Şəxsi imzanın başqa analoqu tərifləməsi

Şəxsi imzanın başqa analoqu. Müqavilənin məqsədləri üçün analoq imza Bank tərəfindən Müştəriyə təqdim edilən və Müqaviləyə müfaviq olaraq İnternet/Mobil Bankçılıq Xidmətindən istifadə etmək imkanı verən, habelə bu Ümumi Şərtlərdə nəzərdə tutulmuş qaydada və şərtlərdə Tərəflərdən birinin və ya hər ikisinin öz iradə ifadəsini təsdiq etməsi üsulu kimi istifadə edilən Login, Şifrə, Müvəqqəti Şifrə, Birdəfəlik Şifrə, PİN-kod, SMS və s. bu kimi şəxsi müəyyənləşdirməyə imkan verən işarədir.
Şəxsi imzanın başqa analoqu. Müqavilələrin, sənədlərin, əlavələlərin, razılaşmaların imzalanması üçün istifadə olunan kodlar, parollar, habelə rabitə və/və ya elektron vasitələrlə sənədlər mübadiləsi və sənədin bir Tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə, eləcə də imza sahibini identikləşdirməyə (eyniləşdirməyə) imkan verən digər vasitələr (Şirfrə, birdəfəlik şifrə, SMS, bir kliklə təsdiq və s.);
Şəxsi imzanın başqa analoqu. Müqavilələrin, sənədlərin, əlavələrin, razılaşmaların imzalanması üçün istifadə olunan kodlar, parollar, habelə rabitə və/və ya elektron vasitələrlə sənədlər mübadiləsi və sənədin bir Tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə, eləcə də imza sahibini identikləşdirməyə (eyniləşdirməyə) imkan verən digər vasitələr (Şifrə, birdəfəlik şifrə, SMS, bir kliklə təsdiq, gücləndirilmiş müştəri autentifikasiyası, o cümlədən suallar toplusu, üz tanınması, səs tanınması, barmaq izi və s.). Sənədlərin Müştəri tərəfindən Şəxsi imzanın başqa analoqu vasitəsilə imzalanması qaydası Azərbaycan Respublikasının hüquqi aktları və ABB-nin daxili sənədlərinin tələblərinə uyğun olaraq ABB tərəfindən müəyyən edilir, müvafiq informasiya resursu vasitəsilə Müştərinin nəzərinə çatdırılır, Müştəri sənədləri Şəxsi imzanın başqa analoqu ilə imzaladığı zaman imzalanmanın qaydasına da razılıq vermiş olur;

Examples of Şəxsi imzanın başqa analoqu in a sentence

  • Bu Müqavilə çərçivəsində təqdim edilən İnternet/Mobil Bankçılıqdan istifadə edilməsi (etmək) Gücləndirilmiş elektron imza, Şəxsi imzanın başqa analoqu, habelə Biometrik İdentifikasiya (barmaq izinin və üzün tanınması) kimi təhlükəsizlik üsulları vasitəsi ilə mümkündür.

  • Bu Müqavilə qüvvədə olduğu müddət ərzində Bank Şəxsi imzanın başqa analoqu, Gücləndirilmiş elektron imza, Biometrik İdentifikasiya təhlükəsizlik vasitələri ilə yanaşı, Qanunvericiliklə və Qaydalarla qadağan olunmayan digər eyniləşdirmə üsullarını da tətbiq etmək hüququna malikdir.

  • ASAN İmza və Şəxsi imzanın başqa analoqu vasitəsi ilə sistemə daxil olunması proseduru Qanunvericiliyə və Qaydalara uyğun olaraq müəyyən edilir.

  • Müştəri Şəxsi imzanın başqa analoqu və Gücləndirilmiş elektron imza vasitələrinin gizli saxlanılmasını təmin edir və üçüncü şəxslərin icazəsiz istifadəsi ilə bağlı öhdəliklər üzrə tam məsuliyyət daşıyır.

  • Təklif, ABB-nin müəyyən etdiyi digər elektron vasitələrlə göndərildikdə, bu yarımbənddə nəzərdə tutulmuş qaydada Kredit xəttinin təyin edilməsi və ya Kredit xəttinin məbləğinin dəyişdirilməsinin rəsmiləşdirilməsi ABB-nin təklif göndərdiyi elektron vasitədə qeyd olunmuş qaydada Şəxsi imzanın başqa analoqu ilə təsdiq edilməklə həyata keçirilir.


More Definitions of Şəxsi imzanın başqa analoqu

Şəxsi imzanın başqa analoqu. Müqavilənin məqsədləri üçün analoq imza Bank tərəfindən Müştəriyə təqdim edilən və Müqaviləyə müfaviq olaraq İnternet/Mobil Bankçılıq Xidmətindən istifadə etmək imkanı verən, habelə bu Ümumi Şərtlərdə nəzərdə tutulmuş qaydada və şərtlərdə Tərəflərdən birinin və ya hər

Related to Şəxsi imzanın başqa analoqu

  • Azadolma məbləği Azadolma məbləği, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur

  • Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;

  • Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;

  • Sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlak;

  • Sığorta olunan sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs.

  • Sığorta şəhadətnaməsi sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;

  • Sığorta tarifi sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;

  • Xxxxxxxxxx şəxs sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;

  • Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;

  • Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;

  • Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;

  • Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;

  • Sığortanın müddəti sığorta risklərinin sığortalandığı müddət;

  • Sığortanın ərazisi sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları.

  • Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;

  • Sığortaçı sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;