Sığorta ödənişinin hesablanması Nümunə Maddələri

Sığorta ödənişinin hesablanması. 10.1. Sığorta müqaviləsində azadolma məbləği kimi göstərilmiş məbləğ Sığortaçı tərəfindən əsaslı qəbul edilən hər bir sığorta tələbinin və/və ya bir hadisə üzrə irəli sürülən bir necə tələbin yekun məbləğindən çıxılır və Sığortaçı belə tələbin və ya tələblərin azadolma məbləğinin çıxılmasından sonra qalan məbləğ üçün öhdəlik daşıyır. 10.2. Əgər Sığorta müqaviləsində hər bir sığortalanmış maşın və avadanlığa və ya maşın və avadanlıqlar qrupuna münasibətdə ayrıca azadolma məbləği müəyyən edilmişsə, sığorta ödənişinin məbləğinin hesablanması zamanı hər bir maşın və avadanlıq və ya maşın və avadanlıqlar qrupu üzrə azadolma məbləği ayrıca olaraq nəzərə alınacaqdır. 10.3. Sığortaçı tərəfindən əsaslı qəbul edilən hər bir vəsatətə və ya eyni hadisə üzrə bir necə vəsatətə münasibətdə ödəniləcək sığorta ödənişinin məbləği azadolma məbləği tətbiqindən əvvəl Sığorta müqaviləsinin müvafiq bölməsində göstərilmiş müvafiq sığorta məbləğini və məsuliyyət hədlərini aşmamalıdır. 10.4. Sığortalının üçüncü tərəfdən kompensasiya xxxxxx xxxxxxx, bu konpensasiyanın məbləği azadolma məbləği tətbiqindən əvvəl sığorta ödənişi məbləğindən çıxılmalıdır. 10.5. Sığorta ödənişinin həyata keçirilməsi tarixinə sığorta haqqının tam ödənilməməsi halında, Sığortaçı ödənilməmiş sığorta haqqının məbləğini sığorta ödənişinin məbləğindən çıxmaq hüququna malikdir. 10.6. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində həyata keçirilmiş sığorta ödənişinin ümumi məbləği Sığorta müqaviləsində göstərilmiş müvafiq məsuliyyət həddlərini və sığorta məbləğlərini aşmamalıdır.
Sığorta ödənişinin hesablanması. 16 Maddə 29. Subroqasiya hüququ 16 Maddə 30. Məlumatın təhrif edilməsi və aldatma 17
Sığorta ödənişinin hesablanması. 28.1. Sığorta müqaviləsində azadolma məbləği kimi göstərilmiş məbləğ bir hadisə nəticəsində yaranan və Sığortaçı tərəfindən əsaslı hesab edilən və qəti hesablanan hər bir ayrıca sığorta vəsatəti və/və ya bir neçə vəsatətin ümumi məbləğindən çıxılır, və Sığortaçı belə vəsatət və ya vəsatətlərin azadolma məbləği çıxıldıqdan sonra qalan məbləğinə görə məsuliyyət daşıyır. 28.2. Sığortaçı tərəfindən azadolma məbləği tətbiq edilməklə əsaslı hesab edilən hər bir ayrıca vəsatətlə bağlı aparılan sığorta ödənişinin ən yüksək məbləği Müqavilədə göstərilən sığorta məbləğindən artıq ola bilməz. 28.3. Sığortalının üçüncü tərəflərdən təzminat xxxxxx xxxxxxx, belə təzminatın məbləği hazırki Müqavilə üzrə aparılan sığorta ödənişin məbləğindən azadolma məbləği tətbiq edilməsindən əvvəl çıxılacaqdır. 28.4. Sığorta ödənişinin aparılması anına sığorta haqqının tam ödənilməməsi hallında, Sığortaçı sığorta haqqının ödənilməmiş hissəsinə xxxxx xxxx məbləğləri tutmaq hüququna malikdir. Hazırki sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta ödənişlərinin ümumi məbləği müqavilədə göstərilən müvafiq sığorta məbləğini aşa bilməz.

Related to Sığorta ödənişinin hesablanması

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq; 20.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək; 20.3.3 Sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək; 20.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək; 20.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.

  • Sığorta məbləği 15.1. Sığorta müqaviləsində sığorta məbləğinin aşağıdakı növləri müəyyən oluna bilər: 15.1.1. Ümumi sığorta məbləği – müəyyən edildiyi hallarda sığortaçının sığorta müqaviləsi üzrə öhdəliyinin həcmi verilmiş sığorta ödənişi məbləğində azalır. Sığortalı ümumi sığorta məbləğinin sığorta müqaviləsində nəzərdə tutulmuş həddə bərpa edilməsini istədikdə bərpa edilməli xxxx hissəyə müvafiq əlavə sığorta haqqı ödəməlidir. 15.1.2. Sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda həmin məbləğ sığortaçının hər bir sığorta hadisəsi üzrə öhdəliyinin son həddi hesab edilir və sığorta hadisələrinə görə sığorta ödənişlərinin verilməsi nəticəsində azalmır. 15.1.3. Bir sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda sığortaçının sığorta müddəti ərzində baş vermiş yalnız bir hadisə üzrə həmin məbləğ həddində sığorta ödənişi vermək öhdəliyi nəzərdə tutulur. 15.2. Əgər sığorta müqaviləsində və ya onun müvafiq sığorta sinfinə aid edilən bölməsində sığorta məbləğinin bu Qaydaların 15.1-ci bəndində göstərilən hər hansı növünün tətbiq olunması nəzərdə tutulmamışdırsa, sığorta məbləğinin 15.1.1-ci yarımbənddə göstərilmiş növü tətbiq edilir.

  • Sığortalının hüquqları 14.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək; 14.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.

  • Sığorta predmeti 4.1. Şəkər çuğunduru bitkisi hazırki məhsulun şərti ilə sığorta predmeti hesab olunur.

  • Sığortaçının vəzifələri 20.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir; 20.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək; 20.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək; 20.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.

  • Sığortalının vəzifələri 14.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək; 14.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək; 14.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək; 14.2.4 Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.

  • Sığorta riskləri 5.1. Aşağıda qeyd olunan bir və ya bir neçə risklər nəticəsində yonca bitkisinin meyvə hissəsinə dəymiş zərərin miqdarına sığorta müqaviləsi ilə təminat verilir: 5.1.1. dolu; 5.1.2. yanğın; 5.1.3. zəlzələ; 5.1.4. torpaq sürüşməsi; 5.1.5. qasırğa; 5.1.6. fırtına 5.1.7. sel və ya subasma; 5.1.8. vəhşi heyvanların hücumu; 5.1.9. bitki xəstəlikləri və zərərvericiləri; 5.1.10. xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu; 5.1.11. üçüncü şəxslərin hərəkətləri. 5.2. Yuxarıda nəzərdə tutulan risklərdən təminatlar aşağıdakı hallar nəticəsində yaranan zərərləri əhatə edir: • dolu riski təminatı - dolu dənələrinin birbaşa dəyməsi nəticəsində yaranan zərərlər; • xxxxxx xxxxx təminatı - yanğının, ildırımın, partlayışın, həmçinin yanğın və partlayış nəticəsində meydana gələn xxxxx, buxar və istiliyin təsiri ilə yaranan zərərlər; • zəlzələ riski təminatı - zəlzələnin birbaşa səbəb olacağı zərərlər; • torpaq sürüşməsi riski təminatı - ağırlıq qüvvəsi, meyillilik, şiddətli yağış, sel və bənzəri digər hadisələrin baş verməsi nəticəsində torpağın və ya torpaqdan ibarət xxxx kütlələrin hərəkəti nəticəsində yaranan zərərlər; • qasırğa riski təminatı - məhdud bir ərazidə qəflətən baş verən atmosfer təzyiqi dəyişikliyi nəticəsində burulğan şəklindəki xxx şiddətli küləyin təsiri ilə meydana gələn zərərlər; • fırtına riski təminatı - yağış, qar və dolu yağıntılarından ən xxx xxxx ilə birlikdə və ya qeyd olunan yağıntılar olmadan, 10 metr yüksəklikdə və sürəti 25 m/saniyədən xxx xxxx küləklərin əsməsi nəticəsində, həmçinin külək zamanı onun aşırdığı, sürüdüyü və ya atdığı əşyaların dəyməsi nəticəsində yaranan zərərlər; • sel və ya subasma riski təminatı – davamlı yağış yağması və ya qar əriməsi nəticəsində əmələ gələn ani su kütlələrinin təsiri ilə çay, göl, dərə, kanal və digər su hövzələrində suyun miqdarının artaraq daşması, yamaclardan suyun axması, həmçinin bunların nəticəsində torpağın alt qatına suyun yığılması və ya torpağın su keçirmə qabiliyyətindən artıq miqdarda suyun torpağın üst qatında toplanması nəticəsində məhsula dəyən zərərlər; • vəhşi heyvanların hücumu – yonca bitkisində vəhşi heyvanların hücumu nəticəsində yaranan zərərlər; • bitki xəstəlik və zərərvericiləri – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin Siyahısı”nda göstərilənlər istisna olmaqla, digər bitki xəstəlik və zərərvericilərin yayılması nəticəsində yaranan zərərlər; • xüsusi təhlükəli ziyanvericilərin yayılması – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli Qərarı ilə təsdiq edilmiş “Karantin elan olunan ərazilərdə fitosanitar tədbirlərin aparılması xərcləri dövlət büdcəsi hesabına həyata keçirilən Hallar”ın 2.2-ci bəndində göstərilənlər istisna olmaqla, digər xüsusi təhlükəli ziyanvericilərin yayılması nəticəsində yaranan zərərlər; • üçüncü şəxslərin hərəkətləri – sığortalı və ya faydalanan şəxsin ailə üzvləri istisna olmaqla, digər şəxslərin hərəkət və ya hərəkətsizliyi nəticəsində dəyən zərərlər. 5.3. Yuxarıda göstərilmiş risklərdən hansının baş verməsi nəticəsində zərərin yaranmasının müəyyən edilməsində müstəqil ekspertin və sığorta hadisəsinin baş verməsini təsdiqləyən səlahiyyətli dövlət orqanlarının rəyləri əsas götürülür.

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Tərəflərin məsuliyyəti 22.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

  • Əsas anlayışlar Bu Qaydalarda aşağıdakı əsas anlayışlardan istifadə olunur: