Ümumi anlayışlar
Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası Qaydaları
Ümumi anlayışlar
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortalı – sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;
Sığortaçı – sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Faydalanan şəxs(lər) – sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;
Aktuari – qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;
Sığorta hadisəsi – qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta tələbi – sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığorta obyekti – sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlak;
Sığorta marağı – Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir;
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;
Sığorta müqaviləsi – sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığorta şəhadətnaməsi – sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
Sığortanın müddəti – sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət;
Azadolma məbləği – Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.
Əhəmiyyətli hallar – Sığortaçının müqavilədən imtina etmək və ya onun şərtlərinin müəyyənləşdirilməsi qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır;
Sığortanın ərazisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları
Xüsusi şərtlər – Sığortalı tərəfindən yerinə yetirilməməsi Sığortaçıya ödənişdən imtina etməyə və ya sığorta müqaviləsini ləğv etməyə hüquq verən sığorta müqaviləsinin şərtləri.
Səlahiyyətli Sürücü – Azərbaycan Respublikası mövcud qanunvericiliyinə uyğun qaydada avtonəqliyyat vasitəsini idarə etmək hüququ xxxx və məhkəmə qərarı ilə vəya digər səlahiyyətli oqanın qərarına əsasən avtonəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməyən və sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsini idarə edərkən baş verən ziyan və zərərlərə görə təminat verilən və adı sığorta şəhadətnaməsində qeyd olunan şəxs.
1. Sığorta sinifi
1.1. Sığorta obyektinə görə əmlak sığortasına aid xxxx xxxxx məsuliyyətin sığortası üzrə aşağıdakı sinif:
1.1.1. sığortalının özü, yaxud onun etibar etdiyi şəxs sığortalanmış avtonəqliyyat vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası
2. Sığorta predmeti
2.1. Bu qaydalara əsasən üçüncü şəxslərin həyatına və ya sağlamlığına xəsarət yetirilməsi, əmlakına zərər vurulması halı sığortanın predmeti hesab olunur.
3. Sığorta obyekti
3.1. Bu qaydalara əsasən sığorta obyekti, sığortalının fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi ilə bağlı əmlak mənafeləridir.
4. Sığorta məbləği
4.1. Sığorta məbləği (ümumi məsuliyyət həddi) sığorta müqaviləsi bağlanan zaman sığorta müqaviləsinin tərəfləri arasında razılaşdırılaraq müəyyən edilir.
4.2. Sığortalının üçüncü şəxlərin əmlakı və səhhətinə vurduğu zərər və bununla bağlı bütün digər zəruri xərclərin cəmi sığorta müqaviləsi üzrə Sığorta məbləğini (ümumi məsuliyyət həddini) aşmayacaqdır.
5. Sığorta riskləri
Sığortaçı aşağıdakı hallarla bağlı xərclərinin əvəzini ödəyir:
5.1. Sığorta şəhadətnaməsi üzrə səlahiyyətli şəxsin sığorta şəhadətnaməsində qeyd olunan avtonəqliyyat vasitəsindən istifadəsi nəticəsində üçüncü şəxslərin səhhətinə və əmlakına vurduğu zərərlər;
5.2. Sığortaçının ilkin razılığı əsasında Sığortalı ilə üçüncü şəxslər arasında həyata keçirilən məhkəmədən kənar tənzimləmələr;
5.3. Sığortaçının ilkin razılığı əsasında üçüncü şəxslərin irəli sürdüyü tələblərdən müdafiə olunmaq va ya bu tələblərin tənzimlənməsi məqsədi ilə Sığortalının çəkdiyi məhkəmə və digər zəruri müdafiə xərcləri;
5.4. Sığortaçının təminat verdiyi və onun göstərişlərinə əməl edilməsi üçün zərərlərin azaldılması məqsədilə çəkilən zəruri, əsaslandırılmış ağlabatan xərclər.
