KREDİT RİSKLƏRİNİN SIĞORTASI QAYDALARI
Razılaşdırılıb: | Təsdiq edilmişdir: | |
Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Şöbəsinin müdiri | “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri | |
X.X.Xxxxxxx | X.X.Xxxxxx | |
İmza M.Y. | İmza M.Y. | |
/ / 2009-cu il | / / 2009-cu il |
KREDİT RİSKLƏRİNİN SIĞORTASI QAYDALARI
Bakı 2009
MÜNDƏRİCAT
Əsas anlayışlar
Maddə 1. Kredit sığortasının əhatə dairəsi, məzmunu və predmeti. Maddə 2. Kredit sığortasının ərazisi.
Maddə 3. Kredit sığorta müqaviləsinin müddəti və təminat müddətinin başlanması. Maddə 4. Sığorta haqqının ödənilməsi və sığorta müqaviləsinin qüvvəyə minməsi. Maddə 5. Sığorta hadisəsi.
Maddə 6. Sığorta olunanın məlumat vermək vəzifəsi. Maddə 7. Azadolma.
Maddə 8. Dəyərindən xxx məbləğdə xxxx (ikiqat) sığorta. Maddə 9. Sığorta təminatına daxil olmayan zərərlər.
Maddə 10. Zərər və ödəniş. Maddə 11. Subroqasiya.
Maddə 12. İş sirlərinin gizli saxlanılması. Maddə 13. Mübahisələrə baxılması.
Maddə 14. Müddət. Maddə 15. Xüsusi şərtlər.
ƏSAS ANLAYIŞLAR
Bu qaydalarda aşağıdakı əsas anlayışlardan istifadə olunur:
«Qaydalar» - bu qaydalar və onlara edilmiş bütün əlavə və dəyişikliklər.
«Xxxx xxxx» - bankdan istehlak və biznes proqramları üzrə kredit götürən və kredit borcunun, həmçinin həmin kreditə görə hesablanan faizlərin banka kredit müqaviləsində göstərilən müddətdə və qaydada ödənilməsinə məsuliyyət daşıyan, eləcə də kreditə mal (iş, xidmət) əldə edən, Azərbaycan Respublikası ərazisində daimi qeydiyyatı xxxx, işlədiyi iş yerində 6 (altı) ay ardıcıl iş stajına xxxxx xxxx və ya sahibkarlıq fəaliyyəti ilə məşğul xxxx 60 (altmış) yaşınadək Azərbaycan Respublikasının vətəndaşı xxxx fiziki şəxs və ya hüquqi şəxs.
«Kredit müqaviləsi» – Sığortalı ilə Xxxx xxxx arasında Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq bağlanmış krediti müqaviləsi;
«Sığortalı» - sığorta haqqı ödəyən, verdiyi kreditlərin və ya kreditə satdığı malların sığortalanmasında sığorta xxxxxx xxxx və Sığortaçı ilə kreditlərin və ya kreditə satılan malların sığortalanması haqqında müqavilə bağlamış və Azərbaycan Respublikasının bank qanunvericiliyinə əsasən kredit təşkilatı kimi lisenziya almış hüquqi şəxs və ya kreditə mal, iş və ya xidmət satan şəxs;
«Sığortaçı» - “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan «AtaSığorta» ASC;
«Sığorta riski» - Xxxx xxxx tərəfindən kreditin və (və ya) ona hesablanmış faizlərin (Kredit müqaviləsi ilə nəzərdə tutulan miqdarda) müəyyən edilən müddətdə qaytarılmaması və ya kreditə satılan malların, iş və ya xidmətlərin dəyərinin müəyyən edilən vaxtda ödənilməməsi ehtimalı, həmçinin bu ehtimala qarşı Sığortaçının üzərinə götürdüyü öhdəlik;
«Sığorta hadisəsi» - Xxxx xxxx tərəfindən kreditin və ona hesablanmış faizlərin, kreditə mal, iş, xidmət almış şəxs tərəfindən həmin malların, iş və xidmətlərin dəyərinin bu Qaydalarla müəyyən olunmuş hallarda ödənilməməsi;
«Sığorta məbləği» - sığortalanmış risklər üzrə Sığortaçının öhdəliyinin qanunvericilik, yaxud Sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
«Sığorta ödənişi» - Sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə və Sığorta müqaviləsinə uyğun olaraq, Sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
«Sığorta haqqı» - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, Sığorta müqaviləsində nəzərdə tutulan qaydada Sığortalının Sığortaçıya ödəməli olduğu pul məbləği;
«Sığorta tarifi» - Sığorta haqqının hesablanması üçün aktuar hesablamalara əsasən müəyyən edilən dərəcə;
«Sığorta müqaviləsi» - Kreditlərin və ya kreditə satılan malların, işlərin, xidmətlərin sığortası haqqında Sığortalı ilə Sığortaçı arasında bağlanan müqavilə;
«Zamin» - Borc alanın kredit müqaviləsi üzrə aldığı kreditin və ya alıcının alqı-satqı müqaviləsinə əsasən kreditə aldığı malın, işin və ya xidmətin vaxtında ödəniləcəyinə zəmanət verən şəxs.
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.
1. KREDİT SIĞORTASININ ƏHATƏ DAİRƏSİ, MƏZMUNU VƏ PREDMETİ
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə hüquqi və fiziki şəxslərə kreditlərin verilməsi və ya kreditə mal (iş, xidmət) satışı ilə məşğul xxxx Sığortalıların, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən Sığorta hadisələrindən sığortalanmasının xxxxx və prinsiplərini müəyyən edir.
1.2. Sığorta təminatı Sığortalıların müxtəlif şəxslərlə bağladığı Kredit müqavilələrinə və dəyərinin möhlətlə ödənilməsi razılaşdırılan bütün növ malların, işlərin və xidmətlərin kreditə satışına aiddir.
1.3. Bu Qaydalara əsasən sığorta predmeti sığortalı tərəfindən hüquqi və fiziki şəxslərə verilən kreditdir.
2.SIĞORTANIN ƏRAZİSİ
2.1.Sığorta müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bu Qaydalar Azərbaycan Respublikasının bütün ərazisində qüvvədədir.
3. SIĞORTA MÜQAVİLƏSİNİN MÜDDƏTİ VƏ TƏMİNAT MÜDDƏTİ
3.1.Sığorta müqaviləsi bu Qaydalar daxilində müəyyən edilmiş şərtlər əsasında imzalanaraq tənzimlənir.
3.2.Sığorta müqaviləsi Sığortalı tərəfindən Sığortaçının hesabına Sığorta haqqı ödənildiyi andan qüvvəyə minir və Sığorta müqaviləsində göstərilən vaxtda müqavilənin müddəti bitir.
3.3. Sığorta təminatı yalnız Sığorta müqaviləsinin qüvvədə olduğu müddətə verilir.
4. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ
4.1. Sığorta haqqının (Sığortaçı tərəfindən tətbiq edilmiş tarif dərəcələrinə əsasən bu Qaydalara əlavə olunur) bütövlükdə və ya hissələrlə ödənilməsi razılaşdırıla bilər.
Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırılarsa, Sığorta haqqının birinci hissəsi sığorta şəhadətnaməsi təqdim olunan zaman, qalan hissələri isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə ödənilməlidir.
4.2. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı təqdirdə, haqqın birinci hissəsi sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməzsə, Sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır və bu şərt sığorta şəhadətnaməsində yazılmalıdır.
5. SIĞORTA HADİSƏSİ
5.1. Bu Qaydalara əsasən aşağıdakı hallar sığorta hadisəsi hesab edilir:
5.1.1. Borc alanın hər-hansı səbəbdən kreditin qaytarılması və (və ya) faizlərin ödənilməsi üzrə öhdəliklərini yerinə yetirməməsi (Borc xxxx Xxxxxx müqaviləsi üzrə öz öhdəliklərini iki ay ardıcıl olaraq yerinə yetirmədikdə və Sığortalı tərəfindən Sığortaçıya bu haqda məlumat verildiyi andan, Sığorta hadisəsi baş vermiş hesab olunur və Sığortaçının məsuliyyəti başlanır).
5.1.2. Kreditə mal, iş, xidmət almış şəxsin həmin malın, işin və ya xidmətin dəyərinin ödənilməsi üzrə öz öhdəliklərini yerinə yetirməməsi;
6. SIĞORTALININ MƏLUMAT VERMƏK VƏZİFƏSİ
6.1. Sığortalı Borc alanla bağlı Sığorta riskinin müəyyən olunması və Sığorta haqqının hesablanması üçün zəruri və ona məlum xxxx bütün halları və məlumatları, o cümlədən də aşağıdakıları Sığortaçıya bildirməlidir:
6.1.2. Xxxx xxxxx veriləcək kredit və onun limiti barəsində məlumat (bu barədə qərar qəbul etdiyi tarixdə);
6.1.3. Sığorta müqaviləsi bağlandıqdan sonra Kredit müqaviləsində hər-hansı bir dəyişiklik edilərsə, bu haqda məlumat (həmin dəyişiklik edildiyi tarixdə);
6.1.4. Kreditə satılan malın, işin, xidmətin dəyəri barədə məlumat;
6.1.5. Sığorta hadisəsi baş verdikdə, bu barədə yazılı məlumat dərhal verilməlidir;
6.1.6. Verilən kreditlə əlaqədar Sığortalı tərəfindən qəbul edilmiş təminatlar (qarantiya məktubları, zaminlik, girov və ipoteka müqavilələri) haqqında məlumat (həmin təminatların rəsmiləşdirildiyi tarixdə).
