Zərər Nümunə Maddələri

Zərər. Sığortalı və Sığortaçı razılığa gəlmişlər ki, Sığorta Müddəti ərzində Sığorta şəhadətnaməsində qeyd edilmiş əşyalara və ya onların hər hansı bir hissəsinə, istisnalarda xüsusi olaraq göstərilmiş hallardan başqa, nəzərdə tutulmayan və gözlənilməz fiziki itki və ya zədə dəyərsə və təmir və ya dəyişdirilmə ehtiyacı yaranarsa, Sığortaçı Sığortalıya bu itki və zədələr nəticəsində aşağıda göstərilən qaydada nağd pulla, yeni əşyaların alınması ilə və ya təmiri ilə əlaqədar, həcmi Sığorta şəhadətnaməsində ayrı-ayrılıqda hər bir hal üçün və cəmi Sığorta şəhadətnaməsində göstərilən sığorta məbləğindən artıq olmamaq şərtilə, ödəmələri həyata keçirir. Sığortaçı Sığortalıya bu müqavilə üzrə sığorta hadisəsi zamanı yaranan qırıntıların təmizlənməsi xərclərinin,Sığorta şəhadətnaməsində göstərməklə ayrıca sığorta məbləğı çərçivəsində əvəzini ödəyəcək.

Related to Zərər

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Yekun müddəalar Maddə 15

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;