AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında” Sazişin təsdiq edilməsi
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında” 2011-ci il noyabrın 14-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2012-ci il
№ 308-IVQ
Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında
S a z i ş
Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti (bundan sonra “Tərəflər” adlandırılacaq),
Milli təhlükəsizlik məsələləri üzrə danışıqlar aparmaq, onların siyasi, hərbi və iqtisadi əməkdaşlığını genişləndirməyi arzu edərək,
Dünyadakı siyasi dəyişikliklərdən xəbərdar olaraq və sülhün, beynəlxalq təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsində qarşılıqlı əməkdaşlığın vacib rol oynadığını etiraf edərək,
Səmərəli əməkdaşlığın Tərəflər arasında məxfi informasiyanın mübadiləsini tələb edə biləcəyini anlayaraq,
Tərəflər arasında yerinə yetiriləcək məxfi informasiya ehtiva edən, yaxud nəzərdə tutan istənilən gələcək əməkdaşlıq sazişlərinə və məxfi kontraktlara tətbiq edilə bilən məxfi informasiyanın qarşılıqlı mühafizəsi üzrə qayda və normalar yaratmağı arzulayaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1 Terminlərin tərifi
Bu Sazişdə istifadə edilən terminlər aşağıdakıları bildirir:
1. “Məxfi informasiya” - ifadə formasından, məzmunundan, yaxud ötürülmə metodundan asılı olmayaraq, hazırlanmış, yaxud hazırlanma prosesində xxxx, məxfilik qrifi ilə qeyd olunmuş, Tərəflərin dövlətlərinin milli təhlükəsizlik maraqlarına və milli qanunvericiliyinə uyğun olaraq sanksiyasız buraxılmaya, yaxud məhv edilməyə qarşı mühafizəsi tələb edilən məlumatlar;
2. “Məxfi informasiyaya sanksiyasız buraxılma” - məxfi informasiyanın açıqlanmasının istənilən forması, sui-istifadə etmə, ziyan vurma, təqdim etmə, məhv etmə, yaxud məxfilik qrifinin səhv qeyd edilməsi, həmçinin mühafizənin pozulması, yaxud, belə informasiyanın itirilməsi ilə nəticələnən digər hərəkətlər, həmçinin informasiyanın icazəsi olmayan şəxsə açıqlanması ilə nəticələnən istənilən hərəkət, yaxud hərəkətsizliklər;
3. “Məxfi sənəd” - xüsusiyyətlərindən, yaxud yazılma vasitələrindən asılı olmayaraq qeyd edilmiş istənilən məxfi informasiya;
4. “Məxfi material” - hazırlanmış və ya hazırlanma prosesində xxxx məxfi informasiyanı ehtiva edən istənilən məxfi sənəd, yaxud texniki əşya, avadanlıq, qurğu, cihaz, yaxud silah, həmçinin onların hazırlanması üçün istifadə edilən komponentlər;
5. “Məxfilik dərəcəsi” - məxfi informasiyanın əhəmiyyətini, ona buraxılışın məhdudiyyət dərəcəsini və Tərəflər tərəfindən mühafizə edilməsinin dərəcəsini, həmçinin informasiyanın hansı kateqoriyaya əsasən qeyd edildiyini xarakterizə edən, Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə uyğun kateqoriya;
6. “Məxfilik qrifi” - istənilən məxfi materialın üzərində məxfilik dərəcəsinin göstəricisi xxxx qeyd;
7. “Məxfi informasiya ilə işləməyə buraxılış” - Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq fiziki və ya hüquqi şəxsin sadiqlik və etibarlılığını, həmçinin digər təhlükəsizlik aspektlərini sübut etmək üçün yoxlama prosedurasından irəli gələn müsbət qərar. Belə qərar təhlükəsizlik riski olmadan fiziki və ya hüquqi şəxsə müəyyən səviyyədə məxfi informasiyaya buraxılışın və işləmək icazəsinin verilməsini təmin edir;
8. “Göndərən Tərəf” - məxfi informasiyanı təqdim edən tərəf;
9. “Qəbul edən Tərəf” - məxfi informasiyanın ötürüldüyü tərəf;
10. “Səlahiyyətli orqan” - Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq məxfi informasiyanın mühafizəsi üzrə dövlət siyasətini həyata keçirən, bu sahədə ümumi nəzarəti, həmçinin bu Sazişin icrasını yerinə yetirən orqan; Həmin orqanlar bu Sazişin 5-ci maddəsində göstərilmişdir.
