Sığorta hadisəsi. Sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Qaydaların 28-ci bəndində nəzərdə tutulmuş risklərin baş verməsi nəticəsində sığortalanmış avtomobilə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır.
Sığorta hadisəsi. 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas xxxx, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.
13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.
13.3. Bu Qanunun məqsədləri üçün fərdi qəzadan icbari sığortada müvafiq sığorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta olunanın sağlamlığına zərər dəyməsi sığorta hadisəsi sayılır.
13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur.
13.5. Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat sığortaçıya şifahi qaydada verildikdə, şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü müddətində sığortaçı yazılı sığorta tələbinin formasını sığorta olunana və (və ya) faydalanan şəxsə təqdim etməlidir.
Sığorta hadisəsi. 3.1 Sığorta olunanın sığorta müddəti ərzində təsadüflük əlaməti daşıyan, istisnalar arasında yer almayan xəstəliyə məruz qalması və bədbəxt hadisə nəticəsində yaralanması ilə əlaqədar tibbi yardım almaq məqsədi ilə Sığorta müqaviləsində nəzərdə tutulmuş tibb müəssisələrinə müraciəti sığorta hadisəsi hesab olunur. Sığorta olunanın mövcud xəstəliklərlə əlaqədar tibb müəssisələrinə müraciəti sığorta hadisəsi hesab edilmir.
3.2 Sığorta müqaviləsində şərtsiz gözləmə müddəti təyin oluna bilər. Bu müddət ərzində Sığorta olunanın Sığorta müqaviləsində və bu Qaydalarda göstərilən hadisələrlə əlaqədar tibbi yardım almaq üçün tibb müəssisəsinə müraciəti sığorta hadisəsi hesab olunmur.
3.3 Sığortaçı, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığorta olunanın, sığorta hadisəsi nəticəsində yaranan tibbi xərclərinin, bu Qaydalara müvafiq olaraq və Sığorta müqaviləsində (Şəhadətnaməsində) göstərilmiş məbləğ həddində ödənilməsinə təminat verir.
Sığorta hadisəsi. 4.1. Sığortanın həyata keçirildiyi, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş, nəticədə Sığortalının mülki məsuliyyətinin yarandığı və Sığortaçının isə sığorta ödənişini vermək öhdəliyinin yarandığı xxx xxxxxx baş verən hadisə sığorta hadisəsi kimi qəbul edilir.
4.2. Hadisə sığorta hadisəsi kimi tanındığı zaman, Sığortaçı həm özü tərəfindən könüllü qaydada təsdiq olunan, Sığortalıya qarşı mülki qanunvericilik normalarına müvafiq şəkildə zərərin ödənilməsi ilə bağlı irəli sürülən iddia, həm də məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sığorta ödənişini həyata keçirə bilər.
Sığorta hadisəsi. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
Sığorta hadisəsi. 6.1. Sığorta hadisəsi Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Qaydalarda nəzərdə tutulmuş, mülki qanunvericiliyin normalarına uyğun olaraq üçüncü şəxslərin onlara dəymiş zərərin əvəzinin ödənilməsi üzrə Sığortalıya və ya Sığorta olunmuş şəxsə qarşı tələb irəli sürməsi üçün əsas xxxx haldır.
6.2. Bu Qaydalar üzrə əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində Maddə 4-də qeyd edilən hallarda zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.
6.3. Əgər zərər dəyməsi faktı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə və ya Sığortaçının yazılı razılığı əsasında üçüncü şəxsin sağlamlığına və ya əmlakına dəyən zərəri Sığorta olunanın ödəməsi barədə maddi iddianın Sığortalı, yaxud Sığorta olunan tərəfindən qəbul olunması ilə təsdiqlənərsə, baş vermiş hadisə sığorta hadisəsi sayılır.
Sığorta hadisəsi. 6.1 Sığorta hadisələri sığorta müqaviləsi ilə müəyyən edilir.
6.2 Sığorta aşağıdakılar nəticəsində sığorta predmetinin məhv olmasına və ya zədələnməsinə təminat verir:
6.2.1.1 hava gəmisinin qəzaya uğraması;
6.2.1.2 yanğın, partlayış, ildırım;
6.2.1.3 fırtına, qasırğa və ya digər təbii fəlakətlər;
6.2.1.4 hava gəmisinin mühərrikinin və ya təchizatlarının qəzası;
6.2.1.5 hava gəmisinin xxxxx düşməsi;
6.2.1.6 üçüncü şəxslərin qeyri-qanuni qərəzli hərəkətləri.
Sığorta hadisəsi. 34.1. Sığorta müddəti ərzində Sığorta olunanın xarici ölkədən qayıtdığı zaman istifadə edəcəyi hava nəqliyyatı vasitəsinin reysinin aşağıda göstərilənlərin nəticəsində 3 saatdan xxx xxxx müddətə ləngiməsi hadisəsidir:
34.1.1. Hava şəraitinin təsiri;
34.1.2. Nəqliyyat şirkətinin və ya hava limanının işçilərinin tətil elan etməsi;
34.1.3. Nəqliyyat vasitəsinin texniki nasazlığı;
34.1.4. Xarici dövlətin hökumət orqanlarının, yerli özünüidarəetmə orqanlarının, hərbi qüvvələrin, və yaxud siyasi təşkilatların siyasi və digər tədbirlər görməsi;
34.1.5. Xarici dövlətin ərazisində baş verən ictimai ixtişaşlar. 34.1.6.
Sığorta hadisəsi. 23.1 Kosmik texnikanın sığortası hissəsində Sığorta hadisəsi sığortalanmış əmlakın tamamilə məhv olmasına, konstruktiv baxımdan tamamilə məhv olmasına, qismən məhv olmasına və ya zədələnməsinə gətirib çıxarmış və bu Qaydalara uyğun olaraq Sığortaçının sığorta ödənişi ödəmək öhdəliyi ilə nəticələnmiş hadisədir.
23.2 Sığorta müqaviləsində göstərilmiş kosmik fəaliyyətin həyata keçirilməsi nəticəsində üçüncü şəxslərin həyatına, sağlamlığına və ya əmlakına vurulmuş ziyanın ödənişi üzrə Sığortaçının öhdəliyinin yaranması, əgər bu Qaydalara uyğun olaraq, belə ziyan Sığortaçı terefindən kompensasiya edilməlidirsə, Mülki məsuliyyətin sığortalanması hissəsində Sığorta hadisəsidir.
Sığorta hadisəsi. 3.1. Bu Qaydalara uyğun olaraq sığorta müddəti ərzində Sığorta olunanın sağlamlığının pozulması, kəskin xəstəliklər, xroniki xəstəliklərin kəskinləşməsi və bədbəxt hadisələr ilə əlaqədar tibbi yardım almaq məqsədi ilə Sığorta olunanın sığorta müqaviləsində nəzərdə tutulmuş tibb müəssisələrinə müraciəti sığorta hadisəsi hesab olunur.
3.2. Sığorta müqaviləsində başqa hallar da nəzərdə tutula bilər.