Subroqasiya Nümunə Maddələri

Subroqasiya. 19.1. Bu şərtlərə əsasən iddia və ya məhkəmə işi üzrə ödəniş halında sığortaçı bu cür ödəniş həddində ödəniş üzrə sığortlının bütün təzminat hüquqlarına dair reqres hüququ əldə edir və bu cür hüquqları sığortalının adından təqib və tətbiq edə bilər və istər şirkətin ödəniş verməsindən əvvəl, istərsə də sonra bu cur hərəkətlər zəruri olduqda, sığortalı sığortaçıya tələb olunan bütün məqsədəuyğun köməkliyi və əməkdaşlığı göstərir, о cümlədən tələb olunan bütün sənədləri imzalayır və hər hansı hüquqların müdafiəsi üçün zəruri ola biləcək hər şeyi edir, о cümlədən sığortaçının sığortalı adından etibarlı iddia qaldırmasına imkan verilməsi üçün zəruri xxxx hər hansı sənədləri imzalayır. Sığortalı həmin hüquqlara xələl gətirən heç bir şey etmir. Sığortaçı ümumi ödənişindən artıq əldə edilmiş məbləğ bu cür əldəetmə ilə bağlı sığortaçının xərcləri çıxılmaqla sığortalıya ödənilir.
Subroqasiya. 12.1. Sığortaçı Borc alanın banka və ya hər hansı bir kredit təşkilatına və ya kreditlə mal (xidmət, iş) satan müəssisəyə yaxud ticarət subyektinə qalan borcunu ödədikdən sonra Xxxx xxxxx qarşı, ödənilmiş məbləğ və bununla əlaqədar çəkilmiş əlavə xərclər də daxil olmaqla, müəyyən olunmuş məbləğ həddində tələb irəli sürür (subroqasiya tələbi).
Subroqasiya. 13.1. Sığorta şəhadətnaməsi üzrə ödənişin həyata keçirilməsi zamanı Sığortalının belə ödənişin tam məbləğdə əldə olunması ilə bağlı bütün hüquqları subroqasiya qaydası ilə Sığortaçıya keçməlidir. Bundan əlavə, Sığortalı Sığortaçıya müvafiq ödənişlə əlaqədar iddia qaldırmaqdan və ya tələb irəli sürməkdən ötrü xxxxx xxx bilən hər hansı və bütün sənədlərin tərtibini və hər hansı digər tədbirləri öz hesabına həyata keçirməlidir. Subroqasiya qaydasında əldə olunan hər hansı ödəniş birinci növbədə, belə ödənişin tələb olunması üçün sərf olunmuş xərclərə, sonra, Sığortaçının xərclərinin məsuliyyət həddi (sığorta məbləği) dərəcəsində ödənilməsinə sərf olunmalı və bundan sonra, qalan məbləğ Sığortalının hesabına keçirilməlidir. Sığortaçı öz subroqasiya hüquqlarından hər hansı iddia ilə əlaqədar heç bir Sığortalı əleyhinə istifadə etməməlidir.
Subroqasiya. Maddə 39. Subroqasiya hüququ
Subroqasiya. 13.1. Zərərlərə görə cavabdeh xxxx üçüncü şəxsdən Sığortalının (Xxxxxxxxxx şəxsin) tələb etmək hüququ ödənilmiş məbləğ həddində, kosmik texnikanın sığortasına görə sığorta ödənişi verən Sığortaçıya keçir.
Subroqasiya. 17.1. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
Subroqasiya. 17.1. Xxxxxxxxxxx hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
Subroqasiya. Bir Razılığa gələn Tərəf və ya onun təyin etdiyi agentlik (zamin) digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində sərmayənin qeyri-kommersiya risklərinə görə verilən zəmanət əsasında ödəniş həyata keçilərsə, Qəbul edən Razılığa gələn Tərəf bu sərmayə ilə bağlı bütün hüquqların və tələblərin zaminə verilməsini və zaminin bu cür hüquqları və tələbləri ilkin sərmayəçi qədər həyata keçirmək hüququna malik olduğunu tanıyır.
Subroqasiya. Razılığa gələn Tərəf və ya onun səlahiyyətli qurumu digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində sərmayənin qeyri-kommersiya risklərinə görə verilən zəmanət əsasında öz dövlətinin sərmayəçisinə ödəniş həyata keçirərsə, subroqasiya əsasında sərmayəçinin özünün edə bildiyi qədər sərmayəçinin hüququnu həyata keçirə bilər. Bu cür hüquqlar ərazisində sərmayələr qoyulmuş Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Subroqasiya. Siğorta Müqaviləsinə əsasən hər hansı ödəniş olduqda Sığortaçı hər hansı şəxs yaxud təşkilata qarşı Siğortalının ödəmə hüquqlarına dəyişiklik edəcək və Siğortalı sənəd və aktları icra edəcək və çatdıracaq və bu hüquqların təminatı üçün bütün lazımi addımları atacaq. Siğortalı bu hüquqlara yaxud onların Siğortalı yaxud onun nümayəndəsi tərəfindən icrasına zərər vermək üçün heç nə etməyəcək. Siğorta Müqaviləsinə əsasən İtkinin ödənişindən yaranan subroqasiya nəticəsində hər hansı xxxx ödəniş sığorta limiti miqdarında hər hansı ödəniş həddində ilk olaraq Sığortaçıya çoxalır; Siğorta Müqaviləsinə əsasən Sığortaçının öz ödənişi miqdarında Sığortaçıya; və sonra Azadolma məbləğində Siğortalıya. Bu subroqasiya prosesində yaranan xərclər hər bir maraqlı tərəfin yenidən bərpada xxxx hissəsi yekun bərpaya uyğun gəlməsi şərtilə onlar arasında bölünəcək.