – parolun daxil edilməsi nəticəsində açılan Mobil Bankçılıqda İstifadəçinin şəxsi səhifəsi;
9.9. Mobil cihaz – İstifadəçiyə məxsus Mobil bankçılıq yüklənmiş mobil telefon, smartfon, planşet və sair bu kimi elektron cihazdır.
9.10. Xxxx hesab - istifadəçinin hesabına daxil xxxx pul vəsaitlərinin qəbul edilməsi və hesaba salınması, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair sərəncamların yerinə yetirilməsi üçün açılan bank hesabıdır;
9.11. Əmanət hesabı – bank əmanəti müqaviləsinə əsasən istifadəçinin pul vəsaitlərinin əmanətlərə cəlb edilməsi, əmanətlərin uçotu və müvafiq əməliyyatların aparılması üçün açılan bank hesabıdır;
9.12. Ödəniş kartı - nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin alınması üçün istifadə edilən kartdır;
9.13. Tariflər – istifadəçiyə göstərilmiş xidmətlər müqabilində Bank tərəfindən birtərəfli qaydada müəyyən edilmiş istifadəçi tərəfindən ödənilməli xxxx haqqdır. Tariflər “sayt”da yerləşdirilir.
9.14. Şəxsiyyəti təsdiq edən sənəd – Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları” ilə müəyyən olunur.
10. ELEKTRON XİDMƏTLƏR
Elektron xidmətlər Mobil Bankçılıq vasitəsilə nəzərdə tutulmuş əməliyyatların aparılması və sənədlərin təsdiqlənməsini əhatə edir.
11. MOBİL BANKÇILIQDAN QEYDİYYATDAN KEÇMƏ QAYDASI
İstifadəçi şəxsiyyətini təsdiq edən sənədi ilə ilk növbədə Bankın hər hansı filialına yaxınlaşmaqla, filialın əməkdaşı tərəfindən təqdim olunmuş sənədləri imzalayır və Bankın sistemində qeydiyyata alınır. Bundan sonra İstifadəçi Mobil Bankçılıqda “Filial vasitəsilə qeydiyyat keçməsini” seçməklə filialda qeydiyyatdan keçdiyi zaman təqdim edilmiş mobil telefon nömrəsini müvafiq xanaya daxil edir. Mobil telefon nömrəsi filialda qeydiyyatdan keçmiş mobil telefon nömrəsi ilə eyni olduqda İstifadəçinin mobil telefon nömrəsinə bir dəfə üçün istifadəsi nəzərdə tutulmuş şifrə göndərilir. Şifrəni Mobil bankçılığın müvafiq xanasına daxil etdikdən sonra İstifadəçi Mobil Bankçılığa daxil olmaq və əməliyyatları aparmaq üçün parolu özü müəyyən edir.
12. MOBİL BANKÇILIQ VASİTƏSİLƏ ƏMƏLİYYATLARIN APARILMASI VƏ SƏNƏDLƏRİN İMZALANMASI
12.1. Bankın texniki imkanları nəzərə alınmaqla mobil bankçılıq vasitəsilə aşağıdakı əməliyyatlar aparıla və sənədlər imzalana bilər:
12.1.1. Xxxx və əmanət hesablarının açılması, buna dair müvafiq sənədlərin, o cümlədən əmanət müqavilələrinin, bank hesabları üzrə xidmət müqavilələrinin imzalanması və yaxud da bu ofertanın qəbul (aksept) edilməsi; 12.1.2. Xxxx bank
hesablarının bağlanması;
12.1.3. İstifadəçinin xxxx hesablarından pul vəsaitinin xxxx və əmanət hesablara köçürülməsi (o cümlədən ödəniş kartından bank hesablarına və bank hesablarından ödəniş kartlarına);
12.1.4. Bank qarşısında xxxx xxxxxx borclarının ödənilməsi və kredit limitinin dəyişdirilməsi üçün müraciət edilməsi;
12.1.5. Bank hesablarından çıxarışlar və istifadəçinin rekvizitlərinin Bankın qüvvədə xxxx tariflərinə uyğun istifadəçinin hesablarından akseptsiz komisyon haqqının silinməsi şərtilə, müştərinin qeyd etdiyi elektron poçt ünvanına göndərilməsi;
12.1.6. Kartların sifariş edilməsi. Bu zaman Mobil Bankçılıq vasitəsilə yalnız sifariş verilə bilər. Müvafiq sənədlər Bankın baş ofisində və ya filiallarında imzalanır;
12.1.7. Kartların risk qrupunun dəyişdirilməsi (kreditin alınması, istifadə edilməsi və ödənilməsi üçün verilmiş, o cümlədən istifadəçisi eyniləşdirilməmiş kartlar istisna təşkil edir);
12.1.8. Kartların bloka salınması və blokdan çıxarılması. Bu zaman yalnız Mobil Bankçılıq vasitəsi ilə bloka salınmış kartlar blokdan azad oluna bilər;
12.1.9. Pul vəsaitinin girovu ilə təmin edilmiş kredit müqavilələrinin, pul vəsaitinin girov müqavilələrinin (notarial qaydada təsdiqlənməli müqavilələr istisna olmaqla) və buna dair müvafiq sənədlərin imzalanması;
12.1.10. Təminatsız kreditlərin əldə edilməsi üçün sifariş verilməsi.
12.2. Notarial qaydada təsdiqlənən və/və ya mobil bankçılıq vasitəsilə bağlanması nəzərdə tutulmayan müqavilələr istisna olmaqla digər müqavilələr və həmin müqavilələrə aid digər sənədlər ASAN imza, elektron imza və ya imzanın digər analoqu ilə təsdiqlənir.
13. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
13.1. İstifadəçi öz üzərinə aşağıdakı öhdəlikləri götürür:
13.1.1. Mobil telefon SİM-kartının və mobil cihazının itməsi, oğurlanması və digər vasitələrlə onun sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görmək; 13.1.2. Mobil telefon Sim-kartının və/və ya mobil cihazının itirilməsi, oğurlanması və digər vasitələrlə onun sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi barədə məlumatı dərhal Bankın
117 nömrəsinə zəng edərək məlumat vermək;
13.1.3. Bank tərəfindən tələb edildikdə Banka düzgün və təhrif olunmamış məlumatlar təqdim etmək. Müvafiq qaydada icrasına təsir edə biləcək bütün şərait və hadisələr barədə, o cümlədən adı, soyadı, atasının adı, qeydiyyat və faktiki ünvanlarında, mobil nömrəsində və əvvəllər “Bank”a təqdim edilmiş digər məlumatlarda baş verən dəyişikliklər barədə belə dəyişikliklər baş verdiyi tarixdən 3 (üç) iş günü ərzində “Bank”a yazılı məlumat vermək. Müştəri tərəfindən məlumatların vaxtında verilməməsi nəticəsində yarana biləcək hər hansı mübahisəyə görə Bank məsuliyyət daşımır və Müştərinin ünvanına, mobil telefon nömrəsinə və ofertada razılaşdırılmış digər əlaqə vasitələrinə göndərilmiş məlumatlar bütün hallarda Müştəriyə göndərilmiş və ona rəsmi qaydada çatdırılmış hesab olunur.
13.1.4. Mobil bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Qaydalarına və Mobil Bankçılığa Bank tərəfindən birtərəfli qaydada dəyişikliklərin edilməsi hüququnu qəbul edir. Qaydalara edilmiş dəyişikliklər Mobil bankçılıqda yerləşdirildiyi gün İstifadəçi tərəfindən onların qəbul edildiyi gün sayılır.
13.2. İstifadəçinin aşağıdakı hüquqları var:
13.2.1. Mobil Bankçılıq vasitəsilə nəzərdə tutulmuş əməliyyatları aparmaq və sənədləri imzalamaq;
13.2.2. Mobil bankçılıq vasitəsilə aparılmış hər hansı əməliyyatla bağlı sorğu və etirazı Bankın 117 nömrəsinə zəng etməklə vermək. Sorğu və etiraz əməliyyatın həyata keçirildiyi gündən yalnız 14 (on dörd) iş günü ərzində verilə bilər. Bu müddət keçdikdən sonra Banka ünvanlanmış sorğular və etirazlara baxılmır və cavablandırılmır.
13.2.3. İstifadəçi Bankın mövcud və gələcəkdə təklif edəcəyi bütün növ elektron xidmətlərdən istifadə hüququnu əldə edir və elektron xidmətlərdən istifadə qaydaları İstifadəçi ilə Bank arasında ayrıca razılaşdırılacaq. Elektron xidmətlər haqqında ətraflı məlumatları “sayt”xxx əldə etmək olar.
13.3. Bank öz üzərinə aşağıdakı öhdəlikləri götürür:
13.3.1. Müştəridən məlumatın daxil olduğu tarixdən etibarən ən geci növbəti iş günü ərzində İstifadəçinin mobil bankçılıqda xxxx qeydiyyat yazısını bloklaşdırmaq; 13.4. Bankın aşağıdakı hüquqları var:
13.4.1. Bankın qüvvədə xxxx tariflərinə uyğun istifadəçinin hesablarından akseptsiz komisyon haqqını silmək.
13.4.2. Mobil Bankçılığa və Mobil bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Qaydalarına birtərəfli qaydada dəyişiklik etmək.
14. SƏNƏDLƏRİN HÜQUQİ QÜVVƏSİ
14.1. Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı elektron formada təsdiqlənmiş sənədlər kağız daşıyıcıda xxxx İstifadəçinin şəxsi imzası ilə təsdiqlənmiş müvafiq sənədlərlə eyni hüquqi qüvvəyə malikdir.
14.2. İstifadəçi qəbul edir ki, Bank tərəfindən birtərəfli qaydada dəyişdirilmiş Mobil bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Qaydalar, Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı təsdiqlənmiş elektron sənədlər mübahisələrin həlli zamanı sübutdurlar.
15. MƏSULİYYƏT
15.1. İstifadəçi Xxxxx Bankçılıqda qeydiyyat zamanı daxil etdiyi məlumatların tam və düzgün olduğunu, bütün məlumatların onun özünə məxsus olduğunu təsdiq edir. Hər hansı məlumatın səhv daxil edilməsinə və ya ona məxsus olmayan məlumatın daxil edilməsinə və bununla bağlı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür.
15.2. Mobil telefon SİM-kartının və/və ya mobil cihazının itirilməsi, o cümlədən oğurlanması və digər vasitələrlə İstifadəçinin sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi nəticəsində ona dəymiş zərərə görə Bank məsuliyyət daşımır.
15.3. Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı Xxxxxxxxxx tərəfindən rekvizitlərin, məbləğlərin və ya digər məlumatın səhv daxil edilməsinə görə və bunun nəticəsində ona dəymiş zərərə görə Bank məsuliyyət daşımır.
15.4. Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür.
15.5. Müştərinin Elektron Bankçılığa (internet və mobil cihazlar üzərindən bank əməliyyatlarının aparılmasının təmini) qoşulmaq imkanı var. Tərəflər razılığa gəlirlər ki, müştəri Elektron Bankçılığa qoşulmaq və ondan istifadə etmək üçün Asan imza, mobil nömrə və Bankın ödəniş kartı ilə elektron formada qeydiyyatdan keçdiyi halda Bankın mobil tətbiqində yerləşdirilmiş elektron bankçılığa dair qaydalar Müştəri tərəfindən onun qeydiyyat zamanı daxil etdiyi mobil telefon nömrəsinə daxil xxxx identifikasiya kodu vasitəsi ilə təsdiqlənir (qəbul olunur). Bu zaman Müştərinin mobil telefon nömrəsinə daxil xxxx kod ilə təsdiqlənmiş qaydalar Müştərinin şəxsi imzası ilə edilmiş təsdiq ilə eyni hüquqi qüvvəyə malikdir.
