Maliyyələşmə Nümunə Maddələri

Maliyyələşmə. Tərəflərin əməkdaşlığından irəli gələn maliyyə öhdəliyinin formasının, metodlarının və şərtlərinin detalları Tərəflər arasında daha sonra imzalanacaq ayrıca Protokolla müəyyən ediləcəkdir.
Maliyyələşmə. Tərəflər razılığa gəlirlər ki, yazılı şəkildə digər hallar nəzərdə tutulmadığı təqdirdə, bu Anlaşma Memorandumuna əsasən hər hansı bir layihənin işlənib hazırlanması və həyata keçirilməsinə görə məsuliyyəti onları üzərinə götürən Tərəf daşıyır. Hər bir Tərəf bu Anlaşma Memorandumunda nəzərdə tutulan fəaliyyətləri, tətbiq edilən qanunlara, qaydalara və müvafiq fondların əsasnamələrinə uyğun yerinə yetirir. Tərəflər hər bir fəaliyyətə başlamazdan əvvəl belə fəaliyyətin maliyyələşdirilməsinin təfsilatlarını yazılı şəkildə müəyyənləşdirəcəklər.
Maliyyələşmə. Bu Anlaşma Memorandumu Tərəflər üçün onların milli qanunvericilikləri və ya beynəlxalq hüquq əsasında heç bir maliyyə öhdəliyi yaratmır. Tərəflər arasında başqa cür razılaşdırılmadığı təqdirdə, hər bir Tərəf bu Anlaşma Memorandumu əsasında fəaliyyətlərdən, layihələrdən və ya proqramlardan irəli gələn öz xərclərini və məsrəflərini ödəyir.
Maliyyələşmə. Azərbaycan Respublikasının və İran İslam Respublikasının ərazisindən keçən dəmir yollarının, terminal və əlaqədar qurğuların tikintisini hər bir Tərəf öz dövlətinin ərazisində müstəqil həyata keçirir və xərclərini öz üzərinə götürür.

Related to Maliyyələşmə

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Yekun müddəalar Maddə 15

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri: