We use cookies on our site to analyze traffic, enhance your experience, and provide you with tailored content.

For more information visit our privacy policy.

Məsuliyyət Nümunə Maddələri

Məsuliyyət. 7.1. İstifadəçi Xxxxx Bankçılıqda qeydiyyat zamanı daxil etdiyi məlumatların tam və düzgün olduğunu, bütün məlumatların onun özünə məxsus olduğunu təsdiq edir. Hər-hansı məlumatın səhv daxil edilməsinə və ya ona məxsus olmayan məlumatın daxil edilməsinə, bununla bağlı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür. 7.2. Mobil telefon SİM-katının və/və ya mobil cihazının itirilməsi, o cümlədən oğurlanması və digər vasitələrlə İstifadəçinin sahibliyindən çıxması,üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi nəticəsində ona dəymiş zərərə görə Bank məsuliyyət daşımır. 7.3. Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı Xxxxxxxxxx tərəfindən rekvizitlərin, məbləğlərin və ya digər məlumatın səhv daxil edilməsinə görə və bunun nəticəsində ona dəymiş zərərə görə Bank məsuliyyət daşımır. 7.4. Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür.
Məsuliyyət. 14.9.1. Müştəri tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə Bank tərəfindən tətbiq edilən cərimələr aşağıdakılardır: 14.9.2. “Kreditin ödəniş cədvəli”ndən qabaqcadan artıq ödənilmiş əsas məbləğ - mütənasib olaraq növbəti ay (aylar) üzrə Müştərini əsas məbləğin ödənişindən azad edir;
Məsuliyyət. 3.1. Ödəyən Müdiriyyət hər hansı bir məsuliyyətdən o xxxxx xxxx edilir ki, o, poçt çeklərinin əməliyyat pəncərələrində qəbulu və onların ödənilməsi şərtlərinə aid Reqlamentin müvafiq maddələrində təyin edilmiş şərtlər əsasında ödənilməni həyata keçirdiyini sübut etmiş olsun. 3.2. Emitent müdiriyyət Reqlamentin ödənilmiş poçt çeklərini göndərən ölkənin poçt çekləri xidmətinə qaytarılmasına aid müvafiq maddəsində nəzərdə tutulmuş müddətdən sonra qaytanlan təhrif edilmiş və ya saxtalaşdırılmış poçt çekləri üzrə ödəməni həyata keçirməməlidir.
Məsuliyyət. Təyin olunmuş operatorların məsuliyyəti. Kompensasiyalar
Məsuliyyət. 9.1. UEFA tərəfləri, Milli Assosiasiya, müvafiq İMA və/və ya Stadion mülkiyyətçisi öz öhdəliklərini pozduğu təqdirdə (Biletlərin təkrar satışı ilə bağlı şərt və qaydalar çərçivəsində və ya digər hallarda), UEFA tərəfləri, Milli Assosiasiya, müvafiq İMA və/və ya Stadion mülkiyyətçisi yalnız bu pozuntu nəticəsində Bilet sahibinin və ya müraciətçinin əvvəlcədən ehtimal edilə bilən itki və zərərinə görə məsuliyyət daşıyır. UEFA tərəfləri, Milli Assosiasiya, müvafiq İMA və/və ya Stadion mülkiyyətçisi Seçilmiş Müraciətçinin bilet satışı ilə bağlı şərt və qaydalar çərçivəsində müqaviləyə daxil olduğu vaxt əvvəlcədən ehtimal edilə və ya düşünülə bilməyən hər hansı itki və ya zərərə görə məsuliyyət daşımır. 9.2. Maddə 9.1-ə baxmayaraq, UEFA tərəfləri, Milli Assosiasiya, müvafiq İMA və/və ya Stadion mülkiyyətçisi hər hansı biznes itkilərinə görə məsuliyyət daşımır və Bilet sahibinin hər hansı mənfəət itkisi, biznes itkisi, biznesinin dayanması və ya biznes imkanlarının azalmasına görə məsuliyyət daşımır. 