Marketmeykerin öhdəlikləri. 8.3.1. Marketmeyker müqavilədə göstərilmiş qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə gündəlik alış və satış qiymətləri müəyyənləşdirir, bu qiymətləri gündəlik olaraq Xxxxx vasitəsilə elan edir. Qiymətlər bu Qaydalarla müəyyən edilmiş kotirovka spredi çərçivəsində olmalıdır. 8.3.2. Marketmeyker gündəlik olaraq marketmeyker müqaviləsində göstərilmiş qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə, bu Qaydaların və marketmeyker müqaviləsinin şərtlərinə uyğun olaraq Birjanın ticarət sistemində fasiləsiz ticarət fazası ərzində öz adından, öz hesabına alış və satış kotirovkalarını təqdim edir. 8.3.3. Marketmeykerin hesabında xxxx qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinin miqdarı Xxxxx tərəfindən satış kotirovkası üzrə tələb olunan minimal həcm tələbindən az olduqda (və ya belə qiymətli kağızlar hesabda olmadıqda) marketmeyker satış kotirovkasını hesabda xxxx sözügüdən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin miqdarı qədər təqdim etməlidir. Hesabda belə qiymətli kağızlar və ya törəmə maliyyə alətləri olmadıqda marketmeyker satış kotirvkasının təqdim edilməsindən müvəqqəti olaraq azad edilir. 8.3.4. Marketmeyker müqavilədə göstərilmiş qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə bu Qaydaların və marketmeyker müqaviləsinin şərtlərinə uyğun olaraq Birjanın ticarət sistemində təqdim etdiyi alış və satış kotirovkalarının icrasını təmin etməlidir. 8.3.5. Birjada ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə alış və satış kotirovkalarının minimal həcmi Xxxxx tərəfindən müəyyən edilir və açıqlanır. 8.3.6. Marketmeyker könüllü qaydada öz öhdəliklərindən artıq əqd bağlaya bilər. 8.3.7. Marketmeyker hər bir qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə onun adından yalnız bir treyderin iştirakını təmin etməlidir; 8.3.8. Marketmeyker Birjanın daxili qaydalarına və qanunvericilik aktlarına əməl etməlidir. 8.3.9. Marketmeyker minimal alış və satış kotirovkalarını fasiləsiz ticarət fazası ərzində, fasiləsiz ticarət fazası başladıqdan sonra 30 (otuz) dəqiqə ərzində ticarət sisteminə daxil edir. 8.3.10. Marketmeykerin bir qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə eyni zamanda bir alış və bir satış kotirovkası ticarətdə iştirak edə bilər. Bir ticarət günü ərzində marketmeyker tərəfindən eyni qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə digər alış və ya satış kotirovkası təqdim edildikdə, həmin marketmeyker tərəfindən bu qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə əvvəl daxil edilmiş, xxxxx icra edilməmiş kotirovka və ya onun icra edilməmiş hissəsi ləğv edilməlidir. 8.3.11. Marketmeyker fasiləsiz ticarət fazası ərzində icra olunmamış kotirovkalarını dəyişdirə bilər. Bu zaman kotirovkanın dəyişdirilməsi müddəti 5 dəqiqədən artıq olmamalıdır. 8.3.12. Marketmeyker əqdləri nəticəsində yaranmış öhdəliklərin icrası, marketmeyker ilə Xxxxx arasında bağlanmış marketmeyker müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, əqd bağlandıqdan sonra növbəti ticarət günü ticarət sessiyasının sonunadək həyata keçirilir. 8.3.13. Marketmeyker aşağıdakı hallardan birində öhdəliklərindən azad edilir: a) Gündəlik nəzərdə tutulmuş öhdəlikləri təmin etdikdə; b) Bu Qaydaların 8.3.3 bəndinin müddəaları ilə nəzərdə tutulmuş hallarda; c) Birjanın İdarə Heyətinin qərarı əsasında müəyyən olunmuş müddətə. 8.3.14. Marketmeyker bu fəaliyyəti bilavasitə həyata keçirən səlahiyyətli treyderlərinin dəyişməsi barədə dərhal Birjaya məlumat verməlidir. 8.3.15. Marketmeyker Xxxxxxxx müraciəti əsasında market meyker öhdəliklərini icra etdiyi depo hesabından çıxarışı Xxxxxxx təqdim edir.
Appears in 2 contracts
Marketmeykerin öhdəlikləri. 8.3.1. Marketmeyker müqavilədə göstərilmiş qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə gündəlik alış və satış qiymətləri müəyyənləşdirir, bu qiymətləri gündəlik olaraq Xxxxx vasitəsilə elan edir. Qiymətlər bu Qaydalarla müəyyən edilmiş kotirovka spredi çərçivəsində olmalıdır.
8.3.2. Marketmeyker gündəlik olaraq marketmeyker müqaviləsində göstərilmiş qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə, bu Qaydaların və marketmeyker müqaviləsinin şərtlərinə uyğun olaraq Birjanın ticarət sistemində fasiləsiz ticarət fazası ərzində öz adından, öz hesabına alış və satış kotirovkalarını təqdim edir.
8.3.3. Marketmeykerin hesabında xxxx qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinin miqdarı Xxxxx tərəfindən satış kotirovkası üzrə tələb olunan minimal həcm tələbindən az olduqda (və ya belə qiymətli kağızlar hesabda olmadıqda) marketmeyker satış kotirovkasını hesabda xxxx sözügüdən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin miqdarı qədər təqdim etməlidir. Hesabda belə qiymətli kağızlar və ya törəmə maliyyə alətləri olmadıqda marketmeyker satış kotirvkasının təqdim edilməsindən müvəqqəti olaraq azad edilir.
8.3.4. Marketmeyker müqavilədə göstərilmiş qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə bu Qaydaların və marketmeyker müqaviləsinin şərtlərinə uyğun olaraq Birjanın ticarət sistemində təqdim etdiyi alış və satış kotirovkalarının icrasını təmin etməlidir.
8.3.5. Birjada ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə alış və satış kotirovkalarının minimal həcmi Xxxxx tərəfindən müəyyən edilir və açıqlanır.
8.3.6. Marketmeyker könüllü qaydada öz öhdəliklərindən artıq əqd bağlaya bilər.
8.3.7. Marketmeyker hər bir qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə onun adından yalnız bir treyderin iştirakını təmin etməlidir;
8.3.8. Marketmeyker Birjanın daxili qaydalarına və müvafiq qanunvericilik aktlarına əməl etməlidir.
8.3.9. Marketmeyker minimal alış və satış kotirovkalarını fasiləsiz ticarət fazası ərzində, fasiləsiz ticarət fazası başladıqdan sonra 30 (otuz) dəqiqə ərzində ticarət sisteminə daxil edir.
8.3.10. Marketmeykerin bir qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə eyni zamanda bir alış və bir satış kotirovkası ticarətdə iştirak edə bilər. Bir ticarət günü ərzində marketmeyker tərəfindən eyni qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə digər alış və ya satış kotirovkası təqdim edildikdə, həmin marketmeyker tərəfindən bu qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə əvvəl daxil edilmiş, xxxxx icra edilməmiş kotirovka və ya onun icra edilməmiş hissəsi ləğv edilməlidir.
8.3.11. Marketmeyker fasiləsiz ticarət fazası ərzində icra olunmamış kotirovkalarını dəyişdirə bilər. Bu zaman kotirovkanın dəyişdirilməsi müddəti 5 dəqiqədən artıq olmamalıdır.
8.3.12. Marketmeyker əqdləri nəticəsində yaranmış öhdəliklərin icrası, marketmeyker ilə Xxxxx arasında bağlanmış marketmeyker müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, əqd bağlandıqdan sonra növbəti ticarət günü ticarət sessiyasının sonunadək həyata keçirilir.
8.3.13. Marketmeyker aşağıdakı hallardan birində öhdəliklərindən azad edilir:
a) Gündəlik nəzərdə tutulmuş öhdəlikləri təmin etdikdə;
b) Bu Qaydaların 8.3.3 bəndinin müddəaları ilə nəzərdə tutulmuş hallarda;
c) Birjanın İdarə Heyətinin qərarı əsasında müəyyən olunmuş müddətə.
8.3.14. Marketmeyker bu fəaliyyəti bilavasitə həyata keçirən səlahiyyətli treyderlərinin dəyişməsi barədə dərhal Birjaya məlumat verməlidir.
8.3.15. Marketmeyker Xxxxxxxx müraciəti əsasında market meyker öhdəliklərini icra etdiyi depo hesabından çıxarışı Xxxxxxx təqdim edir.
Appears in 2 contracts