ƏLAVƏ QURAŞDIRILMIŞ AVADANLIQ ÜZRƏ ƏLAVƏ TƏMİNAT Nümunə Maddələri

ƏLAVƏ QURAŞDIRILMIŞ AVADANLIQ ÜZRƏ ƏLAVƏ TƏMİNAT. 4.3.1. Sığortaçı və Sığortalı arasında əldə edilmiş xüsusi razılığa əsasən, əlavə sığorta haqqının ödənilməsi və Sığorta Şəhadətnaməsinə qəbul edilmiş Əlavələrdə göstərilməsi şərti ilə, sığorta müddəti ərzində və razılaşdırılmış sığorta məbləği(ləri) çərçivəsində, hazırkı Qaydaların 4.2. bəndində göstərilən risklərin baş verməsi nəticəsində sığortalanmış avtonəqliyyat vasitəsinə əlavə quraşdırılmış avadanlıqlar itirilərsə, məhv olarsa və ya zədələnərsə (bu Qaydalırın şərtlərinə, müddəalarına, istisnalarına və təminatına müvafiq olaraq) Sığortaçı Sığortalıya həmin avadanlıqların zədələnməsi, itirilməsi və ya məhv olması xxxxx xxxx bazar dəyərini və ya dəyən zərərin məbləğini ödəyəcək və ya əlavə quraşdırılmış avadanlıqları və ya onların bir hissəsini bərpa və ya eyni tipli avadanlıq ilə əvəz edəcək (köhnəlməyə görə müvafiq məbləğin və, əgər sığorta müqaviləsi ilə şərtləşdirilibsə, azadolma məbləğinin çıxılması şərti ilə).

Related to ƏLAVƏ QURAŞDIRILMIŞ AVADANLIQ ÜZRƏ ƏLAVƏ TƏMİNAT

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Yekun müddəalar Maddə 15

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;