SIĞORTA TƏMİNATI VƏ İSTİSNALAR Nümunə Maddələri

SIĞORTA TƏMİNATI VƏ İSTİSNALAR. 4.ƏMLAKIN MADDİ ZƏRƏRDƏN SIĞORTASI 4.1. Sığorta haqqının ödənilməsindən sonra Sığorta Şəhadətnaməsində göstərilmiş əmlak sığorta müddəti ərzində və şəhadətnamədə,sığorta müqaviləsinə qəbul edilmiş Əlavələrdə göstərilmiş risklər nəticəsində itirilərsə, məhv olarsa və ya zədələnərsə (bu Qaydalırın şərtlərinə, müddəalarına, istisnalarına və təminatına uyğun olaraq) Sığortaçı Sığortalıya həmin əmlakın zədələnməsi, itirilməsi və ya məhv olması ▇▇▇▇▇ ▇▇▇▇ bazar dəyərini və ya dəyən zərərin məbləğini odəyəcək və ya Sığortaçı öz mülahizəsinə əsasən bu əmlakı və ya onun bir hissəsini bərpa və ya eyni tipli əmlak ilə əvəz edəcək (köhnəlməyə görə müvafiq məbləğin və, əgər sığorta müqaviləsi ilə şərtləşdirilibsə, azadolma məbləğinin çıxılması şərti ilə). ▇▇▇▇▇ Sığortaçının bu əmlak üzrə öhdəlikləri aşağıda göstərilən həddlərdən artıq ola bilməz: (i) Ümumilikdə və ya hər bir bölmə üzrə sığorta məbləği və ya hər bir əmlak üzrə sığorta məbləği və ya hadisə zamanı onun bazar dəyəri (hər halda daha kiçik məbləğ tətbiq olunur); (ii) Eyni sığorta müddəti ərzində baş vermiş sığorta hadisəsi(ləri) üzrə ödənilmiş məbləğ(lər) çıxıldıqdan sonra sığorta məbləğinin qalıq hissəsi (▇▇▇▇▇ əlavə sığorta haqqının ödənilməsi şərti ilə sığorta məbləğinin azalmış hissəsi yenidən bərpa oluna bilər). 4.2. Sığorta təminatı Sığorta Şəhadətnaməsində və ya sığorta müqaviləsinə qəbul edilmiş müvafiq Əlavədə müəyyən edilmiş sığorta müddəti ərzində və göstərilmiş sığorta risklərinin baş verməsi nəticəsində sığortalanmış əmlakın məhv olması, itməsi və zədələnməsi üzrə verilir.
SIĞORTA TƏMİNATI VƏ İSTİSNALAR. 4. AVTONƏQLİYYAT VASİTƏLƏRİNİN MADDİ ZƏRƏRDƏN SIĞORTASI 3 4.1. SIĞORTA OBYEKTİ 4 4.2. SIĞORTA RİSKLƏRİ 4 4.3. ƏLAVƏ QURAŞDIRILMIŞ AVADANLIQ ÜZRƏ ƏLAVƏ TƏMİNAT 5