Zərərin qarşısının alınması və həcminin azaldılması. 21.1. Bu sığorta ilə təminat verilib verilməməsindən asılı olmayaraq, Sığortalı artıq vurulmuş zərərin azaldılması və gələcəkdə baş verə biləcək zərərlərin qarşısının alınması məqsədi ilə bütün ağlabatan və zəruri tədbirləri görməyə borcludur. Sığortalının belə tədbirləri görməməsinin birbaşa və ya dolayı nəticəsi olaraq baş vermiş istənilən zərərə qarşı sığorta təminatı verilmir. 21.2. Sığortalanmış maşın və avadanlığı xilas etmə, təmir etmə və ya onun qorunub saxlanması məqsədi ilə görülən bütün belə tədbirlər bütün maraqlı tərəflərin mənafeyi üçün həyata keçirilmiş hesab edilir və tərəflərdən heç birinin hüquqlarına təsir etmir. Belə tədbirlərin görülməsi zamanı Sığortalı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir.
Appears in 2 contracts
Samples: Sığorta Müqaviləsi, Sığorta Müqaviləsi
Zərərin qarşısının alınması və həcminin azaldılması. 21.133.1. Bu sığorta ilə təminat verilib verilməməsindən asılı olmayaraq, Sığortalı artıq vurulmuş zərərin azaldılması və gələcəkdə baş verə biləcək zərərlərin qarşısının alınması məqsədi ilə bütün ağlabatan və zəruri tədbirləri görməyə borcludur. Sığortalının belə tədbirləri görməməsinin birbaşa və ya dolayı nəticəsi olaraq baş vermiş istənilən zərərə qarşı sığorta təminatı verilmir.
21.233.2. Sığortalanmış maşın və avadanlığı xilas etmə, təmir etmə və ya onun qorunub saxlanması məqsədi ilə görülən bütün belə tədbirlər bütün maraqlı tərəflərin mənafeyi üçün həyata keçirilmiş hesab edilir və tərəflərdən heç birinin hüquqlarına təsir etmir. Belə tədbirlərin görülməsi zamanı Sığortalı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir.
Appears in 2 contracts
Samples: Podratçının Maşın Və Avadanlığının Sığortası, Insurance Policy