15.6. Bankın texniki imkanları nəzərə alınmaqla gələcəkdə bank məhsulları ilə əlaqədar elektron imza, Asan imza və sair analoq imza vasitələrdən elektron imzalanmaqla yeni razılaşmalar və şərtlər tətbiq edilə bilər.
IV. BÖLMƏ
KREDİT XƏTTİ
16. MÜQAVİLƏNİN PREDMETİ
16.1. Bu müqaviləyə əsasən:
“Bank” “Müştəri”yə SMS bildirişdə qeyd olunan məbləğdə, müddətdə, illik faiz dərəcəsində kredit limiti ayırır, ona bank hesabı (xxxx, kredit) açır və ödəniş kartı təqdim edir, “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu xxxxx ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Ödəniş kartından POS-terminal vasitəsilə istifadə zamanı Müştəri taksitli (kreditin məbləğindən istifadə edilmiş vəsaitin komissiya ilə və ya komissiyasız mümkün bərabər hissələrlə
ödənilməsi. “Müştəri”, taksitli ödəmə barədə məlumatları (aylıq ödəniş məbləği, taksitli ödənişin müddəti, faiz dərəcəsi, komissiya) şəxsi kabinet, mobil tətbiq və ya Bank tərəfindən təklif edilən digər vasitələrlə əldə edə bilər) və ya birdəfəlik alış-veriş etmək barədə seçim edir və bu zaman seçimə görə “Müştəri” şəxsən məsuliyyət daşıyır. Taksitli alış-veriş üçün komissiya tətbiq edilə bilər. Ödəniş kartının istifadə müddəti 60 aydır. Ödəniş kartı “Müştəri”nin həm kredit, həm də debet kartıdır, bu karta bir neçə hesab bağlıdır və bu hesabların valyutaları da fərqlidir. Ödəniş kartının istifadəsi bu oferta ilə tənzimlənir. Kredit və ya kredit xəttinin məqsədli təyinatı: istehlak
16.2. Kredit xətti üzrə hər bir faktiki istifadə edilmiş kredit məbləği faktiki istifadə edildiyi tarixdən etibarən “Bank”la Partnyorlar arasındakı layihələr üzrə bağlanmış və gələcəkdə bağlanacaq Birgə fəaliyyət haqqında Müqavilələrdə nəzərdə tutulmuş müddətdə (minimum ay, maksimum ay) “Müştəri” tərəfindən tam olaraq ödənilməlidir. Faktiki istifadə edilmiş kredit məbləğləri “Bank”la Partnyorlar arasında bağlanmış Birgə fəaliyyət haqqında müqavilələrdə nəzərdə tutulmuş müddətlərə daxil xxxx ayların sayına bölünərək kreditin istifadə edildiyi aydan sonrakı aydan başlayaraq bu müqavilədə nəzərdə tutulmuş qaydada, bərabər hissələrlə ödənilməlidir. Kreditdən taksitli istifadəyə görə faiz (komisyon haqqı) “Bank”la Partnyorlar arasında bağlanan Birgə fəaliyyət haqqında Müqavilələrə əsasən partnyorlar və ya “Müştəri”lər tərəfindən ödənilir. Kreditdən taksitli istifadəyə görə faizin (komisyon haqqının) məbləği də “Bank” ilə Partnyorlar arasında bağlanan Birgə fəaliyyət haqqında Müqavilələrlə müəyyən olunur. Taksitlərlə əlaqədar xidmətlər və onların tarifləri, istifadə şərtləri “sayt”xxx əldə edilə bilər.
16.3. Kredit xətti SMS məlumatlandırmada qeyd edilən məbləğ və maksimum müddətə, illik 36 (otuz altı)
%-dək (faktiki illik faiz dərəcəsi ( ) %-dək) olmaq şərtilə ayrılır. Əgər müddətin sonunadək (sonuncu ay) müştəri qalıq borcu tam ödəməsə, növbəti aydan etibarən 60 (altmış) ay müddətinədək və kreditin verildiyi eyni illik faiz dərəcəsinə bərabər olmaqla qalıq borcu miqdarında yeni nağd kredit (restrukturizasiya) rəsmiləşdirilə bilər. Bu zaman müştəriyə aylıq ödənişin məbləği və müddətləri barədə (ödəniş cədvəli) SMS, elektron poçt və ya mobil bankçılıq vasitəsilə bildiriş göndərilir.
16.4. Bu müqavilə üzrə nəzərdə tutulmuş kredit xətti müddətində “Müştəri”nin maliyyə vəziyyəti yenidən araşdırıla və nəticədə kredit limitinin saxlanılması və ya ləğv edilməsi Bank tərəfindən müəyyən edilə bilər.
16.5. Xidmət haqqı “sayt”da kütləvi elan olunmuş tariflərə əsasən tənzimlənir.
16.6. Bank tərəfindən ödəniş kartından nağdlaşdırma əməliyyatları üzrə limitlər müəyyən oluna bilər. “Müştəri”nin müraciəti ilə limitlərin dəyişdirilməsi “Bank”ın mülahizəsi əsasında həyata keçirilir və “Bank” tərəfindən limitlər dəyişdirilməyə bilər.
16.7. “Bank”, “Müştəri”nin Xxxxxx qeydiyyatda xxxx mobil nömrəsinə daxili təlimatlara əsaslanaraq müəyyən edilmiş və ayrılmış kredit xəttinin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti və kredit xəttinin açılması ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, həmçinin bu şərtlərin və kreditin ödəniş gününün dəyişdirilməsi barədə SMS göndərir. Bu məlumatlar “Müştəri”nin Banka bildirdiyi elektron poçt ünvanına, həmçinin mobil bankçılıq vasitəsilə və ya digər formada da müştəriyə göndərilə bilər.
