Zəmanət və təminatlar Nümunə Maddələri

Zəmanət və təminatlar. 3.10.1. Zəmanət işlərin yerinə yetirilməsində etibarlı maliyyə təminatının olmasına xidmət edir. Əgər tərəflər üçüncü şəxsin zəmanətçi olmasını lazım bilsələr, onda həm Podratçının, həm də Sifarişçinin zəmanətçisi olmalıdır. Podratçı Xxxxxxxxxxxx onun ödəniş qabiliyyətini təsdiq edən bank arayışı, bankdan və ya başqa təşkilatdan Müqavilə ilə görülmüş işlərin tam ödənilməsinə və ya aralıq ödənişinə təminat, həmçinin öz əmlakı ilə təminat verməyi də tələb edə bilər. Öz növbəsində Sifarişçi də, Podratçıdan ona dəyən ziyanı və nəzərdə tutulan cərimələri ödəməyə görə kredit verməyə xxxxx xxxx hüquqi şəxsdən zaminlik öhdəliyi tələb edə bilər. Əgər Müqavilədə başqa müddəalar nəzərdə tutulmayıbsa, onda zaminlik pul vəsaitinin tutulması və ya ödənilməsinin başqa vaxta keçirilməsi (deponenti) yolu ilə həyata keçirilə bilər və ya kredit verən təşkilatın zəmanəti hesabına təmin oluna bilər. Üzərinə zaminliyi götürmə haqqında məlumat yazılı formada verilir. Əgər zaminlik pul vəsaitinin deponenti yolu ilə yerinə yetirilirsə, onda Podratçı müəyyən haqq köçürməklə öz pulunu razılaşdırılmış məlum bir kredit təşkilatında (xxxxxx) təcrid edilmiş konkret hesaba qoymalıdır ki, tərəflər bu hesabdan yalnız hər ikisinin iştirakı ilə istifadə edə bilsinlər. Əgər Sifarişçi razılığa uyğun zaminlik hesabına öz ödənişlərindən qismən pul tutmaq yolu ilə pul tutarsa, onda o, Podratçıya tutulmuş pulun miqdarını bildirməlidir və bu pulu bildirişdən sonra razılaşdırılmış müddətdə (məsələn 20 gün ərzində) seçilmiş xxxxxx təcrid edilmiş hesaba keçirməlidir. Sifarişçi müəyyən edilmiş vaxtdan gec olmayaraq, təminat müddətində zaminlik pulunu qaytarmalıdır. Əgər bu müddətə kimi onun iddiası tam ödənilməyibsə, onda o, zaminlik pulunun müvafiq miqdarını saxlaya bilər.

Related to Zəmanət və təminatlar

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Yekun müddəalar Maddə 15

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;