9.3. Qanunun yol verdiyi bütün hallarda UEFA tərəfləri, Milli Assosiasiya, müvafiq İMA və/və ya Stadion mülkiyyətçisi Bilet sahibinin və müraciətçinin, habelə onların əmlakının məruz qaldığı itkilərə, zərərə və ya xəsarətə görə, o cümlədən bilavasitə itki və zərərlərə, habelə əyləncə, səyahət və ya yerləşmə xərcləri ilə bağlı itkilərə görə məsuliyyət daşımır. Bu, itki və zərərlərin (a) adi qaydada baş verməsi; (b) əvvəlcədən ehtimal edilən olması; (c)tərəflərin zənnində olmasından və ya digər hallardan asılı deyil. 9.4. UEFA tərəfləri, Milli Assosiasiya, müvafiq İMA və/və ya Stadion mülkiyyətçisi i) oturacaqların vəziyyəti və/və ya ii) tamaşaçıların hərəkətləri səbəbilə Oyunun görüntüsünün kəsilməsi və/və ya məhdudlaşmasına görə məsuliyyət daşımır. 9.5. Biletlərin təkrar satışı platforması ilə bağlı şərt və qaydaların müddəalarına baxmayaraq, UEFA tərəfləri, Milli Assosiasiya, müvafiq İMA və/və ya Stadion mülkiyyətçisi aşağıdakı hallarla bağlı öz məsuliyyətini istisna etməyə və ya məhdudlaşdırmağa çalışmır: (a) saxtakarlıq və ya fırıldaqçılıq üzrə; (b) UEFA tərəfləri, Milli Assosiasiya, müvafiq İMA və/və ya Stadion mülkiyyətçisinin səhlənkarlığı və ya onun hər hansı işçinin səhlənkarlığı ucbatından ölüm və ya xəsarət halları üzrə; və ya (c) qanunla istisna etmək və ya məsuliyyəti məhdudlaşdırmaq mümkün olmayan digər hər hansı məsələ üzrə. 9.6. Xxxx şərt və qaydalarda qeyd edilməyən heç bir məsələ bilet sahibinin və ya müraciətçinin normativ hüquqlarına və ya müvafiq...
Məsuliyyət. 1. Tütünə qarşı mübarizə məqsədilə Tərəflər, zəruri olarsa, müvafiq hallarda kompensasiya daxil olmaqla, cinayət və mülki məsuliyyət məsələlərinin həlli üçün qanunvericilik tədbirlərinin həyata keçirilməsini və ya mövcud qanunvericiliyin inkişafını nəzərdən keçirirlər. 2. Tərəflər 21-ci Maddəyə müvafiq olaraq Tərəflərin Konfransları vasitəsilə məlumat mübadiləsi sahəsində bir-biri ilə əməkdaşlıq edirlər. Bura həmçinin daxildir. (a) 20.3 (a) Maddəsinə müvafiq olaraq tütün məmulatından istifadənin və tütün tüstüsünün sağlamlığa təsirinin nəticəsi barədə məlumat; və (b) qüvvədə xxxx qanunvericilik və qaydalar, həmçinin müvafiq məhkəmə təcrübəsi barədə məlumat. 3. Müvafiq hallarda və qarşılıqlı razılaşmaya əsasən, Tərəflər milli qanunvericilik, siyasət, hüquqi təcrübə və tətbiq edilən mövcud müqavilə mexanizmləri çərçivəsində bu Konvensiyaya uyğun olaraq mülki və cinayət məsuliyyəti ilə əlaqədar prosessual hərəkətlərin həyata keçirilməsində bir-birinə yardım göstərirlər. 4. Konvensiya heç bir halda Tərəflərin bir-birinin məhkəmə orqanlarına müraciəti hüququna toxunmur və ya onu məhdudlaşdırmır; bu hal belə qaydaların mövcud olduğu şəraitdə mümkündür. 5. Tərəflərin Konfransı müvafiq beynəlxalq forumlarda aparılmış işləri nəzərə alaraq, məsuliyyətlə əlaqədar məsələləri imkan daxilində erkən mərhələdə nəzərdən keçirə bilər. Bura həmçinin həmin məsələlərə lazımi beynəlxalq yanaşmalar və Tərəflərin xahişi ilə onlara bu Maddəyə əsasən qanunvericilik və digər fəaliyyətlərində yardım göstərilməsi üçün lazımi vasitələr də aiddir.
Məsuliyyət. 11.1. Şirkət Əməliyyatların həyata keçirilməsi üçün İstifadəçinin lazımi şəkildə rəsmiləşdirilmiş Sərəncamlarının lazımi qaydada və vaxtında yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. 11.2. Xxxxxx Xxxxxxxxxxxxx şəxsi məlumatlarının, həyata keçirilmiş əməliyyatlar haqqında məlumatların və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada kommersiya sirri təşkil edən məlumatlara və o cümlədən də fərdi məlumatlara aid edilən istənilən digər məxfi informasiyanın 5 ilə qədər dövr üzrə qorunmasına görə məsuliyyət daşıyır. 11.3. Şirkət İstifadəçinin elektron pul qabından daxil xxxx bütün Sərəncamları yerinə yetirir və İstifadəçinin elektron pul qabına icazəsiz giriş və onun vəsaitləri üzərində sərəncam verilməsinə görə məsuliyyət daşımır. 11.4. Şirkət İstifadəçinin elektron pul qabı ilə həyata keçirilən Əməliyyatlar məsələsi ilə bağlı istənilən üçüncü şəxslər qarşısında məsuliyyət daşımır. İstifadəçi bu cür üçüncü şəxslərin iddialarını daxili mümkün xxxx imkanlar çərçivəsində müstəqil şəkildə nizamlamağa cəhd edəcəkdir. 11.5. Şirkət aşağıdakı hallara görə məsuliyyət daşımır: 11.5.1. İstifadəçinin elektron pul qabından daxil xxxx Sərəncam Şirkət tərəfindən dəqiq yerinə yetirildiyi halda yanlış həyata keçirilən Əməliyyatlara görə; 11.5.2. Poçt, elektrik təchizatı, internet, rabitə şəbəkələrinin işində Şirkətdən asılı olmayan səbəblərdən meydana gəlmiş və/və ya Şirkətin bildirişlərinin İstifadəçi tərəfindən vaxtında alınmamasına və ya ümumiyyətlə alınmamasına gətirib çıxaran nasazlıqlara görə; 11.5.3. Şirkət tərəfindən Müqavilənin şərtlərinin yerinə yetirilməməsinə gətirib çıxaran texniki nasazlıqlar (elektrik enerjisi və rabitə ilə təminatın dayandırılması/zədələnməsi, prosessinq mərkəzinin proqram təminatında nasazlıq və ya ödəniş sistemlərində texniki nasazlıq) baş verdiyi təqdirdə; 11.5.4. Elektron pul qabından istifadə etməklə həyata keçirilən əməliyyatlar haqqında, İstifadəçinin məlumatları haqqında informasiyanın rabitə kanallarından istifadə zamanı dinləmə və ya ələ keçirmə nəticəsində digər şəxslərə məlum olduğu təqdirdə; 11.5.5. Elektron pul qabından istifadə etməklə həyata keçirilən əməliyyatlar haqqında, İstifadəçinin məlumatları haqqında informasiyanın, İstifadəçi tərəfindən hazırkı Müqavilənin pozulması və ya müvafiq məlumatların saxlanması və istifadə edilməsi şərtlərinə İstifadəçi tərəfindən riayət olunmaması nəticəsində, digər şəxslərə məlum olduğu təqdirdə; 11.5.6. İstifadəçidə elektron pul qabından istifadəni və hazırkı Müq...
Məsuliyyət. 1. Razılığa gələn Tərəflərdən birinin rəsmi şəxsləri digər Razılığa gələn Tərəfin ərazisində fəaliyyət göstərdiyi zaman, ikinci - özünün milli qanunvericiliyinə uyğun olaraq - fəaliyyətləri müddətində hər iki tərəfin səbəb olduğu ziyanlara görə məsuliyyət daşıyır. 2. Bu maddənin 1-ci bəndində qeyd olunan ziyan kobud etinasızlıq və ya qəsdən qeyri- qanuni davranış səbəbindən meydana gəlmişdirsə, ev xxxxxx xxxx Razılığa gələn Tərəf göndərən Razılığa gələn Tərəfdən zərərçəkmiş şəxslər və ya onların səlahiyyət verdikləri şəxslər üçün göndərilmiş məbləği ödəməyi tələb edə bilər.
Məsuliyyət. Tərəflər, tətbiq edilə bilən qaydalara uyğun olaraq, hər bir İcra Sazişinin yerinə yetirilməsi zamanı dəyən ziyan və itkiyə görə məsuliyyət haqqında qaydaları tətbiq etmək öhdəliyini götürürlər.
Məsuliyyət. 77.1. Bu Qanunun ətləblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyəti daşıyırlar. 77.2. Bu Qanunla müəyyən edilmiş hər hansı sığorta təminatının tam və ya qismən könüllü sığorta müqaviləsində nəzərdə tutulması bu Qanunun Xüsusi hissəsinin müvafiq müddəaları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulmuş şəxsləri bu vəzifəni yerinə yetirməməyə görə məsuliyyətdən azad etmir.