Məxfilik. Tərəflər Standart Şərtlər, müvafiq Müqavilə və onun icrası ilə bağlı bir-birinə təqdim etdikləri məlumatların məxfiliyini qorumalı və qanunvericilikdə nəzərdə tutulmuş hallar (məlumatlar) istisna olmaqla, digər Tərəfin yazılı razığı olmadan həmin məlumatları üçüncü şəxslərə açıqlamamalıdırlar.
Məxfilik. Sığortaçı və Sığortalı bir-birindən aldıqları məlumatların əməl etməyə borcludurlar.
Məxfilik. 7.1. Bu Müqavilənin icrası ərzində və ya nəticəsində Tərəflərin biri-birinə təqdim etdikləri, bildirdikləri və ya açıqladıqları bütün məlumat (şifahi və ya yazılı şəkildə təqdim edilməsindən asılı olmayaraq), xüsusilə Tərəflər arasında razılaşdırılmış qiymətlərə dair hər hansı məlumatlar məxfi (bundan sonra “Məxfi Məlumat» adlanacaq) sayılacaq.
7.2. Bu Müqavilənin qüvvədə olduğu bütün müddət və həmin müddətdən sonrakı 5 (beş) təqvim ili ərzində Tərəflər Məxfi Məlumatların tam məxfi saxlanılmasını təmin edəcəklər.
7.3. Məxfi Məlumatın açıqlanması digər Tərəfin qabaqcadan verilmiş yazılı razılığı əsasında və ya müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mümkündür.
Məxfilik. Sığortaçı və Sığortalı biri birlərindən almış olduqları məlumatların məxfiliyinə əməl etməyə borcludurlar. Bank risklərinin Sığortası Qaydalarına ƏLAVƏ № 1
Məxfilik. XXXX öz müştəriləri ilə apardığı əməliyyatların, o cümlədən qəbul etdiyi girov əmanətinə dair məlumatın məxfiliyini "Kommersiya sirri haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq surətdə qorumalı, onun qanunsuz açıqlanmasına yol verməməlidir. Həmin məlumat müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən sonra ən azı 5 il müddətində BOKT-də saxlanmalıdır.
Məxfilik. 18.1.1. Tərəflər təsdiq etməlidir ki, mövcud müqavilənin məzmunu tamamilə məxfidir və müqaviləni imzalandığı tarixdən etibarən tərəflər bunun məxfi saxlayacağına öhdəlik götürürlər.
18.1.2. Bu müqavilənin bütün Əlavələri də məxfi olmalıdır. Əlavələrlə əlaqədar məxfiliyin qorunması həmin Əlavələr imzalandığı andan qüvvəyə minir.
Məxfilik. Bu Anlaşma Memorandumunun icrası zamanı əldə edilmiş məlumatlar, məlumatı təmin edən Tərəfin əvvəlcədən yazılı razılığı olmadan üçüncü tərəflərə verilə bilməz. Bu maddə bu Anlaşma Memorandumu ləğv olunduğu təqdirdə belə, qüvvədə qalır. Bu Anlaşma Memorandumu çərçivəsində dövlət sirri təşkil edən məlumatlar Tərəflərin milli qanunvericiliyinə uyğun olaraq mübadilə edilir.
Məxfilik. 13.1. Məlumatlara nəzarətçi kimi çıxış edən UEFA şəxsi məlumatları aşağıdakı üç məqsədlə toplayır və emal edir: Yarışla bağlı təşkilati və təhlükəsizlik və COVID-19 kontekstində təhlükəsizlik və ya sanitariya tədbirləri məqsədlərilə (13.2), Bilet satışı məqsədilə (13.3) və/və ya kommersiya məqsədilə (13.4).
13.2. UEFA Müraciətçinin aşağıdakı şəxsi məlumatlarını biletlər üzrə müraciətin emalı, o cümlədən hər hansı yoxlama prosedurunun və digər zəruri araşdırmaların aparılması məqsədilə toplayır və emal edir: titul, soyad/ad(lar), doğum yeri və tarixi, yerləşmə ölkəsi və milliyyət, mobil telefon nömrəsi, elektron poçt ünvanı, pasport/şəxsiyyət vəsiqəsinin nömrəsi, poçt indeksi kimi əlaqə vasitələri olmaqla məlumatların müəyyən edilməsi. UEFA Qonağın aşağıdakı şəxsi məlumatlarını biletlər üzrə müraciətin emalı, o cümlədən hər hansı yoxlama prosedurunun və digər zəruri araşdırmaların aparılması məqsədilə toplayır və emal edir: ad, soyad, doğum tarixi, milliyyəti və pasport/şəxsiyyət vəsiqəsinin nömrəsi kimi məlumatların müəyyən edilməsi. Biletlər elektron “mobil telefon biletləri” vasitəsilə təqdim edildiyi təqdirdə, bilet sahiblərindən tətbiqi yükləyərkən aşağıdakı şəxsi məlumatları təqdim etmək tələb olunur: soyad, ad, elektron poçt ünvanı, mobil telefon nömrəsi, doğum tarixi, milliyyəti, titul və şəxsiyyət vəsiqəsinin/pasportun nömrəsi. Əgər Seçilmiş Müraciətçidən 6.3 və ya 6.4-cü maddələrə uyğun olaraq Biletləri götürməlidirsə, UEFA Seçilmiş Müraciətçinin aşağıdakı şəxsi məlumatlarını biletlərin toplanması prosedurları və müvafiq Bilet(lər)in uğurlu ötürülməsinin təsdiqi məqsədilə toplayır və emal edir: fotoşəkil. Bütün bu toplanmış şəxsi məlumatlar sorğuların emalı, eləcə də identifikasiya və Yarışla bağlı təhlükəsizliklik məqsədləri və sanitariya məqsədləri üçün toplanaraq emal edilir. Şəxsi məlumatlar tələb olunmaqla yanaşı, həm də UEFA və Seçilmiş Müraciətçi arasında bağlanmış müqavilənin icrası, Bilet(lər)in alışında maraqlı xxxx şəxslərin yararlılığının müəyyən edilməsi, biletlərin düzgün insanlara təhvil verilməsinin təmin edilməsi, habelə Stadion daxilində və ətrafında effektiv təhlükəsizlik sisteminə və təhlükəsiz mühitə təminat verilməsi və biletlərin qanunsuz satışına yol verilməməsi baxımından zəruri əhəmiyyət daşıyır.
13.3. UEFA Müraciətçinin şəxsi məlumatlarını Biletlərin satışı və təqdim edilməsi məqsədilə toplayaraq emal edir: ad, soyad, poçt indeksi, elektron poçt ünvanı kimi əlaqə vasitələri, kredit kartı məlumatları (uyğundursa) kimi ödə...
Məxfilik. 3.1 Tərəflər hazırki AM-ə aid hər hansı sənəd, informasiya və ya məlumatı Azərbaycan Respublikası və ya Koreya Respublikasından xaric üçüncü bir tərəf və ya şəxsə aşağıdakı hallar istisna olmaqla açıqlamayacaqlar:
A. Açıqlama qanun, məhkəmə, komissiya və ya digər hüquqi və ya inzibati qurumlar tərəfindən tələb olunarsa;
B. Hər hansı məlumatın açılması üçün digər Tərəfin əvvəlcədən yazılı razılığı əldə olunarsa;
C. İİN KEPCO ilə Layihənin həyata keçirilməsi məqsədilə bu AM-ə müvafiq olaraq KEPCO tərəfindən təqdim ediləcək TİƏ-nın nəticələri və digər məlumatlardan yalnız KEPCO ilə əməkdaşlıq məqsədləri üçün istifadə edəcəkdir.
Məxfilik. Tərəflərin hazırki Müqavilə bağlanarkən və bu Müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi zamanı onlara məlum olmuş məxfi informasiyanı heç bir vəchlə yaymamaq barədə öz üzərlərinə öhdəlik götürürlər. Tərəflər hazırki Müqavilənin mətnini, habelə bu Müqavilə bağlanarkən və Müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirərkən bir-birlərinə verdikləri bütün informasıyanı digər tərəfin məxfi informasiyası hesab edirlər.