BANK RİSKLƏRİNİN SIĞORTASININ QAYDALARI
BANK RİSKLƏRİNİN SIĞORTASININ QAYDALARI
Bakı 2010
BANK RİSKLƏRİNİN SIĞORTASININ QAYDALARI
I. ÜMUMİ MÜDDƏALAR.
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar əsasında Sığortaçı bank əmlakının, eləcə də əmlakın itirilməsi ilə əlaqədar risklərin (müştərilər tərəfindən banka verilən pul vəsaitlərinin və bankın digər əmlakı) sığortasını həyata keçirir.
1.3. Sığorta müqaviləsinə əsasən tərəflər aşağıdakılardır:
- Sığortaçı,
- Sığortalı.
Bu Qaydalara əsasən Sığortalılar bank fəaliyyətini həyata keçirməyə lisenziyası xxxx hüquqi şəxslər ola bilərlər. Sığortalılar özlərinə məxsus, eləcə də səhmlərin nəzarət paketi Sığortalıda xxxx törəmə bankların əmlak maraqları üzrə sığorta müqavilələri bağlaya bilərlər.
1.4.Bu Sığorta Qaydalarına Əlavədə istifadə olunan bəzi terminlərə (bax: Əlavə №1 – «Qaydalarda və müqavilədə istifadə olunan terminologiya») sığorta müqaviləsi və ya Şəhadətnaməsinin mətnində rast gəlinərsə, onlar Əlavədə qeyd olunduğu mənada qəbul edilməlidir.
II. SIĞORTA OBYEKTİ, SİĞORTA PREDMETİ,
SIĞORTA RİSKLƏRİ, SIĞORTA HADİSƏLƏRİ, SIĞORTA SİNİFİ.
2.1 Bu sığortanın obyekti Sığortalı, ona mülkiyyət hüququ əsasında məxsus xxxx əmlaka sahiblik, ondan istifadə etmə, sərəncam vermə, habelə ona müqavilə və/ya qanunvericilikdə nəzərdə tutulmuş digər qaydada, o cümlədən ona bank lisenziyası çərçivəsində fəaliyyət göstərməsi məqsədilə müştəriləri və ya partnyorlar tərəfindən verilmiş pul vəsaitləri (qiymətli kağızlar və s.) ilə əlaqədar xxxx əmlak maraqlarıdır.
2.2 Bu Qaydalara əsasən sığorta predmeti Sığortalının maliyyə əməliyyatları nəticəsində itkiyə məruz qala biləcəyi əmlakdır.
Sığortaya qəbul edilən əmlak və risklərin növləri müvafiq 2№-li Əlavədə göstərilmişdir (bax Bölmə № 1-6).
2.3. Tərəflər müqavilə bağlandığı zaman sığortalanan əmlakın siyahısını, şərtləri əsasında sığorta müqaviləsi bağlanılan siyahı əsasında müəyyən edirlər.
2.4. Bu Qaydalara əsasən Sığortaçı aşağıda göstərilən sığorta hadisələri ilə əlaqədar sığorta ödənişi verməyə təminat verir:
a) Sığortalının ona məxsus binalarda (otaqlarda, ofislərdə və s.), eləcə də daşıma zamanı xxxxx xxxx əmlakının (o cümlədə ofisinin) oğurluq, soyğunçuluq, sındırma ilə oğurluq, quldurluq, yandırma və digər səbəblərlə əlaqədar itkisi və ya zədələnməsi (şərtlərdə müəyyən olunan hallar istisna olunur);
b) Sığortalının aşağıdakı hallarla əlaqədar dəydiyi zərərlər:
1. Sığortalı tərəfindən 2№-li Əlavənin 5 və 6 bəndlərində qeyd olunan saxta valyuta, həmçinin çek, veksel, depozit sertifikatları və digər qiymətli kağız və sənədlər;
2. Qiymətli kağız və sənədlərdə, o cümlədən ödəniş sənədlərində (çek, veksel) edilmiş saxtakarlığın nəticələri.
3. Sığortalının işçilərinin dələduzluğu, qeyri–düzgün hərəkətləri (yalanı), fəaliyyətsizliyinin nəticələri.
Sığortalı sığorta müqaviləsi bağlanarkən əmlakın və əmlakın (əmlak mənafelərinin) sığortalanacağı risklərin 1-6-ci bölmələri əsasında konkret siyahısını müəyyən etmək hüququna malikdir (Bax: Əlavə № 2 – «Sığortaya qəbul edilən əmlak və risklərin növləri»).
2.5. Bu Qaydalarla müəyyən olunan sığorta növü sinifinə görə əmlakın yanğın və digər risklərdən sığortası (qəsdən törədilmiş hərəkətlər çərçivəsində), işçilərin dələduzluğu sığortası və pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta siniflərinə aid edilir.
III. SIĞORTAÇININ MƏSULİYYƏT HƏDDİ (SIĞORTA MƏBLƏĞİ)
3.1. Sığorta məbləği tərəflərin razılığı əsasında sığorta müqaviləsində müəyyən olunur. Sığorta müqaviləsi bağlanarkən tərəflərin müəyyən etdiyi sığorta məbləği, bir qayda olaraq,
Sığortalıya məxsus əmlakın onun olduğu yerdə, sığorta müqaviləsinin bağlandığı günə malik olduğu dəyərdən, eləcə də 2№-li Əlavənin 1,4 və 5-ci Bölmələrində sadalanan sığorta hadisələrinin baş verəcəyi təqdirdə bunlarla əlaqədar sığortalının məruz qala biləcəyi mümkün ziyanın məbləğindən artıq ola bilməz.
Sığorta müqaviləsi 2№-li Əlavənin bir necə Bölmə (№ 1-6) əsasında bağlanarsa, bu halda sığorta məbləği hər bir əmlak və risk üzrə ayrılıqda, haqqında sığorta müqaviləsi bağlanan sığorta predmetlərinin sığorta dəyəri nəzərə alınmaqla müəyyən edilir.
3.2 Sığortaçı bağlanmış sığorta müqaviləsi üzrə yalnız müqavilədə müəyyən edilmiş sığorta məbləği həddində məsuliyyət daşıyır.
Bir necə sığorta hadisəsi üzrə verilən sığorta ödənişinin ümumi məbləği sığorta məbləğindən artıq xxxx bilməz.
