Xərclər. Bu Sığortanın qaydalarına müvafiq olaraq ödəniləcək xərclərə materialların və ehtiyat hissələrinin dəyəri, quyu üzərində nəzarətin bərpa edilməsi üzrə ixtisaslaşmış şəxslər və ya təşkilatların göstərdiyi xidmətlər üçün ödəmələr, müvafiq rəsmi orqanların təlimatları əsasında çəkilmiş xərclər də daxil olmaq şərt ilə, quyu üzərində nəzarəti bərpa etmək məqsədilə aparılan maili qazma və digər oxşar əməliyyatlar üçün çəkilmiş xərclər və eləcə də bu bölmənin 1-ci maddəsində təsvir olunmuş digər xərclər daxildir.
Xərclər. 1. Tərəflər arasında yazılı şəkildə başqa cür razılıq əldə olunmadığı təqdirdə, bu Saziş çərçivəsində hər hansı sorğunun həyata keçirilməsindən yaranan xərclər sorğu edilən Tərəfin hesabına ödənilir. Sorğunun icrası ilə əlaqədar nəzərə çarpacaq dərəcədə və ya əlavə xərclərin tələb olunduğu təqdirdə, səlahiyyətli orqanlar sorğunun həyata keçirilməsi ilə əlaqədar şərt və müddəaları, o cümlədən xərclərin bölüşdürülməsi vasitələrini müəyyən etmək üçün bir-biri ilə məsləhətləşmələr aparırlar.
2. Başqa cür razılıq əldə olunmadığı təqdirdə, görüşlərlə bağlı yaranmış xərclər qəbul edən Tərəfin hesabına nümayəndə heyətlərinin beynəlxalq səfər və qalma xərcləri isə göndərən Tərəfin hesabına ödənilir.
Xərclər. Tərəflər hər bir konkret halda digər qaydanın razılaşdırılmayacağı təqdirdə bu Sazişin yerinə yetirilməsi zamanı yaranan xərcləri müstəqil olaraq öz üzərlərinə götürürlər.
Xərclər. Hər iki Gömrük İdarəsi hökumət məmurları olmayan ekspertlərə, şahidlərə və tərcüməçilərə çəkilən və sorğu göndərən idarə tərəfindən ödənilən xərclər istisna olmaqla, bu Sazişin icrası ilə bağlı çəkilmiş xərclərin əvəzinin ödənilməsi üçün bütün iddialardan imtina edir.
Xərclər. 1. Razılığa gələn Tərəflər, dövlət qulluqçusu olmayan şahidlərə, ekspertlərə və tərcüməçilərə çəkilən xərclər istisna olmaqla, bu Sazişin həyata keçirilməsində çəkilmiş xərclərin əvəzinin ödənilməsi ilə bağlı bütün iddialardan imtina edirlər.
2. Əgər sorğunun icrası üçün əvvəlcədən nəzərdə tutulmayan və ya mühüm xərclər tələb olunarsa, Razılığa gələn Tərəflər sorğunun icra edilmə şərtlərini, o cümlədən xərclərin hansı formada ödəniləcəyini müəyyən etmək məqsədi ilə bir- biri ilə məsləhətləşirlər.
3. Bu Sazişin 15-ci maddəsində nəzərdə tutulan texniki yardımdan irəli gələn xərclər Razılığa gələn Tərəflərin gömrük idarələri arasında xüsusi olaraq razılaşdırılır.
Xərclər. Bu Anlaşma Memorandumunun müddəlarının icra edilməsi ilə bağlı xərclər Tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilir.
Xərclər. Bir qayda olaraq, bu Sazişin icrası hər hansı xüsusi xərc tələb etmir. Bu Sazişin icrası zamanı yaranan xərcləri Tərəflər özləri ödəyir.
Xərclər. 1. 1. Sorğu edilən Tərəf sorğunun icrası ilə bağlı bütün xərcləri ödəyir və sorğu edən Tərəf ekspert xərclərini, tərcümə və stenoqram xərclərini və sorğu edən Tərəfin rahatlığı üçün və ya bu Müqavilənin 11-ci və 12-ci maddələrinin müddəalarına uyğun olaraq sorğu edilən Tərəfdən gələn şəxslərin gündəlik və yol xərclərini ödəyir.
2. 2. Əgər sorğunun icrası zamanı müəyyən edilərsə ki, sorğunun icrası fövqəladə xarakterli xərclərə səbəb olacaq, mərkəzi orqanlar icranın hansı qayda və şərtlər əsasında davam etdirilməsinin müəyyən edilməsi üçün məsləhətləşmələr aparır.
Xərclər. 1. Bu Saziş çərçivəsində digər Tərəfə yazılı sorğu verən Tərəf sorğuvermə prosedurları və sorğunun icrası ilə bağlı bütün adi xərcləri ödəyir.
2. Sorğu göndərən Tərəf həmçinin digər Tərəfin ölkəsinə ezam etdiyi nümayəndələrinin yol və mehmanxana xərclərini ödəyir.
3. Digər əlavə xərclər yaranmazdan əvvəl Tərəflər arasında razılaşdırılır.
4. Tərəflər arasında başqa qayda razılaşdırılmadığı təqdirdə, beynəlxalq nəqliyyat xərcləri istisna olmaqla, Tərəflərdən birinin nümayəndə heyətinin digər Tərəfin ərazisində qalma xərcləri qəbul edən Tərəfin hesabına ödənilir.
Xərclər. 1. Bu Saziş çərçivəsində həyata keçiriləcək iclasların təşkilatçılığı ilə bağlı xərclər iclasa ev sahibliyi edəcək ölkə tərəfindən ödəniləcəkdir.
2. Təlim fəaliyyətləri ilə bağlı təşkilatçılıq xərcləri ev sahibliyi edən ölkə tərəfindən ödəniləcəkdir.
3. İclaslarda və təlim proqramlarında iştirak edəcək şəxslərin yol, yerləşmə və gündəlik xərcləri Birgə Komitənin Katibliyinə başqa cür bildiriş verilmədiyi təqdirdə, iştirakçılar tərəfindən ödəniləcəkdir.