Common use of MOBİL BANKÇILIQDAN QEYDİYYATDAN KEÇMƏ QAYDASI Clause in Contracts

MOBİL BANKÇILIQDAN QEYDİYYATDAN KEÇMƏ QAYDASI. İstifadəçi şəxsiyyətini təsdiq edən sənədi ilə ilk növbədə Bankın hər hansı filialına yaxınlaşmaqla, filialın əməkdaşı tərəfindən təqdim olunmuş sənədləri imzalayır və Bankın sistemində qeydiyyata alınır. Bundan sonra İstifadəçi Mobil Bankçılıqda “Filial vasitəsilə qeydiyyat keçməsini” seçməklə filialda qeydiyyatdan keçdiyi zaman təqdim edilmiş mobil telefon nömrəsini müvafiq xanaya daxil edir. Mobil telefon nömrəsi filialda qeydiyyatdan keçmiş mobil telefon nömrəsi ilə eyni olduqda İstifadəçinin mobil telefon nömrəsinə bir dəfə üçün istifadəsi nəzərdə tutulmuş şifrə göndərilir. Şifrəni Mobil bankçılığın müvafiq xanasına daxil etdikdən sonra İstifadəçi Mobil Bankçılığa daxil olmaq və əməliyyatları aparmaq üçün parolu özü müəyyən edir.

Appears in 11 contracts

Samples: Ümumi Oferta, Ümumi Oferta, Ümumi Oferta