Sığorta məbləği. Sığorta haqqı Nümunə Maddələri

Sığorta məbləği. Sığorta haqqı. 24.1. Sığorta məbləği Sığortalı ilə Sığortaçı arasındakı müqavilədə müəyyən edilən və Sığortaçının sığorta müqaviləsi çərçivəsində daşıdığı öhdəliyin hüdudlarını müəyyən edən pul məbləğidir.
Sığorta məbləği. Sığorta haqqı. 10.1 Sığorta məbləği dedikdə Sığortaçının ödədiyi tibbi və tibbi daşınma xərclərinin və həmçinin daşınma və ölümdən sonrakı repatriasiya xərclərinin son həddi xxxx pul məbləği başa düşülür. Ürək- damar sistemi xəstəliklərinin terapevtik və cərrahi müalicəsi üzrə sığorta məbləği müqavilənin valyutasına uyğun olaraq 5 000 ABŞ dolları/Avro təşkil edir.
Sığorta məbləği. Sığorta haqqı. 6.1 Tərəflərin razılığı ilə Sığorta müqaviləsi ilə müəyyən edilən sığorta məbləği tibbi, tibbi- nəqliyyat, nəqliyyat və ölüm hadisəsi zamanı repatriasiya xidmətləri üçün sığortaçının ümumilikdə ödəməli olduğu pul məbləğinin son həddidir. Baş vermiş sığorta hadisələri üzrə sığortaçının ödəməli olduğu sığorta ödənişlərin və digər xərclərin ümumi məbləği sığorta məbləğindən artıq ola bilməz.
Sığorta məbləği. Sığorta haqqı. 10.1. Sığorta müqaviləsində tərəflərin razılığı ilə Sığortaçı tərəfindən ödənilən xərclərin hər bir növü (tibbi, daşınma, tibbi daşınma, ölümdən sonrakı repatriasiya xərcləri) üçün təyin edilən sığorta məbləği dedikdə Sığortaçının ödədiyi tibbi və tibbi daşınma xərclərinin və həmçinin daşınma və ölümdən sonrakı repatriasiya xərclərinin son həddi xxxx pul məbləği başa düşülür;

Related to Sığorta məbləği. Sığorta haqqı

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Yekun müddəalar Maddə 15