Vurulan zərər üçün məsuliyyət Nümunə Maddələri

Vurulan zərər üçün məsuliyyət. Podratçı tərəflər ARDNŞ və/yaxud müvafiq Hökumət orqanı qarşısında yalnız onların və ya onların Neft-qaz əməliyyatlarının yerinə yetirilməsi çərçivəsində fəaliyyət göstərən müvafiq işçilərinin, müvafiq Subpodratçılarının və Subpodratçıların işçilərinin Qərəzli səhlənkarlığı nəticəsində vurulmuş zərər və ya itkilər üçün məsuliyyət daşıyır. ARDNŞ hər bir Podratçı tərəfi, onların müvafiq Ortaq şirkətlərini və Subpodratçılarını ARDNŞ-nin və onun hər hansı Ortaq şirkətlərinin məruz qaldıqları bütün digər zərər və itkilər üçün məsuliyyətdən azad edir və hər bir Podratçı tərəfin və onların Ortaq şirkətlərinin və Subpodratçılarının məsuliyyətini ödəyir, onları ARDNŞ-yə və/və yaxud Hökumət orqanlarına vurulan bütün başqa zərər və itkilərə görə onlara və/ya yaxud onların hər hansı Ortaq şirkətlərinə və Subpodratçılarına qarşı irəli sürülən və ya qaldırılan hər hansı iradlar, tələblər, iddialar və ya məhkəmə araşdırmaları ilə bağlı məsuliyyətdən azad edir. Podratçı tərəflərin üçüncü tərəflər (Hökumət orqanları istisna olmaqla) qarşısında məsuliyyəti Azərbaycan Respublikasının tətbiq edilə bilən qanunları ilə nizamlanır, bu şərtlə ki, ARDNŞ-in Kontrakt sahəsinin hüdudlarından kənarda yerləşən qurğularına və obyektlərinə Üçüncü tərəfə məxsus qurğular və obyektlər kimi baxılsın.

Related to Vurulan zərər üçün məsuliyyət

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Yekun müddəalar Maddə 15

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;