Bir neçə risk və ya əmlak növü üzrə bağlanmış sığorta müqaviləsi üzrə Sığortaçının məsuliyyət həddi aşağıdakı qaydada müəyyən edilir:
a) Sığorta müqaviləsi üzrə Sığortaçının hər hansı ziyanın ödənilməsi ilə əlaqədar verdiyi sığorta ödənişi, həmin müqavilə üzrə digər zərərlərin ödənilməsində onun məsuliyyətini azaltmır (Sığortaçının bütün zərər üzrə məsuliyyətini illik məbləğlə məhdudlaşdıran və şərtlərlə nəzərdə tutulan hallardan başqa) və hər zaman aşağıdakı şərtlər əsasında təmin edilir:
- İstər Sığortalının işçilərinin, istərsə də qeyrilərinin hərəkətləri və ya nöqsanları, yaxud elələrin iştirakı və ya əlaqəli olduğu hadisələr, yaxud nöqsanlar nəticəsində yaranan istənilən zərər, yaxud bir necə zərərlər üzrə Sığortaçının məsuliyyət həddi (bütün zərərlər onların aşkar edilənədək bir hadisəsi kimi qəbul edilir) sığorta riski üzrə sığorta müqaviləsində göstərilən sığorta ödənişi həddindən yüksək olmalıdır;
- Əgər birbaşa və ya dolayısı ilə belə hərəkət, yaxud nöqsanlar baş vermiş olmazsa, Sığortaçının bir hadisədən türəyan hər hansı digər istənilən zərər, zərərlər və ya zərərlər qrupu üzrə tam məsuliyyəti sığortalanan risk üzrə sığorta müqaviləsində göstərilən sığorta ödənişi həddindən yüksək olmamalıdır;
- Bir necə risk və əmlak növlərinin sığortalandığı hallarda Sığortaçının tam məsuliyyəti tətbiq olunan Qeyd-şərtlərdən biri üzrə , müqavilədə göstərilən ödəniş həddindən yüksək olmamalıdır və ayrı-ayrı sığorta riskləri üzrə sığorta həddi məbləğlərinin toplanması hallarına yol verilmir.
b) Öhdəliyin artmayan məbləği
Sığorta müqaviləsinin necə il davam etməsindən və bunlarla əlaqədar ödənilmiş və ödənilməkdə xxxx sığorta mükafatlarından asılı olmayaraq Sığortaçının öhdəliyi ildən ilə və ya müddətdən müddətə yığılmayacaqdır və sığorta müqaviləsi ilə müəyyən olunmuş sığorta məsuliyyəti həddindən yüksək olmayacaqdır;
c) Azadolma
Sığortaçı yalnız müvafiq sığorta riski üzrə sığorta müqaviləsi ilə müəyyən olunan azadolmanın miqdarından artıq xxxx zərər üzrə məsuliyyət daşıyır. Bir necə risk və ya əmlak növünün sığortalandığı hallarda sığortalanan riskə aid ən böyük azadolma tətbiq olunmalıdır. Azadolma Sığortalının son təmiz zərər məbləğindən geriyə qüvvəsi xxxx tarixdən tutulur;
z) «Son xalis zərər» - zərər vurandan subroqasiya qaydasında alınmış və zədələnmiş əmlakın satışından əldə olunmuş məbləğ çıxılmaqla (Xxxxx təqsirkar tərəfindən tutula bilən azadolma
çıxılmır) Sığortalının xalis zərərini ifadə edir və bura Sığortalının zərərinin səbəblərinin araşdırılmasına və ya üçüncü şəxslərin iddialarının tənzimlənməsinə görə məvacib xxxx işçilərinin xərcləri və işin aparılması üçün inzibatı xərclər daxil edilmir, bu şərtlə ki, Sığortaçı ilə xüsusi razılaşma olmasın.
Son xalis zərər müəyyən edilməyincə, Sığortalı sığorta müqaviləsi üzrə hər hansı bir iddianın ödənilməsindən imtina edə bilməz.
3.3. Bu qaydalar əsasında bağlanmış Sığorta müqaviləsi, aşkar edildiyi anda hər hansı başqa qüvvədə xxxx müqavilə və ya müqavilələr üzrə ödənilməsinə təminat verilən zərərlər üzrə sığorta ödənişinin verilməsinə təminat vermir. Belə sığorta müqaviləsi olduğu halda Sığortaçı yalnız zərərin həmin müqavilə üzrə müəyyən olunmuş sığorta məbləğindən artıq xxxx hissəsi üzrə , bu sığorta limitindən artıq olmaq şərtilə və bu sığortanın olmadığı halda tətbiq edilə biləcək istənilən tutulmalar çıxılmaqla sığorta ödənişi verilir.
IV. SIĞORTA MÜQAVİLƏSİ: SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI VƏ XİTAM VERİLMƏSİ QAYDASI
edir:
4.1. Sığorta müqaviləsinin bağlanması üçün Sığortalı Sığortaçıya aşağıdakı sənədləri təqdim
a) Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx məlumatlar, o cümlədən xxxxxx
səviyyəsinə təsir edən hallar göstərilən ərizə;
b) Sığortaçı tərəfindən müəyyən olunmuş forma üzrə doldurulmuş sorğu vərəqi;
c) Sığorta müqaviləsinin bağlanması üçün Sığortaçının tələb etdiyi digər zəruri sənədlər.
4.2. Sığortalının ərizəsində və ərizə ilə birlikdə təqdim etdiyi sənədlərdə xxxx məlumatlar əsasında Sığortaçı müəyyən olunmuş sığorta tarifləri əsasında sığorta haqqının məbləğini müəyyən edir və tərəflər sığorta müqaviləsini imzalayırlar. Sığortalı sığorta haqqını (onun müəyyən hissəsini) ödədikdən sonra 3 gün gec olmayaraq ona müəyyən olunmuş formada sığorta şəhadətnaməsi təqdim olunur.
4.3. Sığorta haqqının ödənilməsi qaydası tərəflərin razılığı əsasında müəyyən edilir – birdəfəlik, yaxud hissə-hissə (sığorta haqları hər ay, hər rüb və s. Qaydada ödənilə bilər), Sığortaçının hesablaşma hesabına nağdsız və ya kassasına nağd yolla mədaxil etməklə.
Əgər sığorta müqaviləsi ilə başqa şərt nəzərdə tutulmamışdırsa, sığorta haqqı (ilk sığorta haqqı) Sığortaçının hesablaşma hesabına, müqavilənin imzalandığı tarixdən 14 gün müddətində köçürmə yolu ilə ödənilməlidir. Müqavilənin tam olmayan ayı üçün sığorta xxxxx xxx ay üçün nəzərdə tutulmuş məbləğdə ödənilir.
4.4. Sığorta müqaviləsinin müddəti tərəflərin razılığı ilə müəyyən olunur, xxxxx bir ildən az və 5 ildən artıq ola bilməz.
4.5. Bağlanmış müqavilənin hər hansı şərtinin birtərəfli qaydada pozulmasına yol verilmir.
Sığorta müqaviləsinə edilmiş dəyişiklər yazılı qaydada tərtib edilmiş əlavə razılaşma ilə rəsmiləşdirilir.
4.6. Sığortalı sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə Sığortaçını xxxxxx səviyyəsindəki dəyişikliklər haqqında məlumatlandırılmalıdır. Sığorta riskinin səviyyəsinin dəyişməsi sığorta mükafatının həcminin artırılmasını tələb etdiyi hallarda, Sığortaçı sığorta müqaviləsinə müvafiq Əlavəni əlavə sığorta haqqının hesabı ilə birlikdə Sığortalıya göndərir. Sığortalı əlavə sığorta haqqının hesabı və sığorta müqaviləsinə əlavənin mətnini aldıqdan sonra 3 bank günü ərzində əlavə sığorta haqqını ödəməli və müqaviləyə əlavəni imzalamalı, yaxud sığorta müqaviləsinə xitam verilməsini tələb etməlidir.
Əgər sığortalı qeyd olunan tələbləri yerinə yetirməzsə, Sığortaçı sığorta müqaviləsinə xitam verilməsini və xitamla əlaqədar meydana çıxan zərərlərin ödənilməsini Sığortalıdan tələb etmək hüququna malikdir.
