MÜBAHİSƏLƏRİN HƏLLİ VƏ PRETENZİYALAR Nümunə Maddələri

MÜBAHİSƏLƏRİN HƏLLİ VƏ PRETENZİYALAR. 5.1. Tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
MÜBAHİSƏLƏRİN HƏLLİ VƏ PRETENZİYALAR. 7.1.Tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə həll olunur. Bu üsulla mübahisələr həll edilmədikdə yaranan mübahisələr Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
MÜBAHİSƏLƏRİN HƏLLİ VƏ PRETENZİYALAR. 8.1. Müştəri hesab üzrə çıxarışda göstərilən əməliyyatlara, eləcə də əsassız silinmələrə etiraz etdikdə etiraz etdiyi əməliyyatın baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində Banka pretenziya təqdim etməli və etirazını əsaslandırdığı halları pretenziyada göstərməlidir. Bu müddət ərzində pretenziya təqdim edilmədikdə və ya hesab üzrə çıxarışda göstərilən əməliyyatlara etirazın əsaslandırıldığı hallar pretenziyada göstərilmədikdə, hesab üzrə çıxarışda göstərilən əməliyyatlar təsdiq olunmuş hesab edilir. Bank, Müştəri tərəfindən ödəniş xidməti (“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan xidmət) üzrə şikayətin daxil olduğu tarixdən 7 (yeddi) iş günü müddətində müraciətə baxır və nəticəsi barədə Müştərini məlumatlandırır. Müraciətə baxılması bu müddətdə mümkün olmadığı halda həmin müddətdən gec olmayaraq şikayətə baxılması müddətinin artırılmasının səbəblərini əsaslandırmaqla şikayətə baxılması müddəti barədə Müştəriyə məlumat verir. Banka şikayətin verilməsi Müştərinin məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır. 8.2.Müştərinin etirazına baxılması üçün Bank, tariflərlə müəyyən edilən xidmət haqqı həcmində vəsaiti (kifayət qədər vəsait olmadıqda Müştəri hesabını artırmalıdır) Müştərinin Bankda olan hesabında bloklaşdırır. Etirazın əsassız olduğu müəyyən edilərsə bloklaşdırılmış vəsait Bankın xeyrinə silinir, əks halda vəsait blokdan azad edilir. Müştəri tərəfindən mübahisələndirilən əməliyyatlar üzrə vəsaitin miqdarı qarşı tərəflə - Beynəlxalq Ödəniş Sistemlərinin şərtlərinə uyğun olaraq əməliyyat üçün ödəmə əməliyyatı təqdim edən bankla tam həll edildikdən sonra Müştərinin cari hesabına qaytarılır. Əməliyyat valyutası hesab valyutasından fərqlənərsə, qaytarılacaq məbləğ geri ödənilmə tarixində mobil əlavədə göstərilən xarici valyutanın alış- satış məzənnəsi ilə Müştərinin xeyrinə ödənilir.

Related to MÜBAHİSƏLƏRİN HƏLLİ VƏ PRETENZİYALAR

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Yekun müddəalar Maddə 15

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;