SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ Nümunə Maddələri

SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ. Bu sığorta qaydalara əsasən sığorta təminatı aşağdakı bölmələr üzrə verilə bilər: Bölmə I. Maddi zərər sığortası(Əmlakın yanğın və digər risklərdən sığortası) Bu sığorta qaydaları ilə sığorta müqaviləsinə daxil xxxx əmlaklara, tikinti sahəsində olduqları və tikinti işləri aparıldığı zaman, əvvəlcədən bilinməyən və gözlənilməz səbəblər nəticəsində dəyən ziyan və zərərlərə, sığorta şəhadətnaməsində və bu qaydalarda göstərilən istisnalar nəzərə alınmaqla, təminat verilir.
SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ. Bu sığorta qaydaları ilə, sığorta şəhadətnaməsinin əlavəsi xxxx və onun ayrılmaz hissəsini təşkil edən inventar cədvəlində miqdarı, istehsal tarixi, xüsusiyyətləri və dəyərləri göstərilən dəzgah və qurğulara sınaq müddətindən sonra normal işlədikləri zaman və ya iş yerində təmizləndiyi, yoxlanıldığı, yeri dəyişdirildiyi və ya bir yerdə durduğu halda aşağıdakı qəflətən baş vermiş və gözlənilməz səbəblər nəticəsində, dəyən maddi ziyan və zərərlərə, habelə onların zəruri etdiyi təmir və əvəz etmə xərclərinə təminat verilir; 1.1. İş qəzaları; 1.2. Modelin, istehsalın, montajın, materialın, qəlibin, qəlibə tökmənin qüsurlu olması və ya lazımi səviyyədə icra edilməməsi; 1.3. Düzgün yağlanmaması; 1.4. Elektrik enerjisinin birbaşa təsiri nəticəsində meydana gələn qısa qapanma, yanıb- sönmə, cərəyan yükünün artması, qeyri-düzgün izolyasiya və ildırım kimi atmosfer elektrik yüklənməsinin dolayı təsirləri; 1.5. Tıxanma, kənar maddə düşməsi; 1.6. Mərkəzdənqaçma qüvvənin təsiri nəticəsində xxxx parçalanmalar; 1.7. Buxar qazanlarında və buxar çənlərində su çatışmamazlığı; 1.8. Suyun səviyyəsinin dəyişməsi, gözlənilmədən həddindən artıq qızma və ya soyuma; 1.9. Təzyiqin aşağı düşməsi nəticəsində qapalı qablarda əmələ gələn əzilmə, deşilmə, qırışma və s. deformasiyalar; 1.10. Fırtına və qasırğa, donma və ya əriyən buz parçalarının sürüşməsi; 1.11. İşçi heyəti və ya üçüncü şəxslərin kobud səhvi, qüsuru, xətası, diqqətsizliyi və ya sabotajları; 1.12. İstisna edilməyən digər hallar: Direl, qayçı, bıçaq, mişar, polad və ya metal hissələrə, kəsici alət və ləvazimatlara, matrisa və qəliblərə, metal əritmə sexlərindəki isti metal valslara, standart şablonlara, modellərə, rəsm rulonlarına, üyüdücü, sındırıcı və qarışdırıcı alətlərə, ələk və xəlbirlərə, tross, kanat, zincir, konveyer lentləri və qayışlar kimi dəyişdirilə bilinən hissələrə və müəyyən müddətdən sonra dəyişdirilməsi və ya yenisi ilə əvəz edilməsi zəruri xxxx kömür fırçası və xxxxx xxxx hissələrə (elektrik izolyasiya maddələri və izolyasiya yağları istisna olmaqla) sığorta təminatı verilmir.
SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ. 8.1. Sığorta, şəhadətnamədə qeyd olunan marşrut hüdudlarında, təminatda hesab olunur. 8.2. Sığortalanmış daşınar xxx razılaşdırılmış marşrutdan çıxarıldıqda sığorta təminatı dayandırılır.
SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ. 13.1. Bu sığorta şərtləri ilə dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələrinə, yaxud onlarla əlaqədar sığorta etdirilə bilən digər əmlaklara sığorta şəhadətnaməsində göstərilən müddət ərzində dəyə biləcək ziyan və zərərlərə sığorta şəhadətnaməsinin şərtləri daxilində təminat verilir. 13.2. Bu maddədə istifadə olunan «dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələri» termini müxtəlif xxx və sərnişin gəmilərini əhatə edir. Ancaq sığortaçı qəbul edərsə, taxta və ya beton, yaxud bunların qarışığından hazırlanmış gəmilər, yelkənli gəmilər, səyahət gəmiləri, yaxta və katerlər, xidməti katerlər, balıqçılıq gəmi və qayıqları, yedək gəmiləri, şalanda, parom və lixterlər, üzən hovuzlar, döyəc və kranlar, üzən restoranlar (restoran-gəmi), dəniz motosikletləri kimi su nəqliyyatı vasitələri də «dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələri» termininin əhatə dairəsinə daxil edilə bilər. 13.3. Sığorta təminatı, hadisə nəticəsində gəmi və digər dənizə, göl və ya çay nəqliyyatı vasitələrinə, yaxud bunlarla əlaqədar digər əmlaklara dəyəcək ziyan və zərərləri, məsuliyyətə görə zərərin ödənilməsini (ayrıca olaraq təminata daxil edilibsə), yaxud bunlarla əlaqədar xərcləri əhatə edir. Ziyan və ya zərərin miqdarı, məsuliyyətə görə zərərin ödənilməsi ilə əlaqədar xərclərin həcm və mahiyyəti, eləcə də təminat verilən və verilməyən hadisələr sığorta şəhadətnaməsinə əlavə edilən xüsusi şərtlərə əsasən müəyyən edilir.
SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ. Bu sığorta qaydaları ilə, poçt daşımaları da daxil olmaqla nəqliyyat firmaları vasitəsilə və ya mühafizə altında su, avtomobil, hava və dəmir yolu ilə daşınan qiymətli kağızlar (səhm, istiqraz, çek, şəhadətnamə, xxxx və s.), təminat məktubu, nəqd pul, (manat və ya valyuta), külçə və digər formada xxxx əlvan metallar, qiymətli daşlar və zinət əşyaları sığorta müqaviləsində göstərilən müddətdə və ya daşınan zaman dəyə biləcək ziyan və zərərlərə sığorta şəhadətnaməsində və bu qaydalarda göstərilən istisnalar nəzərə alınmaqla, təminat verilir.
SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ. Bu sığorta Qaydaları ilə sığorta müqaviləsində (şəhadətnaməsində) yazılmış ünvanda saxlanılan mal və əşyalara aşağıda göstərilən hadisələrin baş verməsi nəticəsində oğurluq və ya oğurluğa təşəbbüsdən dəymiş maddi itki və ziyanlara təminat verilir: 2.1. Qırma, oyuq açma, sökmə, dağıtma və zorla daxil olmaq; 2.2. xüsusi alət, materialların və ya bədənin çevikliyinin sayəsində dırmanma və ya aşma yolu ilə daxil olmaq; 2.3. sübut olunması mümkün xxxx hallarda itmiş, oğurlanmış və ya qeyri-xxxxxx xxxxx əldə edilmiş əsl açarla və ya saxta açarla, habelə başqa alətlə açma yolu ilə daxil olmaq; 2.4. sübut olunması mümkün xxxx hallarda sığortalanmış yerlərə xəlvəti girib gizlənmək və ya qalmaq; 2.5. öldürmə, yaralama, güc və təzyiqdən istifadə etməklə və ya məcbur etməklə daxil olmaq.
SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ. Fərdi qəza sığortası üzrə sığortaçı bu şərtlər daxilində sığortalının sığorta müddəti ərzində məruz qalacağı bədbəxt hadisələrin nəticələrinə qarşı təminat verir.
SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ. A) Bu sığorta qaydaları ilə, (B) bəndində növ və xüsusiyyətləri göstərilən heyvanların; 1) Bütün növ adi və keçici xəstəliklər, boğaz olma, doğum, axtalama və ya cərrahiyyə əməliyyatı aparılması nəticəsində; 2) Hər cür qəzalar, vəhşi heyvanların hücumu, kənar şəxslərin qəsdən zəhərləməsi, yaralaması və ya şikəst etməsi nəticəsində; 3) Gün vurması, şaxtadan donma, məftil, mismar, daş və digər bu kimi bərk və dəlici cisimlər udması, zəhərli otlar yeməsi və ya dərmanlanmış sahədə otlaması nəticəsində; 4) Fırtına, ildırım, zəlzələ, su basqını, torpaq çökməsi və ya sürüşməsi nəticəsində; 5) Yanğın və ya partlayış nəticəsində, məcburən kəsdirilməsi də daxil olmaqla, tələf olmasına görə sığortalıya dəyən həqiqi zərərlərə təminat verilir. B) Sığorta oluna bilən heyvanlar və onların yaş həddləri; 1) 1 yaşından 12 yaşına qədər (12 yaş da daxil olmaqla) at, ulaq və qatırlar; 2) 1 yaşından 9 yaşına qədər (9 yaş da daxil olmaqla) inəklər, öküzlər; 1 yaşından 14 yaşına qədər (14 yaş da daxil olmaqla) camışlar; 3) 1 yaşından 4 yaşına qədər (4 yaş da daxil olmaqla) yerli və merenos qoyunlar, anqor keçisi; 4) 6 aylığından 3 yaşına qədər (3 yaş da daxil olmaqla) donuzlar; 5) 1 yaşından 8 yaşına qədər (8 yaş da daxil olmaqla) ev, ov, gözətçi və çoban itləri. Uzun müddətli sığortalar zamanı, sığorta müddəti ərzində sığorta etdirilmiş heyvanın yaşı yuxarıda göstərilmiş həddini aşdıqda, həmin heyvana verilən təminat başa çatmış olur.
SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ. Bu sığorta qaydaları ilə, sığorta şəhadətnaməsinin əlavəsi xxxx və onun ayrılmaz hissəsini təşkil edən inventar cədvəlində miqdarı, istehsal tarixi, xüsusiyyətləri və dəyərləri göstərilən dəzgah və qurğulara sınaq müddətindən sonra normal işlədikləri zaman və ya iş yerində təmizləndiyi, yoxlanıldığı, yeri dəyişdirildiyi və ya bir yerdə durduğu halda aşağıdakı qəflətən baş vermiş və gözlənilməz səbəblər nəticəsində, dəyən maddi ziyan və zərərlərə, habelə onların zəruri etdiyi təmir və əvəz etmə xərclərinə təminat verilir: 1.1. İş qəzaları; 1.2. Modelin, istehsalın, montajın, materialın, qəlibin, qəlibə tökmənin qüsurlu olması və ya lazımi səviyyədə icra edilməməsi;
SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ. Fərdi qəza və xəstəlik sığortası, sığortalı şəxsin sığorta müddəti ərzində xəstəlik və fərdi qəza (bədbəxt hadisə) nəticəsində ölümü halında sığortadan faydalanana, sığortadan faydalanan təyin edilməmişdirsə, qanuni varislərinə, daimi şikəstlik halında isə sığorta şəhadətnaməsində göstərilən məbləğin sığortalının özünə ödənilməsinə təminat verir.