Məsuliyyətin prinsipi və dairəsi. 1.1. Müdiriyyətlər, əməliyyat pəncərəsində ödənilmiş və ya göndərici hesabının debet hissəsinə keçirilmiş məbləğlərə görə, bu barat məbləği düzgün ödənilməyənə qədər və ya alıcı hesabının kredit hissəsinə keçirilməyənə qədər məsuliyyət daşıyırlar. 1.2. Müdiriyyətlər ödənilmənin aparılmamasına, yaxud pul vəsaitlərinin köçürülməsinin icrası zamanı səhvlərə gətirib çıxaran yalnış göstərişlərinə görə məsuliyyət daşıyırlar. 1.3. Müdiriyyətlər aşağıdakı hallarda məsuliyyətdən azad edilir: 1.3.1 qiymətli kağızların və ödəniş tapşırıqlarının göndərilməsi, daşınması və ödənilməsi zamanı ləngimə olduqda;
Appears in 4 contracts
Samples: Poçt Ödənişləri Xidmətləri Haqqında Saziş, Poçt Ödənişləri Xidmətləri Haqqında Saziş, Poçt Ödənişləri Xidmətləri Haqqında Saziş