11. “Kontrakt icraçısı” - kontrakt bağlamaq hüquq qabiliyyətinə xxxxx xxxx fiziki və ya hüquqi şəxs və/və ya bu sazişin müddəalarına əsasən məxfi kontraktın tərəfi;
12. “Məxfi kontrakt” - iki və ya daha xxx kontrakt icraçısı arasında məxfi informasiyaya buraxılışı özündə əks etdirən və ya təmin edən saziş;
13. “Zəruri xxxxx prinsipi” - rəsmi vəzifələr və/və ya konkret rəsmi tapşırığın icrası ilə əlaqədar məxfi informasiyaya buraxılışın olması zərurəti;
14. “Üçüncü tərəf” - bu Sazişin tərəfi olmayan beynəlxalq təşkilat və ya hər hansı dövlət, həmçinin zəruri xxxxx prinsipi də daxil olmaqla məxfi informasiyaya buraxılış üzrə milli tələblərə cavab verməyən fiziki və ya hüquqi şəxs;
15. “İnformasiyanın məxfiliyinin götürülməsi” — məxfilik dərəcəsinin aradan qaldırılması;
16. “Təhlükəsizliyin pozulması” - məxfi informasiyaya icazəsiz buraxılış ilə nəticələnən və ya nəticələnə bilən Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə zidd hərəkət və ya hərəkətsizlik.
M a d d ə 2
Sazişin predmeti
Tərəflər arasında birbaşa, yaxud dolayı mübadilə edilmiş və ya yaradılmış məxfi informasiyanın mühafizəsinin təmin edilməsi hazırkı Sazişin predmetini təşkil edir.
M a d d ə 3 Məxfilik dərəcələri
1. Tərəflər razılığa gəlirlər ki, aşağıda göstərilən məxfilik dərəcələri ekvivalentdir və Tərəflərin dövlətlərinin milli qanunvericiliyində müəyyən edilmiş məxfilik dərəcələrinə uyğundur:
Azərbaycan Respublikasında | Bolqarıstan Respublikasında |
TAM MƏXFİ | CEKPETHO |
MƏXFİ | ПOBEPИTEЛHO |
Ekvivalenti yoxdur | 3A СЛУЖEБHO ПОЛ3BAHE |
2. Bolqarıstan Respublikasının 3A СЛУЖEБHO ПОЛ3BAHE qrifi ilə qeyd olunmuş məxfi informasiyası Azərbaycan Respublikasında MƏXFİ qrifi ilə qeyd olunmuş məxfi informasiya kimi mühafizə ediləcəkdir.
M a d d ə 4 Milli tədbirlər
1. Tərəflər dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq bu Sazişə əsasən birbaşa və ya dolayı mübadilə edilmiş, yaxud yaradılmış məxfi informasiyanın mühafizəsi üzrə bütün müvafiq tədbirləri görür. Belə məxfi informasiyaya eyni məxfilik dərəcəsinə xxxxx xxxx milli məxfi informasiyaya tətbiq edilən eyni mühafizə dərəcəsi təmin edilir.
2. Tərəflər öz dövlətlərinin milli qanunvericiliklərində məxfi informasiyanın mühafizəsinə təsir göstərən istənilən dəyişikliklər barədə vaxtında bir-birinə məlumat verirlər. Belə hallarda, 5-ci maddənin 3 və 4-cü bəndlərinə müvafiq olaraq Tərəflər bu Sazişə mümkün düzəlişləri müzakirə etmək məqsədilə bir-birini məlumatlandırırlar. Bu
halda, məxfi informasiya, yazılı qaydada başqa cür razılaşdırılmayıbsa, Sazişin müddəalarına müvafiq olaraq mühafizə edilir.
3. Heç bir şəxsə onun rütbəsinə, rəsmi vəzifəsinə və məxfi informasiya ilə işləməyə fərdi buraxılışı sayəsində məxfi informasiyaya buraxılış təqdim edilmir. Məxfi informasiyaya buraxılış yalnız məxfi informasiya ilə işləməyə fərdi buraxılış verilmiş şəxslərə və zəruri xxxxx prinsipi əsasında təqdim edilir.
4. Qəbul edən Tərəfin vəzifələri:
a) məxfi informasiyanı göndərən Tərəfin səlahiyyətli orqanının qabaqcadan yazılı icazəsi olmadan üçüncü tərəfə açıqlamamaq;
b) göndərən Tərəfin verdiyi məxfilik dərəcəsinə müvafiq bu Sazişin 3-cü maddəsinə uyğun olaraq məxfi informasiyalara müvafiq məxfilik dərəcələrinin verilməsini təmin etmək;
c) məxfi informasiyadan göndərilmə səbəblərindən savayı başqa məqsədlər üçün istifadə etməmək;
d) məxfi informasiyaya daxil edilmiş patent hüququ, müəllif hüququ və ya ticarət sirləri kimi şəxsi hüquqları təmin etmək.
5. Əgər Tərəflər arasında bağlanmış hər hansı başqa sazişdə məxfi informasiyanın mübadiləsi və ya mühafizəsi üzrə daha ciddi qaydalar nəzərdə tutulubsa, həmin qaydalar tətbiq edilir.
M a d d ə 5
Səlahiyyətli orqanlar
1. Tərəflərin Səlahiyyətli orqanları:
Azərbaycan Respublikası Hökuməti tərəfindən - Milli Təhlükəsizlik Nazirliyi; Bolqarıstan Respublikası Hökuməti tərəfindən - İnformasiya Təhlükəsizliyi üzrə
Dövlət Komissiyası.
Səlahiyyətli orqanlar bu Sazişdə nəzərdə tutulmuş əməkdaşlığı öz dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq səlahiyyətləri çərçivəsində həyata keçirəcəklər.
2. Səlahiyyətli orqanlar öz dövlətlərinin məxfi informasiyanın mühafizəsini tənzimləyən qüvvədə olan milli qanunvericiliyi barədə bir-birini məlumatlandırırlar.
3. Bu Sazişin icrası ilə bağlı sıx əməkdaşlığı təmin etmək üçün səlahiyyətli orqanlar onlardan birinin sorğusu ilə məsləhətləşmələr apara bilər.
4. Müqayisə edilə bilən təhlükəsizlik standartlarına nail olmaq və saxlamaq üçün Səlahiyyətli orqanlar, tələb olunduqda, müvafiq Tərəfin tətbiq etdiyi məxfi informasiyanın mühafizəsi üzrə təhlükəsizlik standartları, proseduraları və iş təcrübələri barədə bir-birinə məlumat verirlər.
5. Səlahiyyətli orqanlar bu Saziş ilə bağlı aidiyyəti üzrə sərəncamverici sənədlər verə bilərlər.
M a d d ə 6
Məxfi informasiyanın ötürülməsi
1. Bir qayda olaraq, məxfi informasiya diplomatik və ya hərbi kuryerlər, yaxud Tərəflərin dövlətlərinin milli qanunvericiliyinin tələblərinə cavab verən başqa üsullar vasitəsilə ötürülür. Qəbul edən Tərəf məxfi informasiyanın qəbul olunduğunu yazılı şəkildə təsdiq edir.
2. Məxfi informasiya mühafizə edilən telekommunikasiya sistemləri, şəbəkələri və ya Səlahiyyətli orqanlar tərəfindən təsdiq edilmiş və hər hansı tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun verilmiş sertifikata xxxxx xxxx digər elektromaqnitik vasitələrlə ötürülə bilər.
3. Məxfi informasiyanın ötürülməsinin digər vasitələrindən yalnız Səlahiyyətli orqanlar arasında razılıq əldə edildikdə istifadə oluna bilər.
4. Məxfi informasiya ehtiva edən xxxxx xxx ötürüldüyü halda Səlahiyyətli orqanlar ötürülmə vasitələri, marşrutu və digər təhlükəsizlik tədbirləri barədə qarşılıqlı razılaşır və təsdiq edirlər.
M a d d ə 7
Tərcümə, reproduksiya, məhv etmə
1. Məxfi informasiyanın tərcüməsi məxfi informasiya ilə işləməyə müvafiq buraxılışı xxxx şəxslər tərəfindən həyata keçirilir. Belə tərcümə ekvivalent məxfilik qrifini daşıyır.
2. Məxfi informasiya reproduksiya edildikdə, mövcud orijinal məxfilik qrifləri də reproduksiya edilir və ya hər bir nüsxənin üzərində qeyd edilir. Reproduksiya edilmiş belə informasiya orijinal informasiya ilə eyni nəzarət altında saxlanılır. Nüsxələrin sayı rəsmi məqsədlər üçün tələb olunan say ilə məhdudlaşdırılır.
3. Məxfi material məhv edilir və ya bütövlükdə, yaxud bir hissəsinin yenidən qurulmasının qarşısını almaq üçün modifikasiya edilir.
4. Göndərən Tərəf məxfi materialın reproduksiya edilməsini, dəyişdirilməsini və ya məhv edilməsini məxfi informasiya daşıyıcısında qeyd etməklə və ya müvafiq yazılı bildiriş göndərməklə qadağan edə bilər. Əgər məxfi materialın məhv edilməsi qadağan olunubsa, o, göndərən Tərəfə xxxx qaytarılır.
5. Bu Sazişə əsasən yaradılmış və ya ötürülmüş məxfi informasiyanın mühafizəsini və xxxx qaytarılmasını qeyri-mümkün edən böhran vəziyyətində məxfi informasiya dərhal məhv edilir. Qəbul edən Tərəf mümkün qədər tez məxfi informasiyanın məhv edilməsi barədə göndərən Tərəfə məlumat verir.
M a d d ə 8 Məxfi kontraktlar
1. Məxfi kontrakt hər bir Tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun bağlanır və icra edilir. Tələb olunduqda hər bir Tərəfin Səlahiyyətli orqanı təklif edilən kontraktın icraçısına tələb olunan məxfilik dərəcəsinə uyğun məxfi informasiya ilə işləməyə milli buraxılışın verilməsi barədə məlumat verir. Əgər təklif edilən kontraktın icraçısının məxfi informasiya ilə işləməyə buraxılışı yoxdursa, hər bir Tərəfin Səlahiyyətli orqanı həmin kontrakt icraçısının yoxlanılmasını tələb edə bilər.
2. Təhlükəsizlik əlavəsi hər bir məxfi kontraktın və ya sub-kontraktın tərkib hissəsidir. Bu əlavədə göndərən Tərəfin kontraktın icraçısı, hansı məxfi informasiyanın qəbul edən Tərəfə veriləcəyi və ya onun tərəfindən yaradılacağını və bu informasiyaya hansı məxfilik dərəcəsinin təyin edildiyini göstərir.
3. Kontrakt icraçısının məxfi informasiyanı mühafizə etmək öhdəliyi bütün hallarda ən azı aşağıdakılardan ibarət olur:
a) kontrakt icraçısı məxfi informasiyanı yalnız müvafiq kontrakt fəaliyyətləri ilə bağlı buraxılış üçün qabaqcadan yoxlanılmış, zəruri xxxxx və kontraktın yerinə yetirilməsində işləyən və ya buna cəlb edilmiş şəxsə açıqlayır;
b) məxfi informasiyanın ötürülməsi üçün istifadə olunan vasitələr;
c) məxfi informasiya ilə bağlı ya onun məxfilik dərəcəsi, ya da mühafizənin bundan sonra zəruri olmaması səbəbindən meydana çıxa bilən dəyişiklikləri müzakirə etmək üçün prosedurlar və mexanizmlər;
d) kontrakt ilə nəzərdə tutulmuş səfərlərin təsdiqi, buraxılış və ya kontrakt ilə bağlı məxfi informasiyanın mühafizəsi üzrə təhlükəsizlik tədbirlərinin xüsusiyyəti;
e) kontrakt icraçısının Səlahiyyətli orqanına kontraktın məxfi informasiyasına münasibətdə törədilmiş, cəhd edilmiş və ya şübhə doğuran sanksiyasız buraxılış barədə vaxtında məlumat vermək;
f) kontrakt üzrə məxfi informasiyadan yalnız kontraktın predmetinə uyğun məqsədlər üçün istifadə etmək;
g) məxfi materialın məhv edilməsi üzrə proseduralara ciddi riayət etmək;
h) kontrakt üzrə məxfi informasiyanı üçüncü tərəfə yalnız göndərən Tərəfin Səlahiyyətli orqanının yazılı razılığı ilə təqdim etmək.
4. Məxfi informasiyanın mühafizəsi üzrə tələb olunan tədbirlər, həmçinin məxfi informasiyaya sanksiyasız buraxılma nəticəsində kontrakt icraçılarına dəymiş ziyanın qiymətləndirilməsi və əvəzinin ödənilməsi üzrə prosedur daha ətraflı müvafiq məxfi kontraktda müəyyən edilir.
M a d d ə 9 Səfərlər
1. Səlahiyyətli orqanların təhlükəsizlik mütəxəssisləri məxfi informasiyanın mühafizəsi üzrə proseduraları müzakirə etmək üçün mütəmadi görüşlər keçirə bilər.
2. Qonaqlar yalnız öz dövlətlərinin milli qanunvericiliklərinə əsasən məxfi informasiyaya buraxılma səlahiyyətinə malik olduqda və məxfi informasiyaya və ya məxfi informasiyanın yaradıldığı, işlənildiyi və ya saxlanıldığı yerlərə buraxılma ehtiyacı olduqda ev sahibi ölkəsinin Səlahiyyətli orqanının icazəsini alır.
3. Səfər proseduraları Səlahiyyətli orqanlar arasında razılaşdırılır.
4. Səfər barədə sorğu aşağıdakı məlumatı özündə əks etdirir:
a) qonağın adı, doğulduğu yer və tarix, pasportunun (şəxsiyyət vəsiqəsinin) nömrəsi;
b) qonağın vətəndaşlığı;
c) qonağın vəzifəsi, təmsil etdiyi təşkilatın adı;
d) qonağın müvafiq məxfilik dərəcəsi xxxx məxfi informasiya ilə işləməyə buraxılışı;
e) səfərin məqsədi, təklif edilən işçi proqramı və planlaşdırılmış tarixi;
f) ziyarət edilməsi tələb olunan təşkilatların və qurğuların adları.
5. Tərəflərin Səlahiyyətli orqanları təkrarlanan səfərlər etmək üçün səlahiyyətli şəxslərin siyahısını hazırlamaq barədə razılıq əldə edə bilərlər. Həmin siyahılar ilkin olaraq on iki ay müddətinə qüvvədə olur. Həmin siyahılar Tərəflərin səlahiyyətli orqanları tərəfindən təsdiq edildikdən sonra konkret səfərlərin şərtləri razılaşdırılmış əsasda həmin şəxslərin ziyarət edəcəyi təşkilatların səlahiyyətli şəxsləri ilə birbaşa hazırlanır.
6. Hər bir Tərəf öz dövlətinin müvafiq milli qanunvericiliyinə uyğun olaraq qonaqların şəxsi məlumatının mühafizəsini təmin edir.
M a d d ə 10
Təhlükəsizliyin pozulması
1. Təhlükəsizliyin pozulması halında pozulmanın baş verdiyi ölkənin Səlahiyyətli orqanı mümkün qədər tez digər Tərəfin Səlahiyyətli orqanını məlumatlandırır və müvafiq araşdırmanı başlayır/təmin edir. Əgər tələb olunarsa, digər Tərəf araşdırma ilə bağlı əməkdaşlıq edir.
2. Təhlükəsizliyin pozulması üçüncü ölkədə baş verərsə, təqdim edən Tərəfin Səlahiyyətli orqanı 1-ci bəndə əsasən mümkün olduqda tədbir görür.
3. Hər bir halda, digər Tərəf araşdırmanın nəticələri barədə məlumatlandırılır və ona dəymiş ziyanın səbəbləri və miqdarı barədə yekun məruzə göndərilir.
M a d d ə 11 Mübahisəli məsələlərin həlli
Bu Sazişin müddəalarının tətbiqi ilə əlaqədar yarana biləcək fikir ayrılıqları Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
M a d d ə 12 Xərclər
Tərəflər bu Sazişə əsasən onların öhdəliklərinin icrası zamanı meydana çıxacaq xərcləri özləri ödəyir.
M a d d ə 13
Əməkdaşlığın dili
Bu Saziş çərçivəsində əməkdaşlığın həyata keçirilməsində işçi dil kimi ingilis dili müəyyən olunur.
M a d d ə 14
Yekun müddəalar
1. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurlarının yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdə qüvvəyə minir.
2. Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında bu Sazişə əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər hazırkı Sazişin ayrılmaz tərkib hissəsi olaraq ayrıca protokollar formasında rəsmiləşdiriləcək və 1-ci bəndə uyğun olaraq qüvvəyə minəcəkdir.
3. Tərəflərdən biri bu Sazişi ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə yazılı şəkildə digər Tərəfə məlumat verməklə onun qüvvəsini ləğv edə bilər. Saziş belə bildirişin alındığı tarixdən altı ay sonra qüvvədən düşür.
4. Bu Saziş qüvvədən düşdüyü halda, bu Sazişə əsasən ötürülmüş məxfi informasiyanın mühafizəsi üzrə burada müəyyən edilmiş müddəalara uyğun tədbirlərin tətbiqi, göndərən Tərəf qəbul edən Tərəfi bu öhdəlikdən azad edənə qədər davam etdirilir.
Bakı şəhərində 14 noyabr 2011-ci il tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, bolqar və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə ingilis dilində xxxx mətndən istifadə edilir.
Azərbaycan Respublikası | Bolqarıstan Respublikası |
Hökuməti adından | Hökuməti adından |