«Xalqonline» internet bank sistemi vasitəsilə bank əməliyyatlarının aparılmasına dair MÜQAVİLƏ
«Xalqonline» internet bank sistemi vasitəsilə bank əməliyyatlarının aparılmasına dair MÜQAVİLƏ
Bu Müqavilə ASC «Xalq» Bankında hüquqi şəxslərə, fərdi sahibkarlara və fiziki şəxslərə bu Müqavilə ilə müəyyən edilmiş bank xidmətlərinin «Xalqonline» internet bank sistemi vasitəsilə göstərilməsinin şərtləri və qaydasını müəyyənləşdirir.
1. ƏSAS ANLAYIŞLAR
Bank – Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankı;
Müştəri – hüquqi şəxslər, fərdi sahibkarlar və fərdi sahibkar olmayan fiziki şəxslər;
«Xalqonline» internet bank sistemi/Sistem – internet şəbəkəsi vasitəsilə bank xidmətlərindən istifadə üçün nəzərdə tutulmuş texniki proqram təminatı;
Login/İstifadəçi adı – Xxxxxxx tərəfindən online qeydiyyat zamanı müstəqil şəkildə yaradılan və ya onun müraciəti əsasında Bank tərəfindən Müştəriyə verilən və onu eyniləşdirməyə imkan verən istifadəçi adı;
Parol – Müştərinin Sistemdə Autentifikasiyası üçün istifadə olunan və müəyyən ardıcıllıqla tərtib olunmuş simvollar məcmusu;
Autentifikasiya – elektron bank xidmətlərdən istifadə etmək məqsədilə Sistemə giriş zamanı Müştərinin şəxsiyyətinin Sistemdə təsdiq olunması;
Elektron sənəd – Sistemdə istifadə üçün elektron formada tərtib edilən və Elektron imza ilə təsdiq edilməli sənəd;
Elektron imza – digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli xxxx, imza sahibini identikləşdirməyə imkan verən verilənlər. Bu Müqavilənin məqsədləri üçün Elektron imza qismində Xxxx imza və SMS-parol çıxış edir.
Elektron hesablaşma sənəd(lər)i – Müştərinin bank hesabında (xüsusi kart hesabı istisna olmaqla) xxxx pul vəsaitlərinin silinməsi və onların köçürülməsi, habelə pul vəsaitlərinin mübadiləsi üzrə əməliyyatların rəsmiləşdirilməsinə dair sərəncamı;
Hesab üzrə digər sərəncam(lar) – Elektron sənədin tərtib edilməsini tələb etməyən, Müştərinin bank hesabında xxxx pul vəsaitlərinin silinməsi və köçürülməsi, hesab üzrə digər əməliyyatların həyata keşirilməsinə dair sərəncamları.
Asan İmza (Mobil elektron imza) – Müştərini mobil cihazda Asan İmza SİM kartı vasitəsilə eyniləşdirməyə imkan verən verilənlər;
Asan İmza SİM kartı – Elektron imza yaratma vasitələrinin təhlükəsizliyi baxımından “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Respublikasının Qanununun və digər aidiyyəti normativ hüquqi aktların tələblərinə uyğun gələn elektron imza vasitəsi - mobil telefon üçün xüsusi SİM-kart, həm telefon nömrəsinin, həm də elektron imza yaratma məlumatlarının fiziki daşıyıcısıdır.
Asan İmza PİN/PUK kodları – Asan İmza SİM-kartının istifadəsinə imkan verən fərdi, təhlükəsiz identifikasiya kodlarıdır. Bu kodlar Asan İmza SİM-kartının üzərində çap olunaraq, pozulan qat altında gizlədilir. Şəxsiyyətin təsdiqlənməsi üçün PİN 1-dən, elektron imza üçün PİN 2-dən istifadə edilir. PİN 1 və PİN 2 kodlarının blokdan çıxarılması və ya onların dəyişdirilməsi üçün PUK koddan istifadə edilir.
SMS-parol – bu Müqavilənin 1№-li Əlavəsində göstərilmiş Ödəniş xidmətləri çərçivəsində müəyyən növ bank əməliyyatların təsdiq edilməsi üçün, habelə Login və Parol ilə Sistemə daxil olduğu zaman əlavə autentifikasiya vasitəsi kimi istifadə olunan və Bank tərəfindən Müştərinin mobil telefon nömrəsinə göndərilən birdəfəlik istifadə üçün nəzərdə tutulmuş rəqəmsal kod;
Ödəniş xidmətləri – Müştəriyə Sistem vasitəsilə Hesabda xxxx pul vəsaitlərinə dair (pul vəsaitlərinin qalıq məbləği həddində) sərəncam verilməsi ilə bağlı əməliyyatların aparılması üçün nəzərdə tutulmuş xidmətlər;
İnformasiya və digər xidmətlər – Müştəriyə Sistem vasitəsilə Hesab üzrə tam və aktual məlumatların alınması, habelə Sistem vasitəsilə mümkün xxxx digər məlumatların əldə edilməsi və digər əməliyyatların aparılması üzrə xidmətlər;
İmza nümunələri vərəqəsi – müvafiq bank hesabı açılarkən Müştəri tərəfindən təqdim edilən və hesab üzrə sərəncam vermək hüququ xxxx şəxslərin imzasının həqiqiliyini təsdiq edən sənəd; Nümayəndə/İstifadəçi – Müştərinin təsis sənədləri, əmri, etibarnaməsi və ya digər səlahiyyətverici sənədlər əsasında Müştərinin adından çıxış edən şəxs;
Tariflər – ASC “Xalq” Bankında Fiziki və hüquqi şəxslər üçün əməliyyatlar üzrə tariflər.
İnternet bankçılıq xidmətləri üzrə Tariflər – Bankın Tariflərində internet bankçılıq xidmətlərinin müştərilərə göstərilməsinə görə nəzərdə tutulmuş Bankın xidmət haqları;
Sayt – ASC “Xalq” Bankının rəsmi internet səhifəsi – xxx.xxxxxxxx.xx.
Bank hesabı müqaviləsi – bu anlayış altında Bank ilə Müştəri arasında bağlanmış müvafiq olaraq bank hesabı müqaviləsi(lələri), xüsusi kart hesabının açılması və bank kartının istifadəyə verilməsi haqqında müqavilə(lər) və Xxxxxx əmanətin(lərin) (depozitin(lərin)) yerləşdirilməsi haqqında müvafiq müqavilə(lər) nəzərdə tutulur.
2. MÜQAVİLƏNİN PREDMETİ
2.1. Bank Müştərinin kağız daşıyıcıda (2 №-li Əlavə) və ya elektron formada tərtib edilən qeydiyyat (Online qeydiyyat)1 ərizəsi (bundan sonra – «Ərizə») əsasında sonuncunun Sistemə qoşulmasını təmin etməyi, Müştərinin Sistemə qoşulmuş Bankdakı hesab(lar)ı (bundan sonra – «Hesab») üzrə Sistem vasitəsilə bu Müqavilə və müvafiq Bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş şərtlərlə və qaydada Ödəniş, İnformasiya və digər xidmətləri göstərməyi (bundan sonra birlikdə –
«internet bankçılıq xidmətləri»), Müştəri isə bu xidmətlərin müqabilində Banka Tariflərlə müəyyən olunmuş qaydada xidmət haqqını (bank komissiyalarını) ödəməyi öhdəsinə götürür.
2.2. Sistem vasitəsilə göstərilən internet bankçılıq xidmətləri çərçivəsində Müştərinin Hesab üzrə sərəncam verilməsi ilə bağlı və digər həyata keçirə biləcəyi əməliyyatların (bundan sonra birlikdə
- “bank əməliyyatları”) və Hesab üzrə əldə edə biləcəyi məlumatların siyahısı bu Müqavilənin 1
№-li Əlavəsində göstərilmişdir.
3. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
3.1. Bankın vəzifələri:
3.1.1. Müştərinin Sistemə qoşulmasını, habelə onu bu Müqavilə ilə müəyyənləşdirilmiş qaydada Login və Parol ilə təmin etmək;
3.1.2. Müştərinin Elektron imzası ilə təsdiq edilmiş Elektron hesablaşma sənədlərini və Hesab üzrə digər sərəncamları icraya qəbul etmək;
3.1.3. Sistemdən istifadə ilə bağlı Müştəriyə məlumat-məsləhət xidməti göstərmək. Qeyd edilən xidmət bayram, istirahət və digər qeyri-iş günləri istisna olmaqla həftənin I-V günləri saat 09:00-xxx 18:00-dək göstərilir.
3.1.4. Müştəri bu Müqavilənin 3.3.4-cü yarımbəndində müəyyən edilmiş qaydada Banka müraciət etdiyi təqdirdə onun Sistemə girişini dərhal bloklaşdırmaq;
3.1.5. Sistemin normal işləməsini təmin etmək. Sistemdən istifadə zamanı texniki problemlər yaranarsa, Bank onların aradan qaldırılması və Sistemin normal fəaliyyətini təmin etmək üçün ağlabatan müddətdə mümkün xxxx bütün tədbirləri görməlidir.
