Common use of Ödəniş kartı Clause in Contracts

Ödəniş kartı. 4.1. ABB Müştərinin müraciəti əsasında ABB tərəfindən emissiya edilən, Azərbaycan Respublikası ərazisində və Azərbaycan Respublikasının hüdudlarından kənarda istifadə edilə bilən Ödəniş kartının verilməsini və istifadə edilməsini, Ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün Kart hesabının açılmasını təmin etməyi və Müştəri Ödəniş kartı vasitəsi ilə aparılmış əməliyyatlara, Ödəniş kartından istifadəyə görə xidmət haqlarını ABB-ə ödəməyi öhdəsinə götürür. 4.2. Ödəniş kartı vasitəsilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqı ABB-in Tariflərinə uyğun olaraq müəyyən olunur və ABB tərəfindən Müştərinin Kart hesabındakı pul vəsaitindən akseptsiz qaydada tutulur. 4.3. Ödəniş kartının qüvvədə olma müddəti onun üzərində göstərilmiş müvafiq ilin müvafiq ayının sonuncu günü bitir. 4.4. Ödəniş kartından istifadə Azərbaycan Respublikasının qanunvericiliyi, maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları, eləcə də müvafiq beynəlxalq ödəniş sisteminin qaydaları, bu Standart Şərtlər və müvafiq Müqavilə ilə tənzimlənir. 4.5. ABB Müştərinin ərizəsi əsasında ona bir neçə əlavə Ödəniş kartı verə bilər. 4.6. Ödəniş kartı ABB-in mülkiyyətidir və Müştərinin istifadəsinə verilir.

Appears in 4 contracts

Samples: Bank Services Agreement, Bank Services Agreement, Bank Services Agreement

Ödəniş kartı. 4.1. ABB Müştərinin müraciəti əsasında ABB tərəfindən emissiya edilən, Azərbaycan Respublikası ərazisində və Azərbaycan Respublikasının hüdudlarından kənarda istifadə edilə bilən Ödəniş kartının verilməsini və istifadə edilməsini, Ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün Kart hesabının açılmasını təmin etməyi və Müştəri Ödəniş kartı vasitəsi ilə aparılmış əməliyyatlara, Ödəniş kartından istifadəyə görə xidmət haqlarını ABB-ə ödəməyi öhdəsinə götürür. 4.2. Ödəniş kartı vasitəsilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqı ABB-in nin Tariflərinə uyğun olaraq müəyyən olunur və ABB tərəfindən Müştərinin Kart hesabındakı pul vəsaitindən akseptsiz qaydada tutulur. 4.3. Ödəniş kartının qüvvədə olma müddəti onun üzərində göstərilmiş müvafiq ilin müvafiq ayının sonuncu günü bitir. 4.4. Ödəniş kartından istifadə Azərbaycan Respublikasının qanunvericiliyi, maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları, eləcə də müvafiq beynəlxalq ödəniş sisteminin qaydaları, bu Standart Şərtlər və müvafiq Müqavilə ilə tənzimlənir. 4.5. ABB Müştərinin ərizəsi əsasında ona bir neçə əlavə Ödəniş kartı verə bilər. 4.6. Ödəniş kartı ABB-in nin mülkiyyətidir və Müştərinin istifadəsinə verilir.

Appears in 1 contract

Samples: Bank Services Agreement