4.7. Mülkiyyətin və ya müəssisələrin idarəçiliyinin birləşməsi və dəyişməsi nəticəsində müqaviləyə xitam verilməsi və ya davam edilməsi şərtləri (Ümumi şərtlər №1):
a) Sığortalının istənilən formada ləğv və ya ləğv etməyə rəhbər, yaxud hər hansı başqa səbəblərlə əlaqədar xarici rəhbərin seçilməsi hallarında sığorta müqaviləsi üzrə sığorta təminatı dayandırılır;
b) Sığortalı aşağıdakılar barədə Sığortaçıya dərhal məlumat verilməsini təmin etməlidir:
- Başqa müəssisələrlə hər hansı qaydada birləşmə, yaxud müəssisənin mülkiyyətində və idarəçiliyində, maliyyəsində və s.–də dəyişikliyin yaranmasına səbəb olunmuş aktiv və ya səhmlərin alınması, yaxud satılması;
- Sığortalının hökumət və ya yerli hakimiyyət orqanları tərəfindən təyin edilmiş hər hansı təşkilat, yaxud dövlət məmuru tərəfindən nəzarətə götürülməsi, Sığorta müqaviləsinin fəaliyyətinin davam etdirilməsi şərti olaraq, Sığortalı tələb olunan zəruri əlavə məlumatı və Sığortaçının belə dəyişikliklərə görə zəruri hesab etdiyi əlavə sığorta haqqını ödəməlidir.
Xxxxx, Xxxxxxxxx belə əməliyyat haqqında onların başlandığı andan 30 gün müddətində məlumat verməzsə, bu, onun 30 günülük başlandığı andan sığorta müqaviləsinin fəaliyyətini dayandırmaq niyyətində olması kimi qəbul ediləcəkdir. Əməliyyat haqqında məlumatın alınması Sığortaçı tərəfindən yazılı surətdə təsdiq edilməzsə, bu şərt yerinə yetirilmiş hesab edilə bilməz.
4.8. Sığorta müqaviləsinə xitam verilməsinin Ümumi şərtləri. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
- Müqavilənin tərəflərin müəyyən etdiyi müddəti bitdikdə;
- Sığortaçı müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirdikdə;
- Sığortalı sığorta haqqının növbəti hissəsini müqavilə ilə müəyyən olunmuş müddətdə ödəmədikdə;
- Sığortalanmış əmlak məhv olduqda, yaxud sığorta hadisəsinin baş vermə ehtimalı aradan qalxdıqda və sığorta riski itdikdə.
4.9. Bundan əlavə, sığorta müqaviləsinə, sığorta haqqının müqavilənin qüvvəsinin başa çatmadığı müddət üzrə hissəsi ödənilməklə, yaxud aşağıdakı hallarda ödənilməməklə xitam verilə bilər.
I. Dərhal, o hallarda ki, əgər:
a) Sığortaçı 4.7. paraqrafında göstərildiyi kimi müəssisənin sahibi və ya mülkiyyatzinin dəyişilməsi ilə əlaqədar sığorta təminatını davam etdirməkdən imtina edərsə;
b) Sığortalı 5.1 paraqrafında göstərildiyi kimi, müəssisənin idarəçiliyi və ya mülkiyyətində hər hansı birləşmə, yaxud dəyişiklik haqqında olunmuş vaxt intervalında Sığortaçıya məlumat verməzsə;
II. Sığortalı, onun hər hansı işçisinin dələduzluq və ya qeyri-səmimi (yalan xarakterli) hərəkətləri məlum olan kimi dərhal sonuncular haqqında, xxxxx bu, belə işçinin əmlakın mühafizə altında yoldu olduğu zaman məruz qaldığı itki üzrə iddialarına təsir etməyəcəkdir.
III. Sığortaçı, sığorta müqaviləsinə müqavilədə müəyyən olunmuş müddətdə xitam verilməsi haqqında Sığortalının xahişini aldıqdan sonra.
4.10. Sığorta müqaviləsinə həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda da xitam verilə bilər.
4.11 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi:
4.11.1 Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
4.11.2 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
4.11.3 Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
4.11.4 Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.
4.11.5 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 4.11.1-ci və 4.11.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
4.11.6 Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş qaydada xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 4.11.3-cü və 4.11.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.
4.11.7 Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur.
V. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
5.1 Sığortalının hüquqları:
- Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
- Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.
5.2 Sığortalının vəzifələri:
- Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
- Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək;
- Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək;
- Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.
5.3 Sığortaçının hüquqları:
- Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
- Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək;
- Sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
- Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək;
- Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
5.4 Sığortaçının vəzifələri:
- Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir;
- Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək;
- Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
- Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.
5.5. Sığortalı sığorta hadisəsi baş verənədək aşağıdakı tələblərə əməl etməyə borcludur:
- Sığorta müqaviləsinin bağlandığı zaman sığorta məbləğinin əsaslandırılmasını təsdiq edən sığorta riskinin səviyyəsini müəyyən etməyə imkan verən bütün tələb olunan məlumatları Sığortaçıya təqdim etmək;
- Sığorta haqlarını sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətlərdə və qaydada vaxtlı- vaxtında ödəmək;
Sığorta riskinin səviyyəsində edilmiş dəyişikliklər barədə Sığortaçını dərhal məlumatlandırmaq (bu Qaydaların 4.6. bəndi);
- Sığorta predmeti üzrə bağlanmış bütün müqavilələr (o cümlədən sığorta müqavilələri) haqqında Sığortaçıya dərhal Məlumat vermək.
- Bundan əlavə, Sığortalı öz fəaliyyətində aşağıda sadalanan sərtlərə əməl etməlidir:
1) Sığortalının fəaliyyətinə aid xxxx bütün qaydalar külliyyatı, yaxud kitablar və ya təlimatlar qüvvədə olmalı və yerinə yetirilməlidir. Bunlar bütün işçilərin vəzifələrini aydın müəyyən etməli və onların (işçilərin) hər biri bunlarla və öz müvafiq funksiyaları ilə xxxxx olmalıdır;
2) Hər bir işçinin vəzifəsi ilə müəyyən edilməlidir ki, onların heç biri hər hansı bir sövdələşməyə əvvəldən axıra kimi nəzarət edə bilməsin;
3) Aşağıdakılar üzrə birgə mühafizə təşkil edilməli və saxlanılmalıdır:
a) şkaf və seyflərdə xxxx qiymətlilər;
b) şkaf və seyflərin bütün açarları;
c) kodlar, şifrlər və kod açarları.
«Birgə mühafizə» - yuxarıda sadalananlar üzərində ən azı bir əməkdaşın iştirakı və müşahidəsi ilə nəzarəti ifadə edir. Bu əməkdaş elə bu səviyyədə də müxtəlif predmetlər və ya hesabat sənədlərinin qorunub-saxlanması və mühafizəsinə cavabdehlik daşınmalıdır.
Şkaf və seyflərin qıfıl və şifrlərinin saxlanılması elə qaydada təşkil edilməlidir ki, heç Xxx təklikdə bunları aça bilməsin.
4) Aşağıdakılar üzrə iş üçün ikiqat nəzarətin müəyyən edilib saxlanılması zəruridir:
a) Qiymətli kağızların bütün növləri, dövriyyə sənədləri (təqdim etmə və ya indossament vasitəsi verilən) və verilməyən sənədlər, həmçinin adları qeyd olunan sənədlərin blankları;
b) Rəsmi çeklər, köçürülən veksellər və buraxılmayan yol çekləri;
c) Qeyri-aktiv depozit hesablar;
e) Kodlar, şifrlər və kod açarları.
«ikiqat nəzarət» - ikinci əməkdaş tərəfindən, digər əməkdaşın vəsaitləri düzgün köçürməsi, onların Ümumi təhtəl hesabatları və maddi məsuliyyəti üzərində yoxlamanın həyata keçirilməsini ifadə edir.
5) Hər bir işçinin hər təqvim ilində minimum iki həftəlik fasiləsiz məzuniyyət götürməsi zəruridir və məzuniyyət dövründə işçi heç bir vəzifəni icra etməməlidir və Sığortalının ofisində olmamalıdır.
6) Hesablar və iş kitablarının Sığortalıdan asılı olmayan adi audit və müfəttişlər tərəfindən yoxlamasından əlavə, Sığortalı tam daxili audit – audit yoxlamasına aid xxxx iş sənəd və hesabatlarının saxlanıldığı, işlər aparılan kompüter mərkəzləri və zalları (otaqları) daxili nəzarət sisteminin yoxlanılması və yenidən qiymətləndirilməsini həyata keçirməlidir.
5.6. Sığorta hadisəsi baş verdikdə Sığortalı aşağıdakıları yerinə yetirməyə borcludur:
- Zərərin qarşısında alınması və ya azaldılması üçün bütün mümkün tədbirləri görmək;
- Baş vermiş hadisə barəsində aidiyyatı üzrə müvafiq dövlət, o cümlədən hüquq mühafizə orqanlarına (polis, yanğından mühafizə alayı, qəza xidmətləri və s.) məlumat verməlidir;
- Zərər aşkar edildikdə dərhal, xxxxx 30 gündən gec olmayaraq Sığortaçıya məlumat vermək;
- Sığortalı həmçinin zərəri təsdiq edən kəsərli dəlilləri bütün detalları ilə, zərərin aşkar edildiyi gündən 6 ay ərzində Sığortaçıya təqdim etmək;
- Sığorta hadisəsinin baş verməsi halları və zərərin həcminin müəyyən edilməsi üçün zəruri xxxx bütün məlumatları və sənədləri Sığortaçıya təqdim etmək.
5.7. Sığortaçı aşağıdakıları yerinə yetirməyə borcludur:
- Sığortalını bu qaydalarla xxxxx etmək;
- Sığortalı və onun əmlak vəziyyəti haqqında malik olduğu məlumatları yaymamaq;
- Sığorta hadisəsi baş verdikdə Sığortalıdan zərərin baş verməsi halları və məbləğin müəyyən edilməsi üçün zəruri xxxx bütün sənədləri aldıqdan sonra, konkret müqavilə ilə müəyyən olunmuş müddətdə sığorta aktı tərtib etmək;
- Sığorta hadisəsi ilə əlaqədar bütün zəruri sənədləri aldıqdan sonra 15 iş günü müddətində sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul etmək.
VI. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ VƏ SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ.
6.1. Faydalanan şəxs.
Sığorta müqaviləsi üzrə müstəsna ödəniş.
Sığorta ödənişi sığorta müqaviləsində adı müstəsna çəkilən Sığortalıya ödənilir.
6.2. Zərər məbləği.
Sığorta hadisəsi üzrə yaranan zərərin məbləği sığorta hadisəsi nəticəsində Sığortalının əmlakına və əmlak mənafelərinə vurulmuş faktiki zərərin məbləğindən asılı olaraq, xxxxx hər növ üzrə müəyyən olunmuş sığorta məbləğindən xxx olmamaqla müəyyən edilir.
Zərərin həcmi bu qaydaların 3.2. (z) bəndi əsasən «Son xalis zərər» kimi müəyyən olunur.
Sığorta məbləği sığorta olunmuş predmetin sığorta zərərindən az olduğu hallarda sığorta ödənişinin məbləği sığorta məbləğinin sığortalanmış predmetin sığorta dəyərinə xxxx nisbətinə proporsional azaldılacaqdır.
6.3. Zərərin bəzi növlərinin qiymətləndirilməsinin əsası
a) Qiymətli kağızların və xarici valyutanın qiymətləndirilməsi.
İtkisi üzrə tələb irəli sürülən istənilən qiymətli kağız və ya xarici valyutanın dəyəri, onların bazarda əməliyyatların başa çatdığı axırıncı zərərin aşkar edildiyi günə analoji gün üzrə bazar qiyməti ilə müəyyən olunur. Zərərin bazarda əməliyyatlar başa çatdıqdan sonra müəyyən edildiyi hallarda isə zərərin müəyyən edildiyi günə bazar bağlanarkən onların dəyəri üzrə müəyyənləşdirilir. Əgər zərərin aşkar edildiyi gün bazar qiymətləri haqqında məlumat olmazsa, bu halda zərər məbləği Sığortalı Sığortaçı arasındakı razılaşma əsasında, onlar arasında razılaşmandan baş tutmadığı hallarda isə məhkəmə qaydasında müəyyən olunur. Xxxxx əgər belə qiymətli kağız və xarici valyuta Sığortaçının razılığı ilə Sığortalı tərəfindən ödənilərsə, bu zaman onların dəyəri
faktiki ödəmə məbləği əsasında müəyyən ediləcəkdir. b) Mühasibat kitabları və sənədlər.
Sığortalı işlərin aparılması üçün istifadə etdiyi mühasibat kitabı və digər sənədlərdən ibarət əmlakın itkisi və ya zədələnməsi hallarında, Sığortalı bu Qaydaların şərtləri əsasında yalnız o halda məsuliyyət daşıyır ki, belə kitab və sənədləri Sığortalıda qalmış və bu halda da Sığortaçı sığorta ödənişini yalnız doldurulmamış kitab və sənədlərin dəyəri üstəgəl belə kitab və sənədlərin bərpası üçün Sığortalının təqdim etdiyi məlumatların yığılması və çoxaldılmasına kompüter saatları üzrə əməyin dəyərindən xxx olmamaqla verəcəkdir.
6.4. Zədələnmiş əmlakın satışından əldə olunan vəsait və təqsirli tərəfdən subroqasiya qaydasında alınan ödəniş.
Sığorta hadisəsi nəticəsində zədələnmiş əmlak satıldıqda, satışda əldə olunan vəsaitlərdən aşağıdakı qaydada bölüşdürülən işin aparılması xərcləri çıxılır (Xxxxx Sığortalının şəxsi xərcləri və zərərin müəyyən olunması ilə əlaqədar xərclər hesablamaya daxil edilmir):
- İlk növbədə Sığortalıya zərərin sığorta məbləğindən artıq olmayan hissəsi ödənilir (Ekssesdən sığorta və ya azadolma nəzərə alınmır);
- Sonra, əgər vəsait qalmışdırsa və Sığortalı dəydiyi zərərin məbləği sığorta məbləğindən artıq olmadığı hallarda, qalan məbləği Sığortalı sığorta ödənişinin verilməsi ilə əlaqədar zəkilən xərclərin azaldılması məqsədilə Sığorta alır;
- Son növbədə, sığortalıya zərərin əlavə sığorta müqavilələri və fransızın fəaliyyəti ilə əhatə olunan hissəsi ödənilir.
6.5. Sığorta müqaviləsinin bağlanıldığı zaman dələduzluq.
Əgər sığorta yalan və dələduzluq xarakteri olduğunu qabaqcadan bilərək sığorta ödənişi və
s. ilə əlaqədar Sığortaçıya qarşı hər hansı tələb irəli sürərsə, bu halda sığorta müqaviləsinə xitam verilir və bütün iddialar rədd edilir.
6.6. Sığorta ödənişinin verilmə müddəti.
Sığortalı tərəfindən aşağıda göstərilən sənədlərin təqdim olunması vaxtından etibarən 15 iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir:
• Sığorta ödənişinin verilməsi barədə ərizə;
• Sığorta şəhadətnaməsi;
• Baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və ş.);
• Zərər dəymiş sığorta predmetinə mülkiyyət hüququnu təsdiq edən sənəd;
• Zərərlə bağlı müstəqil ekspertlərin tərtib etdikləri rəy və zərər hesabı;
• Sığorta hadisəsinin mahiyətindən asılı olaraq digər sənədlər.
Əgər zərər sığortalının təqdim etdiyi sənədlər əsasında müəyyən edilməsi mümkün olmayan hallarda baş verərsə, Sığortaçı zərərin həqiqi səbəblərinin və məbləğinin müəyyən edilməsi üçün ekspertiza (təhqiqat) aparmaq hüququnu özündə saxlayır. Bu halda sığorta aktı Sığortaçı tərəfindən ekspertiza və ya təhqiqat başa çatdıqdan sonra 3 gün ərzində, xxxxx zərərin baş verdiyi tarixdən 6 aydan gec olmamaqla imzalanır.
6.7. Zərərin azaldılması üzrə xərclər.
Zərərin məbləğlərinə həmçinin sığorta hadisəsinin aradan qaldırılması üçün çəkilən məqsədyönlü xərclər də daxil edilə bilər, xxxxx ödənişlərin Ümumi məbləği sığorta müqaviləsi ilə müəyyən olunmuş sığorta məbləğindən xxx xxx bilməz.
6.8. Subroqasiya hüququ.
Sığortaçı sığorta ödənişi verdikdə, Sığortalının və ya ödəniş almış başqa şəxsin zərərin əvəzini tələb etmək hüququ ödənilmiş məbləğ həddində Sığortaçıya keçir.
Sığortalı, Sığortaçının özünün bu hüququnu həyata keçirməsini təmin edə bilməsi məqsədilə özündə xxxx bütün sənəd və sübutları ona (Sığortaçıya) verməli və zəruri formallıqları yerinə yetirməlidir. Əgər Sığortalı zərər vuran şəxsə tələb irəli sürmək hüququndan imtina edərsə və ya onun təqsiri üzündən bu hüququn həyata keçirilməsi qeyri-mümkün olarsa, bu halda Sığortaçı sığorta ödənişi vermək vəzifəsindən azad edilir. Sığortaçı bu kimi hallarda sığorta ödənişi vermiş olduqda isə, Sığortalı (yaxud sığorta ödənişi xxxx şəxs) sığorta ödənişi məbləğini aldığı tarixdən hesablanmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada faizlərlə birlikdə Sığortaçıya qaytarmalıdır.
6.9. Əvvəllər verilmiş ödənişin qaytarılması.
Əgər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və ya bu qaydalara əsasən sığorta ödənişindən imtina etməyə əsas verən hallar müəyyən edilərsə, Sığortalı, ona ödənilmiş sığorta ödənişini Sığortaçıya qaytarmalıdır.
VII. SIĞORTA ÖDƏNİŞİ VERMƏKDƏN İMTİNA ƏSASLARI (QEYD- ŞƏRTLƏR/İSTİSNALAR)
7.1. Bu Qaydalarla müvafiq olaraq «Ümumi istisnalar» adı altında göstərilən hallar üzrə sığorta təminatı verilmir.
Ümumi istisnalar
1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə aşkar edilməyən, eləcə də sığorta müqaviləsi ilə nəzərdə tutulmuş xxxx, geriyə qüvvəsi xxxx tarixədək aşkar edilməyən istənilən zərər.
2. Sığortalının direktoru və ya direktorları tərəflərindən öhdəliklərin yerinə yetirilməməsinin qismən və ya tam nəticəsi xxxx istənilən zərər; onun (onların) Sığortalının əmək xxxxx xxxx və ya almayan əməkdaşı olmasından asılı olmayaraq.
3. Sığortalının, yaxud onun əməkdaşlarının dələduzluq və ya qeyri-səmimi (yalan) hərəkətləri nəticəsində yaranan zərərlər “1 Qeyd-şərtində” nəzərdə tutulursa.
4. Aşağıdakılar əsasında öhdəliklərin qismən və ya tam yerinə yetirilməməsi və ödəməmə ilə əlaqədar zərərlər:
a) Sığortalı tərəfindən, yaxud onun adından həyata keçirilən istiqrazlar, yaxud istiqraz məbləğində digər uyğun əməliyyatlar;
b) Düzgün yolla, yaxud hiyləgərliklə, yalanla alınıb-alınmamağından asılı olmayaraq verilmiş, yaxud satılmış istənilən veksel, hesab, müqavilə və ya borcların digər sübutları; Əgər bunlar 1 və 4 Qeyd-şərtlərində nəzərdə tutulmursa. Bu hallarda zərər məbləği, faiz və komisyon mükafatlarının və s. Ödənilməsi və alınması daxil olmaqla hər hansı mənbədən əldə edilmiş məbləğlər çıxılmaqla hesabdan çıxarılmış məbləğlər, behlər üzrə müəyyən edilir.
5. Sığortalı tərəfindən, müvafiq hesablarda inkassa edilməmiş, kreditə məbləğlər yazılması səbəbindən payların götürülməsi; veksel və çeklər üzrə pulların alınması (bu məbləğlərin Sığortalının və ya onun hər hansı işçinin dələduzluq və ya qeyri-səmimi hərəkətləri daxil olmaqla, düzgün yaxud saxtakarlıq, hiyləgərlik və s. yollarla əldə edilməsindən asılı olmayaraq) ilə əlaqədar zərərlər.
6. Sığortalı tərəfindən inkassa edilməmiş məbləğin səhvən müvafiq hesaba yazılması səbəbindən əmanətçilərin hər hansı birinin hesabından əmanətlərin götürülməsi və ya vəsaitlərin verilməsi ilə əlaqədar zərərlər (Əgər belə zərərlər 1 Qeyd-şərti ilə nəzərdə tutulmamışdırsa).
7. Məbləğindən asılı olmayaraq səhv nəticəsində kassada çatışmazlıqla əlaqədar yaranan zərərlər;
8. Müştərilərin seyflərində xxxx hər hansı əmlakın itkisi və ya zədələnməsi; əgər belə itki və zədələnmə 1 Qeyd-şərti ilə nəzərə tutulmamışdırsa.
9. Sığortalı binasından (ofisində) xxxx əmlaka aşağıdakı təhlükələr nəticəsində təminatlarda əlaqədar zərərlər;
a) Sığortalının direktoru və ya hər hansı işçisinə bədən xəsarəti yetirilməsi, hər hansı işçinin mühafizəsi altında əmlakın yolda olduğu zaman itkisi halları istisna olunur; əgər daşınma başlanmazdan əvvəl belə təhlükənin baş verəcəyindən Sığortalının məlumatı olmamışdırsa;
b) Sığortalının binasında (ofisinə) və ya hər hansı digər əmlakına, yaxud hər hansı digər şəxsə zərər yetirilməsi.
10. Sığortalı məxsus xxxx, istifadə edilən, onun tərəfindən xidmət göstərilən və binasından (ofisindən) kənardan yerləşən kompüterlər vasitəsilə manipulyasiyanın birbaşa və ya dolayı nəticəsi ilə əlaqədar zərər; Əgər belə zərər 1№-li sığorta riski ilə əhatə olunmursa.
11. Mətnin saxtakarlıq və ya dələduzluq yolu ilə dəyişdirilməsinin birbaşa və ya dolayı nəticəsi ilə əlaqədar zərər; Əgər belə 1,4 və ya 5№-li risklərlə əhatə olunmursa.
12. Hər hansı yol çekləri, yol akkreditivləri, konosamentlər, əmlakın alınması haqqında mal qəbzləri və yaxud uyğun məqsədlər üzrə istifadə olunan hesab və digər qəbzlərdə saxtakarlıq və ya dələduzluq dəyişikliklərinin nəticəsi ilə əlaqədar zərər; Əgər bu zərər 1№-li sığorta riskində nəzərdə tutulmamışdırsa;
13. Satma hüququ əsasında Sığortalıda saxlanılan satılmayan yol çeklərinin itkisi; Əgər sığortalı belə zərər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımırsa və ya belə çeklər sonralar çekverən tərəfindən ödənilmirsə.
14. Sığortalının, yaxud hər hansı digər şəxsin buraxmasından asılı olmayaraq kredit və ödəniş kartları üzrə istənilən zərər.
15. Sığortalının qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığı (birbaşa) maliyyə zərərinə görə sığorta müqaviləsi üzrə ödənişlə əlaqədar zərərlərdən başqa) hər hansı zədələnmə və ya istənilən növ itki.
16. Potensial gəlirin alınmamağı ilə əlaqədar istənilən zərər (zərər nəticəsində kapital və ya dividentlərə faizlər də daxil olmaqla).
17. Müharibə, aşınma, tədricən korlanma, güvə ya digər canlı orqanizmlərin təsiri nəticəsində hər hansı əmlakın zədələnməsi və ya itkisi.
18. Hər hansı əmlakın tayfun, uraqan, siklon, vulkan püskürməsi, zəlzələ, yeraltı yanğın və ya digər təbii fəlakətlərin birbaşa və ya dolayı təsiri nəticəsində zədələnməsi, yaxud itkisi və ya bunlarla eyni zamanda, yaxud nəticəsi kimi baş verən yanğın, talan etmə ilə əlaqədar zərər.
19. Müharibə, hərbi müdaxilə xarici rəqibin və ya düşmənin hərəkətləri, döyüş və ya hərbi əməliyyatlar, vətəndaş müharibəsi, qiyam, tətil, inqilab, közə yürüşləri, qiyam, üsyan, ictimai qarışıqlıq, hərbi və ya saxta hökumətin, hərbi vəziyyətin elan edilməsi, qanuni hökumətin qeyd olunanlarla əlaqədar gördüyü tədbirlərin bilavasitə və ya dolayı təsiri nəticəsində baş vermiş istənilən itki və zərər.
Sığorta predmeti ilə əlaqədar istənilən iddiaya istənilən məhkəmə baxışında Sığortalı sığorta
predmeti ilə bağlı hadisənin yuxarıda sadalanan hallar nəticəsində baş vermədiyini sübut etməlidir.
20. a) Əmlakın belə itki, zərər və ya zədələnmələrlə əlaqədar yaranan istənilən itki, zərər və ya zədələnmə;
b) Aşağıdakıların bilavasitə və ya dolayı təsiri nəticəsində yaranan hər hansı hüquqi məsuliyyət:
- İstənilən növ nüvə yanacağı ilə və ya nüvə yanacağının yanması nəticəsində ayrılan tullantılardan ionlaşdırıcı radiasiya və ya radioaktiv zəhərlənmə;
- Partlayıcı nüvə qurğusu və ya onun komponentlərinin radioaktiv, zəhərli, partlayıcı və digər təhlükəli faktorlar.
7.2. Sığortaçının sığorta ödənişi verməkdən imtina üçün əsasları həmçinin aşağıdakılardır:
- Sığortalının, yaxud onun hər hansı işçisinin sığorta hadisəsinin baş verməsinə yönəlmiş qərəzli hərəkətləri;
- Sığortalı, xeyrinə sığorta müqaviləsi bağlanmış hər hansı şəxs, yaxud onların işçilərinin bilavasitə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar xxxx cinayətkar əməlləri;
- Sığortalı tərəfindən Sığortaçıya sığorta predmeti barəsində qəsdən yalan məlumat verilməsi;
- Sığortalı ziyanın vurulmasında təqsirkar xxxx şəxsdən ödəniş xxxxxx;
- Sığortalının bağlanmış müqavilə üzrə xxxxxx səviyyəsinin artması barədə Sığortaçını məlumatlandırmamağı;
- Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
7.3. Sığortaçı sığorta ödənişi verməkdən imtina etməsi haqqında qərarını sığortalıya, səbəbi göstərilməklə sığorta aktının tərtib edilməsi üçün müəyyən olunmuş müddətdə göndərir.
VIII. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ, DİGƏR ŞƏRTLƏR
.
8.1. Sığortalı hər hansı ziyanın baş verməsinə səbəb olmuş müəyyən əməl və ya hərəkətlərlə əlaqədar irəli sürülən istənilən tələb və iddianın araşdırılması, yaxud məhkəmə baxışı zamanı belə əməl və hərəkətləri sığorta müqaviləsi əsasında sığorta ödənişi verilməsinə əsas verdiyini müəyyən edərsə, bu halda Sığortaçı belə tələb, iddia və ya məhkəmə baxışı ilə əlaqədar Sığortalının çəkdiyi xərcləri ona əlverişli məbləğ həddində ödəyəcəkdir. Belə ödəniş sığorta müqaviləsi ilə müəyyən olunmuş sığorta limitinə əlavə hesab olunur.
Sığortaçı Sığortalıya qarşı irəli sürülən hər hansı belə tələb, iddia və ya məhkəmə baxışının müdafiəsini istənilən vaxt öz üzərinə götürməklə Sığortalının adından həyata keçirə bilər. Bu halda nəzərə alınır ki, vəkilin (Sığortalı və Sığortaçının birgə razılığı ilə təyin edilmiş) hər hansı məhkəmə prosedurana etiraz edilməsini məsləhət bildiyi hallardan başqa, hər hansı iddia icraatına etiraz etməsi Sığortalıdan tələb olunmayacaqdır. Xxxxx bu xxxxx da nəzərdə tutulur ki, əgər belə itki, zərər iddia və ya zədələnmənin həcmi tətbiq olunan istənilən tutulmaların (azadolma və s.) məbləğindən artıq olmazsa, bu halda Sığortaçı belə hüquqi xərclərə görə cavabdehlik daşımır.
