Maksimum səmərəli sürət Nümunə Maddələri

Maksimum səmərəli sürət. Karbohidrogenlərin iqtisadi baxımdan ən səmərəli şəkildə çıxarılmasını təmin etmək üçün Tərəflər Kontrakt sahəsində Karbohidrogen ehtiyatlarının hasilatını beynəlxalq neft sənayesi təcrübəsinin tələblərinə əsasən xxxx iqtisadi konyunkturaya və yataqların işlənməsinin düzgün texnologiyası prinsiplərinə tamamilə uyğun gəlməli xxxx optimal sürətlə aparmaq niyyətindədirlər (“Maksimum səmərəli sürət”). Yuxarıda göstərilənlərə uyğun olaraq və bu cür yataqların işlənməsinin yerli təcrübəsini nəzərə alaraq, illik iş proqramının və Büdcənin təsdiq üçün Rəhbər komitəyə təqdim edilməsi ilə bir vaxtda Podratçı müvafiq Təqvim ili üçün hasilatın həcminə dair özünün ilkin qiymətləndirmə rəqəmini də təqdim edir, amma təsdiq edilmiş həmin qiymətləndirmə rəqəmindən yalnız planlaşdırma məqsədləri üçün istifadə olunur. Xxxxx Hökumət orqanı Podratçıdan Kontrakt sahəsində hasilatı Maksimum səmərəli sürətdən az xxxx debitlə aparmağı tələb etsə, Podratçı hasilatı yalnız qatı ifadə olunmuş o şərtlə azaldacaqdır ki, Karbohidrogenlər hasilatının belə bir ixtisarı ARDNŞ-nin bu Saziş üzrə bütün digər öhdəlikləri yerinə yetirildikdən sonra ARDNŞ-nin Karbohidrogenlər payı hesabına tam ödənilə biləcək həcmlərdən heç bir şəraitdə artıq olmasın. Bu Sazişin qüvvədə olduğu bütün müddət ərzində Saziş üzrə Podratçıya çatası Karbohidrogenlərin ümumi həcmi ona hasilatın ixtisar edilməyəcəyi şəraitdə çata biləcək həcmdən az olmamalıdır. Əgər ölkədə elan edilən fövqəladə vəziyyətlə əlaqədar olaraq Hökumət orqanı hasilatın sürətini hasilatın Maksimum səmərəli sürətindən daha yüksək səviyyəyə çatdırmağı tələb edərsə, Podratçı hər hansı Təqvim ilində ən çoxu qırx beş (45) gün müddətində hasilatın sürətini müvafiq şəkildə artırır; bu şərtlə ki, hasilatın sürətini, Podratçının fikrincə, kollektorun (kollektorların) istismar keyfiyyətlərini poza biləcək bir səviyyəyə qədər artırmaq Podratçıdan heç bir şəraitdə tələb edilməyəcəkdir.

Related to Maksimum səmərəli sürət

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Yekun müddəalar Maddə 15

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;