6. Ümumi istisnalar
6.1. Əgər Sığorta şəhadətnaməsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta ilə aşağıdakılara təminat verilmir:
6.1.1. Avtonəqliyyat vasitəsinin yüklənilməsi və ya boşaldılması ilə bağlı yaranan məsuliyyət;
6.1.2. Sığortalının avtonəqliyyat vasitəsinin sərnişini olarkən işçisinin Sığortalı ilə əmək münasibətlərindən irəli gələn peşə vəzifələrinin icrası zamanı və bununla bağlı ölməsi və ya ona bədən xəsarəti dəyməsi ilə bağlı məsuliyyət;
6.1.3. Avtonəqliyyat vasitəsinin sərnişini kimi hərəkət edən Sığortalının hər hansı ailə üzvünə münasibətdə yaranan məsuliyyəti;
6.1.4. Avtonəqliyyat vasitəsinin altında xxxx hər hansı körpüyə, viaduka, nəqliyyat magistralına və ya bunlara bənzər başqa tikiliyə avtonəqliyyat vasitəsinin titrəməsi və ya onun daşıdığı yükün çəkisinin ağırlığı nəticəsində dəyən ziyan.
6.1.5. Üçüncü şəxslərin əmlakına və səhhətinə vurulan zərərlə bağlı yaranan gəlir itkisi, əldən çıxmış fayda və ya digər dolayı zərərlər üçün məsuliyyət;
6.1.6. Mənəvi zərərin kompensasiya edilməsi və ya cəza, yaxud göstəriş xarakterli cərimələr üçün məsuliyyət;
6.1.7. Çirklənmə, buxarlanma, his, tüstü, işlənmiş qaz, turşular, qələvilər, toksik kimyəvi maddələr, mayelər və ya qazlar, materialların tullantıları və ya qıcıqlandırıcı təsiri xxxx başqa zəhərli və çirkləndirici maddələrin torpağa, atmosferə və hər hansı su kanallarına və ya hovuzlara ifraz edilməsi, axması və ya tullanmasından irəli gələn məsuliyyət.
6.1.8. Aerodromun, hava limanının və ya təyyarələrin enə biləcəyi hərbi bazanın hər hansı hissəsində nəqliyyat vasitəsinin istifadəsindən yaranan mülki məsuliyyət.
6.1.9. Oğurlanmış və ya qaçırılmış avtonəqliyyat vasitəsi ilə vurulan itki və ziyanlar (Yol hərəkəti haqqında qanuna görə idarə edənin məsuliyyət daşımadığı ziyanlar) və avtonəqliyyat vasitəsinin oğurlandığı və ya qaçırıldığı xxxxx xxx minən sərnişinlərə dəyən itki və ziyanlarla əlaqədar irəli sürülən tələblər.
6.1.10. Sığortalı və ya səlahiyyəti sürücünün üçüncü şəxslərin səhhətinə və əmlakına şəxsi və digər motivlərlə bağlı qəsdən vurduğu ziyan
6.1.11. Tətil, sabotaj, qanunsuz aktlar və digər kütləvi çıxışlarda iştirakla əlaqədar sığortalı və onun səlahiyyətli sürücüsünün üçüncü şəxslərin səhhətinə və əmlakına vurduğu zərər
6.1.12. Avtonəqliyyat vasitəsinin toksik, spirtli və narkotik sərxoşluq vəziyyətində xxxx Xxxxxx tərəfindən idarə еdilməsi zamanı üçüncü şəxslərin səhhətinə və əmlakına dəyən ziyan;
6.1.13. Xxxxxxxxxxxx və ya onun etibar etdiyi səlahiyyətli sürücüsünün sığortalının və ya həmin səlahiyyətli sürücüyə məxsus digər əmlaka vurduğu zərər.
6.1.14. Avtonəqliyyat vasitəsinin onun tеxniki təyinatına uyğun gəlməyən məqsədlərlə istifadə еdilməsi nəticəsində üçüncü şəxslər qarşısında məsuliyyət
6.1.15. Bölmə 1. üzrə təminat verilməyən sığorta riskləri nəticəsində üçüncü şəxslərin səhhətinə və əmlakına dəyən zərər
6.1.16. Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsi ilə səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunarkən üçüncü şəxslərin səhhətinə və əmlakına dəyən zərər
7.Sığorta müqaviləsi
7.1. Sığorta müqaviləsinin bağlanması
7.1.1. Sığorta müqaviləsi Sığortalının yazılı ərizəsi əsasında bağlanır. Ərizə sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi və əsasını təşkil edir.
7.1.2. Sığorta müqaviləsi bağlanarkən Sığortalı sığortaya qəbul edilən əmlaka dair xxxxxx dərəcəsinin müəyyən edilməsi üçün əhəmiyyətli və ona məlum xxxx bütün hallar haqqında Sığortaçıya məlumat verməlidir. Sığortalının ərizə formasında qeyd etdiyi hallar həmçinin əhəmiyyətli hallar hesab edilir.
Sığorta müqaviləsi bağlandıqdan sonra Sığortalının Sığortaçıya bilərəkdən yalan məlumatlar verməsi müəyyən edilərsə, Sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilər.
7.1.3. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, Sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.
7.2. Sığоrtа müqаviləsinin tərəfləri
7.2.1. Sığortaçı
7.2.1.1.Bu Qaydalara əsasən Sığortaçı “Paşa Sığorta” ASC-dir.
7.2.2. Sığortalı
7.2.2.1. Bu Qaydalara əsasən Sığortalı sığorta obyektinə münasibətdə əmlak maraqları xxxx hər hansı bir fiziki və ya hüquqi şəxs hesab olunur.
7.2.2.2. Bu Qaydalar daxilində Sığortalının hərəkətlərinə onun işçilərinin, rəsmi şəxslərinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, sığorta müqaviləsinə, vəkalətnaməyə (etibarnaməyə) və ya vəzifə öhdəliklərinə əsasən Sığortalı adından çıxış etmək səlahiyyəti xxxx digər nümayəndələrinin hərəkətləri də aid edilir.
8. Səlahiyyətli sürücü
8.1. Bu sığorta ilə yalnız sığorta şəhadətnaməsində adı qeyd olunan səlahiyyətli sürücü avtonəqliyyat vasitəsini idarə edərkən baş verən ziyan və zərərlərə görə təminat verilir.
8.2. Sığorta şəhadətnaməsi ilə qanunvericiliyə müvafiq qaydada avtonəqliyyat vasitəsini idarəetmə səlahiyyəti verilmiş şəxs sığorta hadisəsi zamanı Sığortalının şəhadətnamə üzrə hüquq və vəzifələrini yerinə yetirə bilər.
8.3. Nəqliyyat vasitəsinin idarə edilməsi
8.3.1. Sığortalanmış avtonəqliyyat vasitəsi yalnız aşağıda göstərilən sənədlərin mövcud olduğu şəxslər tərəfindən idarə edilə bilər:
• İdarə olunan avtonəqliyyat vasitəsinin kateqoriyasına uyğun qüvvədə xxxx sürücülük vəsiqəsi.
• Sığortalanmış avtonəqliyyat vasitəsinin qeydiyyat sənədləri.
• Əgər səlahiyyətli sürücü avtonəqliyyat vasitəsinin sahibi deyilsə, Sığortalanmış avtonəqliyyat vasitəsinin sahibi tərəfindən avtonəqliyyat vasitəsini idarə edən şəxsə verilmiş etibarnamə.
8.3.2. Sığortalanmış avtonəqliyyat vasitəsinin sürücüsü bu bənddə göstərilən tələblərə cavab vermədikdə, Sığortaçı Sığortalının heç bir iddiası üzrə sığorta ödənişi vermir.
9. Sığorta haqqı
9.1. Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır.
9.1.1. Sığorta tarifləri sürücülərin yaş həddi və sürücülük təcrübəsindən, avtonəqliyyat vasitəsinin tipindən, buraxılış ilindən və digər xxxxxx qiymətləndirilməsinə təsir edə bilən amillərdən asılı olaraq müəyyənləşdirilir.
9.2. Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılğına əsasən hissə-hissə ödənilə bilər.
9.3. Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına və ya kassasına daxil olduğu gün hesab olunur.
9.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün saat 24:00-da, xxxxx şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez olamayaraq qüvvəyə minir.
9.5. Sığorta haqqı və ya onun növbəti hissəsi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətədək ödənilmədikdə və ya sığorta müqaviləsində nəzərdə tutulduğundan daha az məbləğdə ödənildikdə:
9.5.1. Bu halda sığortaçı onun ödənilməsi üçün bu qaydaların 10.5.2.-cı maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək əlavə müddət müəyyən edə bilər.
9.5.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
9.6. Sığortalı sığorta haqqını və ya onun növbəti hissəsini sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə ödəmədikdə, Sığortaçı sığorta müqaviləsinə xitam verə bilər və ya birtərəfli qaydada müqavilənin icrasından imtina edə bilər.
10. Sığortanın ərazisi
10.1. Bu sığorta, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
10.2. Əgər sığorta müqaviləsində sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş verən sığorta hadisələrinə sığorta təminatı verilir.
10.3. Sığortanın ərazisi, Sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi, yazılı surətdə razılığının alınması və əlavə sığorta haqqının ödənilməsi şərti ilə genişləndirilə bilər.
11. Sığorta müddəti
11.1. Sığorta müddəti, sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta müqaviləsinin bağlandığı gün saat 24:00-da başlanır və, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat 24:00-da başa çatır.
12. Azadolma məbləği
12.1. Sığorta müqaviləsi ilə azadolma məbləği nəzərdə tutula bilər.
12.2. Sığorta təminatı üzrə azadolma məbləği hər bir sığorta riski və hər bir sığorta hadisəsi üzrə tətbiq olunur.
12.3. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır.
12.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
13. Xxxxxx dərəcəsinin dəyişməsi
13.1. Sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, Sığortalı, sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi əhəmiyyətli halların dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən və ona məlum xxxx bütün digər hallar barədə Sığortaçıya dərhal məlumat verməlidir.
13.2. Sığortaçı sığorta riskinin artmasına təsir edən hallar barədə məlumatı əldə etdikdən sonra aşağıda göstərilən hərəkətləri etmək hüququna malikdir:
13.2.1. sığorta müqaviləsinin şərtlərini və müddəalarını dəyişmək,
13.2.2. əlavə sığorta haqqının ödənilməsini tələb etmək və ya
13.2.3. belə dəyişikliklərin baş verdiyi tarixdən sığorta müqaviləsini ləğv etmək.
14. Sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi
14.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalı və sığоrtаçı, faydagötürənin yazılı razılığı ilə müqavilənin müəyyən şərtlərinin dəyişdirilməsi, həmçinin оnа müəyyən əlаvələr еdilməsi bаrədə rаzılığа gələ bilərlər.
15. Sığorta müqaviləsinə xitam verilməsi
15.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
15.1.1. Müqavilənin müddəti bitdikdə;
15.1.2. Sığortaçı müqavilə üzrə Sığortalı qarşısında öhdəliklərini tam həcmdə icra etdikdə;
15.1.3. Sığortalı sığorta haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətdə ödəmədikdə;
15.1.4. Sığortaçı, Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında ləğv edildikdə;
15.1.5. Sığorta müqaviləsinin etibarsız hesab olunması haqqında məhkəmə tərəfindən qərar qəbul edildikdə;
15.1.6. Sığorta marağı artıq mövcud olmadıqda;
15.1.7. Sığorta predmeti artıq mövcud olmadıqda.
15.1.8. Azərbaycan Respublikasınin qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
15.2. Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər. Bu barədə tərəflər bir-birini, qanunla müəyyən edilən hallar istisna olmaqla, azı 30 (otuz) gün əvvəl yazılı surətdə xəbərdar etməlidirlər.
16. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
16.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
16.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
16.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
16.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu maddənin 16.1.-ci və 16.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
16.5. Sığorta müqaviləsi məhkəmə qərarı əsasında (sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa) xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu maddənin 16.3-cü və 16.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
17. Tərəflərin hüquq və vəzifələri
17.1. Sığortalının aşağıdakı hüquqları var:
17.1.1. sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq;
17.1.2. sığorta müqaviləsinə əlavə və dəyişiklik etmək;
17.1.3. sığorta müqaviləsinə xitam vermək;
17.1.4. itirilmiş şəhadətnamənin yerinə dublikatını almaq.
