Birdəfəlik Şifrə tərifləməsi

Birdəfəlik Şifrə. Şəxsi imzanın başqa analoqu olmaqla, İnternet/ Mobil Bankçılıq Xidmətindən istifadə zamanı hər bir Elektron Ödəniş Tapşırığını, Elektron Sifarişi təstiq etməkdən ötrü və ya bu Ümumi Şərtlərdə nəzərdə tutulmuş qaydada və şərtlərdə Tərəflərdən birinin və ya hər ikisinin öz iradə ifadəsini təsdiq etməsi üsulu kimi istifadə edilən, yalnız bir dəfə istifadə üçün nəzərdə tutulmuş simvolların unikal ardıcıllığıdır.

Examples of Birdəfəlik Şifrə in a sentence

  • Müştəri rəqəmsal bankçılıq vasitəsilə Kartmane hesabı üzrə faiz hesablanmasının dayandırılması (və ya ya bərpa edilməsi) barədə Banka müraciət etdikdə, bu zaman Bank tərəfindən Müştərinin Banka təqdim etdiyi və müvafiq Razılaşmalarda göstərilən və ya sonradan Banka yazılı qaydada təqdim edilən mobil telefon nömrəsinə SMS vasitəsi ilə Birdəfəlik Şifrə göndərilir və yalnız Müştəri həmin rəqəmsal bankçılıq platformasında müvafiq xanaya bu Şifrəni daxil etdikdən sonra müraciətini təsdiqləmiş olur.

Related to Birdəfəlik Şifrə

  • Sığorta şəhadətnaməsi sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;

  • Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;

  • Sığortanın müddəti sığorta risklərinin sığortalandığı müddət;

  • Azadolma məbləği Azadolma məbləği, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur

  • Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;

  • Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;

  • Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;

  • Sığortanın ərazisi sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları.

  • Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;

  • Sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlak;

  • Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;

  • Sığorta olunan sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs.

  • Sığortaçı sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;

  • Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;

  • Sığorta tarifi sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;

  • Xxxxxxxxxx şəxs sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;