Ümumi müddəalar. 1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda qulluq keçən dövlət qulluqçuları üçün etik davranış Qaydaları” (bundan sonra – Qaydalar) “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda, strukturuna daxil olmayan tabeliyindəki qurumlarda (bundan sonra – Nazirliyin sistemi) qulluq keçən (çalışan) dövlət qulluqçularının qulluq etikası və xidməti davranış normalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir. 1.2. Dövlət qulluqçusu öz fəaliyyətində insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və digər demokratik prinsipləri, yüksək etik davranış normalarını rəhbər tutaraq bu Qaydalara əməl etməyə borcludur. 1.3. Bu Qaydaların tətbiq edilməsinin əsas məqsədi Nazirliyin nüfuzunun artırılması, Nazirliyə və dövlət qulluqçusuna ictimai etimadın yüksəldilməsi, onların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, Nazirlikdə korrupsiyanın və dövlət qulluqçusunun fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət qulluqçusundan gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, Nazirliyin və dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsindən ibarətdir.
Appears in 3 contracts
Samples: Etik Davranış Qaydaları, Uçot Siyasəti Və Təminat Şöbəsinin Əsasnaməsi, Etik Davranış Qaydaları
Ümumi müddəalar. 1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda qulluq keçən çalışan dövlət qulluqçuları qulluqçusu olmayan əməkdaşlar üçün etik davranış Qaydaları” (bundan sonra – Qaydalar) “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda, strukturuna daxil olmayan tabeliyindəki qurumlarda qurumlarda, eləcə də publik hüquqi şəxs(lər)də (bundan sonra – Nazirliyin sistemi) qulluq keçən çalışan əməkdaşların (çalışanbundan sonra – əməkdaş) dövlət qulluqçularının qulluq xidmət etikası və xidməti davranış normalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir.
1.2. Dövlət qulluqçusu Əməkdaş öz fəaliyyətində insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və digər demokratik prinsipləri, yüksək etik davranış normalarını rəhbər tutaraq bu Qaydalara əməl etməyə borcludur.
1.3. Bu Qaydaların tətbiq edilməsinin əsas məqsədi Nazirliyin nüfuzunun artırılması, Nazirliyə və dövlət qulluqçusuna əməkdaşlarına ictimai etimadın yüksəldilməsi, onların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, Nazirlikdə korrupsiyanın və dövlət qulluqçusunun əməkdaşların fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət qulluqçusu əməkdaşlar tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət qulluqçusundan əməkdaşlardan gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, Nazirliyin və dövlət qulluqçusunun əməkdaşların fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsindən ibarətdir.
1.4. Nazirliyin strukturuna daxil xxxx publik hüquqi şəxs(lər) öz səlahiyyətləri çərçivəsində bu Qaydalarla müəyyən olunmuş etik davranış qaydalarını, onlara əməl olunması ilə bağlı təminatları konkretləşdirən və bu Qaydaların müddəalarına zidd olmayan daxili etik davranış qaydalarını təsdiq edə bilərlər.
Appears in 3 contracts
Samples: Etik Davranış Qaydaları, Uçot Siyasəti Və Təminat Şöbəsinin Əsasnaməsi, Etik Davranış Qaydaları