16.7.1. Müştəriyə göndərilmiş SMS-dən sonra razılıq bildirən cavab SMS-i (məlumatlar elektron poçt adresi və ya digər formada göndərildiyi halda müvafiq qaydada cavablandırma) tələb olunmur. Bu müqaviləni imzalamaqla Müştəri bütün şərtləri qəbul etmiş sayılır. Müştəri kart vasitəsilə kredit xəttindən istifadə etdiyi təqdirdə üzərinə öhdəlik götürmüş sayılır. Kredit xəttindən istifadə etdikdən sonra kredit xəttinin məbləği, müddəti, illik faiz dərəcəsi, aylıq ödəniş ilə razılaşmadığı barədə Banka qarşı heç bir tələb irəli sürə bilməz.
16.7.2. Xxxxxxxx müqaviləyə dəyişiklik və əlavə barədə öz təkliflərini Bankın məlumat mərkəzinə bildirə bilər. Bank tərəfindən Borcalanın əlavə və dəyişikliklərə dair təklifinə baxılaraq Xxxxxxxxx onun müraciəti daxil olduğu vaxtdan üç iş günü ərzində müvafiq qaydada məlumat verilir. Həmin müddətdə Bank tərəfindən Xxxxxxxxxx müraciətinə dair ona məlumat verilməməsi Bankın Xxxxxxxxxx təklifi ilə razılaşmaması hesab olunur. Əgər Bank Xxxxxxxxxx təklifi ilə razılaşarsa bu zaman bu Müqavilənin kreditlə bağlı bəndlərinə əlavə və ya dəyişiklik fiziki imza, gücləndirilmiş elektron imza ilə və ya bu oferta ilə müəyyən olunmuş imzanın digər analoqu ilə imzalanmaqla təsdiq edilir.
16.7.3. Bu müqavilə üzrə kreditdən faktiki istifadə dedikdə, “Müştəri” tərəfindən kartdan istifadə edilməklə kredit xətti üzrə nağd pul vəsaitlərinin çıxarılması və (və ya) nağdsız ödənişlərin aparılması başa düşülür. “Müştəri”yə verilmiş kartın 16 (on altı) rəqəmi bu müqaviləyə əsasən verilən kredit üzrə “Müştəri”ni
eyniləşdirmək üçün istifadə olunur. Bu müqavilə üzrə SMS vasitəsilə “Müştəri”nin təklifləri və “Bank”ın bütün təklif və etirazlarına dair mobil yazışmaları bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir.
16.8. Bu müqavilə ilə müəyyən edilmiş hallarda və qaydada Banka ödənilməli xxxx pul vəsaitləri (əsas borc, faiz, dəbbə pulu, xidmət haqqı və s.) müştərinin bütün növ xarici və milli valyutada xxxx bank hesablarından, digər əsaslarla ona çatası vəsaitlərdən akseptsiz qaydada silinir.
17. KREDİTİN VƏ FAİZLƏRİN HESABLANMASI, QAYTARILMASI QAYDALARI
17.1. Kreditin və kreditdən istifadəyə görə faizlərin və əsas borcun “Müştəri” tərəfindən “Bank”a qaytarılmasının dövriliyi bu müqavilə ilə müəyyən olunur.
Müştəri bu müqavilə üzrə ödənişləri kredit xəttindən nağd və ya nağdsız istifadə etdiyi tarixdən asılı olmayaraq hər növbəti ayın kreditin verildiyi ayın müvafiq günü ilə eyni günündən başlayaraq sonrakı 10 (on) gün müddətində ödəməlidir, bura 10-cu gün də daxildir və bu müddət “ödəmə müddəti” adlanır. Ödəmə müddəti ərzində “Müştəri”yə SMS və/və ya mobil əlavə vasitəsilə həmin ödəmə müddəti üçün ödənilməli borc məbləği barədə məlumat göndərilə bilər. Əgər “Müştəri” taksit borcunu ödəmə müddəti ərzində ödəməsə, ödəmə müddətindən sonra onun aylıq taksit borcu adi kredit xətti borcu kimi nəzərə alınacaq və ödəmə müddətindən sonrakı dövr üçün kreditin illik faiz dərəcəsi ilə hesablama aparılacaq. Kredit xətti üzrə ödəmə müddətində faizlər illik faiz dərəcəsinə uyğun hesablanır və aylıq ödəniş məbləğinə azı aşağıdakılar daxildir:
• kredit xətti üzrə taksit borcuna aid edilməyən əsas borcun istifadə edilmiş minimum 5 (beş) xxxxx. Həmin məbləğdən taksit borcuna aid edilməyən əsas borcun istifadə edilmiş hissəsi üçün ödəmə müddətinə hesablanmış faizlər Bank tərəfindən avtomatik çıxılır;
• xxxx ay üzrə ödənilməli taksit borcu (varsa);
• aylıq xidmət haqqı (varsa);
• nağdlaşma komissiyası (varsa).
Kredit xəttindən nağdsız istifadə etdikdə ödəmə müddətində illik faiz dərəcəsi ilə hesablama aparılmır və bu güzəşt müddəti sayılır. Yəni, nağdsız istifadəyə ödəmə müddətində güzəşt tətbiq edilir və bu “Müştəri”nin əsas borc qalığında əks olunur.
