SIĞORTALANACAQ ŞƏXSİN SƏHHƏTİ Nümunə Maddələri

SIĞORTALANACAQ ŞƏXSİN SƏHHƏTİ. Sığortalanacaq şəxs, ilk növbədə təklif formasına əsasən müəyyən edilir. Sığortalanacaq şəxs təklif formasında verdiyi yanlış məlumata görə məsuliyyət daşıyır. Təklif formasında göstərilən suallar tam olaraq cavablanmalı, mövcud xxxx xəstəliklər varsa ətraflı məlumat verilməli, bu xəstəliklərlə əlaqədar olaraq müvafiq sənədlərin surətləri təklif formasına əlavə edilərək sığorta şirkətinə göndərilməlidir. Sığortalının, sığorta olunan mövcud xxxx xəstəliyin nəticəsində vəfat etməsi və yaxud şikəst qalması sığorta təminatına daxil deyildir. Sığortalının sağlamlıq haqqında verdiyi məlumatın hüquqi qüvvəyə minməsi üçün təklif forması imzalanmalı və tarix qoyulmalıdır. Sığorta təminatının başlanma tarixi təklifin doldurulma tarixindən ən geci 15 gün sonra olmalıdır. Fərdi qəza və xəstəlik sığortası təklifində göstərilən suallara verilən doğru cavablarla yanaşı yaş və sığorta məbləğinə görə bəzi laboratoriya testləri tələb olunur. Bu testlər aşağıdakılardır : 7.500 manataqədər Təklif Forması Təklif Forması 7.501 manatdan 10.000 manata qədər Təklif Forması həkim arayışı, sidiyin ümumianalizi və qanın ümumi analizi 10.001 manatdan 12.500 manata qədər həkim arayışı, sidiyin ümumi analizi və qanın ümumi analizi həkim arayışı, sidiyin ümumianalizi və qanın ümumi analizi və EKQ 12.501 manatdan 15.000 manata qədər həkim arayışı, sidiyin ümumi analizi və qanın ümumi analizivə EKQ həkim arayışı, sidiyin ümumi analizi və qanın ümumianalizi və EKQ 15.001 manatdan 17.500 manata qədər həkim arayışı, sidiyin ümumi analizi və qanın ümumi analizi və EKQ həkim arayışı, sidiyin ümumi analizi və qanın ümumi analizi, EKQ və ACR 17.501 manat və artıqolan məbləğ 2 müxtəlif həkim arayışı, sidiyin ümumi analizi, ACR, EKQ,qanın ümumi analizi, HİV və bBiokimya EKQ: Elektrokardioqrafiya ACR: Ağciyərin rentgen müayinəsi HİV: QİÇS Testi Biokimya: Biokimya testləri (Sığorta şirkəti tərəfindən bildiriləcəkdir). Həkim müayinəsi nəticəsində müvafiq sənədlər Sığorta şirkətinə göndərilməlidir. Təminat və yaşa görə tələb edilən testlərin nəticələrinə görə və ya təklif formasında bildirilən xəstəliklərə görə digər laboratoriya testləri də tələb oluna bilər.

Related to SIĞORTALANACAQ ŞƏXSİN SƏHHƏTİ

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Yekun müddəalar Maddə 15

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri: