Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən daxili qrantın təqdim olunması barədə Müqavilə №
6 xxxxx Əlavə
Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən daxili qrantın təqdim olunması barədə
Müqavilə №
Bakı ş. «_____» ___________ 20__-ci il
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), (bundan sonra - Donor), __________________________________________________________şəxsində,
(adı, soyadı, vəzifəsi)
və ________________________________________ (bundan sonra - Resipiyent),
(adı, soyadı, vəzifəsi)
(birlikdə isə Tərəflər), UNEC-də xxxx tədqiqatlar üzrə daxili qrantın (maliyyə dəstəyinin) təqdim olunması üçün keçirilmiş müsabiqənin nəticələrinə uyğun olaraq aşağıdakılar barədə hazırkı müqaviləni bağlamışlar:
Müqavilə predmeti
1.1. Hazırkı müqavilənin predmeti Donor tərəfindən məqsədli təqdim olunacaq pul vəsaiti müqabilində ______________________ mövzusunda daxili qrant layihəsi üzrə (bundan sonra – layihə) işlərin həyata keçirilməsidir.
1.2. Layihənin icra planı (fəaliyyətlər və onların yerinə yetirilmə müddətləri) müqaviləyə 1 xxxxx əlavədə, xərclər smetası (layihə üzrə ümumi məbləğin hər bir iş növü üzrə bölgüsü) isə müqaviləyə 2 xxxxx əlavədə göstərildiyi kimi qəbul edilir və bu müqavilənin ayrılmaz hissələri hesab olunurlar.
2. Maliyyələşmə
2.1. Qrantın məbləği _____________ manat __ qəp. təşkil edir (məbləğ yazı ilə, manat __qəp.).
2.2. Qrantın təqdim olunması barədə Müqavilə qanunvericiliyə uyğun qeydiyyata alındıqdan sonra bu muqavilə üzrə yerinə yetirilən layihənin ümumi dəyərinin ___% həcmində xxxxx Resipiyentə ödənilir.
2.3. Sonrakı maliyyələşdirmə Tərəflərin layihənin icra planına uyğun olaraq, görülmüş işlər üzrə təhvil-təslim aktının imzalanmasından sonra Donor tərəfindən 5 (beş) iş günü ərzində həyata keçirilir.
3. Resipiyentin hüquq və vəzifələri
3.1. Resipiyentin hüquqları aşağıdakılardır:
3.1.1. Layihə üzrə görülmüş işlər barədə hesabatların və digər sənədlərin donor tərəfindən baxılmasını, təhvil-təslim aktının Donor tərəfindən imzalandığı təqdirdə nəzərdə tutulan ödənişlərin vaxtında ödənilməsini, təhvil-təslim aktının Donor tərəfindən imzalanmadığı təqdirdə bunun səbəbləri barədə məlumatı tələb etmək.
3.1.2. Hazırkı müqavilə ilə nəzərdə tutulan öhdəlikləri Azərbaycan Respublikası qanunvericiliyinə zidd olmayan üsul və metodlarla yerinə yetirmək.
3.2. Resipiyentin vəzifələri aşağıdakılardır:
3.2.1. Layihənin Müqavilənin şərtlərinə uyğun yerinə yetirilməsini təmin etmək.
3.2.2. Layihə üzrə işlərin həyata keçirilməsi üçün ayrılmış vəsaitlərin təyinatı üzrə və səmərəli istifadəsini təmin etmək.
3.2.3. Xxxxxx onun tələbi ilə təyin edilmiş müddət ərzində aşağıdakıları təqdim etmək:
3.2.3.1. Layihənin icra planında qeyd edilən və icra müddəti bitən işlərin yerinə yetirilməsi barədə hesabat;
3.2.3.2. Layihə üzrə çəkilən xərclər barədə təsdiqedici sənədlər;
3.2.3.3. Layihənin gedişində əldə edilən nəticələr (yazılı mətnlər, eskizlər, maketlər, sınaq nümunələri və s.)
3.2.3.4. Hazırkı müqavilə şərtlərinin yerinə yetirilməsinin yoxlanması üçün zəruri xxxx digər məlumatlar və sənədlər.
3.3. Hər hansı səbəbdən (uzunmüddətli ezamiyyət (üç aydan artıq), ağır xəstəlik və s.) öhdəliklərinin icrasının mümkünsüzlüyü barədə Donora məlumat vermək.
3.4. Gözlənilən nəticələrin əldə edilməsinin mümkünsüzlüyü və/ və ya layihənin davam etdirilməsinin səmərəsizliyinin üzə çıxması halında Donora məlumat vermək və layihə üzrə maliyyə hesabatlarını təqdim etmək.
3.5. Donora layihənin yerinə yetirilməsi prosesində əldə edilən əqli fəaliyyət nəticələrindən istifadə üçün əvəzsiz müstəsna hüquq vermək.
3.6. Layihənin yerinə yetirilməsi ilə əlaqədar ödənişləri yalnız nağdsız şəkildə və bağlanmış müqavilələr əsasında həyata keçirmək.
3.7. Layihə çərçivəsində hazırlanacaq xxxx işlərin nəşri, nümayişi və yayıılması zamanı layihənin həyata keçirilmə yeri və Donor barədə istinad göstərmək (“Layihə UNEC-in Qrant dəstəyi ilə həyata keçirilmişdir” və ya «The project was supported by the Grants of UNEC»).
3.8. Qrant hesabına alınan cihazları, avadanlıqları və digər uzunmüddətli istifadə predmetlərini layihə müddəti bitdikdən sonra Donora təhvil vermək.
4. Donorun hüquq və vəzifələri
4.1. Donorun hüquqları aşağıdakılardır:
4.1.2. Hazırkı müqavilə çərçivəsində pul vəsaitlərinin təqdim olunması zamanı müəyyən edilmiş şərtlərə Xxxxxxxxxx tərəfindən riayət olunması və təqdim olunan hesabatların faktiki vəziyyətə uyğunluğunun yoxlanmasını həyata keçirmək.
4.1.3. Hazırkı müqavilə çərçivəsində Resipiyent tərəfindən alınan pul vəsaitlərinin təyinatı üzrə istifadəsinin monitorinqini aparmaq.
4.1.4. Müqavilə şərtlərinin yerinə yetirilməməsi (tam və ya qismən) halında layihə üzrə ayrılan pul vəsaitlərinin məbləğini azaltmaq və yaxud ödənilmiş pul vəsaitlərinin xxxx qaytarılmasını tələb etmək.
4.2. Donorun vəzifələri aşağıdakılardır:
4.2.1. Hazırkı müqavilənin 2-ci bəndi ilə nəzərdə tutulan qaydada və məbləğdə xərclər smetasına uyğun olaraq pul vəsaitlərini ödəmək.
4.2.2. Qrantın təqdim olunması zamanı müəyyən edilən şərtlərə Xxxxxxxxxx tərəfindən riayət olunması üzərində nəzarəti həyata keçirmək.
4.2.3. Layihə üzrə xxxx-tədqiqat və maliyyə hesabatlarının ekspertizasını aparmaq.
5.Müqavilə şərtlərinin pozulmasına görə məsuliyyət
5.1. Hazırkı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməyən və ya bu öhdəlikləri lazımi qaydada yerinə yetirməyən tərəf, əgər hazırkı müqavilə üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməsinin qarşısıalınmaz hallar (fors major halları) nəticəsində mümkünsüz olduğunu sübut edə bilməzsə, buna görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.
5.2. Qrant üzrə ödənilən pul vəsaitlərinin məqsəddən kənar istifadəsinin aşkar edilməsi halında, həmin məbləğlər tam həcmdə qaytarılmalıdır.
6.Mübahisələrin həlli qaydaları
6.1. Hazırkı müqavilənin yerinə yetirilməsi zamanı meydana çıxa bilən mübahisələri Tərəflər danışıqların aparılması yolu ilə həll edirlər.
6.2. Tərəflər razılığa gələ bilmədikləri zaman, mübahisə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə əsasən baxılması üçün məhkəməyə verilir.
7.Müqavilənin əlavə şərtləri
7.1. Hazırkı müqavilənin yerinə yetirilməsi zamanı Tərəflər, zərurət olduqda, məxfi sayılan məlumatların siyahısını müəyyən edirlər.
7.2. Hazırkı müqavilə şərtlərinin dəyişdirilməsi Tərəflərin təşəbbüsü ilə həyata keçirilir və əlavə müqavilələr şəklində yazılı formada tərtib edilir.
7.3. Müqavilə ilə tənzimlənməyən bütün məsələləri Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edirlər.
8.Müqavilənin etibarlılıq müddəti, ləğv edilmə şərtləri və qaydaları
8.1. Hazırkı müqavilə Tərəflərin onu imzaladığı andan qüvvəyə minir və «__» _________ 20_ ilə qədər qüvvədədir.
8.2. Hazırkı müqavilə Tərəflərin qarşılıqlı razılaşması əsasında vaxtından əvvəl dayandırıla bilər.
8.3. Qrant təqdim olunmasının hazırkı müqavilə ilə nəzərdə tutulan şərtlərin və vəzifələrin, həmçinin nəticə göstəricilərinin Resipiyent tərəfindən pozulması halında Donor müqaviləni birtərəfli qaydada ləğv edə bilər.
8.4. Hazırkı müqavilə Donor tərəfindən ləğv etmə səbəblərinin göstərilməsi ilə Resipiyentə müqavilənin ləğvi barədə yazılı bildiriş (bundan sonra - bildiriş) göndərmək yolu ilə birtərəfli qaydada ləğv edilə bilər. Müqavilə Xxxxxxxxxx tərəfindən bildirişin alınması tarixindən etibarən və ya Xxxxxxxxxx tərəfindən bildirişin poçt əlaqəsi vasitəsilə alınmadığı və onun Donora qayıtdığı halda, bildirişin göndərildiyi tarixdən etibarən bir ay sonra ləğv edilmiş sayılır. Müqavilənin birtərəfli qaydada ləğv edilməsinin səbəbləri aşağıdakılar ola bilər:
8.4.1. Resipiyent tərəfindən icra planına riayət edilməməsi və ya layihənin nəticələrinə hazırkı müqavilə ilə nəzərdə tutulan şərtlərə müvafiq olaraq nail olunmaması.
8.4.2. Resipiyent tərəfindən qrantın məqsəddən kənar istifadəsi.
8.5. 8.4.1 bəndində nəzərdə tutulan əsasa görə müqavilənin ləğv edilməsi halında Resipiyent fəaliyyət planına və layihənin nəticələrinə müqavilə ilə nəzərdə tutulan şərtlərə müvafiq olaraq nail olmamasının Resipiyentin günahı olmadan meydana gəldiyini sübut edə bilməzsə, Donordan müqavilənin ləğv edilməsi barədə bildirişin alındığı gündən etibarən 10 (on) iş günü ərzində alınmış qrant məbləğini tam həcmdə qaytarmağa borcludur. Bu cür dəlillərin varlığı halında Resipiyent Donordan hazırkı müqavilənin ləğv edilməsi barədə bildirişin alındığı gündən etibarən 10 (on) iş günü ərzində qrantın istifadə olunmamış hissəsini qaytarmağa borcludur.
8.6. Hazırkı müqavilənin ləğv edilməsi halında, Tərəflər müqavilənin ləğv edilməsi haqqında qərarın qəbul edildiyi tarixdən etibarən 30 (otuz) günlük müddət ərzində müqaviləyə görə faktiki olaraq yerinə yetirilmiş işlərin həcmini və qiymətini, eləcə də qrantın istifadə olunmamış hissəsinin Resipiyent tərəfindən qaytarılmalı xxxx məbləğini razılaşdırırlar.
8.7 Hazırkı müqavilə eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib olunmuşdur.
Tərəflərin imzaları
Donor: Resipiyent: