SIĞORTAÇININ MƏSULİYYƏT HƏDDİ (SIĞORTA MƏBLƏĞİ) Nümunə Maddələri

SIĞORTAÇININ MƏSULİYYƏT HƏDDİ (SIĞORTA MƏBLƏĞİ). 3.1. Sığorta məbləği tərəflərin razılığı əsasında sığorta müqaviləsində müəyyən olunur. Sığorta müqaviləsi bağlanarkən tərəflərin müəyyən etdiyi sığorta məbləği, bir qayda olaraq, Sığortalıya məxsus əmlakın onun olduğu yerdə, sığorta müqaviləsinin bağlandığı günə malik olduğu dəyərdən, eləcə də 2№-li Əlavənin 1,4 və 5-ci Bölmələrində sadalanan sığorta hadisələrinin baş verəcəyi təqdirdə bunlarla əlaqədar sığortalının məruz qala biləcəyi mümkün ziyanın məbləğindən artıq ola bilməz. Sığorta müqaviləsi 2№-li Əlavənin bir necə Bölmə (№ 1-6) əsasında bağlanarsa, bu halda sığorta məbləği hər bir əmlak və risk üzrə ayrılıqda, haqqında sığorta müqaviləsi bağlanan sığorta predmetlərinin sığorta dəyəri nəzərə alınmaqla müəyyən edilir.

Related to SIĞORTAÇININ MƏSULİYYƏT HƏDDİ (SIĞORTA MƏBLƏĞİ)

  • Yekun müddəalar Maddə 15

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri: