Müqavilənin ləğv edilməsi. 10.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir: 10.1.1. Müəyyən olunmuş müddətdə sığorta haqqının ödənilməməsi. 10.1.2. Sığortalının (hüquqi şəxs) ləğv edilməsi. 10.2. Hər hansı bir gəminin sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir: 10.2.1. Onun satılması və ya hər hansı şəkildə özgəninkiləşdirilməsi. 10.2.2. Gəminin Klasının ləğv olunması və ya belə bir Klasın alınmasından imtina. 10.2.3. Gəminin xəbərsiz xxxxx düşməsi 10.2.4. Gəminin faktiki və ya konstruktiv tam məhv olması. 10.3. Sığorta müqaviləsinin ləğv edilməsinə və ya dayandırılmasına baxmayaraq, tərəflər, sığorta müqaviləsinin ləğvinə gətirib çıxaran hadisələrə görə məsuliyyət halları da daxil olmaqla, həmin müqavilənin xitam olunmasına qədər keçən bütün müddət üçün sığorta müqaviləsindən irəli gələn bütün öhdəlikləri üzrə məsuliyyət daşıyırlar.
Appears in 5 contracts
Samples: Gəmi Sahiblərinin Məsuliyyətinin Sığortası Qaydaları, Gəmi Sahiblərinin Məsuliyyətinin Sığortası Qaydaları, Gəmi Sahiblərinin Məsuliyyətinin Sığortası Qaydaları