Müştəri aşağıdakı hüquqlara malikdir. 10.14.1. Azərbaycan Respublikasının qanunvericiliyində, Ümumi şərtlər, müvafiq Razılaşma və Bankın daxili qaydalarında nəzərdə tutulmuş hallar istisna olmaqla, Əmək haqqı hesabına istədiyi məbləğdə pul qoymaq və maneəsiz olaraq həmin məbləğdən istifadə etmək; 10.14.2. Əmək haqqı kartından istifadə zamanı birbaşa Bankın təqsiri nəticəsində baş vermiş anlaşılmazlıqların aradan qaldırılmasını tələb etmək; 10.14.3. Kartla əməliyyatlar zamanı Ümumi şərtlər və müvafiq Razılaşmada nəzərə tutulmuş qaydada məlumatlandırılanadək, Banka məxsus ATM və POS-terminallardan təyin olunmuş xidmət haqqı ödəməklə istifadə etmək;
Appears in 8 contracts
Samples: Bank Services Agreement, Bank Services Agreement, Bank Services Agreement