Zərərin həcminin azaldılması məqsədilə çəkilən xərclər. 19.1. Əgər sığorta müqaviləsində göstərilmişdirsə, Sığortaçı şəraitin ilkin araşdırılması və Sığortalının və ya Sığorta olunanın təqsirlilik dərəcəsinin aydınlaşdırılması üzrə əsaslandırılmış xərcləri, həmçinin zərərin səbəbi olması ehtimal edilən hadisə ilə əlaqədar Sığortalının Azərbaycan Respublikası məhkəmələrində aşağıdakı hallarla bağlı ortaya çıxan məhkəmə xərclərini də ödəyəcək: 19.1.1. məhkəmə istintaqı və ya ölümlə nəticələnən bədbəxt hadisəyə görə sorğunun aparılması; 19.1.2. müqavilə ilə təminata daxil edilə bilən hər hansı hərəkət və ya səhvlə əlaqədar işlərin məhkəmələrdə müdafiə olunması. 19.2. Sığortaçı hər hansı cərimə və ya sanksiyalara görə məsuliyyət daşımır. 19.3. Sığortaçı həmçinin sığorta hadisəsi nəticəsində zərərə məruz qalan şəxsin həyatının və ya əmlakının xilas edilməsi, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcminin azaldılması məqsədilə Sığortalının və ya Sığorta olunanın lazımi və məqsədəuyğun xərclərinin əvəzini ödəyir.
Appears in 3 contracts
Samples: Məsuliyyət Sığortası Qaydalari, Məsuliyyət Sığortası Qaydaları, Məsuliyyət Sığortası Qaydaları
Zərərin həcminin azaldılması məqsədilə çəkilən xərclər. 19.116.1. Əgər sığorta müqaviləsində göstərilmişdirsə, Sığortaçı şəraitin ilkin araşdırılması və Sığortalının və ya Sığorta olunanın təqsirlilik dərəcəsinin aydınlaşdırılması üzrə əsaslandırılmış xərcləri, həmçinin zərərin səbəbi olması ehtimal edilən hadisə ilə əlaqədar Sığortalının Azərbaycan Respublikası məhkəmələrində aşağıdakı hallarla bağlı ortaya çıxan məhkəmə xərclərini də ödəyəcək:
19.1.116.1.1. məhkəmə istintaqı və ya ölümlə nəticələnən bədbəxt hadisəyə görə sorğunun aparılması;
19.1.216.1.2. müqavilə ilə təminata daxil edilə bilən hər hansı hərəkət və ya səhvlə əlaqədar işlərin məhkəmələrdə müdafiə olunması.
19.216.2. Sığortaçı hər hansı cərimə və ya sanksiyalara görə məsuliyyət daşımır.
19.316.3. Sığortaçı həmçinin sığorta hadisəsi nəticəsində zərərə məruz qalan şəxsin həyatının və ya əmlakının xilas edilməsi, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcminin azaldılması məqsədilə Sığortalının və ya Sığorta olunanın lazımi və məqsədəuyğun xərclərinin əvəzini ödəyir.
Appears in 2 contracts
Samples: Məsuliyyət Sığortası Qaydaları, Məsuliyyət Sığortası Qaydaları