Common use of Kross sifarişlərin açıqlanması Clause in Contracts

Kross sifarişlərin açıqlanması. 9.2.1. Bu Qaydaların tələblərinə uyğun gələn kross əqdlər fasiləsiz ticarət fazası ərzində bu əqdin bağlanmasında iştirak edəcək sifarişlərin digər ticarət iştirakçılarına açıqlanmasından sonra bağlana bilər. 9.2.2. Kross əqdin bağlanmasında iştirak edəcək sifarişlər (kross sifarişlər) 60 (altmış) dəqiqə davam edən gözləmə müddəti ərzində digər ticarət iştirakçılarına açıqlanmalıdır. Kross sifarişlərin bu müddət ərzində ləğv edilməsinə və ya dəyişdirilməsinə yol verilmir. 9.2.3. Gözləmə müddəti bitdikdən sonra açıqlanmış kross sifarişlər, bu sifarişləri açıqlamış xxxxx üzvü tərəfindən 10 (on) dəqiqə ərzində ticarət sisteminə daxil edilməlidir. Daxil edilən kross sifarişlər bu qaydaların 9.2.2-ci bəndinə müvafiq olaraq öncədən açıqlanmış məlumatla identik olmalıdır. 9.2.4. Kross sifarişlər yalnız limit qiyməti və İcra Et və Saxla (İES) şərti ilə təqdim edilə bilər. 9.2.5. Bu qaydaların sifarişlərə şamil olunan bütün müddəaları kross sifarişlərə də şamil olunur. 9.2.6. Kross sifarişlər son kross sifarişin qeydiyyata alınması üçün nəzərdə tutulmuş vaxtadək təqdim edilə bilər. Son kross sifarişin qeydiyyata alınması üçün nəzərdə tutulmuş vaxt aşağıdakı qaydada hesablanır: Kv – son kross sifarişin qeydiyyata alınması üçün nəzərdə tutulmuş vaxt; Tb – ticarət sessiyasının bitmə vaxtı; Gm – gözləmə müddəti.

Appears in 2 contracts

Samples: Qaydalar, Qaydalar

Kross sifarişlərin açıqlanması. 9.2.1. Bu Qaydaların tələblərinə uyğun gələn kross əqdlər fasiləsiz ticarət fazası ərzində bu əqdin bağlanmasında iştirak edəcək sifarişlərin digər ticarət iştirakçılarına açıqlanmasından sonra bağlana bilər. 9.2.2. Kross əqdin bağlanmasında iştirak edəcək sifarişlər (kross sifarişlər) 60 (altmış) dəqiqə davam edən gözləmə müddəti ərzində digər ticarət iştirakçılarına açıqlanmalıdır. Kross sifarişlərin bu müddət ərzində ləğv edilməsinə və ya dəyişdirilməsinə yol verilmir. 9.2.3. Gözləmə müddəti bitdikdən sonra açıqlanmış kross sifarişlər, bu sifarişləri açıqlamış xxxxx üzvü tərəfindən 10 (on) dəqiqə ərzində ticarət sisteminə daxil edilməlidir. Daxil edilən kross sifarişlər bu qaydaların 9.2.2-ci bəndinə müvafiq olaraq öncədən açıqlanmış məlumatla identik olmalıdır. 9.2.4. Kross sifarişlər yalnız limit qiyməti və İcra Et və Saxla (İES) şərti ilə təqdim edilə bilər. 9.2.5. Bu qaydaların sifarişlərə şamil olunan bütün müddəaları kross sifarişlərə də şamil olunur. 9.2.6. Kross sifarişlər son kross sifarişin qeydiyyata alınması üçün nəzərdə tutulmuş vaxtadək təqdim edilə bilər. Son kross sifarişin qeydiyyata alınması üçün nəzərdə tutulmuş vaxt aşağıdakı qaydada hesablanır: 𝐾𝑣 = 𝑇𝑏 − 𝐺𝑚 Kv – son kross sifarişin qeydiyyata alınması üçün nəzərdə tutulmuş vaxt; Tb – ticarət sessiyasının bitmə vaxtı; Gm – gözləmə müddəti.

Appears in 2 contracts

Samples: Qaydalar, Qaydalar