6.2. Sığortaçı kredit müqaviləsində sonradan baş verən dəyişikliklər barəsində Sığortalıdan rəsmi məlumat aldığı tarixdən sonra 5 gün müddətində sığorta şəhadətnaməsini ləğv edə, şərtlərini dəyişdirə, sığorta şəhadətnaməsinə əlavələr edə və ya əlavə Sığorta haqqı tələb etməklə, sığorta şəhadətnaməsini qüvvədə saxlaya bilər
6.3. Sığortalanan kreditin təminatı olaraq, Sığortalı tərəfindən girova və ya ipotekaya qəbul edilən əmlak, təsadüf nəticəsində məhv olmadan sığortalanmış olmalıdır;
6.4. Tərəflər razılığa gəlirlər ki, faks və ya elektron poçtu vasitəsilə verilən məlumatlar, sonradan rəsmi sənədlərlə təsdiq olunmaları şərtilə, işçi məlumatlar kimi qəbul edilir.
7. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ
7.1 Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya
sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
7.2 Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
7.3 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
7.4 Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.
7.5 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 7.1-ci və 7.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
7.6 Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş qaydada xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin
hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 7.3-cü və 7.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.
7.7 Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur.
8. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
8.1 Sığortalının hüquqları:
8.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
8.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.
8.2 Sığortalının vəzifələri:
8.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
8.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək;
8.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək;
8.2.4 Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.
8.3 Sığortaçının hüquqları:
8.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
8.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək;
8.3.3 Sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
8.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək;
8.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
8.4 Sığortaçının vəzifələri:
8.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir;
8.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək;
8.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
8.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.
9. AZADOLMA
Tərəflər arasında bağlanılan Sığorta müqaviləsində (sığorta şəhadətnaməsində) Sığorta hadisəsi zamanı Sığorta məbləğinin müəyyən hissəsinə qədər xxxx zərərin və ya zərərin müəyyən faizinin, yaxud da müəyyən məbləğin, Sığortaçı tərəfindən ödənilməyəcəyi (azadolma) razılaşdırıla bilər.
10. SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN ZƏRƏRLƏR
10.1. Aşağıdakı hallarda Sığorta hadisəsi baş verdiyi təqdirdə sığorta ödənişi edilmir:
10.1.1. Sığortalı və Borc alanın bilərəkdən birgə vurduğu zərərlər aşkar olunduqda və ya Sığortalı Xxxx xxxx barəsində Sığortaçıya düzgün məlumat vermədikdə;
10.1.2. Sığortalı Sığortaçının razılığı olmadan Borc alanın borcu ilə bağlı hər hansı bir sövdələşməyə girdikdə.
11. ZƏRƏR VƏ ÖDƏNİŞ
11.1. Sığorta hadisəsinin baş verməsini Sığortalı yazılı şəkildə birbaşa Sığortaçıya bildirməlidir. Bu halda zərərə görə ödəniləcək məbləğ göstərilməklə ərizə, Borc alanın ödəniş sənədləri onun qalıq borcunu təsdiq edən çıxarışlarla birlikdə və hadisənin mahiyyəti ilə əlaqədar xxxx digər sənədlər Sığortaçıya verilir.
11.2. Sığortaçı qeyd olunan sənədləri aldıqdan sonra (Sığorta müqaviləsində başqa razılaşma olmayıbsa) 15 gün müddətində sığorta ödənişi ilə əlaqədar qərar qəbul edilir.
12. SUBROQASIYA
12.1. Sığortaçı Borc alanın banka və ya hər hansı bir kredit təşkilatına və ya kreditlə mal (xidmət, iş) satan müəssisəyə yaxud ticarət subyektinə qalan borcunu ödədikdən sonra Xxxx xxxxx qarşı, ödənilmiş məbləğ və bununla əlaqədar çəkilmiş əlavə xərclər də daxil olmaqla, müəyyən olunmuş məbləğ həddində tələb irəli sürür (subroqasiya tələbi).
12.2. Sığortaçı tərəfindən ödənilmiş kreditin təminatı kimi Sığortalı tərəfindən girova və ya ipotekaya qəbul edilmiş daşınar və ya daşınmaz əmlak üzərinə ödəniş yönəltmək hüququ və ya ödənilmiş kredit üzrə qaranta yaxud zaminə qarşı tələb irəli sürmək hüququ, sığorta ödənişi
edildiyi andan, edilmiş sığorta ödənişi və bununla əlaqədar Sığortaçı tərəfindən çəkilmiş əlavə xərclər miqdarında Sığortaçıya kecir.
13. BANK SİRRİ
Sığortaçı bağladığı Sığorta müqavilələri üzrə bank sirrini qorumalıdır.
14. MÜBAHİSƏLƏRƏ BAXILMASI
14.1. Sığorta müqaviləsi üzrə ortaya çıxan mübahisələr danışıqlar yolu ilə həll edilir. Hər hansı bir razılığa gəlinmədiyi təqdirdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi əsasında Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir.
15. XÜSUSİ ŞƏRT
Qanunvericiliyə və bu Qaydalara zidd olmamaq şərti ilə Sığorta müqaviləsində və sığorta şəhadətnaməsində digər şərtlər də nəzərdə tutula bilər.