Sığorta razılaşması Nümunə Maddələri

Sığorta razılaşması. 2.1. Sığortaçı Sığortalı ilə razılaşır ki (sığorta müqaviləsinin şərtlərinə və müddəalarına əməl olunması şərti ilə), əgər sığortanın qüvvədə olduğu müddət ərzində istənilən vaxt müqavilədə göstərilən sığorta olunmuş əmlak müqavilədə sadalanan sığorta risklərinin baş verməsi nəticəsində məhv olarsa və ya ona ziyan vurularsa, Sığortaçı Sığortalıya belə əmlakın məhv olmasının və ya ona vurulan ziyanın əvəzini, eləcədə sığorta müqaviləsində ayrıca olaraq təsbit olunduğu halda əldən çıxmış faydanı ödəyəcəkdir.

Related to Sığorta razılaşması

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Yekun müddəalar Maddə 15