3.1.6. Müştərinin Sistem vasitəsilə göndərilmiş Elektron hesablaşma sənədlərini və Hesab üzrə digər sərəncamlarını qanunvericilik və müvafiq Bank hesabı müqaviləsi ilə müəyyən edilmiş müddətdə icra etmək;
1 Online qeydiyyat yalnız fiziki şəxs xxxx müştərilər üçün nəzərdə tutulmuşdur.
3.1.7. Müştəriyə, onun sorğusu əsasında Sistem vasitəsilə icra olunmuş Elektron hesablaşma sənədlərinin Bankın icra qeydi ilə təsdiq olunmuş surətlərini kağız daşıyıcıda təqdim etmək.
3.2. Bankın hüquqları:
3.2.1. Öz mülahizəsinə uyğun olaraq Müştəridən Elektron sənəd şəklində göndərdiyi Elektron hesablaşma sənədini kağız daşıyıcıda təqdim edilməsini tələb etmək və həmin sənədin Banka təqdim edilməsinədək Sistem vasitəsilə əməliyyatlar aparmamaq. Bu zaman Bank Elektron sənədi aldığı andan növbəti iş günündən gec olmayaraq Müştərini Sistem vasitəsilə göndərilən məlumatla bu tələb barədə xəbərdar etməlidir.
3.2.2. Müqavilənin istənilən şərtinə və İnternet bankçılıq xidmətləri üzrə Tariflərə Müştərini ən azı 10 (on) təqvim günü qabaqcadan Sistem vasitəsilə xəbərdar etməklə bu Müqavilənin 11-ci maddəsinə uyğun olaraq birtərəfli qaydada dəyişikliklər etmək. Əlavə olaraq Bank Müştərini bu dəyişikliklər barədə SMS məlumatlandırma xidməti vasitəsilə xəbərdar edə bilər.
3.2.3. Müştərinin Elektron imzası ilə təsdiqlənmiş Elektron hesablaşma sənədlərinin və ya Hesab üzrə digər sərəncamlarının həqiqiliyinə əsaslı şübhələr olduqda onları icra etməmək. Müştərinin Elektron imzası ilə təsdiqlənmiş Elektron hesablaşma sənədinin və ya Hesab üzrə digər sərəncamının icrasından imtina barədə qərar səbəblər göstərilməklə qəbul olduğu andan növbəti iş günündən gec olmayaraq Müştəriyə Sistem/SMS-məlumatlandırma xidməti vasitəsilə çatdırılır.
3.2.4. Öz mülahizəsinə uyğun olaraq Müştəri tərəfindən Sistem vasitəsilə göndərilən Elektron hesablaşma sənədlərinin qəbulunu bloklaşdırmaq. Bu zaman Müştəri Elektron hesablaşma sənədlərinin lazımi qaydada rəsmiləşdirilməklə kağız daşıyıcıda təqdim edilməsinin mümkünlüyü barədə 1 (bir) iş günü ərzində Sistem/SMS-məlumatlandırma xidməti vasitəsilə xəbərdar edilməlidir.
3.2.5. Müvafiq Bank hesabı müqaviləsi və ya qanunvericiliklə müəyyən edilmiş digər hallarda Sistem vasitəsilə Hesab üzrə əməliyyatların aparılmasından imtina etmək.
3.2.6. Öz mülahizəsinə uyğun olaraq, xxxxx Müştərini Sistem/SMS-məlumatlandırma xidməti vasitəsilə 10 (on) təqvim günü qabaqcadan xəbərdar etmək şərtilə bu Müqavilənin 1 №-li Əlavəsində göstərilmiş bank əməliyyatlarının və Hesab üzrə Müştərinin əldə edə biləcəyi məlumatların siyahısında dəyişikliklər etmək, habelə müəyyən növ bank əməliyyatlarının həyata keçirilməsini müvəqqəti olaraq məhdudlaşdırmaq. Maliyyə bazarlarında qəflətən baş verən təlatümlər, digər maliyyə riskləri, bazar konyunkturasının dəyişməsi və bu kimi ani qərarların qəbul edilməsini şərtləndirən hallarda bu dəyişikliklər və məhdudiyyətlər, habelə Sistem vasitəsilə aparılan bank əməliyyatlarının və Hesab üzrə Müştərinin əldə edə biləcəyi məlumatların sayının artırılması ilə bağlı Müqavilənin 1 No-li Əlavəsində edilən dəyişikliklər Müştəriyə qabaqcadan məlumat verilmədən həyata keçirilə bilər. Bu zaman bu dəyişikliklərin və/ və ya məhdudiyyətlərin tətbiq edilməsindən 1 (bir) iş günü müddətindən gec olmayaraq Bank Müştərini Sistem/SMS-məlumatlandırma xidməti vasitəsilə bu barədə xəbərdar etməlidir.
3.2.7. Aparılmış bank əməliyyatlarına və internet bankçılıq xidmətlərindən istifadəyə görə Tariflərlə müəyyən olunmuş xidmət haqlarının ödənilməsi üçün Müştərinin bank hesablarından müvafiq məbləğdə pul vəsaitlərini akseptsiz qaydada silmək.
3.2.8. Sistem vasitəsilə göndərilmiş Elektron sənədin rekvizitləri tam olmadıqda, Elektron sənəd qüvvədə xxxx qanunvericiliyin tələblərinə zidd olduqda, habelə Müştərinin Hesabında əməliyyatın həyata keçirilməsi və xidmət haqlarının ödənilməsi üçün kifayət qədər məbləğdə pul vəsaiti olmadıqda əməliyyatın keçirilməsindən imtina etmək.
3.2.9. Sistemin təhlükəsizliyi pozulduqda və ya pozulmasına cəhdlərin göstərilməsinə dair Bankın əsaslı şübhələri olduqda Müştərinin Sistemə girişini bloklaşdırmaq.
3.2.10. Zərurət olduqda, Sistem vasitəsilə həyata keçirilən bank əməliyyatları üzrə bu Müqavilənin 6.1.7-cı yarımbəndinə uyğun olaraq təyin olunmuş limitləri dəyişdirmək.
3.2.11. Müştərinin Logininin/Parolunun 3 dəfə səhv daxil edilməsini Sistemin təhlükəsizliyinin pozulmasına cəhd kimi qiymətləndirmək və Müştərinin Sistemə girişini bloklaşdırmaq.
3.2.12. Profilaktik tədbirlərin aparılması məqsədilə Sistemin fəaliyyətini Müştərini Sistem/SMS- məlumatlandırma xidməti vasitəsilə ən azı 5 (beş) təqvim günü qabaqcadan xəbərdar etmək şərtilə müvəqqəti olaraq dayandırmaq.
3.3. Müştərinin vəzifələri:
3.3.1. Parol ona SMS vasitəsilə təqdim edildikdən dərhal sonra Sistemə daxil olmaqla Parolu dəyişdirmək;
3.3.2. Üçüncü şəxslərə, o cümlədən Bankın əməkdaşlarına Logini, Parolu və/və ya PİN/PUK kodları açıqlamamaq;
3.3.3. Sistemə qeyri-qanuni daxil olma hallarını və/və ya Hesabda xxxx pul vəsaitləri üzərində qeyri- qanuni sərəncam hallarını aşkar etdikdə Sistemə girişi bloklaşdırmaq məqsədilə təcili qaydada Bankı bu Müqavilənin 3.3.4-cü yarımbəndində müəyyən edilmiş qaydada məlumatlandırmaq;
3.3.4. Login və ya Parol itirildikdə, yaddan çıxdıqda və ya onların üçüncü şəxslərə məlum olması ilə bağlı Müştərinin şübhələri yarandıqda Sistemə girişi bloklaşdırmaq məqsədilə bayram, istirahət və digər qeyri-iş günləri istisna olmaqla həftənin I-V günləri saat 09:00-xxx 18:00-dək Banka
«(994 12) 138» nömrəli telefon vasitəsilə və ya xxxxxxxxxxxx@xxxxxxxx.xx/xx@xxxxxxxx.xx elektron poçt ünvanına Ərizədə qeyd etdiyi elektron poçt ünvanından məktub göndərməklə dərhal müraciət etmək. Telefonla müraciət edildikdən sonra Müştəri 1 (bir) iş günü ərzində Sistemə girişin bloklaşdırılmasını Bankın müvafiq filialına ərizə ilə müraciət etməklə təsdiq etməlidir.
3.3.5. Üçüncü şəxslərin Sistemə qeyri-qanuni müdaxiləsi hallarından müdafiə olunmaq məqsədilə Sistemdən bu Müqavilənin 5 №-li Əlavəsi xxxx «İnformasiya təhlükəsizliyinə dair məsləhətlər»ə riayət etməklə istifadə etmək.
3.3.6. Bu Müqavilə üzrə Müştəriyə internet bankçılıq xidmətlərinin göstərilməsinə görə Banka İnternet bankçılıq xidmətləri üzrə Tariflərlə müəyyən olunmuş məbləğdə və qaydada müvafiq xidmət haqqını (komissiyaları) ödəmək;
3.3.7. Bank Elektron hesablaşma sənədinin kağız daşıyıcıda təqdim edilməsini tələb etdikdə, müvafiq Elektron sənədi imzalamış şəxslərin imzası ilə kağız daşıyıcıda onun təsdiq edilmiş nüsxəsini bu tələbi aldığı andan 1 (bir) iş günü ərzində Banka təqdim etmək. Əks təqdirdə qəbul olunmuş Elektron sənəd icra olunmayacaqdır.
3.3.8. Sistem vasitəsilə göndərilmiş Elektron hesablaşma sənədlərin icra vəziyyətini mütəmadi yoxlamaqla nəzarətdə saxlamaq.
3.4. Müştərinin hüquqları:
3.4.1. Elektron hesablaşma sənədlərinin icrası ilə bağlı hər xxxxx xxxxx və ya etirazı olduğu təqdirdə müvafiq Elektron sənədin rekvizitləri göstərilməklə yazılı şəkildə Banka müraciət etmək;
3.4.2. Login bloklaşdırıldıqda, itirildikdə, üçüncü şəxslərin Logindən qanunsuz istifadə olunmasına dair Müştərinin şübhələri olduqda Banka yeni Login və Parolun alınması üçün müraciət etmək;
3.4.3. Öz mülahizəsinə uyğun olaraq Loginin bloklaşdırılması üçün Banka göstəriş vermək;
3.4.4. Sistem vasitəsilə icra olunmuş Elektron hesablaşma sənədlərinin kağız daşıyıcıda icra qeydi ilə təsdiq olunmuş surətlərini, Hesab üzrə digər sərəncamlara dair isə Sistem vasitəsilə qəbz almaq;
3.4.5. Sistemə giriş imkanı xxxx Nümayəndələrin girişinin bağlanması, yeni Nümayəndələrin qeydiyyata alınması, habelə Nümayəndələrin dəyişdirilməsi üçün bu Müqavilənin 3 №-li Əlavəsi xxxx ərizə ilə Banka müraciət etmək.
4. SİSTEMDƏ QEYDİYYAT ÜSULLARI VƏ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
METODLARI
4.1. Sistemdə qeydiyyat.
4.1.1. Sistemdə qeydiyyatdan keçmək üçün aşağıdakı üsullar mövcuddur:
4.1.1.1. Online qeydiyyat – Xxxxxx xxxxxx xxxx fiziki şəxs Müştərilərin xxx.xxxxxxxxxx.xx saytı vasitəsilə qeydiyyatdan keçməklə Sistemə qoşulması.
4.1.1.2. Kağız daşıyıcıda ərizə ilə qeydiyyat – Xxxxxx xxxxxx xxxx həm fiziki, həm də hüquqi şəxs xxxx Müştərilər tərəfindən kağız daşıyıcıda ərizənin (2 №-li Əlavə) təqdim edilməsi yolu ilə Sistemə qoşulma.
4.2. Müştərinin Sistemdə Autentifikasiyası.
4.2.1. Müştərinin sistemdə Autentifikasiyası ASAN imza və ya Login və Parol, habelə SMS-parol əsasında həyata keçirilir.
4.2.2. Bank Müştərinin Sistemə girişini yalnız Autentifikasiyadan keçdikdən sonra, yəni Müştəri tərəfindən daxil edilən Login və Parolun, SMS-parolun Sistemdə xxxx məlumatlarla uyğunluq təşkil etdiyi təqdirdə təqdim edir.
4.2.3. Tərəflər təsdiq edirlər ki, Autentifikasiya zamanı Müştəri tərəfindən istifadə olunan Login unikaldır və Sistemə girişin Müştəri tərəfindən həyata keçirilməsini təsdiq edir.
4.2.4. Müştəri Ərizədə təqdim etdiyi məlumatlarda (adında, soyadında, ata adında, ünvanında, şəxsiyyət vəsiqəsinə dair məlumatlarda/Hüquqi şəxsin adında, təşkilati hüquqi formasında, onu (qanuni nümayəndəsi qismində) təmsil etdiyi şəxsdə, və s.) dəyişikliklər baş verdiyi təqdirdə bu dəyişikliklərin baş verdiyi gündən 3 (üç) iş günü ərzində Banka məlumat verməyi, habelə bu faktı təsdiq edən müvafiq sənədləri Banka təqdim etməyi öhdəsinə götürür.
4.3. Login və Parolun yaradılması qaydası.
4.3.1. Online qeydiyyat zamanı Login ən azı 6 simvoldan ibarət olmaqla Müştəri, kağız daşıyıcıda ərizə ilə qeydiyyat zamanı isə onun müraciəti əsasında Bank tərəfindən yaradılır.
4.3.2. Müştəri Sistemdə qeydiyyatdan keçdikdən sonra onun mobil telefon nömrəsinə SMS- məlumatlandırma xidməti vasitəsilə ilkin Parol göndərilir. Müştəri ilkin Parol vasitəsilə Sistemə daxil olduqdan sonra mütləq qaydada onu dəyişdirməlidir.
Yeni Parol ən azı 8 simvoldan ibarət olmaqla Müştəri tərəfindən yaradılır. Parolda ən azı 1 ədəd böyük, 1 ədəd kiçik hərf və 1 ədəd rəqəm olmalıdır.
Müştəri ona verilmiş Xxxxx haqqında məlumatları üçüncü şəxslərdən qorumalı, Parolu Bankın əməkdaşlarına açıqlamamalı, habelə Parol təhrif olunduğu təqdirdə bu barədə dərhal Banka məlumat verməli və xxx.xxxxxxxxxx.xx səhifəsi vasitəsilə Parolunu dəyişdirməlidir.
4.4. Elektron imza.
4.4.1. Sistem vasitəsilə yaradılmış Elektron hesablaşma sənədlərinin həqiqiliyini və tamlığını təsdiq etmək məqsədilə Müştəri Elektron imzadan istifadə edir. Qüvvədə xxxx qanunvericiliyə əsasən elektron imza Müştərinin şəxsi imzasının analoqudur. Asan imza növündə Elektron imzanın əldə edilməsi Müştəri tərəfindən öz vəsaitləri hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
4.4.2. Müqavilənin 1 №-li Əlavəsində nəzərdə tutulmuş bəzi Ödəniş xidmətlərindən, habelə İnformasiya və digər xidmətlərdən istifadə zamanı Sistem vasitəsilə verilmiş Hesab üzrə digər sərəncamların təsdiq edilməsi tələb olunmur.
4.4.3. Müştəri təsdiq edir ki, Elektron imza ilə imzalanmış və Banka təqdim edilmiş Elektron hesablaşma sənədləri:
4.4.3.1. Sadə yazılı formada bağlanan əqdlər üçün müəyyən olunmuş tələblərə cavab verir və sənədlərin şəxsi imza ilə imzalanması zamanı yaratdığı hüquqi nəticələrə səbəb olur.
4.4.3.2. Bu qəbildən xxxx sənədlər üçün tələb olunan göstəricilərə xxxxx xxxx kağız daşıyıcıda tərtib olunmuş sənədlər ilə eyni hüquqi qüvvəyə malikdir və Müştərinin bank hesablarında xxxx vəsaitlər üzrə onun adından əməliyyatlar aparmaq üçün əsasdır.
4.4.3.3. Yalnız Sistem vasitəsilə Banka ötürüldüyü və /və ya Elektron sənəd formasında rəsmiləşdirildiyinə görə Müştəri və üçüncü şəxslər tərəfindən mübahisələndirilə, inkar edilə və ya etibarsız hesab edilə bilməz.
4.4.3.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada yazılı sübutlar ilə eyni hüquqi qüvvəyə xxxxx xxxx sübut şəklində təqdim oluna bilər. Bu zaman qeyd edilən sübutların mümkünlüyü onların Elektron sənəd formasında və ya kağız daşıyıcıda surətinin təqdim olunmasına görə inkar edilə bilməz.
4.4.4. Elektron imzadan üçüncü şəxslər tərəfindən qeyri-qanuni istifadə nəticəsində Müştəriyə dəymiş ziyana görə Bank məsuliyyət daşımır.
4.5. İstifadəçilərin statuslarının növləri və Elektron hesablaşma sənədlərinin imzalanması qaydası.
4.5.1. Sistemdə Hesab(lar) üzrə (xüsusi kart hesabları istisna olmaqla) bank əməliyyatlarının həyata keçirilməsi üçün istifadəçilərin aşağıdakı növləri (tipləri) müəyyən olunmuşdur:
− İmzalayan şəxs – imza nümunələri vərəqəsində qeyd edilmiş və birinci imza hüququ xxxx Xxxxxxxxxxxx imzası (əməliyyatlar yalnız Asan imza ilə təsdiq olunur);
− Yoxlayan şəxs – imza nümunələri vərəqəsində qeyd edilmiş və ikinci imza hüququ xxxx Xxxxxxxxxxxx imzası (əməliyyatlar yalnız Asan imza ilə təsdiq olunur);
− Əməliyyatçı – Sistemə çıxışı xxxx, Elektron hesablaşma sənədlərini yaratmaq/dəyişdirmək, hesablara baxmaq, çıxarışlar almaq hüququ xxxx Nümayəndənin imzası;
− Nəzarətçi – Hesabda xxxx pul vəsaitlərinə nəzarət etmək, rəsmiləşdirilmiş sənədlərə baxmaq hüququ xxxx şəxsin imzası
İstifadəçi növü | Sənədlərin müşahidəsi | Sənədlərin tərtibi | Sənədlərin imzalanması |
İmzalayan şəxs | ☑ | ☑ | ☑ |
Yoxlayan şəxs | ☑ | ☑ | ☑ |
Əməliyyatçı | ☑ | ☑ | 🗵 |
Nəzarətçi | ☑ | 🗵 | 🗵 |
4.5.2. Müştəri imza nümunələri vərəqəsində qeyd edilmiş Nümayəndələrinə Hesabda xxxx pul vəsaitləri üzrə Elektron imzadan istifadə etməklə sərəncam vermək hüququnu təqdim edir.
Müştəri tərəfindən Sistem vasitəsilə Hesab (xüsusi kart hesabı istisna olmaqla) üzrə Banka təqdim edilən Elektron hesablaşma sənədləri və Hesab (xüsusi kart hesabı istisna olmaqla) üzrə digər sərəncamlar aşağıdakı qaydada imzalanmalıdır:
− İmza nümunələri vərəqəsində yalnız bir şəxsin adı qeyd olunmuşdursa (birinci imza hüququna xxxxx xxxx) həmin şəxs tərəfindən;
− İmza nümunələri vərəqəsində həm birinci, həm də ikinci imza hüququna xxxxx xxxx şəxslərin adı qeyd olunmuşdursa, birinci və ikinci imza hüququna xxxxx xxxx şəxslərin birgə imzası ilə;
− İmza nümunələri vərəqəsində birinci və/və ya ikinci imza hüququ xxxx xxx neçə şəxsin adı qeyd olunmuşdursa, imza nümunələri vərəqəsində onların birinci və ya ikinci imza hüququnu birgə qaydada və ya ayrı-ayrılıqda həyata keçirilməsinin göstərilməsindən asılı olaraq həmin şəxslər tərəfindən birgə qaydada və ya onlardan hər xxxxx xxxx tərəfindən.
4.5.3. Hesab üzrə çıxarışlar 4.5.1-ci yarımbənddə qeyd edilmiş istənilən statusa malik Nümayəndə tərəfindən əldə edilə bilər.
5. SİSTEMDƏN İSTİFADƏ
5.1. Sistemə giriş.
5.1.1. Sistemə giriş Müqavilə bağlamış və bu Müqavilə ilə müəyyən olunmuş qaydada Sistemə qoşulmuş Müştərilərə təqdim edilir.
5.1.2. Müştərinin Sistemə girişi onun Sistemdə Autentifikasiyası müsbət nəticələndiyi təqdirdə həyata keçirilir.
5.2. Xidmətin dayandırılması.
5.2.1. Müştəriyə Sistem vasitəsilə internet bankçılıq xidmətlərinin göstərilməsinin dayandırılması onun Sistemə girişinin bloklaşdırılması deməkdir.
5.2.2. Parol ardıcıl olaraq 4 dəfə yanlış daxil edildikdə Müştərinin Sistemə girişi avtomatik olaraq 15 dəqiqə müddətinə bloklaşdırılır. Qeyd edilən müddət bitdikdən sonra Xxxxx hər növbəti dəfə təkrarən səhv daxil edildikdə bloklaşdırma müddətinin intervalı artır.
5.2.3. Müştəriyə Sistem vasitəsilə internet bankçılıq xidmətlərinin göstərilməsi Bankın təqsiri ilə bağlı olmayan hallarda dayandırıldıqda Müştəri tərəfindən həmin xidmətlərinin ona göstərilməsinə görə Banka ödənilmiş xidmət haqları (komissiyalar) xxxx qaytarılmır.
5.2.4. İnternet bankçılıq xidmətlərinin göstərilməsinin dayandırılması nəticəsində Müştəriyə dəymiş ziyana görə Bank məsuliyyət daşımır.
5.2.5. Loginin bloklaşdırılması səbəbindən Sistem vasitəsilə göstərilən internet bankçılıq xidmətlərinin dayandırılmasından sonra Sistemdə xidmət olunmasının bərpa edilməsi üçün Müştəri Banka yazılı şəkildə müraciət etməlidir.
5.2.6. Müştəriyə ən azı 5 (beş) təqvim günü qabaqcadan məlumat verilməsi şərtilə, Sistemdə iş profilaktik tədbirlərin və yenilənmələrin aparılması üçün dayandırıla bilər.
5.2.7. Sistemdə iş qabaqcadan məlumat verilmədən aşağıdakı hallarda dayandırıla bilər:
5.2.7.1. İnformasiya və maliyyə risklərinin idarə olunması ilə bağlı tədbirlərin görülməsi zərurəti yarandıqda;
5.2.7.2. Rabitə kanallarında baş vermiş qəza nəticəsində Sistemin davamlı fəaliyyətini təmin etmək mümkün olmadıqda;
5.2.7.3. Müştəri tərəfindən İnternet bankçılıq xidmətləri üzrə Tariflərlə müəyyənləşdirilmiş miqdarda və qaydada komissiyalar/xidmət haqqı ödənilmədikdə.
5.2.8. Sistemin fəaliyyəti bu Müqavilənin 5.2.7-ci yarımbəndi ilə müəyyən olunmuş əsaslarla dayandırıldıqda Bank Sistemin fəaliyyətinin dayandırıldığı andan növbəti iş günü ərzində Müştəriyə dayandırılmanın səbəbləri göstərilməklə Sistem/SMS-məlumatlandırma xidməti vasitəsilə məlumat göndərir.
6. ELEKTRON HESABLAŞMA SƏNƏDLƏRİNİN VƏ HESAB ÜZRƏ DİGƏR SƏRƏNCAMLARIN ÖTÜRÜLMƏSİ VƏ İCRASI
6.1. Sistemdən istifadə etməklə Müştərinin Elektron hesablaşma sənədlərinin və Hesab üzrə digər sərəncamlarının formalaşdırılması və Banka ötürülməsi.
6.1.1. Elektron hesablaşma sənədlərinin və Hesab üzrə digər sərəncamlarının formalaşdırılması və ötürülməsi üçün Müştəri tərəfindən Sistemdə bu məqsədlə tərtib olunmuş nümunəvi formaların müvafiq xanaları doldurulur.
6.1.2. Tərəflər təsdiq edirlər ki, Banka ötürülmüş Elektron sənəd, ödəniş sənədlərinin formasına dair Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən olunmuş tələblərə cavab verir.
6.1.3. Elektron hesablaşma sənədlərinin və Hesab üzrə digər sərəncamların Sistem tərəfindən qəbulu 24 saat ərzində həyata keçirilir.
6.1.4. Elektron sənəd formasında tərtib olunmuş hesablaşma sənədləri bu Müqavilə ilə nəzərdə tutulmuş müvafiq növ Elektron imza ilə təsdiq edilməlidir. Elektron sənəd təsdiq edilmədiyi təqdirdə o icra edilməsi üçün qəbul edilmir.
6.1.5. Elektron sənədin tərtib edilməsini nəzərdə tutmayan, Sistemdə xüsusi formanın doldurulması yolu ilə Banka ötürülən hesab üzrə digər sərəncamların təsdiq edilməsi tələb olunmur.
6.1.6. Bank Müştərini Elektron hesablaşma sənədinin və Hesab üzrə digər sərəncamların icra edilib- edilməməsi barədə Elektron sənədə münasibətdə onun statusuna, Hesab üzrə digər sərəncamlara münasibətdə isə onların icrasına dair Sistemdə məlumat verməklə xəbərdar edir.
6.1.7. Bank Sistem vasitəsilə Hesab üzrə aparılan əməliyyatların sayına və məbləğlərə öz mülahizəsinə uyğun olaraq müxtəlif limitlər müəyyənləşdirə bilər. Bu halda Bank Müştərini qüvvədə xxxx limitlər barədə Sistem ilə müəyyən edilmiş qaydada məlumatlandırır.
6.2. Elektron hesablaşma sənədlərinin saxlanması
6.2.1. Elektron ödəniş tapşırıqları Bank tərəfindən elektron sənədin nömrəsini, ödəyicinin adını, onun hesab nömrəsini, ödəniş məbləğini, habelə alıcının və onun bankının rekvizitlərini göstərməklə elektron sənədlərin uçotu jurnalında qeydə alınır. Elektron sənədlərin uçotunu əks etdirən jurnalın aparılmasına baş mühasib və ya onun müavini nəzarət edir.
6.2.2. Elektron sənədlərin saxlanması qaydası və uçotunun aparılması qanunvericilik ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
6.3. Elektron hesablaşma sənədləri barədə məlumatlar
6.3.1. Bank Müştəri tərəfindən göndərilmiş Elektron sənədlər, hesablar üzrə aparılmış əməliyyatlar barədə, habelə hesablarının xxxx vəziyyəti və digər aktual və həqiqi məlumatları bu Müqavilə ilə müəyyən edilmiş qaydada Müştəriyə təqdim etməyi öhdəsinə götürür.
6.4. Müştərinin Elektron hesablaşma sənədlərinin icrası
6.4.1. Müştərinin Elektron hesablaşma sənədləri qanunvericilik və Bank ilə Müştəri arasında bağlanmış müvafiq hesab üzrə əməliyyatların aparılması qaydasını müəyyənləşdirən müqavilə ilə müəyyən olunmuş müddətlərdə icra olunur.
6.4.2. Sistem vasitəsilə yaradılmış Elektron hesablaşma sənədi tərtib edildiyi andan 3 gün ərzində imzalanmadıqda həmin hesablaşma sənədi Bank tərəfindən ləğv edilir.
6.4.3. Hesab üzrə Elektron hesablaşma sənədlərinin icrası bu Müqavilənin 6 №-li Əlavəsi xxxx Hesablaşma sənədlərin icrası Reqlamenti ilə müəyyən edilmiş vaxt ərzində həyata keçirilir. Bank qanunvericiliklə nəzərdə tutulmuş hallarda Elektron sənədləri icra etmir.
6.4.4. Bankın aşağıdakı hallarda Elektron sənədin icra edilməsindən imtina etmək hüququ vardır:
6.4.4.1. Yoxlama zamanı hesablaşma sənədinin icrasının qanunvericiliyə, Azərbaycan Respublikasının maliyyə bazarlarında tənzimləməni və nəzarəti həyata keçirən qurumun normativ xarakterli aktlarına, bu Müqaviləyə və müvafiq Bank hesabı müqaviləsinə zidd olduğu müəyyən edildikdə;
6.4.4.2. Hesablaşma sənədinin icra edilməsi məqsədilə Azərbaycan Respublikasının valyuta qanunvericiliyinə uyğun olaraq Müştəri tərəfindən Banka təqdim edilməsi tələb olunan müvafiq əsaslandırıcı sənədlər, o cümlədən xidmətlərin, işlərin görülməsi və ya malların təqdim edilməsi faktını təsdiq edən sənədlər Banka təqdim edilmədikdə.
6.4.4.3. Bank tərəfindən müəyyən olunmuş tələblərə uyğun olaraq qəbul olunmuş Elektron sənədin yerinə yetirilməsinin mümkünlüyünə dair həyata keçirilən yoxlama mənfi nəticə göstərdikdə;
6.4.4.4. Müştərinin bank hesabında hesablaşma sənədinin icra edilməsi, habelə Tariflərə uyğun olaraq xidmət haqlarının ödənilməsi üçün kifayət qədər pul vəsaitləri olmadıqda;
6.4.4.5. Sistemin təhlükəsizliyinin pozulması barədə əsaslı şübhələri olduqda.
6.4.5. Qeydiyyata alınmış Elektron sənədin icrasından imtina edildiyi halda Müştərinin bununla bağlı məlumat əldə etmək məqsədilə Banka müraciət etmək və icra olunmamasının səbəbləri barədə məlumat əldə etmək hüququ vardır.
6.4.6. Müştəri Sistem vasitəsilə aparılmış əməliyyatın icra olunduğu tarixdən 30 (otuz) təqvim günü ərzində bu əməliyyatla bağlı hər hansı qeydi və ya etirazı olduğu təqdirdə öz etirazını bildirmək hüququna malikdir. Qeyd edilən müddət bitdikdən sonra Sistem vasitəsilə aparılmış müvafiq əməliyyat Müştəri tərəfindən mübahisələndirilə bilməz.
6.4.7. Elektron sənədin yaradılmasını tələb edən əməliyyatların həyata keçirilməsi nəticəsində Sistemdə bu sənədin üzərində Bankın müvafiq ştampının skan surəti əks olunur.
Elektron sənədin tərtib edilməsini tələb etməyən, Sistemdə xüsusi formanın doldurulması yolu ilə Banka ötürülən Hesab üzrə digər sərəncamların icrası nəticəsində isə Sistemdə elektron qəbz formalaşır.
6.5. Elektron sənədlərin kağız daşıyıcılarda təsdiq edilməsi
6.5.1. Bank ilə Müştəri arasında digər qayda müəyyənləşdirilmədiyi təqdirdə, Bank Müştərinin sorğusu əsasında ona müvafiq Bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş şərtlərlə və
qaydada Elektron sənədlərin icra qeydi ilə təsdiq edilmiş nüsxələrini kağız daşıyıcıda təqdim etməyi öhdəsinə götürür.
6.5.2. Bank Müştəri tərəfindən göndərilmiş Elektron sənədlərin mənasına və məzmununa ekvivalent xxxx kağız daşıyıcıda təsdiqedici sənədlərin təqdim edilməsini sonuncudan tələb etmək hüququna malikdir.
6.5.3. Müştərinin Nümayəndələri bu Müqavilənin 3.3.7-ci yarımbəndinə uyğun olaraq Bankın tələbi ilə Sistem vasitəsilə göndərilmiş Elektron sənədləri kağız daşıyıcıda şəxsi imzası ilə imzalamalıdırlar.
6.5.4. Müştəri tərəfindən bu Müqavilənin 6.5.3-cü yarımbəndi ilə müəyyən edilmiş qaydada Elektron sənədlər kağız daşıyıcıda təqdim edilməyənədək Bankın Elektron hesablaşma sənədlərini icraya qəbul etməmək hüququ var.
7. KONFİDENSİALLIQ
7.1. Bank, Müştəriyə aid fərdi məlumatları, bank və kommersiya sirri təşkil edən konfidensial məlumatları üçüncü şəxslərin qanunsuz müdaxiləsindən qorunması məqsədilə lazımi tədbirlər görməyi öhdəsinə götürür.
7.2. Müştəri internet şəbəkəsi vasitəsilə konfidensial məlumatların ötürülməsi zamanı üçüncü şəxslər tərəfindən bu məlumatlara qanunsuz müdaxilə riskinin mövcudluğunu anlayır və bununla bağlı riskləri öz üzərinə götürür.
7.3. Müştəri razılaşır ki, Bank Müqavilənin bağlanması ilə əlaqədar Müqavilə üzrə öz öhdəliklərin icrası, habelə Bank tərəfindən yeni məhsulların və xidmətlərin hazırlanması və Müştərinin bu məhsullar və xidmətlər barədə məlumatlandırılması məqsədilə Banka təqdim edilmiş, Müştərinin fərdi məlumatlarına aid edilə bilən istənilən məlumatları, o cümlədən Ərizədə və/və ya Banka təqdim edilmiş digər sənədlərdə göstərilən məlumatları “Fərdi məlumatlar haqqında” AR Qanununa müvafiq olaraq saxlamaq və işləmək hüququna malikdir.
Fərdi məlumatların işlənilməsi dedikdə, həmin məlumatlar üzərində aparılan əməliyyatlar, yəni fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi və məhv edilməsi nəzərdə tutulur.
Bankın Müştəri tərəfindən təqdim edilmiş fərdi məlumatların doğruluğunu yoxlamaq hüququ vardır. 2
8. XİDMƏT HAQQININ MƏBLƏĞİ VƏ ÖDƏNİLMƏSİ QAYDASI
8.1. Sistemdə xidmət olunmağa və Hesab üzrə əməliyyatların aparılmasına görə Müştəri Banka Tariflərlə, habelə Tərəflər arasında bağlanmış müvafiq Bank hesabı müqaviləsi ilə müəyyən olunmuş qaydada və məbləğdə xidmət haqları ödəyir.
8.2. Xidmət haqlarının ödənilməsi Tariflərə, müvafiq Bank hesabı müqaviləsinə uyğun olaraq Müştərinin bank hesabından müvafiq məbləğdə vəsaitlərin akseptsiz qaydada silinməsi yolu ilə həyata keçirilir. Müştərinin bank hesabında xidmət haqqının ödənilməsi üçün kifayət qədər pul vəsaitləri olmadıqda Bankın Müştərinin razılığını almadan müvafiq məbləğdə pul vəsaitlərini onun Xxxxxx xxxx digər hesablarından silmək hüququ vardır.
8.3. Müştəri hər ay bank hesabında internet bank xidmətlərindən istifadəyə görə Tariflərlə müəyyən olunmuş xidmət haqlarının ödənilməsi üçün kifayət edəcək məbləğdə pul vəsaitlərinin olmasını təmin etməlidir.
9. MƏSULİYYƏT
9.1. Bankın məsuliyyəti.
2 Bu bəndin müddəaları yalnız fiziki şəxs xxxx Müştərilərə tətbiq edilir
9.1.1. Bank Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əməl olunmaması, o cümlədən Bankın bu Müqavilə ilə müəyyənləşdirilmiş öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində Sistemdən istifadə zamanı Müştəriyə dəymiş real zərərin ödənilməsi hissəsində sonuncu qarşısında məsuliyyət daşıyır.
9.1.2. Bank aşağıdakılara görə məsuliyyət daşımır:
9.1.2.1. Elektron sənədin icrası qanunvericiliyin, Azərbaycan Respublikasının maliyyə bazarlarında tənzimləməni və nəzarəti həyata keçirən qurumun normativ xarakterli aktlarının, Müqavilənin şərtlərinin pozulmasına səbəb olduqda, o cümlədən Elektron sənəd Müştəri tərəfindən təsdiq olunmadıqda, Elektron sənədin yoxlanması mənfi nəticə verdikdə, Elektron sənədin icrası və komissiyanın/xidmət haqqının ödənilməsi üçün hesabda kifayət qədər məbləğdə pul vəsaiti olmadıqda, habelə Müqavilə və qanunvericilik ilə müəyyən olunmuş digər hallarda – bu Elektron sənədlərin icra edilməməsinə görə;
9.1.2.2. Elektron sənəd Müştəri tərəfindən yanlışlıqla təkrarən göndərildikdə;
9.1.2.3. Bu Müqavilənin 3.3.4-cü yarımbəndi ilə müəyyən olunmuş qaydaya riayət olunmaması nəticəsində Müştəriyə dəymiş ziyana görə.
9.1.3. Bank rabitə kanalları vasitəsilə ötürülən məlumatların keyfiyyətinə və sürətinə görə məsuliyyət daşımır.
9.2. Müştərinin məsuliyyəti.
9.2.1. Müştəri qüvvədə xxxx qanunvericiliyə əsasən, o cümlədən Müştərinin adından səlahiyyəti olmayan şəxslər tərəfindən Müştəriyə aid təsdiq etmə üsullarından istifadə etməklə göndərilmiş Elektron sənədlərin icrası nəticəsində Banka dəymiş zərərə görə Bank qarşısında məsuliyyət daşıyır.
9.2.2. Müştəri bu Müqavilə imzalanan və icra olunan zaman Banka təqdim etdiyi məlumatların həqiqiliyinə və aktuallığına görə məsuliyyət daşıyır;
9.2.3. Müştəri üçüncü şəxslərin onun mobil telefon nömrəsinə çıxış imkanın olması riskinin mövcudluğunu anlayır və bu riskə görə məsuliyyət daşıyır.
9.2.4. Müştəri hesablar üzrə aparılan bank əməliyyatlarının bəzi növlərinə görə, bu Müqavilə ilə müəyyən olunmuş qaydada məhdudiyyətlərin tətbiq olunmasının mümkünlüyünü qəbul edir və buna öz razılığını bildirir.
10. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
10.1. Bu Müqavilədən irəli gələn mübahisələr Tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Tərəflərdən hər hansı birinin digər Tərəfə qarşı Müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsinə dair etirazı olduqda, onun qarşı Tərəfə pozuntuların aradan qaldırılması, dəymiş zərərin ödənilməsi, cərimənin ödənilməsi məqsədilə və
s. barədə əsaslandırılmış məktub göndərmək hüququ var.
10.2. Tərəf etiraz ilə xxxxx xxx verilmiş cavab ilə razılaşmadıqda, mübahisələrin həlli üçün pozuntunun baş verdiyi tarixdən (və ya məktubun verildiyi tarixdən) iki həftə ərzində Xxxxxx ekspert komissiyası yaradılır. Ekspert komissiyasına Bankın və Müştərinin eyni xxxxx nümayəndələri, zərurət olduqda Sistemin istehsalçının nümayəndələri və müstəqil ekspertlər daxildir. Komissiyanın tərkibi tərəflər arasında aktla rəsmiləşdirilir.
Ekspert komissiyası tərəfindən mübahisə həll olunmadıqda məsələ məhkəməyə qaydasında həll olunur.
11. MÜQAVİLƏNİN ŞƏRTLƏRİNİN VƏ TARİFLƏRİN DƏYİŞDİRİLMƏSİ
11.1. Bu Müqavilə Bankın təşəbbüsü ilə, Müqaviləyə dəyişikliklər və əlavələr edilməsi, o cümlədən Müqavilənin yeni redaksiyasının təsdiq edilməsi yolu ilə dəyişdirilə bilər.
11.2. Müqaviləyə edilmiş əlavə və/və ya dəyişikliklər bu barədə məlumatların Bank tərəfindən Müqavilənin 12-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada dərc edilməsi anından 10 (on) təqvim günü keçdikdən sonra qüvvəyə minir.
11.3. Bank internet bankçılıq xidmətləri üzrə Tarifləri birtərəfli qaydada dəyişdirmək hüququna malikdir. İnternet bankçılıq xidmətləri üzrə Tariflərə edilmiş dəyişikliklər bu barədə məlumatların Bank tərəfindən Müqavilənin 12-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada dərc edilməsi anından 10 (on) təqvim günü keçdikdən sonra qüvvəyə minir.
11.4. Müştəri Müqavilə və internet bankçılıq xidmətləri üzrə Tariflərə edilmiş əlavə və/və ya dəyişikliklərlə razılaşmadıqda, o Müqaviləni müvafiq dəyişikliklərin qüvvəyə minməsi tarixinədək 14-cü maddə ilə müəyyən edilmiş qaydada vaxtından əvvəl ləğv edə bilər.
11.5. Müştəri tərəfindən 11.4-cü bənd ilə müəyyən edilmiş müddət ərzində Müqavilənin ləğv edilməsi barədə ərizə daxil olmadıqda, Tərəflər təsdiq edirlər ki, Müqaviləyə və internet bankçılıq xidmətləri üzrə Tariflərə edilmiş əlavə və dəyişiklilər Müştəri tərəfindən qəbul edilmiş sayılır.
11.6. Müqaviləyə və/ və ya Tariflərə edilmiş əlavə və/və ya dəyişiklilər barədə bu Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətlərdə yerləşdirilmiş məlumatların Müştəri tərəfindən qəbul olunmamasına, öyrənilməməsinə, düzgün şərh edilməməsinə görə Bank məsuliyyət daşımır.
11.7. Müqaviləyə və internet bankçılıq xidmətləri üzrə Tariflərə edilmiş istənilən əlavə və dəyişikliklər onların qüvvəyə minməsi tarixindən, o cümlədən bu əlavə və dəyişikliklərin qüvvəyə minməsi tarixinədək Bankla eyni məzmunlu müqaviləri bağlamış bütün şəxslərə bərabər qaydada şamil olunur.
12. MƏLUMATLARIN DƏRC OLUNMASI.
12.1. Müqavilədə məlumatların dərc olunması dedikdə, bu məlumatların müştərilərə çatdırılması
məqsədilə Bank tərəfindən həmin məlumatların Sistem vasitəsilə göndərilməsi və/və ya Saytda yerləşdirilməsi başa düşülür.
12.2. Müqavilə, Tariflər və digər məlumatlar yerləşdirildiyi andan Müştəri bu məlumatlarla xxxxx olmuş sayılır.
13. FORS MAJOR
13.1. Tərəflər bu Müqavilə ilə üzərilərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Müqavilənin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Müqavilənin icrasının mümkünsüzlüyünə səbəb xxxx hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.
13.2. Bu Müqavilənin 13.1-ci bəndində göstərilən səbəblərdən Müqavilənin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.
13.3. Fors—major halların təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir.
13.4. Fors—major halların baş verməsi barədə xəbərdar etməyən və ya vaxtlı—vaxtında xəbərdar etməyən Tərəf Müqavilə üzrə öhdəliklərini icra edə bilmədikdə fors—major hallara istinad etmək hüququnu itirir.
13.5. Fors—major halların baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf qüvvədə xxxx qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
13.6. Fors—major halların mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.
14. MÜQAVİLƏNİN BAĞLANMASI, MÜDDƏTİ VƏ LƏĞV OLUNMASI QAYDASI
14.1. Bank ilə Müştəri arasında Müqavilənin bağlanması, online qeydiyyat zamanı elektron qeydiyyat ərizəsinin doldurulması, kağız daşıyıcıda ərizə ilə qeydiyyat zamanı isə Müştəri tərəfindən (onun nümayəndəsi) Banka lazımi qaydada təsdiq edilmiş Ərizənin təqdim edilməsi, Bank tərəfindən isə onun aksept edilməsi yolu ilə Müştərinin Müqaviləyə və onda əks olunmuş şərtlərə qoşulması yolu ilə həyata keçirilir.
Müştəri tərəfindən Banka Ərizənin təqdim edilməsi Bank tərəfindən bu Ərizənin aksepti demək deyildir. Bank öz təşəbbüsü ilə və qanunvericiliklə müəyyən edilmiş digər hallarda Müqavilənin bağlanmasından imtina edə bilər.
14.2. Online qeydiyyat zamanı qeydiyyatın uğurla başa çatdırlımasını təsdiq edən məlumatın Sistemdə əks olunması, kağız daşıyıcıda ərizə ilə qeydiyyat zamanı isə Bank tərəfindən ərizənin qəbul edilməsi və onun surətinin Bankın aksept edilməsi qeydi ilə birlikdə Müştəriyə qaytarılması ilə Müqavilə bağlanmış hesab olunur.
14.3. Müştəridən Ərizənin qəbul edilməsi onun xidmət olunduğu müvafiq filialda həyata keçirilir.
14.4. Müqavilə Online qeydiyyat zamanı qeydiyyatın uğurla başa çatdırılmasını təsdiq edən məlumatın Sistemdə əks olunduğu, kağız daşıyıcıda ərizə ilə qeydiyyat zamanı isəMüştəri tərəfindən lazımi qaydada rəsmiləşdirilmiş Ərizənin Bank tərəfindən aksept edildiyi andan bağlanmış sayılır və Tərəflərin qarşılıqlı razılığı ilə və ya Tərəflərdən birinin təşəbbüsü ilə xitam olunması anınadək qüvvədədir.
14.5. Müqavilə aşağıdakı hallarda ləğv oluna bilər:
14.5.1. Bankın təşəbbüsü ilə:
14.5.1.1.Müştəri tərəfindən Sistemdən istifadəyə görə müəyyən olunmuş komissiya/xidmət haqqı ödənilmədikdə;
14.5.1.2.Sistemdə qeydiyyatdan keçmiş bütün hesablar bağlandıqda.
14.5.2. Müştərinin təşəbbüsü ilə Banka yazılı formada müraciəti əsasında.
14.6. Müqavilənin hər hansı səbəbdən ləğv edilməsi Müştərinin Bank qarşısında Müqavilənin ləğv olunması tarixinədək yaranmış və ləğv olunma anına icra olunmamış öhdəliklərinə xitam vermir.
14.7. Müştərinin Müqavilənin ləğv olunması anınadək Bank tərəfindən Sistem vasitəsilə qəbul edilmiş bütün Elektron sənədləri bu Müqaviləyə uyğun olaraq icra olunmalıdır. Müqavilənin ləğv olunması anından etibarən Bank bu anadək qəbul edilmiş Elektron sənədlərin icrasını yekunlaşdırır və Müştərinin yeni Elektron sənədlərinin qəbulunu dayandırır.
14.8. Bu Müqavilənin ləğv olunması Müştəri ilə Bank arasında bağlanmış digər müqavilələrdən irəli gələn öhdəliklərin ləğvinə səbəb olmur.
15. ƏLAVƏ ŞƏRTLƏR
15.1. Bu Müqavilənin hər hansı müddəasının, o cümlədən yeni normativ—hüquqi aktların qəbul edilməsindən irəli gələn etibarsızlığı, onun digər müddəalarının və bütövlukdə Müqavilənin etibarsızlığına gətirib çıxarmır.
15.2. Bu Müqavilə üzrə Tərəflərə göndərilən bütün xəbərdarlıqlar, bildirişlər və ya tələblər (bundan sonra birlikdə tək xxxxx «bildiriş», cəm xxxxx isə «bildirişlər» adlandırılacaq) yazılı şəkildə tərtib edilməli və bir Tərəfdən digər Tərəfə Sistem, kuryer vasitəsilə, sifarişli məktub, digər qeydiyyata alınan poçt göndərişi ilə, faksimil rabitə və ya elektron poçt vasitəsilə bu Müqavilədə göstərilən və ya bu Müqavilənin 15.5-ci bəndinə müvafiq olaraq Tərəfin digər Tərəfə məlumat verdiyi ünvan və/və ya faks nömrəsi və/və ya elektron poçt ünvanı üzrə göndərilməlidir.
15.3. Bu Müqavilənin 15.2-ci bəndində göstərilən bildirişlər aşağıdakı anda ünvan sahibi Tərəfindən alınmış hesab edilir:
15.3.1. kuryerlə çatdırıldığı andan. Bu hal bildirişin ünvanlandığı Tərəfin və/və ya onun nümayəndəsinin bildirişin Tərəfə çatdırılmasına dair müvafiq qəbzdə imza atması ilə təsdiq edilir;
15.3.2. sifarişli məktubun və ya digər qeydiyyata alınan poçt göndərişinin çatdırıldığı andan. Bu hal bildirişin ünvanlandığı Tərəfin nümayəndəsinin sifarişli məktubun və ya digər qeydiyyata alınan poçt göndərişinin Tərəfə çatdırılmasına dair müvafiq qəbzdə və ya digər xəbərnamədə imza atması ilə təsdiq edilir;
15.3.3. faksimil bildirişin alınması anından. Bu hal bildirişi göndərən Tərəfin faksimil aparatında bildirişin çatdırıldığını bildirən qeydiyyat yazılışı ilə təsdiq edilir;
15.3.4. Sistem vasitəsilə göndərildiyi (Sistemdə yerləşdirildiyi) andan;
15.3.5. elektron poçt vasitəsilə bildirişin alınması anından. Bu hal bildirişi göndərən Tərəfin bildirişin alınması haqqında digər Tərəfdən eyni gündə elektron poçt vasitəsilə cavabın alınması ilə təsdiq edilir. Elektron poçt vasitəsilə bildirişin alınması haqqında proqram vasitələri ilə avtomatik qaydada Tərəfə məlumatın verilməsi digər Tərəfdən elektron poçt vasitəsilə cavabın alınmasına bərabər tutulur.
15.4. Xxxxxxxx, sifarişli məktub və ya digər qeydiyyata alınan poçt göndərişi ilə göndərilmiş bildirişlər, o cümlədən aşağıdakı hallarda ünvan sahibi Tərəfindən qəbul edilmiş sayılır:
− onlar müvafiq Tərəfin məlum xxxx axırıncı yaşayış yeri/olduğu yer üzrə göndərilmiş, xxxxx həmin ünvanda bildirişin ünvanlandığı Tərəfin olmaması səbəbindən sonuncuya çatdırılmamışdır;
− bildirişin ünvanlandığı Tərəf onların qəbul edilməsindən imtina etmiş və bu imtina rəsmiləşdirilmişdir.
15.5. Hər bir Tərəf onun yaşayış yeri/olduğu yer və ya hüquqi/poçt ünvanı, bank rekvizitləri, telefon, faks nömrələri, elektron poçt unvanı dəyişildiyi təqdirdə, həmin dəyişikliklərin baş verdiyi tarixdən 3 (üç) iş günü ərzində bu barədə digər Tərəfi yazılı şəkildə məlumatlandırmaq öhdəliyini daşıyır.
15.6. Bu Müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ – hüquqi aktları ilə tənzimlənir.
16. «XALQONLİNE» İNTERNET BANK SİSTEMI VASİTƏSİLƏ BANK ƏMƏLİYYATLARININ APARILMASINA DAIR MÜQAVILƏYƏ ƏLAVƏLƏR
Aşağıdakı Əlavələr bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir:
16.1. Əlavə № 1 – «Xalqonline» internet bank sistemi vasitəsilə həyata keçirilən bank əməliyyatlarının Siyahısı;
16.2. Əlavə № 2 – Müqaviləyə qoşulma haqqında Ərizə;
16.3. Əlavə № 3 – yeni Nümayəndələrin qeydiyyatı/mövcud Nümayəndələrin dəyişdirilməsinə dair Ərizə;
16.4. Əlavə № 4 A – Sistem vasitəsilə xidmət göstərilməsinin dayandırılması haqqında Ərizə (fərdi sahibkarlar və hüquqi şəxslər üçün);
Əlavə № 4 B - Sistem vasitəsilə xidmət göstərilməsinin dayandırılması haqqında Ərizə (fiziki şəxslər üçün);
16.5. Əlavə № 5 – İnformasiya təhlükəsizliyinə dair məsləhətlər;
16.6. Əlavə № 6 – Hesablaşma sənədlərin icrası Reqlamenti;
16.7. Əlavə № 7 – Sistemdən istifadəyə dair istifadəçinin Təlimatı.
“Xalqonline”internet bank sistemi vasitəsilə bank əməliyyatlarının aparılmasına dair
Müqaviləyə
1 №-li Əlavə
«Xalqonline» internet bank sistemi
vasitəsilə həyata keçirilən bank əməliyyatlarının Siyahısı
Ödəniş xidmətləri üzrə | |||
1. | Xxxx hesablarla aparılan əməliyyatlar: | Sistem vasitəsilə əməliyyatları həyata keçirə biləcək şəxslər | Əməliyyatların təsdiqi üsulu |
1.1. | Milli valyutada ölkədaxili köçürmə əməliyyatları (bankdaxili, banklararası) (Xxxx hesabdan xxxx hesaba) | Fiziki şəxslər | Asan imza |
Hüquqi şəxslər | Asan imza | ||
1.2. | Milli valyutada müştərinin bankdaxili öz hesabları arasında köçürmə əməliyyatları (Xxxx hesabdan xxxx hesaba) | Fiziki şəxslər | Asan imza/SMS- parol |
Hüquqi şəxslər | Asan imza | ||
1.3. | Vəsaitlərin milli və xarici valyutada xxxx xxxx hesabdan bank daxilində eyni valyutada xxxx karta (Kart hesabına) köçürülməsi | Fiziki şəxslər | Təsdiqsiz |
Hüquqi şəxslər | Asan imza | ||
1.4. | Milli valyutada xxxx xxxx hesab üzrə dövri ödəniş tapşırığının verilməsi | Hüquqi şəxslər | Asan imza |
1.5. | Xarici valyutada köçürmə əməliyyatları (bankdaxili, banklararası), o cümlədən müştərinin bankdaxili öz hesabları arasında köçürmə (Xxxx hesabdan xxxx hesaba) | Hüquqi şəxslər | Asan imza |
2. | Ödəniş kartları ilə bağlı hesablaşma əməliyyatları: | ||
2.1. | Kartdan istənilən valyutada xxxx vəsaitlərin Kart sahibinin bankdakı digər kartına köçürülməsi (Card to card) | Fiziki şəxslər | Təsdiqsiz |
Hüquqi şəxslər | Təsdiqsiz | ||
2.2. | Kartdan istənilən valyutada xxxx digər karta vəsaitlərin köçürülməsi (Card to card) | Fiziki şəxslər | Təsdiqsiz |
2.3. | Kartdan vəsaitin kart sahibinin Bankdakı eyni valyutada xxxx xxxx hesabına köçürülməsi | Fiziki şəxslər | Təsdiqsiz |
Hüquqi şəxslər | Təsdiqsiz | ||
2.4. | Kartdan istifadə etməklə ödəniş sistemləri vasitəsilə kommunal, rabitə və sair ödənişlərin aparılması | Fiziki şəxslər | Təsdiqsiz |
2.5. | Ödəniş kartları ilə bağlı nəzərdə tutulmuş hesablaşma əməliyyatları üzrə dövri ödənişlərin aparılması. | Fiziki şəxslər | Təsdiqsiz |
3. | Valyuta mübadiləsi əməliyyatları: | ||
3.1. | Xxxx hesablar üzrə nağdsız valyuta mübadiləsi əməliyyatlarının aparılması | Fiziki şəxslər | Asan imza/SMS- parol |
Hüquqi şəxslər | Xxxx Xxxx | ||
İnformasiya və digər xidmətlər: | |||
4. | Hesablarda xxxx pul vəsaitlərinin qalıq məbləğinin izlənilməsi və 90 günədək dövr üçün çıxarışların alınması | Fiziki şəxslər | Təsdiqsiz |
Hüquqi şəxslər | Təsdiqsiz | ||
5. | Hesab üzrə aparılmış əməliyyatlar barədə 90 günədək dövr üçün çıxarışların alınması | Fiziki şəxslər | Təsdiqsiz |
Hüquqi şəxslər | Təsdiqsiz | ||
6. | SMS-məlumatlandırma xidmətini aktiv etmək və ya dayandırmaq | Fiziki şəxslər | Təsdiqsiz |
Hüquqi şəxslər | Təsdiqsiz | ||
7. | SMS-məlumatlandırma xidməti üzrə mobil telefon nömrəsinin dəyişdirilməsi | Fiziki şəxslər | Təsdiqsiz |
Hüquqi şəxslər | Təsdiqsiz | ||
8. | Ödəniş kartının bloklaşdırılması və blokdan çıxarılması | Fiziki şəxslər | Təsdiqsiz |
Hüquqi şəxslər | Təsdiqsiz |
İnformasiya təhlükəsizliyinə dair məsləhətlər
“Xalqonline” internet bank sistemi vasitəsilə bank əməliyyatlarının aparılmasına dair
Müqaviləyə
5 №-li Əlavə
1. Yadda saxlayın ki, Xxxx imza Sizin adınızdan elektron sənədlərin imzalanması və icra olunması üçün Banka təqdim edilməsi imkanı verir.
2. Müqavilə və qanunvericiliyə uyğun formada tərtib olunmuş və Asan imza ilə təsdiqlənmiş elektron sənədi Bankın icra etməmək hüququ yoxdur.
3. Müştəri Xxxx imzanın, Loginin, Parolun məxfi saxlanmasına və öz əməkdaşlarının əməllərinə görə tam məsuliyyət daşıyır.
4. Bank Müqavilənin şərtlərinə və İnformasiya təhlükəsizliyinə dair aşağıdakı məsləhətlərə əməl etməyi tövsiyə edir:
Asan imza:
• Asan imzanın. PİN/PUK kodların, Loginin və Parolun üçüncü şəxslərə məlum olmasına dair hər hansı şübhə olduğu təqdirdə dərhal Banka zəng edib və Sistemə girişin bloklaşdırılması üçün müraciət edin;
• Sistemə giriş imkanı xxxx əməkdaş işdən çıxdıqda mütləq Banka zəng vurun və həmin əməkdaşın Sistemə girişinin bloklaşdırılması üçün müraciət edin.
İstifadə olunan kompyuter avadanlığı:
• Avtomatik yenilənən lisenziyalı müdafiə vasitələri ilə təmin olunmalıdır (minimum antivirus proqram təminatları ilə).
• Üçüncü şəxslərin ondan istifadə imkanına yol verilməməlidir.
• Ziyanverici proqramların olmasına dair şübhələr olduğu təqdirdə mütləq Banka zəng edin və Sistemə girişin bloklaşdırılması üçün müraciət edin.
• Sistemin işində və ya interfeysində hər hansı dəyişikliklər (fərqli loqo, şrift, rəng və s.) müşayiət etdiyiniz təqdirdə Banka zəng vurun və bu dəyişikliklərin Sistemin yenilənməsi ilə əlaqədar olub-olmadığını müəyyənləşdirin. Əgər bu dəyişikliklər Bankla əlaqəli deyilsə, Sistemə girişin bloklaşdırılması üçün müraciət edin.
• İnternet şəbəkəsinin yalnız Sistemdən, zəruri hallarda isə əməliyyat sisteminin və antivirus proqramlarının yenilənməsi məqsədilə istifadə olunması arzu olunandır.
Parol:
• Sistemə giriş üçün Parolu dövri olaraq dəyişdirin (ən azı xxxx xxx dəfə).
• Sadə parollardan istifadə etməyin (11111, 12345, abcdefg, qwerty və s.), parol qismində doğum tarixini, telefon nömrəsini və digər asan əldə olunan məlumatlardan istifadə etməyin.
• Parolu yazılı şəkildə heç yerdə qeyd etməyin. Parolu yadda saxlaya bilmirsinizsə, yazılı surətdə qeyd etdiyiniz parolu monitora yapışdırmayın, kompyuterin yanına və ya üçüncü şəxslər üçün əlçatan xxxx yerlərə qoymayın.
• Parolu üçüncü şəxslərin iştirakı olmadan tam məxfi şəkildə daxil edin. Parolu heç kimə, habelə İT mütəxəssislərinə açıqlamayın.
Yadda saxlayın:
• Bankın Xxxxx Xxxx imzanıza çıxış imkanı yoxdur və Sizin adınızdan elektron sənədi formalaşdıra və imzalaya bilməz.
• Bank elektron poçt vasitəsilə Parolu və ya PİN/PUK kodları, habelə kompyuterinizə quraşdırılması üçün proqramlar göndərmir. Ödənişsiz internet poçt xidmətləri (@xxxx.xx, @xxxxxx.xx, @xxxxxxx.xx, @xxxxx.xxx, @xxxxx.xxx və s.) vasitəsilə göndərilmiş istənilən məlumatlar Bankın adından göndərilmiş poçt sayılmır.
• Əgər Asan imzanın məxfiliyinə və ya onun üçüncü şəxslərə açıqlanmasına dair şübhəniz varsa, bu zaman Sistemə girişi bloklaşdırmaq lazımdır.
• Sizə göndərilən spam məktublarda xxxx veb-istinadlardan (link) istifadə etməyin.
“Xalqonline” internet bank sistemi vasitəsilə bank əməliyyatlarının aparılmasına dair
Müqaviləyə
6 №-li Əlavə
Elektron hesablaşma sənədlərinin icrası REQLAMENTİ
1. Hesab üzrə Elektron hesablaşma sənədlərinin icrası Bank tərəfindən aşağıda qeyd edilmiş əməliyyat günləri və əməliyyat saatları ərzində həyata keçirilir:
Əməliyyat günləri – qeyri-iş günləri istisna olmaqla həftənin I-V günləri;
• Bankdaxili ödəniş tapşırıqlarının icraya qəbul vaxtı – saat 09:00-xxx 18:00-dək
• Bankdan kənar milli valyutada ödəniş tapşırıqlarının icraya qəbu vaxtı:
✓ Dövlət Xəzinədarlıq Agentliyinə, habelə 40 000.00 AZN-ə dək xxxx ödəniş tapşırıqlarının icraya qəbul vaxtı – saat 09:30-xxx 15:30-dək
✓ Digər ödəniş tapşırıqlarının icraya qəbul vaxtı – saat 09:30-xxx 16:15-dək
• Xarici valyutada ödəniş tapşırıqlarının icraya qəbul vaxtı – saat 09:30-xxx 15:30-dək
2. Milli valyutada ölkədaxili xxxx hesabdan xxxx hesaba köçürmə əməliyyatları (banklararası) üzrə məbləği 40 000.00 AZN-ə dək, habelə Dövlət Xəzinədarlıq Agentliyinə xxxx Elektron hesablaşma sənədləri Bank tərəfindən Bakı vaxtı ilə saat 15:30-a qədər, digər milli valyutada banklararası Elektron hesablaşma sənədləri isə saat 16:15-ə qədər alındıqda, xxxx əməliyyat günü ərzində icra olunur.
3. Bu Reqlamentin 2-ci bəndində əməliyyatların həyata keçirilməsi üçün müəyyən edilmiş vaxt limitlərini nəzərə alaraq, «Təcili» statusu ilə yaradılmış Elektron hesablaşma sənədləri Banka daxil olduğu andan bir saat ərzində icra olunur. Dövlət Xəzinədarlıq Agentliyinə xxxx ödəniş tapşırıqlarının icrası üçün «Təcili» statusu mövcud deyil.
Qeyd edilmiş vaxt limitlərindən sonra göndərilmiş Elektron hesablaşma sənədləri Bank tərəfindən növbəti iş günündə icra üçün qəbul edilmiş sayılır.
4. Bir Müştəri xxxx hesablar üzrə nağdsız valyuta mübadiləsi əməliyyatlarını əməliyyat günü ərzində saat 10:00-xxx 16:00-a dək apara bilər.
İB vasitəsi ilə valyuta mübadiləsi əməliyyatları üçün məzənnələr Xəzinədarlıq idarəsi tərəfindən hər iş günü saat 9:30-dək sistemə daxil edilir.
5. Ödəniş kartları ilə bağlı (xüsusi kart hesabı üzrə) hesablaşma əməliyyatlarının, İnformasiya və digər xidmətlər çərçivəsində Sistem üzrə əməliyyatların aparılması hər hansı vaxt çərçivəsi ilə məhdudlaşdırılmır. Bu xidmətlərdən 24/7 vaxt rejimində istifadə oluna bilər.