Sığorta ödənişi. 14.1. Sığorta ödənişinin həcmi qəza nəticəsində alınan zədələrin ağırlığından asılı olaraq sığorta məbləğinin aşağıdakı faizlərini təşkil edir:
14.1.1. Ölüm halında – 100 %;
14.1.2. Fərdi qəzanın nəticəsi olaraq aşağıdakı bədən xəsarətləri nəticəsində ümumi əmək qabiliyyətinin daimi itirilməsi: Hər hansı bir ətrafın (ayaq, pəncə, əl və ya bilək) itirilməsi 100 % Hər iki gözdə görmə qabiliyyətinin tam itirilməsi 100 % Çarpayı və ya əlil arabasına bağlılıqla nəticələnən iflic 100 % Xxx xxxx pozğunluq 100 % Yuxarıda göstərilənlərdən başqa əmək qabiliyyətinin tam və daimi itirilməsi 100 % Nitqin tam və bərpa olunmaz şəkildə itirilməsi 75 % Hər iki qulaqda eşitmə qabiliyyətinin tam və bərpaolunmaz şəkildə itirilməsi 75 % Bir gözün görmə qabiliyyətinin tam və bərpa olunmaz şəkildə itirilməsi 50 % Bir qulaqda eşitmə qabiliyyətinin tam və bərpa olunmaz şəkildə itirilməsi 50 % Budun və ya çiynin tam hərəkətsizliyi 40 % Dizin, dirsəyin və ya biləyin tam hərəkətsizliyi 25% Əlin baş barmağının itirilməsi 10% Əlin şəhadət barmağının itirilməsi 5% Əlin hər hansı digər barmağının itirilməsi 2% Ayağın baş barmağının itirilməsi 10% Ayağın hər hansı digər barmağının itirilməsi 3%
14.2. Əgər fərdi qəzanın nəticələri sığorta olunanın həmin hadisənin baş verməsindən əvvəl mövcud olmuş hər hansı vəziyyəti və ya fiziki catışmazlıqları səbəbindən ağırlaşarsa, həmin nəticələrə münasibətdə bu sığorta ilə həyata keçiriləcək ödəniş məbləği, belə ağırlaşmanın olmadığı hal üçün ödənilməli xxxx ağlabatan məbləğə bərabər olur.
14.3. Yuxarıda göstərilməyən bədən xəsarətləri nəticəsində əmək qabiliyyətinin hər hansı daimi itirilməsinə görə ödəniş sığorta olunanın məşğuliyyət növü nəzərə alınmadan yuxarıda göstərilmiş bədən xəsarətləri ilə müqayisədə onların ağırlıq dərəcələrinə müvafiq olaraq veriləcəkdir.
14.4. Bu sığortanın əhatə etdiyi bir və ya bir neçə fərdi qəzaya münasibətdə sığorta müqaviləsi üzrə bir sığorta olunan üçün ödənilən məbləğ bir şəxs üçün müəyyən edilmiş ümumi sığorta məbləğini aşa bilməz.
14.5. Sığorta müqaviləsində tibbi xərclər üzrə sığorta təminatı nəzərdə tutulmuşdursa, tibbi xərclər üçün bir nəfərə ödənilməli xxxx məbləğ, bunlardan hansının daha az olmasından asılı olaraq ya bu Qaydaların III Fəslinə müvafiq olaraq Sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta məbləğinin 5 % həddində, yaxud da 1 500 manat təşkil edəcək. Sığorta müqaviləsinin III Fəsli ilə ödənilməli xxxx xxx nəfərlik ümumi məbləğ sığorta müqaviləsinin həmin Fəsil üzrə sığorta müqaviləsində təsbit...
Sığorta ödənişi. 19.1. Sığortaçı sığorta müqaviləsi ilə təminat verilmiş hadisələr baş verdikdə, sığorta ödənişini sığortalının ərizəsinə (sığorta tələbinə), hadisə ilə əlaqədar və bu müqavilənin 19.2-ci maddəsinə əsasən sığortaçının tələb etdiyi sənədlərə və sığortaçının nümayəndəsinin tərtib etdiyi sığorta aktına əsasən ödəyir.