17.1.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar
17.2. Sığortalının aşağıdakı vəzifələri var:
17.2.1. sığorta hadisəsi baş verdikdə, bu barədə Qaydaların 18.1-ci maddəsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etməli;
17.2.2. ziyanın qarşısının alınması və azaldılması üçün bütün zəruri tədbirlər görməli, sığorta haqqını vaxtında ödəməli;
17.2.3. sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığortalı öz növbəsində sorğu formasındakı sualları dürüst və düzgün şəkildə cavablandırmalı və sığorta müqaviləsi qüvvədə xxxx müddətdə xxxxxx dərəcəsi dəyişilərsə bu barədə sığortaçıya məlumat verməli;
17.2.4. sığorta predmetinə dair qüvvədə xxxx digər sığorta müqavilələri barədə sığortaçıya məlumat verməli;
17.2.5. sığоrta hadisəsi faktının mövcudluğunu sübut etmək vəzifəsi Sığortalının üzərinə düşür və Sığortalı qanunvericilik və formalaşmış təcrübə ilə tələb olunan sənədlər də daxil olmaqla Sığortaçını bütün zəruri sənədlərlə təmin etməlidir;
17.2.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr.
17.3. Sığortaçının aşağıdakı hüquqları var:
17.3.1. sığortalının bildirdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
17.3.2. sığortalanmış xxxxxx dətəcəsi artdıqda, Sığortalıya sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən, sığorta riskinin artması nisbətində əlavə sığorta haqqının ödənilməsini təklif etmək və ya Sığortalını xəbərdar etdikdən sonra sığorta müqaviləsinə xitam vermək;
17.3.3. sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədləri və məlumatları sığortalıdan tələb etmək;
17.3.4. sığortalı sığorta müqaviləsi üzrə öz öhdəliklərini icra etmədikdə, saxta sənədlər təqdim etdikdə və ya zərərin artırılması və ya sığorta ödənişinin əsassız şəkildə artırılması məqsədilə qəsdən hərəkətlər etdikdə, sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina etmək;
17.3.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar
17.4. Sığortaçının aşağıdakı vəzifələri var:
17.4.1. sığortalını sığorta qaydaları ilə xxxxx etməli;
17.4.2. sığorta hadisəsi baş verdikdə bütün zəruri sənədləri aldıqdan sonra sığorta ödənişini bu Qaydaların 20.1- ci maddəsində müəyyən edilmiş müddətdə verməli;
17.4.3. qanunvericliklə nəzərdə tutulmuş hallardan başqa, Sığortalı şəxsin əmlak vəziyyəti, o cümlədən kommersiya xxxxx xxxx məlumatları yaymamaq;
17.4.4. sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək.
17.4.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr
18. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri:
18.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
18.1.1. zərərin qarşısının alınması və ya təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi üçün bütün mümkün tədbirləri görməli və belə tədbirlərin görülməsi zamanı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir;
18.1.2. sığortaçının və ya onun nümayəndələrinin sığorta hadisəsinin tədqiq edilməsində, vurulmuş zərərin səbəb və həcminin müəyyən edilməsində, zərərin təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi tədbirlərində iştirakını təmin etməli;
18.1.3. vurulmuş zərərin həcmi və səbəblərini müəyyənləşdirmək üçün zəruri bütün məlumat və sənədləri Sığortaçıya təqdim etməli;
18.1.4 üçüncü şəxslərin əmlakına zərər vurulduğu halda sığortalı və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir:
18.1.4.1. zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
18.1.4.2. sığortaçı sığorta hadisəsi barədə bu qaydalarda nəzərdə tutulmuş müddətdə məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;
18.1.4.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.
18.1.5. Sığortalı tərəfindən yuxarıda göstərilmiş hər hansı öhdəliyin icra olunmaması sığorta müqaviləsinin əhəmiyyətli şəkildə pozulması hesab edilir və Sığortaçının sığorta ödənişini vermək öhdəliyindən azad edir.
19. Sığorta hadisəsinin sübut edilməsi
19.1. Sığоrta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin məbləğini sübut etmək vəzifəsi Sığortalının üzərinə düşür.
19.2. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
19.2.1. sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi (ərizə, müraciət);
19.2.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
19.2.3. İnzibati xəta haqqında protokol (surəti)
19.2.4. hadisə yerinin sxemi (surəti);
19.2.5. tibbi müayinə protokolları (surəti);
19.2.6. avtomobillərin dövlət qeydiyyat şəhadətnamələri (surəti);
19.2.7. sürücülərin izahatları (surəti);
19.2.8. sürücülük vəsiqələri (surəti);
19.2.9. yol nəqliyyat hadisəsinə dair arayış (forma №4).
19.2.10. sığorta hadisəsinin baş verməsini təsdiq edən digər zəruri sənədlər.
19.3. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu minimal zəruri xxxx sənədlərin toplusudur. Sığortaçı zərurət yarandıqda sığortalıdan sığorta hadisəsinin baş verməsi səbəblərini və faktını, həmçinin dəyən zərərin həcminin müəyyən edilməsi üçün zəruri xxxx digər sənədlərin təqdim edilməsini tələb etməyə haqlıdır.
20. Sığorta ödənişi
20.1. Sığortaçı bu Qaydaların 19.2-ci maddəsində qeyd olunan sənədlərin sonuncusunu aldıqdan sonra (sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa) 15 iş günü müddətində sığorta ödənişini həyata keçirir və ya yazılı şəkildə əsaslandırmaqla ödənişdən imtina edir.
20.2. Azadolma tətbiq olunarsa - sığorta ödənişi azadolma miqdаrı çıхılmаqlа vеrilir;
20.3. Sığоrtа şəhаdətnаməsi üzrə sığоrtа ödənişlərinin ümumi miqdаrı sığоrtа məbləğini аşа bilməz.
20.4. Sığorta hadisəsi zamanı dəyən ziyan sığortaçının təyin etdiyi mütəxəssis və ya təmir xidməti tərəfindən müəyyənləşdirilir.
20.5. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
20.6. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etmək vacib deyil. Sığortalı əlavə sığorta haqqı ödəməklə, sığorta məbləğini bərpa edə bilər.
21. Aşağıdakı halda Sığortaçı sığorta ödənişinin verilməsini təxirə sala bilər:
21.1. Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı sığortalı və ya üçüncü şəxs barəsində həmin hadisənin baş verməsi ilə əlaqədar inzibati xəta üzrə iş və ya cinayət işi başlanarsa, sığortaçı müvafiq sığorta ödənişinin verilib-verilməməsi barədə qərarını səlahiyyətli orqanın bu iş üzrə yekun qərarından sonra qəbul edir.
22. Ödənişdən imtinаnın əsasları
22.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
22.1.1. sığorta hadisəsi barəsində məlumatın sığortaçıya vaxtında verilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda, habelə zərər dəymiş əmlakın ona təqdim edilməsi ilə bağlı bu qaydaların 18.1.4-cü maddəsinə riayət edilmədikdə;
22.1.2. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
22.1.3. müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, hadisənin baş verməsinin səbəbi təminata istisna hesab olunan halların nəticəsi olması;
22.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
22.1.5. sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi, o cümlədən bu qaydaların 18.1.4.1-ci maddəsində müəyyən edilmiş məqsədlər üçün zəruri tədbirlərin görülməsi halları istisna olmaqla, digər hallarda əmlakın hadisə yerindən kənarlaşdırılmasının sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
22.1.6. bu qaydaların 22.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
22.1.7. sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
22.1.8. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
22.1.9. sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu qaydaların 9.5.1-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
22.1.10. sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda.
22.2. Bu qaydalarınn 17.2.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi faktına əsaslana bilməz.
23. Tərəflərin məsuliyyəti
23.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
24. İş sirlərinin gizli saxlanılması
24.1. Sığortaçı, Sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda Sığoratalıya dəyən maddi və ya mənəvi zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
25. Mübahisələrin həlli qaydası
25.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.