17.2. Kreditin və kreditdən istifadəyə görə faizlərin, həmçinin hesablanmış cərimənin və nağdlaşdırma komissiyasının (olduğu təqdirdə) tam və ya qismən “Bank”ın hesabına köçürüldüyü tarix kredit və kreditdən istifadəyə görə faizlərin, hesablanmış cərimənin və nağdlaşdırma komissiyasının müvafiq olaraq tam və ya qismən “Bank”a qaytarıldığı tarix hesab olunur. “Müştəri” bu Müqavilə üzrə kredit və onun faizlərini, həmçinin bu Müqavilənin 17.1-ci maddəsində nəzərdə tutulmuş digər ödənişləri bankomat və ya mümkün xxxx digər ödəniş üsulları (online ödəniş, ödəniş terminalları və s.) vasitəsilə etdiyi halda:
- ödəniş saat 15:00-adək həyata keçirilərsə, vəsait “Müştəri”xxx xxxx hesabına ödənişin edildiyi gün mədaxil edilir və həmin gün ödəniş günü hesab edilir;
- ödəniş saat 15:00-xxx sonra həyata keçirilərsə, vəsait “Müştəri”xxx xxxx hesabına ödənişin edildiyi gündən sonrakı iş günü mədaxil edilir və “Müştəri” tərəfindən ödənişin edildiyi gündən sonra gələn iş günü ödəniş günü hesab edilir. “Müştəri” bu Müqavilə üzrə kredit və onun faizlərinin ödənişini axşam kassası vasitəsilə apardıqda, vəsait “Müştəri”xxx xxxx hesabına ödənişin edildiyi gündən sonrakı iş günü mədaxil edilir və “Müştəri” tərəfindən ödənişin edildiyi gündən sonra gələn iş günü ödəniş günü hesab edilir.
17.3. “Müştəri” və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə xərclərin, xidmət haqqının, eləcə də nağd pulun çıxarılmasına görə komissiya haqqının, ikinci növbədə ödəniş tarixinə xxxx vəziyyət üzrə dəbbə pulunun (cərimənin, penyanın), üçüncü növbədə mövcud kredit faizlərinin, dördüncü növbədə kreditin əsas məbləğinin ödənilməsinə yönəldilir.
17.4. Kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılması kreditin verildiyi valyutada həyata keçirilir.
17.5. “Müştəri”yə verilmiş kreditin uçotu “Müştəri”nin kredit hesabı üzrə aparılır. Kreditin istifadəsi xxxx hesab üzrə həyata keçirilir. Kreditin ödənilməsi xxxx hesab vasitəsi ilə və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə qadağan olunmayan digər üsullarla həyata keçirilə bilər.
17.6. “Müştəri” tərəfindən istifadə edilmiş kredit xətti üzrə hesablanmış faizlər bu müqavilədə nəzərdə tutulmuş qaydada ödənilməlidir. Bank tərəfindən istifadə edilmiş kredit üzrə hesablanmış faizlər
“Müştəri”yə məxsus hesablardan, o cümlədən “Müştəri”nin digər valyutalardakı hesablarından xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər.
17.7. “Müştəri”nin kredit borcu onun kredit xəttindən faktiki istifadəsi zamanı yaranır.
17.8. “Bank” “Müştəri”nin bu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilədə nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği, həmçinin bu Müqavilənin 17.1-ci maddəsində nəzərdə tutulmuş digər ödənişlərlə birlikdə qaytarılmasını “Müştəri”dən tələb edə bilər:
17.8.1. “Müştəri” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən xxx pozduqda;
17.8.2. “Müştəri”nin maliyyə vəziyyətində bu müqavilənin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və bazarın mövcud vəziyyəti “Müştəri”nin fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda;
17.8.3. “Müştəri”nin maliyyə vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə və bu hal “Bank”a yalnız müqavilə bağlandıqdan sonra məlum olduqda;
17.8.4. “Müştəri” tərəfindən “Bank”ı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən “Müştəri” özünün fəaliyyəti, maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli xxxx digər faktlar (dövlət büdcəsinə, digər hüquqi və fiziki şəxslərə xxxx borclar, kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar edildikdə, eləcə də, Bank, kreditin təyinatı üzrə istifadə edilməsinin yoxlanılması, “Müştəri”nin maliyyə vəziyyətinin təhlil edilməsi, krediti qaytarmaq qabiliyyətinin müəyyənləşdirilməsi məqsədilə yoxlama (monitorinq) aparmaq niyyətini bildirdikdə, Bank
tərəfindən yoxlamaların (monitorinq) aparılmasına hər hansı bir şəkildə maneçilik törətdikdə;
17.8.5. əlverişsiz şəraitin yaranması nəticəsində “Müştəri”nin lazımi qaydada borcu ödəmək qabiliyyəti olmadıqda;
17.8.6. üçüncü şəxslər tərəfindən “Müştəri”nin bütün əmlakı, yaxud onun əhəmiyyətli bir hissəsi barəsində məhkəmə mübahisəsi başlandıqda;
17.8.7. kreditdən məqsədli təyinatına uyğun tam istifadə edilmədikdə.
17.9. “Bank” bu müqavilənin 17.8.1-17.8.7-ci bəndlərində nəzərdə tutulmuş halların baş verməsini və ya mövcudluğunu müəyyən etdikdən sonra “Müştəri”yə kreditin və kreditdən istifadəyə görə bu müqavilənin müddəaları nəzərə alınmaqla hesablanmış faizlərin, həmçinin bu Müqavilənin 17.1-ci maddəsində nəzərdə tutulmuş digər ödənişlərin ödənilməsinə dair yazılı bildiriş göndərir və “Müştəri” bu bildirişi aldığı andan 10 (on) təqvim günü müddətində tələb olunan məbləği “Bank”a ödəməlidir.
17.10. “Müştəri” kreditin və/ və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank”, borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-nin bir günə xxxx məbləği miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər.
18. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
18.1. “Müştəri” kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya “Müştəri” tərəfindən “Bank”ı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən “Müştəri” özünün fəaliyyəti, iqtisadi- maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli xxxx digər faktlar (dövlət büdcəsinə, digər hüquqi və fiziki şəxslərə xxxx borclar, kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olunduqda “Bank” kreditin, o cümlədən faizlərin və hesablanmış cərimənin dərhal qaytarılmasını tələb etməklə yanaşı, “Müştəri”yə qarşı kreditin ümumi məbləğinin 1 (bir) xxxxx miqdarında cərimə tətbiq edə bilər.
18.2. Bu müqavilə üzrə verilmiş kreditin valyutasının mübadilə məzənnəsinin “Müştəri” üçün əlverişsiz dəyişməsi nəticəsində yarana biləcək maliyyə itkisi riski “Müştəri”nin üzərinə düşür. Bu cür xxxxxx baş
verməsi, “Müştəri”nin kredit öhdəliyinin icrasından imtina etməsinə və ya bu öhdəliyin icrasını gecikdirməsinə haqq qazandırmır və heç bir halda “Müştəri”nin kredit öhdəliklərinin yenidən hesablanmasına səbəb ola bilməz.
18.3. “Müştəri”nin mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsi nəticəsində yaranmış risklərə görə “Müştəri” tam məsuliyyət daşıyır. Bu zaman “Müştəri”, mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsinə istinad edərək bu müqavilə əsasında verilmiş əlavə kredit üzrə öhdəliklərin yerinə yetirilməsindən boyun qaçıra bilməz.
V. BÖLMƏ NAĞD KREDİT
19. MÜQAVİLƏNİN PREDMETİ
19.1. Bu müqaviləyə əsasən, “Borcverən” SMS və ya mobil əlavə vasitəsilə kreditin razılaşdırılmış verilmə müddəti, faktiki illik faiz dərəcəsi və məbləğdə “Müştəri”yə kredit verir. Bu Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 16 % – maksimum 40% faiz təşkil edir.
Bank bu müqavilə müddətinin sonunadək Müqavilədə nəzərdə tutulmuş şərt və qaydalarla “Müştəri”yə kredit rəsmiləşdirə bilər. Bu halda “Müştəri” hər ay kredit üzrə ödənilməli xxxx məbləği Banka qaytarmasını öz öhdəsinə götürür. Kreditin ayrılması şərtləri və qaydaları, kredit üzrə ödənişin hesablanmasına əsaslar bu Bölmənin müddəaları ilə müəyyən edilir. Bu Müqavilə heç bir halda Bank tərəfindən “Müştəri”yə kreditin verilməsi vədi kimi təfsir oluna bilməz. Kredit və ya kredit xəttinin məqsədli təyinatı: istehlak
“Müştəri”yə kreditin verilməsi aşağıdakı qaydada həyata keçirilir: bu Müqavilə imzalandıqdan sonra “Müştəri”yə xxxx hesab açılır və həmin xxxx hesaba xxxxx xxxx ödəniş kartı təqdim edilir. “Müştəri” aşağıdakı üsullardan biri vasitəsilə krediti əldə edə bilər:
a) “Müştəri”, Xxxxxx qeydiyyatda xxxx mobil telefon nömrəsindən (bundan sonra “Müştəri”nin mobil telefon nömrəsi”) ona təqdim edilmiş ödəniş kartının son 6 rəqəmini SMS vasitəsilə “Borcverən”in elan edilmiş əlaqə vasitələrinə yazıb göndərir.
Bundan sonra “Borcverən”, “Müştəri”nin mobil telefon nömrəsinə təklif edilən kreditin dəqiq məbləği, faktiki illik faiz dərəcəsi, müddəti və aylıq ödənişin məbləği, əlavə kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, həmçinin “Müştəri”nin razılığını ifadə etməsi üçün hansı sözdən istifadə etməsi göstərilməklə təklif SMS-i göndərir.
“Müştəri”nin həmin SMS-ə cavab olaraq, öz mobil telefon nömrəsindən “Borcverən”in qısa telefon nömrəsinə onun razılığını bildirən məzmunda SMS yazıb göndərməsi (“Müştəri” razılığını ifadə etmək üçün məhz təklif SMS-ində bu məqsəd üçün müəyyən edilmiş sözü yazıb göndərməlidir) kredit məbləğinin “Müştəri”xxx xxxx hesabına köçürülməsi üçün onun tapşırığı kimi qəbul olunur və “Borcverən” həmin SMS- i qəbul etdiyi andan 1 (bir) iş günü ərzində kredit məbləğini “Müştəri”xxx xxxx hesabına köçürür.
Kredit məbləği “Müştəri”nin həmin məbləğdən tam və ya qismən istifadə edib-etməməsindən asılı olmayaraq xxxx hesabına köçürüldüyü andan verilmiş sayılır və həmin andan etibarən kreditin tam məbləğinə bu Müqavilə ilə müəyyən edilmiş faizlər hesablanmağa başlayır.
b) Bank “Müştəri”yə təklif SMS-i göndərir və bu bildirişə cavab almadan “Müştəri”xxx xxxx hesabına (ödəniş xxxxxxx xxxxx hesab) kredit vəsaitini köçürür və bu barədə SMS bildiriş göndərir. SMS bildirişdə kreditin dəqiq məbləği, faktiki illik faiz dərəcəsi, müddəti və aylıq ödənişin məbləği, kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği əks olunur. Bu SMS müştəriyə göndərildiyi tarixdən 10 (on) təqvim günü ərzində kredit vəsaiti hesabdan tam və ya qismən istifadə edilmədikdə kredit ləğv olunur. Bu müddət ərzində kredit vəsaiti tam və ya qismən istifadə olunarsa, bu, müştərinin kreditə razılığı hesab olunur. Vəsaitin hesaba köçürüldüyü tarixdən kredit rəsmiləşdirilmiş hesab olunur və kreditin tam və ya qismən istifadə edilməsindən asılı olmayaraq bu Müqavilə ilə müəyyən edilmiş faizlər hesablanır.
c) Müştəri, həmçinin, bu oferta çərçivəsində Bankın müvafiq filialına yaxınlaşaraq kreditin dəqiq məbləği, faktiki illik faiz dərəcəsi, müddəti və aylıq ödənişin məbləği, kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği əks olunan Müqavilə bağlamaqla kredit əldə edə bilər. Bu zaman kreditin verilməsi üçün bu Müqavilənin 19.1-ci maddəsinin a)
və b) bəndlərində qeyd edilən müraciət proseduru tətbiq edilmir. Müştəri ilə müvafiq filialda kreditin əldə edilməsinə dair bağlanan müqavilə bu ofertanın tərkib hissəsi hesab olunur.