19.2. Sığorta ödənişinin verilməsi üçün sığortaçı tərəfindən tələb olunan sənədlər aşağıdakılardır:
19.2.1. sığorta hadisəsi ilə əlaqədar müvafiq səlahiyyətli orqanlardan sığortaçının sorğusu əsasında alınan sənədlər;
19.2.2. sığorta olunan şəxs vəfat etdikdə ölüm haqqında şəhadətnamənin surəti, tibbi ekspertizanın rəyinin surəti (mövcud olduğu halda);
19.2.3. sığorta olunan şəxs ümumi əmək qabiliyyətini itirdikdə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar tibbi-sosial ekspert komissiyasının rəyi (arayışı) və ya əmək qabiliyyətinin itirilməsi vərəqəsi;
19.2.4. fərdi qəza nəticəsində tibb müəssisələrinin göstərdiyi təcili tibbi xidmətlərlə əlaqədar yaranan xərclərin miqdarını təsdiqləyən sənədlər;
19.2.5. zəruri hаllаrdа sığоrtаçı sığоrtаlıdan bаşqа sənədləri də tələb edə bilər. Sığоrtа hаdisəsi fаktının mövcudluğunu və оnun səbəb оlduğu ziyаnın həcmini sübut еtmək Sığоrtаlının vəzifəsidir. Sığоrtа hаdisəsi fаktının və şərаitinin sübut еdilməsi üçün Sığortalı fərdi qəzanın bаş vеrməsi fаktını, həmçinin ölüm və ya səhhətə dəyən ziyаn ilə bağlı bütün sənədləri Xxxxxxxxxxx təqdim еtməyə bоrcludur.
19.3. Sığorta ödənişi tələb olunan sənədlərin sonuncusunu aldıqdan sonra (sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa) 15 iş günü müddətində sığorta ödənişini həyata keçirir və ya yazılı şəkildə əsaslandırmaqla ödənişdən imtina edir.
Sığorta ödənişi. 11.1. Sığortaçı Sığortalının aşağıdakı xərclərinin əvəzini ödəyir:
11.1.1. Sığortaçının ilkin razılığı əsasında Sığortalı ilə üçüncü şəxslər arasında məhkəmədən kənar razılaşma əsasında müəyyən edilmiş təzminat öhdəliklərinin məbləği;
11.1.2. Üçüncü şəxslərə zərər vurulması ilə əlaqədar olaraq, məhkəmə qərarı ilə Sığortalının üzərinə qoyulan təzminat ödənişlərinin məbləği;
11.1.3. Sığortaçının ilkin razılığı əsasında üçüncü şəxslərin irəli sürdüyü tələblərdən müdafiə olunmaq və bu tələblərin tənzimlənməsi məqsədi ilə Sığortalının çəkdiyi bütün xərclər;
11.1.4. Sığortaçının təminat verdiyi və onun göstərişlərinə əməl edilməsi üçün zərərlərin azaldılması məqsədilə çəkilən zəruri, əsaslandırılmış, ağlabatan və sənədləşdirilmiş xərclər.
11.2. Yuxarıda sadalanan bütün xərclərə münasibətdə sığortaçıların məsuliyyətinin ümumi həcmi heç bir halda sığorta müqaviləsində təsbit edilmiş müvafiq məsuliyyət həddini aşa bilməz.
Sığorta ödənişi. 4.1. Sığortaçı sığorta hadisəsi nəticəsində Sığortalıya dəymiş zərərin əvəzini aşağıdakı qaydada ödəyir:
4.1.1. Avtonəqliyyat vasitəsinə qismən ziyan vurulması halında aşağıdakı məbləğlərdən ən az olanı:
4.1.1.1. Ziyan vurulmuş avtonəqliyyat vasitəsinin texniki və xarici vəziyyətinin ziyanın vurulduğu andan əvvəl xxxx vəziyyətinə qaytarılması üçün zəruri xxxx təmir xərcləri;
4.1.1.2. Ziyan vurulmuş avtonəqliyyat vasitəsinin zədələnmiş müvafiq hissələrinin eyni növlü və eyni keyfiyyətli hissələrlə dəyişdirilməsi xərcləri; Sığorta müqaviləsində aşınma xxxxx təsbit edildiyi hallarda, ehtiyat hissələrinin əvəzinin ödənilməsi xərcləri aşınma faizinə müvafiq olaraq azaldılır.
4.1.2. Avtonəqliyyat vasitəsinin tam məhv olması halında aşağıdakı məbləğlərdən ən az olanı:
4.1.2.1. Sığortaçının avtonəqliyyat vasitəsinin qalıqlarına xxxx hüquqlarından imtina etməsi şərtilə, avtonəqliyyat vasitəsinin sığorta hadisəsinin baş vermə anından sonrakı vəziyyətinə uyğun gələn bazar qiyməti çıxılmaqla, onun sığorta hadisəsinin baş vermə anından əvvəlki bazar qiyməti;
4.1.2.2. Sığortaçının avtonəqliyyat vasitəsinin qalıqlarına xxxx hüquqlarından istifadə etməsi şərtilə, ziyan dəymiş avtonəqliyyat vasitəsinin eyni növlü, eyni keyfiyyətli və işlək vəziyyətli digər avtonəqliyyat vasitəsi ilə əvəz edilməsi xərcləri, və ya:
4.1.2.3. Avtonəqliyyat vasitəsinin qalıqlarına xxxx hüquqların Sığortaçıya keçməsi şərtilə, sığorta müqaviləsi üzrə müəyyən edilmiş sığorta məbləği;
4.1.3. Avtonəqliyyat vasitəsinin oğurlanması halında aşağıdakı məbləğlərdən ən az olanı:
4.1.3.1. Oğurlanmış avtonəqliyyat vasitəsinin eyni növlü, eyni keyfiyyətli digər avtonəqliyyat vasitəsi ilə əvəz edilməsi xərcləri;