Xxxxx belə itki, zərər, iddia və ya zədələnmənin həcmi tətbiq olunan franşızdən artıq olaraq olarsa, bu halda Sığortaçı belə itki, zərər, iddia və ya zədələnmənin sığorta müqaviləsində nəzərdə tutulan həddə cavabdehlik daşıyır.
Sığortaçı, sığorta müqaviləsinin təmin etdiyi hər hansı zərər faktı və ya onun məbləğinin müəyyən edilməsi ilə əlaqədar Sığortalının çəkdiyi xərcləri ona ödəmir.
8.2.Terminlərin izahı.
Bu Qaydaların və sığorta müqaviləsinin terminləri, istisnaları, məhdudiyyatları və şərtlərinin tərkibi, izahı və mənası Qaydalarla, eləcə də, əgər müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi ilə müəyyən olunur.
8.3. Cəza sanksiyaları.
Əgər sığorta ödənişi müəyyən olunmuş vaxtdan gec verilərsə, Sığortaçı Sığortalıya gecikdirilmiş hər gün üçün sığorta məbləğinin qanunvericilikdə müəyyən edilmiş məbləğində cərimə ödəyir.
8.4. Yurisdiksiya
Sığorta müqavilələri üzrə iddiaların verilməsi və mübahisələrin həll edilməsi Azərbaycan Respublikası Qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir.
8.5. Məxfilik.
Sığortaçı və Sığortalı bir-birindən aldıqları məlumatların əməl etməyə borcludurlar.
Maliyyə risklərinin Sığortası Qaydalarına
ƏLAVƏ № 1
SIĞORTA QAYDALARI VƏ MÜQAVİLƏLƏRİNDƏ İSTİFADƏ EDİLƏN TERMİNLƏR
«Bina (ofis, otaq və s.)» - Sığortalının iş apardığı baş idarə və istənilən filialı və ya idarələrdir. Bu termin Sığortalının öz işlərini həyata keçirilməsi üçün müvəqqəti istifadə etdiyi istənilən binalara (ofis, otaq və s.) da aid edilir.
«İşçi» - Sığortalının, onun tərəfindən işə cəlb edilmiş bir və ya bir necə vəzifəli şəxsi, yaxud hər hansı digər işçisini ifadə edir.
«Əmlak» - Sığortalının öz fəaliyyətində istifadə etdiyi vəsaitlər (valyuta, sikkə və bank biletləri), kuzələr (qızıl və gümüş), istənilən növ və istənilən formada qiymətli metallar, həmçinin onlardan düzəldilmiş predmetlər, brilliant (emal olunmamış qiymətli və yarımqiymətli daşlar), səhm sertifikatları, istiqrazlar, kupon və kağızların sair növləri, konosamentlər, anbar qəbzləri, çeklər, trattlar, askeptlər, veksellər, depozit sertifikatları, akkreditivlər, sadə veksellər, pul köçürmələri, xəzinə vekselləri haqqında sərəncamlar, markalar, sığorta polisləri, torpaq sahələrinə sahiblik hüququnu təsdiq edən sənədlər və bütün verilə bilməyən digər sənədlər, yaxud baratlar və mühasibat kitabları və digər uçot sənədləri də daxil olmaqla Sığortalının gəlir götürdüyü, yaxud istənilən məqsədlə istənilən keyfiyyətdə saxladığı (təmənnalı və ya təmənnasız, bunlara görə məsulliyat daşıyıb-daşımamağından asılı olmayaraq) digər qiymətli kağızlar.
«Çek» - banka yazılmış və tələb üzrə ödənilən barat vekselləridir (tratt).
«Tratta» - şərtlərlə məhdudlaşmayan, bir şəxsin digərinə ünvanlandığı, təqdim edən tərəfindən yazılı əmrdir. Onun ünvanlandığı şəxs müəyyən vaxta göstərilən məbləği müəyyən şəxsə, yaxud tələb əsasında üçüncü şəxsə ödəməlidir.
«Aksept» - Trassatın (trattı qəbul edən şəxs) trassantın (trattı təqdim edən) əmrini yetirməyə razılığı xxxx xxxxx vekselidir.
«Depozit sertifikatı» - bankın, əmanətçiyə və ya əmanətçinin əmri ilə hər hansı şəxsə ödəniş vermə öhdəliyi ilə əmanəti yazılı surətdə təsdiq etməsini ifadə edir.
«Götürmə qəbzi» - Əmanətçinin Sığortalıda azdığı əmanət hesabından vəsait almasını təsdiq edən sənəddir.
«Sadə veksel» - bir şəxsin digər şəxsə təqdim etdiyi və təqdim edən tərəfindən imzalanmış xxxx, gələcəkdə müəyyən vaxtda müəyyən məbləğdə pul vəsaitin müəyyən şəxsə, yaxud onun göstərişi ilə üçüncü şəxsə verməyə şərtsiz yazılı öhdəliyi ifadə edir.
Maliyyə risklərinin sığortası Qaydalarına
ƏLAVƏ №2
SIĞORTAYA QƏBUL EDİLƏN ƏMLAK VƏ RİSKLƏRİN SİYAHISI
1. İşçilərin dələduzluğu.
Sığortalının işçiləri tərəfindən, harada törədilməsindən, başqa şəxslərlə əlaqəli edilib- edilməməlindən asılı olmayaraq, bilavasitə qeyri-qanuni şəxsi mənfəət əldə etmək məqsədilə həyata keçirdiyi bir və ya bir necə dələduzluq aktları ilə zərər vurulması, o cümlədən istənilən belə hərəkətlər nəticəsində əmlakın itirilməsi. Əmək haqqı, qonorar, komisyon mükafatlar və s. gəlirlər (əmək haqqının artırılması və xidmətdə irəli çəkilmə) qeyri-qanuni şəxsi mənfəət hesab olunmur.
Bina (otaq, ofis) və xxxxxx saxlanılanlar.
A. Əmlakın yandırılma, oğurluq, soyğuntuluq, sındırma yolu ilə oğurluq, yalan, quldurluq, yaxud izah edilə bilməyən itmə nəticəsində və ya əmlakın Sığortalının, yaxud harada yerləşməsindən asılı olmayaraq digər bankın ofisində (ofislərində) olduğu zaman zədələnməsi, məhv edilməsi və ya əsassız olaraq layiq olmayan şəxsə etibar edilməsi (səbəbinin Xxx və ya nə olmasından asılı olmayaraq) ilə əlaqədar itkisi;
B. Əmlakın Sığortalının ofisində müştəridə və ya müştərinin hər hansı nümayəndəsində olduğu zaman yuxarıdakı A bəndində göstərilən təhlükələr nəticəsində itkisi. (Sığortalının belə itki üzrə qanunvericilikdə nəzərdə tutulmuş və Ümumi Şərtlərin 8 bəndi ilə müəyyən olunmuş qaydada cavabdehlik daşımasından asılı olmayaraq). Bu bənd müştərinin və ya hər hansı nümayəndəsinin hərəkətləri nəticəsində yaranan itkilər nəzərdə tutmur.
Xüsusi istisna
Bu sığorta əmlakın poçt vasitəsi ilə göndərildiyi vaxtda və onun hər hansı mühafizə və ya inkassator kompaniyasının məsuliyyətində olduğu zaman itkisi və ya zədələnməsi üzrə yaranan zərərlərə şamil edilmir.