19.2. “Müştəri”yə verilmiş ödəniş kartının 16 (on altı) rəqəmi - bu müqaviləyə əsasən verilən kredit üzrə “Müştəri”ni eyniləşdirmək üçün istifadə olunur.
19.3. “Müştəri”yə bu müqavilə üzrə kredit həmin ödəniş kartının müddəti bitənədək təqdim edilə bilər. Həmin ödəniş kartının müddəti bitdikdən sonra Müştəriyə yeni ödəniş kartı verilənədək bu Müqavilə üzrə kredit verilmir.
19.4. “Müştəri” bu müqavilə üzrə əldə etdiyi krediti tam bağladıqdan sonra, ona bu müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə yeni kredit verilə bilər. “Müştəri”yə verilmiş ödəniş kartının müddəti bitənədək “Müştəri”yə bu müqavilənin şərtləri daxilində bir neçə dəfə kredit verilə bilər.
19.5. “Müştəri” kreditin alınması üçün SMS göndərdikdən sonra, “Borcverən” kreditin verilməsi barədə qərarı özü müstəqil surətdə verir və “Müştəri” bu müqaviləyə istinad edərək “Borcverən”dən kreditin verilməsini tələb edə bilməz.
19.6. “Müştəri” təsdiq edir ki, bu müqavilənin 19.1. bəndində nəzərdə tutulmuş mobil telefon nömrəsi onun özünə məxsusdur və gələcəkdə bu müqavilənin 19.1. bəndində nəzərdə tutulmuş qaydada kreditin alınması üçün “Borcverən”in qısa telefon nömrəsinə göndərilmiş onun razılığını bildirən məzmunlu SMS-in özü tərəfindən göndərilməsini mübahisələndirə bilməz.
19.7. Bu müqavilə ilə müəyyən edilmiş hallarda və qaydada Banka ödənilməli xxxx pul vəsaitləri (əsas borc, faiz, dəbbə pulu, xidmət haqqı və s.) müştərinin bütün növ xarici və milli valyutada xxxx bank hesablarından, digər əsaslarla ona çatası vəsaitlərdən akseptsiz qaydada silinir.
19.8. Bu müqavilə üzrə kreditin “Müştəri”yə verilməsi və onun bütün şərtlərinin (illik faiz dərəcəsi, müddəti, aylıq ödənişi, ödəniş günü və digər şərtlər) tətbiqi və dəyişdirilməsi Bank tərəfindən “Müştəri”yə məlumat xarakterli SMS-lə göndərilə bilər.
20. KREDİTİN VƏ FAİZLƏRİN HESABLANMASI VƏ QAYTARILMASI QAYDALARI
20.1. Bu müqaviləyə əsasən verilmiş kredit üzrə ödənilməli xxxx aylıq annuitet məbləği bu müqavilənin 19.1-ci bəndində nəzərdə tutulmuş qaydada “Bank” tərəfindən onun qısa telefon nömrəsindən “Müştəri”nin Banka bildirdiyi mobil telefon nömrəsinə göndərilən təklif SMS-ində bildirilir və “Müştəri”nin həmin SMS- ə cavab olaraq öz mobil telefon nömrəsindən “Bank”ın qısa telefon nömrəsinə onun razılığını bildirən məzmunda SMS göndərməsi həmin aylıq annuitet məbləğinin ödənilməsi barədə öz üzərinə öhdəlik götürməsi kimi qəbul olunur. Bundan sonra “Müştəri” həmin təklif SMS-ində göstərilən kredit müddətində (məsələn, 12 ay ərzində) aylıq annuitet məbləğini hər təqvim ayının kreditin onun xxxx hesabına köçürüldüyü günə uyğun gələn müvafiq təqvim günündə “Borcverən”ə ödəməlidir. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə, kredit və onun xxxxx həmin gündən sonrakı iş gününün sonunadək ödənilməlidir.
20.2. Kreditin və kreditdən istifadəyə görə faizlərin, həmçinin hesablanmış cərimənin (olduğu təqdirdə) tam və ya qismən “Bank”ın hesabına köçürüldüyü tarix kredit və kreditdən istifadəyə görə faizlərin, həmçinin hesablanmış cərimənin müvafiq olaraq tam və ya qismən “Borcverən”ə qaytarıldığı tarix hesab olunur.
20.3. “Müştəri” və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə xərclərin, ikinci növbədə ödəniş tarixinə xxxx vəziyyət üzrə dəbbə pulunun (cərimənin, penyanın), üçüncü növbədə mövcud kredit faizlərinin və dördüncü növbədə kredit məbləğinin ödənilməsinə yönəldilir.
20.4. Kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılması kreditin verildiyi valyutada həyata keçirilir.
20.5. “Müştəri”yə verilən kreditin, yaxud kreditlərin uçotu “Müştəri”nin kredit hesabları üzrə aparılır. Kreditin istifadəsi “Müştəri”yə açılan xxxx hesab üzrə həyata keçirilir. Kreditlərin ödənilməsi xxxx hesablar vasitəsi ilə və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə qadağan olunmayan digər üsullarla həyata keçirilə bilər.
