We use cookies on our site to analyze traffic, enhance your experience, and provide you with tailored content.

For more information visit our privacy policy.

FORS-MAJOR Nümunə Maddələri

FORS-MAJOR. 4.1. Qarşısıalınmaz qüvvənin təsirinə Tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları və digər hallar aiddir. 4.2. Qarşısıalınmaz hallara istinad edən tərəf: 4.2.1. Qeyd olunan halların yarandığı vaxtdan 10 (on) təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və hadisənin Tərəflərin Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir; 4.2.2. Həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər Tərəfi yazılı surətdə məlumatlandırmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən Tərəf müvafiq xərcləri ödəməlidir. 4.3. Qarşısıalınmaz hallar 2 (iki) xxxxx xxx davam edərsə, istənilən Tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər Tərəfi Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.
FORS-MAJOR. Tərəflər bu Standart Şərtlər və müvafiq Müqavilə ilə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə müvafiq Müqavilənin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, epidemiya, epizootiya, moratorium, Tərəflər arasındakı mövcud münasibətləri bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Standart Şərtlərin və müvafiq Müqavilənin icrasının mümkünsüzlüyünə səbəb xxxx hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. Fors-major halların təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 5 (beş) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir. Fors- major hallarında digər tərəfi vaxtında yazılı şəkildə xəbərdar etməyən Tərəf Müqavilə üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallara istinad etmək hüququnu itirir. Fors-major halların mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.
FORS-MAJOR. 10.1. Tərəflər fors-major səbələrinə görə hazırkı şərtlər üzrə götürülmüş öhdəlikləri vaxtında, tam və lazımınca icra edə bilmədikdə, həmin öhdəliyin icrası vəzifəsindən və bununla bağlı məsuliyyətdən müvafiq nisbətdə azad edilirlər. Bu maddə “fors-major” termininin işlədilməsi təbii fəlakətlər, epidemiya, partlayışlar, yanğınlar, zəlzələ, qasırğa, sunami, tufan, müharibə, vətəndaş müharibəsi, xarici dövlətlər tərəfindən hərbi müdaxilə, inqilablar, vətəndaş ixtişaşları və s. analoji səbəblər hökumətin və digər səlahiyyətli orqanların qanuni sərəncamları, həmçinin də ölkənin ərazisindən kənar gözlənilməz və həlli hökumət (və ya tərəflər) tərəfindən qeyri mümkün ola bilən səbəbləri özündə cəmləşdirir. 10.2. Yuxarıda göstərilmiş səbəblərin və zamanının hüquqi cəhətcə təsdiqi səlahiyyətli orqanlar tərəfindən verilmiş arayışlar əsasında müəyyən olunur. 10.3. Fors major hadisələri baş verdikdə müqavilənin şərtlərində göstərilən hüquq və vəzifələrin icrası vaxtı adı çəkilən hadisələrin müddəti dövrü qədər uzadılır. 10.4. Tərəflər bir-birini hazırkı şərtlərin yerinə yetirilməsini gecikdirən fors major səbəbinin başlanması və bitməsi məlumatını tez bir zamanda elektron poçt, teleqraf, teleks və ya telefaks ilə məlumatlandırmalıdır. 10.5. Tərəflər fors major hadisəsi baş verdiyi halda hər hansı maddi və ya mənəvi zərərin qarşısını almağa çalışmalıdır.
FORS-MAJOR. 10.1. Tərəflərin iradəsindən asılı olmayan, qabaqcadan nəzərdə tutulması və məntiqə uyğun ehtiyatlılıq şəraitində dəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə (fors-major), yəni konkret dövrün konkret şərtlərində fövqalədə və aradan qaldırıla bilməyən hallarda (epidemiya, epizotiya, sel, zəlzələ, yanğın, daşqın və digər təbii fəlakətlər, elan olunmuş və ya faktiki müharibə, mühasirə, fövqəladə hallar, kütləvi iğtişaşlar, tətil, habelə hökumətin və ya yerli özünüidarəetmə orqanlarının Müqavilə üzrə öhdəliklərin icrasının mümkünsüzlüyünə səbəb xxxx hərəkətləri və ya qərarları və sair bu kimi hadisələr) baş verdiyi təqdirdə Tərəflər üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar. Belə hallar baş verdikdə Tərəflərin öhdəliklərinin icrası fors-major halların təsir göstərdiyi müddətin sonunadək təxirə salınır. 10.2. Müqavilə üzrə öhdəliklərini fors-major hallar səbəbindən yerinə yetirə bilməyən Tərəf digər Tərəfi fors-major halların başlanması, ehtimal edilən qüvvədə olma müddəti və bitməsi haqqında dərhal yazılı surətdə xəbərdar etməlidir. Tərəflərdən heç biri Müqavilə üzrə öhdəliklərinin fors-major şəraiti nəticəsində yerinə yetirilməməsinə görə məsuliyyət daşımır, bu şərtlə ki, həmin Tərəf digər Tərəfə fors-major şəraitinin yarandığı gündən sonra dərhal fors-major şəraitinin yaranması və Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsiri barədə yazılı bildirişi fors-major halların mövcudluğunu təsdiqləyən müvafiq dövlət orqanının sənədi ilə birlikdə göndərsin. Müvafiq bildirişi göndərməyən Tərəf fors-major hallara istinad etmək hüququnu itirir. 10.3. Fors-major hallar və ya onların nəticələrinin təsiri 30 (otuz) təqvim günündən artıq davam etdiyi təqdirdə, Tərəflərdən hər biri, Müqavilə üzrə Tərəflər arasında qarşılıqlı hesablaşmaların aparılması şərti ilə Müqaviləni ləğv edə bilər.
FORS-MAJOR. 8.1. Bu Müqavilənin icrasına qarşısıalınmaz qüvvə (fors-major hadisəsi) təsir göstərərsə, Müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməyən Tərəf nəzərdə tutulmuş cərimələrin ödənilməsindən azad edilir və Müqavilənin pozulması üçün məsuliyyət daşımır. 8.2. Bu Müqavilədə “qarşısıalınmaz qüvvə” dedikdə aşağıdakılar başa düşülür: 8.2.1. hərbi əməliyyatlar, embarqo, qiyam, inqilab, üsyan, iğtişaş, hərbi vəziyyətin elan olunması, vətəndaş itaətsizliyi, terror aktı və ya sabotaj; 8.2.2. hər hansı mənbədən radioaktiv çirklənmə və ya ion şüalanması; 8.2.3. zəlzələ, torpaq sürüşməsi, daşqın, tufan, siklon və digər fövqəladə hadisələr; 8.2.4. yanğın, partlayış və kimyəvi zəhərlənmə və s. 8.3. Aşağıdakı hadisələr birbaşa qarşısıalınmaz qüvvənin (fors-major hadisəsinin) tam və ya qismən nəticəsi deyildirsə, qarşısıalınmaz qüvvə (fors-major hadisəsi) hesab olunmur: 8.3.1. məhsul istehsalı üçün işçi qüvvəsinin və texnikanın çatışmaması; 8.3.2. məhsul istehsalçısı tərəfindən aqrotexniki tədbirlərin vaxtında və ya düzgün aparılmaması, yaxud məhsulun keyfiyyətinin aşağı olması.
FORS-MAJOR. 8.1. Tərəflərdən biri və ya hər ikisi hökumət tədbirləri, müharibə, yanğın, zəlzələ, ümumilikdə qarşısı alınmaz hallar adlandırılan digər təbii fəlakətlər, hərbi əməliyyatlar, blokadalar, idxal-ixrac qadağaları və Tərəflərin ağlabatan qaydada gözləyə və qarşısını ala bilmədikləri digər hallar nəticəsində bu Müqavilədə göstərilən öhdəlikləri icra edə bilmədikdə, Müqavilə öhdəliklərinin icrası belə hallar aradan qalxanadək təxirə salınır. 8.2. Əgər Tərəflərdən hər xxxxx xxxx yuxarıdakı maddədə göstərilmiş hallara görə öz Müqavilə öhdəliklərini yerinə yetirə bilmirsə, o dərhal belə hallar barədə ikinci Tərəfi xəbərdar etməlidir. 8.3. Fors-major halı 30 (otuz) gündən artıq davam edərsə, hər hansı Tərəf bu Müqaviləni ləğv etmək hüququna malik olacaq.
FORS-MAJOR. 9.1. Qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, devalivasiya, qanunvericilikdə dəyişiliklər və s.) nəticəsində Müqavilə üzrə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda, Tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar o şərtlə ki, həmin hallar Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsunlar. 9.2. Bu halda qarşısıalınmaz qüvvənin yaratdığı halların təsirinin müddəti ərzində Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi təxirə salınır. 9.3. Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirə bilməyən Tərəf bu öhdəliklərin yerinə yetirilməsinə ona mane xxxx xxxxxxxx başlanması və qutarması haqqında digər Tərəfi yazılı surətdə xəbərdar etməlidir.
FORS-MAJOR. Bu Müqaviləyə əsasən fors-major şəraiti tərəflərin günahı olmadan baş vermiş yanğın, dağıntı, zəlzələ, hərbi əməliyyatlar və nəzarət altından çıxmış digər hallar hesab olunur. Əgər sadalanan hallar bir aydan artıq müddətdə davam edərsə, tərəflərdən hər biri Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən imtina edə bilər. Tərəflərdən biri üçün Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini qeyri-mümkün edən şərait yaranmışdırsa, o təcili olaraq digər tərəfi bu vəziyyət və onun müddəti barədə yazılı xəbərdar etməlidir.
FORS-MAJOR. 13.1. Tərəflər bu Müqavilə ilə üzərilərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Müqavilənin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Müqavilənin icrasının mümkünsüzlüyünə səbəb xxxx hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. 13.2. Bu Müqavilənin 13.1-ci bəndində göstərilən səbəblərdən Müqavilənin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. 13.3. Fors—major halların təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir. 13.4. Fors—major halların baş verməsi barədə xəbərdar etməyən və ya vaxtlı—vaxtında xəbərdar etməyən Tərəf Müqavilə üzrə öhdəliklərini icra edə bilmədikdə fors—major hallara istinad etmək hüququnu itirir. 13.5. Fors—major halların baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf qüvvədə xxxx qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. 13.6. Fors—major halların mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.
FORS-MAJOR. 5.1. Fors-major (daşqın, uçqun, sel, zəlzələ, yer sürüşməsi, yanğın, müharibə, silahlı iğtişaşlar, moratorium və digər hallar) hallarında tərəflər «Xidmət Müqaviləsi» şərtlərinin tam və ya qismən yerinə yetirilməməsinə görə bir-biri qarşısında heç bir maddi və digər məsuliyyət daşımırlar. Göstərilən səbəblərdən «Xidmət Müqaviləsi»nin icrası mümkün olmadıqda onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.