3. Daşınma.
Əmlakın daşıнması, yaxud Sığortalının maraqlarında daşınmanın həyata keçirilməsi məqsədi ilə hər hansı və ya inkassator kompaniyasının məsuliyyətində olduğu zaman istənilən səbəbdən itki və ya zədələnməsi.
xüsusi istisna
Bu sığorta, poçt vasitəsi ilə göndərilən və ya istənilən mühafizə, yaxud inkassator kompaniyasının məsuliyyətində olduğu zaman əmlakın itkisi və ya zədələnməsi üzrə zərərləri, belə itki və zərərlərin məbləğinin Sığortalının aşağıdakılar əsasında ala biləcəyi məbləğdən artıq olmadığı hallarda təmin etməyəcəkdir:
1) Sığortalının mühafizə və ya inkassator kompaniyası ilə müqaviləsi;
2) Yuxarıda qeyd olunan mühafizə və ya inkassator kompaniyasının onun müştərilərinin maraqlarında xxxx sığorta müqaviləsi;
3) Qeyd olunan mühafizə və inkassator kompaniyasının müştərilərinə, yaxud onların maraqlarına şamil olunan bütün növ sığorta və istənilən formada ödənişlər. Bu halda sığorta müqaviləsi məsuliyyət həddi limitində artıq məbləği yalnız şərtləşdirilmiş məbləğ həddində təmin edir.
Xüsusi şərtlər
Daşınma, mühafizə və inkassator kompaniyasının işçisinin əmlakı Sığortalıda, yaxud onun göstərişi ilə təhvil aldığı andan başlayır və təyinat yerində onun mühafizə və ya inkassator kompaniyasının işçisi tərəfindən təhvil verildiyi xxxx xxxx çatmış hesab olunur.
Sığortalının, müştərinin göstərişi üzrə pul ödəmələrinin verməsini və ya digər uyğun əməliyyatları həyata keçirilməsini öz üzərinə götürdüyü hallarda, daşıma bilavasitə müştərinin binasına çatdıqdan sonra bitmiş hesab olunacaqdır.
4. Saxta çeklər və s.
A. Çeklərdə, hesablarda, veksellərdə, akseptlərdə, trattlarda (barat veksellərində), depozit sertifikatlarında, akkreditivlərdə, eləcə də fondlardan pulların köçürülməsinin xxxx çağırılması zamanı hesabdan silinmə haqqında qəbzlərdə və dövlət xəzinə vekselləri üzrə əmrlərdə saxtakarlıq.
B. Saxtalaşdırılmış sadə veksellərin və ya saxta indossamenti sadə veksellərin Sığortalı tərəfindən ödənilməsi. Yuxarıda qeyd olunan sənədlər, onlarla məşğul xxxx işçiyə xxxxx xxxx istənilən xətlə icra edilə bilər. İmzaların mexaniki həyata keçirilmiş faksimil surətlərinə əlyazma imzalar kimi baxır.
Xüsusi istisnalar
Bu sığorta Qeyd-şərti, yuxarıda sadalanan sənədlərdəki imzaların həqiqi, məzmununun isə yanlış, qeyri-düzgün olması ilə əlaqədar yaranan hər hansı zərərin ödənilməsinə təminat vermir.
«Saxta», «Saxtalaşdırılmış» sözləri üzərindəki imzalar həqiqi, mətnləri isə yanlış qeyri-xxxxxx xxxx sənədlərə şamil olunmur. «Ödəmə» sözü sadə veksellərdə Sığortalının müvafiq borc öhdəliyini yerinə yetirməsini ifadə edir və bu sadə veksel üzrə alıqı, satış, ssuda və ya xxxxx əməliyyatların şamil edilmir.
5. Saxta valyuta.
Sığortalının aldatma nəticəsində ofisinin yerləşdiyi zərərlərə məruz qalan ölkənin guya tədavül vasitəsi olması adı altında buraxılmış saxta və ya dəyişiklik edilmiş valyuta yaxud sikkələr xxxxxx.
A. Sığortalının ofisində hər hansı mebel vasitələr, avadanlıq (kompüter və mərkəzdən uzaq xxxx avadanlıqlar istisna olunur), dəftərxana ləvazimatları və ya materiallarının həmçinin yanmayan seyf və şkafların sındırma ilə oğurluq, soyğunçuluq, quldurluq və ya bu hərəkətlərə cəhd nəticəsində itkisi, yaxud zədələnməsi.
B. Sığortalının hər hansı ofisinin sındırma yolu ilə oğurluq, soyğunçuluq, quldurluq, yandırma və ya belə hadisələrə cəhd yaxud ofisin interyerinin (Sığortalının burada xxxx xxxxx, vəsaitlər, avadanlıq, dəftərxana ləvazimatları, seyf və yanmayan şkafların sahibi olduğu, yaxud bunların itkisi və ya zədələnməsinə görə məsuliyyət daşıdığı hallarda) vandalizm və ya qərəzli hərəkətlər nəticəsində zədələnməsi ilə əlaqədar yaranan zərərlər.
Xüsusi istisna
Bu Sığorta Qeyri-şərti yanğın nəticəsində yaranan itki və zədələnmələr üzrə zərərlərin ödənilməsinə təminat vermir.
“AzSığorta” Açıq Səhmdar Cəmiyyəti
BANK RİSKLƏRİNİN SIĞORTASININ TARİF DƏRƏCƏLƏRİNİN HESABLANMASI
Tarif dərəcələri hesablanarkən aşağıdakı göstəricilərdən istifadə olunur:
1) Sığorta hadisəsinin baş verməsi ehtimalı (q):0,01;
2) Bir müqavilə üzrə ora sığorta məbləği (S o.c.m.): 40 000 AZN;
3) Bir müqavilə üzrə xxxx sığorta ödənişi (S o.c.m.): 12 000 AZN;
4) Bağlanılacaq müqavilələrin (n):20.
Tarif dərəcəsi iki hissədən ibarətdir: netto-dərəcə və yüklənmə.
Netto-dərəcə (H) özü də iki hissədən ibarətdir: Əsas hissə (H1) və risk üstəliyi (H2). Onda
S.o.c.ğ 12 000
H1=100· S.o.s.m. ·q = 100 · 40 000 ·0,01 = 0,3 AZN
Təsəvvür edək ki, toplanmış sığorta mükafatları sığorta ödənişi verilməsinə 0,9 ehtimalı ilə kifayət edir. Onda bu ehtimala uyğun əmsal 1,3 olar. Beləliklə,
H2 = 1,2H1·1,645·((1-q)/nq)1/2 = 1,2·0,3·1,3·((1-0,01)/(20·0,01)) 1/2 = 1 AZN H=H1+H2=0,3+1=1,3 AZN
Tarif dərəcəsinin strukturu: netto-dərəcə -70 %, yüklənmə – 30%. Onda tarif dərəcəsi (T) aşağıdakı şəkildə tapılır:
100H 100·1,3
T= 100 – 30 = 70 = 1,8 AZN
Sığorta predmetinin xarakteristikasından sığorta riskinin dərəcəsinə təsir edən amillərdən, azadolmadan və s. səbəblərdən asılı olaraq yuxarıda xxxxxx xxxxx tarif dərəcəsinə azaldıcı (0.1 -1) və ya artırıcı (1-2) əmsallar tədbir edilə bilər.