20.6. Kreditdən istifadəyə görə faizlər kredit məbləğinin “Müştəri”xxx xxxx hesabına köçürüldüyü gündən onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün və ildə 360 gün götürülür.
20.7. “Bank” “Müştəri”nin bu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin
qalıq məbləğini kreditin verildiyi bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği və hesablanmış cərimə (olduğu təqdirdə) ilə birlikdə qaytarılmasını “Müştəri”dən tələb edə bilər:
20.7.1. “Müştəri” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən xxx pozduqda;
20.7.2. “Müştəri”nin maliyyə vəziyyətində bu müqavilənin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və bazarın mövcud vəziyyəti “Müştəri”nin fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda;
20.7.3. “Müştəri”nin maliyyə vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə və bu hal “Borcverən”ə yalnız müqavilə bağlandıqdan sonra məlum olduqda;
20.7.4. “Müştəri” tərəfindən “Borcverən”i aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən “Müştəri” özünün fəaliyyəti, iqtisadi-maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli xxxx digər faktlar (dövlət büdcəsinə, digər hüquqi və fiziki şəxslərə xxxx borclar, kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar edildikdə, eləcə də, “Borcverən” kreditin təyinatı üzrə istifadə edilməsinin yoxlanılması, “Müştəri”nin maliyyə vəziyyətinin təhlil edilməsi, krediti qaytarmaq qabiliyyətinin müəyyənləşdirilməsi məqsədilə yoxlama (monitorinq) aparmaq niyyətini bildirdikdə, “Borcverən” tərəfindən yoxlamaların (monitorinq) aparılmasına hər hansı bir şəkildə maneçilik törətdikdə;
20.7.5. əlverişsiz şəraitin yaranması nəticəsində “Müştəri”nin lazımi qaydada borcu ödəmək qabiliyyəti olmadıqda;
20.7.6. üçüncü şəxslər tərəfindən “Müştəri”nin bütün əmlakı, yaxud onun əhəmiyyətli bir hissəsi barəsində məhkəmə mübahisəsi başlandıqda;
20.7.7. kreditdən məqsədli təyinatına uyğun tam istifadə edilmədikdə.
20.8. “Borcverən” bu müqavilənin 20.7.1-20.7.7-ci bəndlərində nəzərdə tutulmuş halların baş verməsini və ya mövcudluğunu müəyyən etdikdən sonra “Müştəri”yə kreditin və kreditdən istifadəyə görə bu müqavilənin müddəaları nəzərə alınmaqla hesablanmış faizlərin ödənilməsinə dair yazılı bildiriş göndərir və “Müştəri” bu bildirişi aldığı andan 10 (on) təqvim günü müddətində tələb olunan məbləği “Borcverən”ə ödəməlidir.
20.9. “Müştəri“ kreditin və/ və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər.
21. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
21.1. “Müştəri” kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya “Müştəri” tərəfindən “Bank”ı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən “Müştəri” özünün fəaliyyəti, iqtisadi- maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli xxxx digər faktlar (dövlət büdcəsinə, digər hüquqi və fiziki şəxslərə xxxx borclar, kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olunduqda “Bank” kreditin, o cümlədən faizlərin və hesablanmış cərimənin dərhal qaytarılmasını tələb etməklə yanaşı, “Müştəri”yə qarşı kreditin ümumi məbləğinin 1 (bir) xxxxx miqdarında cərimə tətbiq edə bilər.
21.2. Bu müqavilə üzrə verilmiş kreditin valyutasının mübadilə məzənnəsinin “Müştəri” üçün əlverişsiz dəyişməsi nəticəsində yarana biləcək maliyyə itkisi riski “Müştəri”nin üzərinə düşür. Bu cür xxxxxx baş verməsi, “Müştəri”nin kredit öhdəliyinin icrasından imtina etməsinə və ya bu öhdəliyin icrasını gecikdirməsinə haqq qazandırmır və heç bir halda “Müştəri”nin kredit öhdəliklərinin yenidən hesablanmasına səbəb ola bilməz.
21.3. “Müştəri”nin mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsi nəticəsində yaranmış risklərə görə “Müştəri” tam məsuliyyət daşıyır. Bu zaman “Müştəri”, mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsinə istinad edərək bu müqavilə əsasında verilmiş əlavə kredit üzrə öhdəliklərin yerinə yetirilməsindən boyun qaçıra bilməz.
VI. BÖLMƏ XARİCİ DÖVLƏTLƏRİN FİZİKİ ŞƏXSLƏRİNİN MALİYYƏ ƏMƏLİYYATLARI BARƏDƏ HESABATLARIN TƏQDİM EDİLMƏSİ
22. ÜMUMİ MÜDDƏALAR
22.1. “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsi Qaydaları”na əsasən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan hesabatlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən təyin olunmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada birbaşa və ya müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına verilir.
22.2. Xarici dövlətlərin fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsinə əsasən hesabat verən maliyyə institutu fiziki şəxslərin hesabat verilməli hesablarının müəyyənləşdirilməsi məqsədi ilə müştəridən zəruri xxxx özünüqiymətləndirmə sənədi və W-8 BEN (W-8 BEN-E) və W-9 formaları tələb edilir.
22.3. Hesab açmaq üçün müraciət etmiş müştəri tərəfindən formalardan müvafiq olanı təqdim edilmədikdə Bank tərəfindən hesabın açılmasından imtina oluna bilər.
BANKIN REKVİZİTLƏRİ:
“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti
Ünvan: Bakı ş, Nəsimi r-nu, X.Xxxxxxxx xxx., məhəllə 384, ev 55;
Azərbaycan Respublikası Mərkəzi Bankı Hesablaşmalar Departamentində XX00XXXX00000000000000000000
xxxxx müxbir hesabı, kod 505754,
SWIFT XXXXXX00 VÖEN 1300017201