4.1.3.2. Sığorta müqaviləsində göstərilmiş avtonəqliyyat vasitəsi üzrə müəyyən edilmiş sığorta məbləği.
4.2. Avtonəqliyyat vasitəsinin təmir xərcləri Sığortaçının, yaxud Sığortaçının təyin etdiyi assistans şirkətinin seçdiyi təmir emalatxanası tərəfindən aparılmış hesablamalar əsasında müəyyən edilir.
Sığorta ödənişi. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.
926.4. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər xxxxx xxxx faydalanan şəxs kimi tanınır.
Sığorta ödənişi. 19.1 Sığortaçı bu Qaydalar əsasında bağlanmış sığorta müqaviləsinə əsasən Sığorta olunana göstərilən tibbi xidmətlərin dəyərini tibb müəssisəsinə ödəyir;
19.2 Əgər Sığorta olunan Sığortaçı ilə əvvəlcədən razılaşdırılma şərtilə tibbi sığorta müqaviləsində göstərilməyən tibb müəssisəsinə müraciət etmişdisə, Sığortaçı sığorta ödənişini birbaşa olaraq Sığorta olunanın özünə ödəyir. Bu halda Sığorta olunan aşağıda göstərilən sənədləri təqdim etməlidir:
19.2.1 Sığorta olunan tərəfindən doldurulmuş ərizə (tibbi xidmətlərin göstərildiyi vaxtdan bir aydan gec olmayaraq Sığortaçıya təqdim edilir);
19.2.2 ödənilmiş hesabın əsli;
19.2.3 göstərilən xidmətlərin siyahısı və qiymətləri;
19.2.4 qəbz/hesab faktura;
19.2.5 göndəriş;
19.2.6 xəstənin ambulatoriya və stasionar tibbi kartından çıxarış və s.
Sığorta ödənişi. Belə tibbi xərclər ücün bir nəfərə ödənilməli xxxx məbləğ, bunlardan hansının daha az olmasından asılı olaraq ya bu Qaydaların III Fəslinə müvafiq olaraq Sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta məbləğinin 5 xxxxx həddində, yaxud da 1.500 manat təşkil edəcək. Sığorta müqaviləsinin III və IV Fəsilləri ilə ödənilməli xxxx xxx nəfərlik ümumi məbləğ Sığorta müqaviləsinin III Fəsli üzrə Sığorta müqaviləsində təsbit edilmiş bir nəfərlik ümumi sığorta məbləği ilə məhdudlaşır. Xxxxx bu tibbi xərclər ücün Sığortalı başqa sığorta üzrə ödəniş almaq hüququna malikdirsə, Sığortaçı yuxarıda göstərilən hədlərə müvafiq olaraq yalnız belə ödəniş məbləğilə ümumi tibbi xərclər arasındakı fərqə görə məsuliyyət daşıyır.
Sığorta ödənişi. 18.1. Fərdi qəza sığortası üzrə sığorta müqaviləsində göstərilən maşın və avadanlığın istifadəsi ilə əlaqədar sürücüsünün və (və ya) sərnişininin həyat və sağlamlığına dəyə bilən zərərin aşağıda göstərilən hallarla nəticələnməsi risklərindən sığorta təminatı verilir:
18.2. əmək qabilliyətinin itirilməsi ilə əlaqədar I, II, III dərəcə əlilliyin müəyyən olunması;
18.3. 18 yaşınadək uşağın sağlamlıq imkanlarının məhdudlaşması;
18.4. ölüm.
Sığorta ödənişi. 17.1. Sığortaçı bu Qaydaların 15.2-ci maddəsində qeyd olunan sənədlərin sonuncusunu aldıqdan sonra (sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa) 15 (on beş) iş günü müddətində sığorta ödənişini həyata keçirir və ya yazılı şəkildə əsaslandırmaqla ödənişdən imtina edir.
17.2. Sığorta ödənişinin məbləği hesablanarkən sığortalanmış əşyaların sığоrta hadisəsi baş vеrən gündəki rеal bazar dəyəri əsas götürülür.
Sığorta ödənişi. 15.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
15.2. Sığorta müqaviləsi üzrə sığorta ödənişlərinin ümumi məbləği sığorta müqaviləsində göstərilən sığorta məbləğini aşa bilməz.