Özəl tibb fəaliyyətinin maliyyələşdirilmə mənbələri. Özəl tibb fəaliyyəti hüquqi və fiziki şəxslərin vəsaitləri, icbari və könüllü tibbi sığorta vəsaitləri, qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Özəl tibb fəaliyyəti subyektlərinin dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının həyata keçirilməsində iştirakı onları bu işə dəvət edən (razılıq verən) müvafiq icra hakimiyyəti orqanının vəsaiti və icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdirilir.
Appears in 4 contracts
Samples: Özəl Tibb Fəaliyyəti Haqqında Qanun, Özəl Tibb Fəaliyyəti Haqqında Qanun, Özəl Tibb Fəaliyyəti Haqqında Qanun