MÜQAVİLƏNİN PREDMETİ. 13.1. Bank aşağıda göstərilən kredit məhsullarını Xxxxxxxxx təklif edir və Xxxxxxxx tərəfindən seçilən kredit məhsulunun şərtləri tətbiq edilir: ● “Sərbəst qrafikli nağd kredit” Məhsulu ● “Annuitet qrafikli nağd kredit” Məhsulu ● “Ödəniş kartı ilə kredit xətti” Məhsulu 13.2. Xxxxxxxx, bu ofertanı qəbul etməklə onun tərəfindən seçilən kredit məhsulunun şərtlərinin tətbiq edilməsinə öz razılığını bildirir. Xxxxxxxx tərəfindən seçilən hər bir kredit məhsulu üzrə əlavə kredit müqaviləsi (bundan sonra “kredit müqaviləsi”) bağlanılır və kreditin müddəti, məbləği, valyutası və illik faiz dərəcəsi (faktiki illik faiz dərəcəsi) həmin kredit müqaviləsi ilə tənzimlənir. 13.3. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi (FİFD) minimum 3 (üç) faiz, maksimum 25 (iyirmi beş) faiz təşkil edir. 13.4. Kreditin məqsədli təyinatı: İstehlak.
Appears in 4 contracts
Samples: Ümumi Oferta, Ümumi Oferta, Ümumi Oferta